DSMF-nin 2025-ci il büdcəsinin gəlir və xərcləri məlum olub

Dövlət Sosial Müdafiə Fondunun 2025-ci il büdcəsinin gəlir və xərcləri 7 676 420 000,0 manat məbləğində proqnozlaşdırılır.

Bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında “Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsində maliyyə naziri Samir Şərifov deyib.

Nazir qeyd edib ki, bu, 2024-cü illə müqayisədə 726 560 000 manat, yaxud 10,45 faizdən çoxdur.

Əhalinin NƏZƏRİNƏ! Qərar verildi - Gələn ildən ARTIRILIR

Azərbaycanda ünvanlı dövlət sosial yardımının təyin edilməsi məqsədilə 2025-ci il üçün ehtiyac meyarının həddi 285 manat məbləğində müəyyən edilir.

Bu barədə Hesablama Palatasının 2025-ci il üçün dövlət büdcəsinə rəyində deyilir.

Məlumat üçün bildirək ki, 2024-cü il üçün ehtiyac meyarının həddi 270 manat məbləğində təsdiq edilib.

Pensiya alanlara şad xəbər: Minimum məbləğ...

Gələn il Azərbaycanda minimum pensiya məbləğinin 280 manat olacağı nəzərdə tutulur.

Bu, “Hesablama Palatasının Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinə rəyində əksini tapıb.

Başqa sözlə, 2025-ci il üzrə proqnozlara əsasən, minimum pensiya məbləğinin minimum əmək haqqı məbləğinə (400 manat) nisbətinin 70 faiz olacağı nəzərdə tutulur.

Bakı sakinlərinin nəzərinə - Rəsmi qurum məlumat yaydı

Bu gündən etibarən altı xətt üzrə hərəkət edən müntəzəm şəhərdaxili marşrutların fəaliyyəti bərpa edilib.

Bununla bağlı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) məlumat verib.

Bildirilib ki, noyabrın 18-dən 2, 6, 24, 46, 4 və 10 nömrəli xətt üzrə marşrutların hərəkət sxemləri bərpa ediləcək.

Qeyd olunub ki, mərhələli şəkildə digər müntəzəm marşrutların da fəaliyyətinin bərpa edilməsi təmin ediləcək.

Bakıda bir sıra marşrutların fəaliyyəti bərpa edilir

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) noyabrın 18-dən başlayaraq bir sıra marşrutların fəaliyyətini bərpa edir.

AYNA xəbər verir ki, 2, 6, 24 və 46 nömrəli müntəzəm şəhərdaxili marşrutların hərəkət sxemləri bərpa ediləcək.

Mərhələli şəkildə digər müntəzəm marşrutların da fəaliyyətinin bərpa edilməsi həyata keçiriləcək.

Ardıcıl iki şənbə tam iş günü olacaq

Xəbər verdiyimiz kimi, Nazirlər Kabineti iş və istirahət günlərinin dəyişdirilməsi ilə bağlı qərar qəbul edib.

Axar.az xəbər verir ki, 2024-cü ilin 12 və 13 noyabr iş günləri, müvafiq olaraq 16 və 23 noyabr tarixləri ilə əvəz edilib.

Bu dəyişiklik iş və istirahət günlərinin ardıcıllığının qorunması məqsədini güdür. 9 noyabr qeyri-iş günü olduğu üçün, həmin günə uyğun olaraq 11 noyabr da qeyri-iş günü kimi müəyyən edilib.

Bu dəyişikliklə 8, 9, 10, 11, 12 və 13 noyabr tarixləri ardıcıl qeyri-iş günləri olur. Nəticədə bu şənbə 16 noyabr və növbəti şənbə 23 noyabr iş günü hesab edilir.

Eldar Əzizov açıqladı: Bu binalar söküləcək

"Bakıda qəzalı vəziyyətdə olan, öz resursunu başa vurmuş çoxmənzilli yaşayış binalarının inventarizasiyası və bu binalarda yaşayan sakinlərin təhlükəsizliyinin təmin edilməsi ilə bağlı zəruri tədbirlərin görülməsi məqsədilə yaradılmış müvafiq Komissiya fəaliyyətə başlayıb".

Bunu APA-ya açıqlamasında Bakı Şəhər icra Hakimiyyətinin başçısı Eldar Əzizov deyib.

