![]() |
|
Son 5 ildə Azərbaycanda əlilliyə görə orta pensiya 2,3 dəfə, sosial müavinətlər isə 3,5 dəfə artıb.
Bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev parlamentdə büdcə müzakirəsi zamanı bildirib.
“Azərbaycanda əlilliyə görə 541 min nəfər sosial ödəniş alır. Bunun 256 mini pensiya, 198 mini müavinət, 87 mini təqaüd alır. Əgər 2018-ci ildə əlilliyə görə ümumi ödəniş 1,2 milyard manat idisə, hazırda 2,5 milyard manata yaxınlaşır. Təkcə əlilliyi olan insanlara ödədiyimiz vəsaiti 1,3 milyard manata yaxın artırmışıq”, - o vurğulayıb.
“Cəmi 5 illik bir dövrdə Azərbaycanda 4 böyük sosial islahat paketi həyata keçirilib. Növbətinin anonsunu ölkə başçımız verdi. Yanvardan etibarən növbəti sosial islahat paketi olacaq".
Bunu Milli Məclisdə büdcə zərfinin müzakirəsi zamanı əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev deyib.
Nazir bildirib ki, 4 sosial islahat paketi 5 illik dövrdə 4 milyon insanımızı əhatə edib, 7 milyard manat vəsait ayrılıb: "Sizin hər biriniz dövlət büdcəsini qiymətləndirirsiz. Hər ilin büdcəsində əlavə 7 milyard manat əhaliyə ödənişlərin artırılmasının nə demək olduğunu millət vəkillərimiz hər kəsdən gözəl başa düşür. Qısa bir dövrdə ölkədə minimum əməkhaqqı 2,7, minimum pensiya isə 2,5, orta aylıq pensiya 2,4 dəfə artıb. Ən həssas təbəqədən olan, müavinət və təqaüd alan insanların ödənişləri 5 dəfə artıb. Bu dövrdə əmək müqavilərinin sayında 600 minə yaxın artım oldu. Ölkənin əməkhaqql fondu 3 dəfə artdı".
Təkcə 2024-cü ildə 40700 şəxsə əlillik təyin etmişik.
Bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında “Dövlət sosial müdafiə fondunun 2025-ci il büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev deyib.
“Deyildiyi kimi, əgər əlillik almaq çətindirsə, bu il 41 min insan bunu necə alıb? Əlilliyin alınması iki mərhələdən ibarətdir. Birinci tibb müəssisələri tərəfindən şəxs yoxlanılır və məlumatlar elektron şəkildə bizə təqdim olunur. Bu gün haqqı çatan hər bir şəxsin əlilliyinin təyin edilməsi bizim üçün ən ümdə vəzifədir. Deputatların dediyi fərdi məsələlərlə bağlı mən komitə iclasında da müraciət etdim. Ancaq komitə iclasından bu yana mənə heç bir məlumat təqdim edilməyib”, - nazir qeyd edib.
Azərbaycanda pensiya sisteminə amnistiya tətbiq edilib və bunun nəticəsidir ki, 1 qəpik pensiya kapitalı olmayan şəxs pensiya ala bilir.
Bunu əmək və əhalinin sosial müdafiə naziri Sahil Babayev parlamentdə büdcə zərfinin müzakirəsi zamanı deputatların səsləndirdiyi məsələləri cavablandırarkən deyib.
Onun sözlərinə görə, 2019-cu ildə Milli Məclisin razılığı ilə 25 illik iş stajı olan, lakin 1 qəpik pensiya kapitalı olmayan şəxsə pensiya verilməsi barədə qərar verilib. “Əgər bu amnistiya tətbiq olunmasaydı, o zaman çox sayda insan pensiya ala bilməzdi”, - nazir qeyd edib.
Nazir onu da əlavə edib ki, bu səbəbdən də pensiyanı böyük həcmdə artırmaq mümkün deyil. “Əgər pensiyanı böyük həcmdə artırsaq, o zaman pensiya sistemi çökər”, - o nazir bildirib.
Nazir bildirib ki, pensiyaların inflyasiyadan 3 dəfə artıq indeksasiyası aparılır. “Bu, Azərbaycan hökumətinin ən mütərəqqi addımıdır. Pensiya sistemi sığorta sistemidir. Bu 12 illik dövr üzərindən hesablanmış mexanizmdir. Bu gün Azərbaycan pensiyaçılarının pensiyada olma müddəti 14,8 ildir. Bu özü göstərir ki, bizim pensiya sistemimiz sosialyönümlüdür. 57% yaşa görə pensiyaçılarımız 12 ildən artıq pensiya alır. Amma biz hər zaman qeyd edirik ki, pensiya sistemi dayanıqlı olmalıdır”.