O bildirib ki, Bakı şəhərində 1100 qəza vəziyyətində olan bina var: "Ardıcıllıqla bu binalar sökülür. Vətəndaşlara yeni evlər təklif olunur. Hər halda bu proses göz qabağındadır. Bir anda 1100 evi söküb onun əvəzində yeni bina tikmək mümkün deyil. Proses çərçivəsində bu məsələlər öz həllini tapacaq və tapılır. Bakı şəhərinin yeni Baş Planı təsdiq edilib. Aparılan söküntü işləri də bu Baş Planla əlaqədardır. Hardasa yeni binalar tikilməsi nəzərdə tutulub, hardasa, park nəzərdə tutulub. Baş Plan əsas strategiyadır. Baş Plan daim inkişafdadır, əsas kimi qəbul edilib. Baş plan əsasında bu gün yeni parklar salınır, söküntülər aparılır. Bu dəfə Bakının Baş Planı çoxmərkəzlik prinsipi əsasında yaradılıb və bu gün biz bunu icra edirik".

bu-tedbirden-sonra-mekteb-ve-universitetlerde-is-daha-da-suretlenecek

“Düşünürəm ki, istiqamətimiz yeni ixtisaslarla yanaşı, mövcud ixtisasların məzmununa bu yaşıl komponentin gətirilməsi olmalıdır”.

“Bunu jurnalistlərə açıqlamasında elm və təhsil naziri Emin Əmrullayev bildirib.

O qeyd edib ki, COP29 kimi böyük, mötəbər tədbirin qısa zaman ərzində uğurla təşkili təqdirəlayiqdir: “Gözləntilərdə xüsusilə, ətraf mühit və maliyyələşmə əsas mövzulardır. COP29 çərçivəsində tədbirlərdən biri iqlim savadlılığının qiymətləndirilməsi istiqamətində Azərbaycanın təşəbbüsü müzakirə olunacaq. PISA 2029 beynəlxalq qiymətləndirməsində ətraf mühit savadlılığının qiymətləndirilməsi müxtəlif ölkələrin bu təşəbbüsə qoşulması ilə müşayiət olunacaq. Eyni zamanda universitetlərin dayanıqlı inkişafı ilə bağlı böyük bir tədbir bizi gözləyir”.

Nazir vurğulayıb ki, COP29 tədbirlərdən sonra yəqin ki, yaşıl təhsil və ətraf mühit dəyişiklikləri ilə bağlı məktəb və universitetlərdə iş daha da sürətlənəcək: “Çünki PISA 2029-da ərtaf mühitlə bağlı qiymətləndirmə həyata keçirilərsə, bir çox ölkələr artıq öz işinin nəticəsini ölçəcəklər. Burada müəyyən müzakirələr var, amma hələ ki, ölçülməyə əsaslanmış dəlil yoxdur. İnanırıq ki, Azərbaycanın bu təşəbbüsü dəstəklənəcək və növbəti illərdə həm Azərbaycanda, həm də digər ölkələrdə yaşıl təhsillə bağlı daha çox iş görüləcək. Yaşıl ixtisasların və yaşıl bacarıqların inkişafı bizim prioritet istiqamətlərimizdəndir. Yaşıl bacarıqlar bütün ixtisasların daxilində iqlim dəyişikliklərinin ətraf mühit çirklənmələrinin qarşısını almaq üçün səriştələrin formalaşdırılması kimi başa düşülməlidir”.

veteran-pulu-artirila-biler

Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev veteranlara verilən 80 manat aylıq təqaüdün artırılıb-artırılmayacağı ilə bağlı məsələyə aydınlıq gətirib.

Nazir jurnalistlərə açıqlamasında bildirib ki, sosial paket müzakirədədir.

“Müzakirə bitmədən onun tərkib hissəsi barədə məlumat vermək düzgün olmaz. Müzakirələr yekunlaşdıqdan sonra o barədə məlumat veriləcək”, - deyə S. Babayev əlavə edib.

bu-yagisla-zeif-yerlerimizi-gorduk

“Bu dəfə bu yağışla biz zəif yerlərimizi gördük”.

Bunu jurnalistlərə açıqlamasında Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov bildirib.

O qeyd edib ki, kanalizasiya, su təchizat sistemi İri Şəhərlərin Birləşmiş Su Təzhizatı Xidmətinin balansındadır: “Bunun yaxşı təşkili ilk növbədə onların vəzifələridir. Tunellər isə “Azərtikinti”nin balansındadır. Amma buna baxmayaraq, BŞİH burada azı koordinator kimi çıxış edir.

Biz özümüzü bu məsuliyyətdən kənarlaşdırmırıq, bu qurumlarla əməkdaşlıq edirik. Tədbirlər görülür ki, bir də belə vəziyyət təkrar olunmasın. Artıq prokurorluqda iş açılıb.

Hadisə baş verən tunel (2 nəfərin öldüyü “Sabunçu” tuneli - red.) “Azərbaycan Dəmir Yolları”nın balansında olan tuneldir. Orada prokurorluq tərəfindən araşdırma aparılır. Nəticə barədə məlumat veriləcək”.

Xəbər lenti