Milli Məclisdə 2025-ci il büdcə zərfinin müzakirəsi zamanı deputatlar qadınların pensiya yaş həddinin aşağı salınmasını hökumət qarşısında qaldırıb.
Hökumət qadınların pensiya yaş həddinin aşağı endirilməsi məsələsinə baxsa yaxşı olar.
Belə bir təkliflə deputat Aydın Mirzəzadə parlamentdə büdcə müzakirələri zamanı deyib.
“Qadınların yaş həddinin tədricən bir neçə yaş aşağı endirilməsi məsələsinə baxmasını hökumətə təklif edirəm”, - deputat qeyd edib.
Deputat Ceyhun Məmmədov isə bildirib ki, gələcəkdə qadınların pensiya yaşlarına yenidən baxılmalıdır. “Bu gün reallıq ondan ibarətdir ki, müəyyən bir yaşa gəldikdən sonra insanlar iş tapmaqda əziyyət çəkirlər. Cəmiyyətin bu məsələdən ən çox əziyyət çəkən üzvlərindən biri də qadınlardır. Bu məsələ ilə də bağlı bizə çoxlu müraciətlər var”, - o qeyd edib.
Deputat Vüqar Bayramov da qadınların pensiya yaş həddinin aşağı salınmasını məqsəduyğun hesab edir: “Pensiya məbləğində keyfiyyət göstəricilərindən, məsələn, ailədə uşaqların sayı kimi indikatorlardan istifadə olunsun. Nəticədə çoxuşaqlı ailələr daha tez pensiyaya çıxmaq hüququ ilə yanaşı, daha yüksək pensiya almaq imkanı da qazanarlar”.
Deputat Əli Məsimli də qadınların pensiya yaş həddinin aşağı salınmasını hökumət qarşısında qaldırıb.
Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi qaydalarında dəyişiklik edilib.
Bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.
Dəyişikliklə yaşayış sahəsinə ehtiyacı olan şəxs qismində uçota alınmış şəhid ailəsinin üzvü vəfat etdiyi, habelə yaşayış sahəsinə ehtiyacı olan şəxs qismində uçota alınmış şəxsə sonradan şəhid statusu verildiyi halda, həmin uçot onun ailə üzvləri üçün Nazirlər Kabineti tərəfindən müəyyən olunmuş qaydada saxlanılacaq.
BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Sazişinin Tərəflər Konfransının 29-cu Sessiyası (COP29) çərçivəsində TƏBİB-in tabeliyindəki müəssisələrə tibbi xidmət üçün ümumilikdə 826 nəfərin müraciəti qeydə alınıb.
Bu barədə TƏBİB məlumat yayıb.
Qeyd olunub ki, tibb məntəqələrinə müraciət edənlərin sayı 199 nəfər, təcili yardım briqadalarına müaciət edənlər isə 492 nəfər təşkil edib. 107 nəfər ambulator, 28 nəfər isə stasionar müalicəyə cəlb olunub. Bir xarici vətəndaş üzərində Yeni Klinikada cərrahi əməliyyat (bridektomiya, appendektomiya, abses drenajı) uğurla icra olunub, kafi vəziyyətdə ambulator müalicə üçün buraxılıb.
İxtisaslı tibbi xidmətə ehtiyacı yaranan şəxslər Yeni Klinika, Sabunçu Tibb Mərkəzi, Kliniki Tibbi Mərkəz və Mərkəzi Neftçilər Xəstəxanasında müayinə və müalicə olunublar.
Asiya, Afrika, Avropa, Amerika, Avstraliya qitələri üzrə ümumilikdə 87 ölkədən əcnəbi vətəndaşların müraciəti qeydə alınıb. Bura Azərbaycan, Hindistan, ABŞ, Keniya, Çin, Misir, Pakistan, Böyük Britaniya, Zimbabve, Braziliya, Hollandiya, Argentina, Banqladeş, İrlandiya, Konqo, Türkiyə, İordaniya, Malavi, Meksika, Birləşmiş Ərəb Əmirlikləri, Beliz, CAR, Danimarka, Kamerun, Kolumbiya, Tonqa, Uqanda, Almaniya, Anqola, Barbados, Belarusiya, Burkina-Faso, Burundi, Rusiya, Benin, Əlcəzair, İraq, İspaniya, İsrail, İtaliya, Mərakeş, Nepal, Nigeriya, Özbəkistan, Palau, Polşa, Portuqaliya, Qana, Səudiyyə Ərəbistan, Sinqapur, Slovakiya, Ukraniya, Yaponiya, Antiqua and Barbuda, Esvatini Fici, Gürcüstan, İndoneziya, İran, İsveçrə, Kanada, Kiribati, Kosta-Rika, Lesoto, Liberiya, Livan, Malayziya, Maldiv, Mali, Malta, Mavritaniya, Mikroneziya, Norveç, Papua-Yeni Qvineya, Qambiya, Qazaxıstan, Qırğızıstan, Sudan, Suriya, Tanzaniya, Tayland, Toqo, Trinidad və Tobaqo, Tunis, Vanuatu və Yunanıstan kimi ölkələr daxildir.
Müraciətlər əsasən, müxtəlif ağırlıq dərəcəsində travmalar, hipertenziyalar, qastroenteroloji patologiyalar, nevrotik–emossional reaksiyalar, müxtəlif orqan və sistemlərin alqoloji reaksiyaları, respirator virus infeksiyalarından ibarət olub.
Xatırladaq ki, konfrans çərçivəsində 60 təcili tibbi yardım briqadası tədbirin keçirildiyi müvafiq ərazilər üzrə xidmət göstərib. Eyni zamanda Heydər Əliyev adına Beynəlxalq Aeroportda, Heydər Əliyev Mərkəzində, Atletlər kəndində, “Koroğlu”, “28 May”, “Elmlər Akademiyası” metrostansiyalarında, eləcə də qonaqların məskunlaşdığı ərazilərdə tibbi xidmətin göstərilməsi üçün həkim məntəqələri təşkil edilib.
Azərbaycan Respublikasının 2025-ci il üçün dövlət büdcəsinin layihəsi qlobal iqtisadi meyillər və ölkəmizin qarşısında duran strateji çağırışlar nəzərə alınmaqla hazırlanıb.
Bunu Milli Məclisin Təhlükəsizlik, müdafiə və korrupsiya ilə mübarizə komitəsinin sədri Arzu Nağıyev parlamentdə büdcə müzakirələri zamanı deyib.
Komitə sədri bildirib ki, ölkə qarşısında duran bir nömrəli vəzifə hərbi gücümüzün artırılmasıdır: “Baxmayaraq ki, İkinci Qarabağ müharibəsi və antiterror əməliyyatı arxada qaldı, həm dünyada gedən proseslər, yeni münaqişə və müharibə ocaqlarının yaradılması, ətrafımızda gərginliyin artması, eyni zamanda, Ermənistanda revanşizm meyilləri bizi bu sahəyə daim diqqət göstərməyə vadar edir. Hərbi gücümüz olmasa, biz heç bir müstəvidə - nə iqtisadi, nə siyasi müstəvidə uğur qazana bilmərik.
Növbəti önəmli vəzifə sərhədlərimizin qorunması ilə bağlıdır. Uzunluğu 500 kilometr olan sərhəd mürəkkəb relyefli ərazilərdən keçir. Sərhəd xəttini möhkənləndirmək üçün müasir istehkam qurğularının qurulmasına ehtiyac var. Əsasən, yüksəkliklərdə hərbi xidmət keçmək üçün yeni komandolar, hərbi birləşmələrin yaradılması zəruridir. Xüsusi xidmət və hüquq mühafizə orqanlarının ən müasir texnika və texnologiyalarla təmin edilməsi prosesi davam etdirilməlidir”.
Deputat əlavə edib ki, ictimaiyyətin də maraqlarını nəzərə alaraq bir sıra rəqəmləri səsləndirib:
“Həmin xərclər aşağıdakı kimi bölüşdürülməsi nəzərdə tutulur:
müdafiə qüvvələri - 2 665 277 196,0
milli təhlükəsizlik - 467 917 873,0
sərhəd xidməti - 540 314 143,0
O cümlədən, müdafiə və milli təhlükəsizlik sahəsində tətbiqi tədqiqatlar – 5 359 711,0
müdafiə və milli təhlükəsizlik sahəsinə aid edilən digər
fəaliyyətlər - 4 717 428 673,0
Müdafiə və xüsusi xidmət, hüquq mühafizə orqanlarında șəxsi heyətin tam komplektləşdirilməsi, həmin orqanların maddi-texniki təminatının yaxşılaşdırılması, işğaldan azad olunmuş ərazilərdə müdafiə, hüquq mühafizə orqanlarının müvafiq xidmətlərinin təşkili ilə bağlı məsələlər də layihədə nəzərə alınıb.
Eyni zamanda kirayə götürülmüş yaşayış sahəsinə görə yaşayış yeri olmayan hərbi qulluqçulara (ehtiyatda və istefada olan hərbi qulluqçular da nəzərə alınmaqla) ödənilən pul kompensasiyası üçün 2025-ci ilin dövlət büdcəsində 15,0 milyon manat, 20 il və daha çox xidmət etmiş, işləyən və ehtiyatda olan hərbi qulluqçuların mənzillə təmin olunması zəruri xərclərin maliyyə təminatı üçün 35,0 milyon manat məbləğində vəsaitin nəzərdə tutulması da sevindirici və müsbət haldır.
Yekun olaraq bildirmək istəyirəm ki, büdcə hədəflərinin reallaşmasına kömək olacaqdır”.
Təhsil müəssisələrində təlim-tədris prosesinin fasiləsizliyinin təmin edilməsi, eləcə də uşaqların sağlam və təhlükəsiz mühitdə təhsil alması prioritet istiqamətlərdəndir. Bu baxımdan, payız-qış mövsümündə təhsil müəssisələrinin istiliklə təchizatının təmin edilməsi də xüsusi əhəmiyyət kəsb edir.
Bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən məlumat verilib.
Nazirlər Kabinetinin 5 sentyabr 2023-cü il tarixli “İstilik enerjisindən istifadə qaydaları”nın təsdiq edilməsi haqqında qərarına əsasən, hər il istilik mövsümü noyabrın 15-də başlayır və növbəti il aprelin 15-də yekunlaşır. İstilik təminatının plana və qanuvericiliyə uyğun müddətdə həyata keçirilməsi üçün öncədən hazırlıq işləri görülür.
Belə ki, Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin tabeliyində 1674 məktəbəqədər təhsil müəssisəsi, 4209 ümumi təhsil müəssisəsi və 145 məktəbdənkənar təhsil müəssisəsi fəaliyyət göstərir. Yay aylarından etibarən təhsil müəssisələrinin təmir-tikintisi və təchizatı istiqamətində aidiyyəti qurumlarla birgə genişmiqyaslı işlər görülüb.
Bu çərçivədə payız-qış mövsümündə uşaqların istiliklə təchiz edilmiş təhsil müəssisələrində təlim-tədrisə cəlb olunmaları və tədrisin fasiləsizliyinin təmin edilməsi məqsədi ilə aidiyyəti qurumlarla birgə hazırlıq işləri həyata keçirilib. Təhsil müəssisələrinin istilik sistemləri və qazanxanalarının sazlığı yoxlanılıb, yarana biləcək problemlərin əvvəlcədən müəyyən edilməsi və aradan qaldırılması istiqamətində yoxlamalar həyata keçirilib.
Bununla yanaşı, gündəlik əsasda yarana biləcək istilik təminatına dair məsələlər ilə bağlı digər aidiyyəti qurumlarla birlikdə operativ işçi qrupları yaradılıb. Daxil olan müraciətlər qeydiyyata alınır, təhlillər aparılır və qısa zamanda həlli istiqamətində müvafiq addımlar atılır.
Qeyd edək ki, ölkə ərazisində fəaliyyət göstərən ümumi və məktəbəqədər təhsil müəssisələrinin mərkəzləşdirilmiş qaydada və müxtəlif vasitələrlə(odun, dizel, elektrik radiatoru) istilik mövsümünə hazır vəziyyətə gətirililməsi prosesi təmin olunur" - məlumatda deyilir.
Son illər “Azpulmat” və “Manato” kimi bank olmayan kredit təşkilatlarına (BOKT) üz tutan insanların sayı artıb. Bu kimi təşkilatların kredit faizləri və şərtləri zaman-zaman vətəndaşlar tərəfindən etirazla qarşılanırdı. Ödənişlərin qaytarılmasında ciddi problemlər yaranırdı.
Milli.az xəbər verir ki, artıq məsələyə ciddi nəzarət olunacaq və bank olmayan kredit təşkilatlarının fəaliyyəti “Bank olmayan kredit təşkilatlarında kredit risklərinin idarə edilməsi Qaydası” əsasında təşkil olunacaq.
Bundan sonra “Azpulmat” və “Manato” kimi bank olmayan kredit təşkilatları ən çox 500 manat kredit verə biləcəklər və gündəlik faiz dərəcəsi maksimum 0,3 faiz ola bilər. Yəni 500 manat kredit üçün aylıq 45 manat faiz hesabalana bilər, çox yox.
Borcun qaytarılma müddəti də 45 gün olacaq.
Ən problemli məsələlərdən biri isə gecikdirilmiş borclarla bağlı idi. Bu məsələdə öz həlini tapıb. Gecikdirilmə faizləri və ya dəbbə pulu əsas borc qalığı məbləğinə gündəlik tətbiq olunan faiz dərəcəsinin 2 mislindən çox olmamalıdır. Gecikdirmə faizləri və ya dəbbə pulu tətbiq edildikdə, əsas borc üzrə faizlər 30 gündən artıq hesablanmamalıdır. Kredit üzrə edilməli olan bütün ödənişlərin ümumi məbləği əsas borcun 100%-dən çox olmamalıdır.