![]() |
|
Ukraynadakı münaqişə bir il ərzində həll olunmasa, Üçüncü Dünya müharibəsi başlaya bilər.
Belə bir xəbərdarlıq bəyanatı ilə ABŞ prezidenti Donald Tramp çıxış edib.
Tramp Rusiya və ABŞ arasında Ər-Riyadda aparılan danışıqları irəliyə doğru böyük addım hesab edərək Putinlə danışğını da yüksək qiymətləndirib.
Donald Trampın fikrincə, keçmiş prezident Co Baydenin kursu davam etsəydi, III Dünya Müharibəsi bu il başlayacaqdı, lakin bu, heç kimin maraqlarına uyğun deyil.
“Biz bunu bitirəcəyik. Üçüncü Dünya müharibəsindən heç kəs faydalanmayacaq və biz bundan o qədər də uzaq deyilik. O idarəçiliyimiz daha bir il olsaydı, III Dünya Müharibəsi olardı. Amma indi bu baş verməyəcək”, - Tramp Mayamidə investisiya sammitində çıxışı zamanı deyib.
Rusiya prezidenti Vladimir Putin Ər-Riyaddakı Moskva-Vaşiqnton danışıqlarının nəticələrini yüksək qiymətləndirib.
Putin ilk dəfə Rusiya-Amerika danışıqlarının nəticələrini şərh edərək Ukrayna ilə bağlı da mövqeyini açıqlayıb.
Putin bildirib ki, Rusiya və ABŞ diplomatlarının ölkədən çıxarılması yaxşı heç nəyə gətirib çıxarmır və indi diplomatik nümayəndəliklərin işi bərpa olunacaq.
O əlavə edib ki, Rusiya və ABŞ Yaxın Şərqdə, o cümlədən Suriya və Fələstində əməkdaşlıq istiqamətində ilk addımları atıb.
Putin qeyd edib ki, Rusiya Ukrayna ilə bağlı danışıqlar masasına qayıtmağa hazırdır.
“Rusiya Federasiyası heç vaxt Avropa və ya Ukrayna ilə dialoqdan imtina etməyib. Avropalılar özləri Moskva ilə əlaqəni dayandırıblar, Kiyev isə hətta Rusiya ilə danışıqlara qadağa qoyub”, - Putin vurğulayıb.
Putin əlavə edib ki, onlar üçün sadəcə olaraq Trampla görüşmək yetərli deyil, ən vacib məsələləri, o cümlədən Ukraynanı həll etmək lazımdır.
Trampla görüşünün nə vaxt baş tutacağına gəldikdə isə Putin deyib ki, hələlik dəqiq bir söz deyə bilməyəcək.
Trampın Ukrayna məsələsinin həlli ilə bağlı vədinə gəldikdə Putin deyib ki, Ukrayna böhranını tez bir zamanda həll edəcəyinə söz versə də, prezident postunda əyləşdikdən sonra əldə etdiyi məlumatdan sonra mövqeyini dəyişib və bu da təbiidir.
ABŞ Prezidenti Donald Tramp hal-hazırda dezinformasiya qovuğu içindədir və Kiyev istərdi ki, Amerika liderinin komandası Ukrayna haqqında daha çox həqiqəti bilsin.
Oxu.Az xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski alman jurnalist Sandre Mayşberqerə müsahibəsində deyib.
Ukrayna lideri bununla da Ağ Ev rəhbərinin V.Zelenskinin populyarlıq reytinqinin dörd faiz təşkil etməsinə dair sözlərinə cavab verib. Siyasətçi vurğulayıb ki, bu gün səhər yayılan sorğunun nəticələri əhalinin Zelenskiyə etimad səviyyəsinin xeyli böyük olduğunu göstərir:
"Dörd faizlik dezinformasiyanın Rusiyadan gəldiyini başa düşürük. Bu rəqəmlərin ABŞ və Rusiya arasında müzakirə edildiyinə dair sübutlarımız var. Təəssüf ki, Tramp bu dezinformasiya qovuğu içində yaşayır".
Ər-Riyadda Rusiya-ABŞ danışıqları Səudiyyə Ərəbistanına Qəzzanın gələcəyi ilə bağlı danışıqlarda əlavə təsir rıçaqları verə bilər
Səudiyyə Ərəbistanı (KSA) müharibədən sonrakı Qəzza zolağının taleyi ilə bağlı gələcək müzakirələrdə əlavə təsir imkanları əldə etmək məqsədilə ABŞ və Rusiya arasında danışıqlar üçün platforma təklif edib.
Bu barədə CNN-nin əməkdaşı Mostafa Salem öz analitik məqaləsində yazır.
Qeyd edilir ki, bu danışıqların Ər-Riyadda keçirilməsi Səudiyyə Ərəbistanının de-fakto lideri Məhəmməd bin Salmanın qələbəsi kimi dəyərləndirilir: "Səudiyyə Ərəbistanı ölkənin iqtisadiyyatını diversifikasiya etmək və neft asılılığından çıxmaq planını həyata keçirməyə kömək edə biləcək milyardlarla investisiya cəlb etmək ümidi ilə qlobal münaqişələrdə neytrallıq siyasətini yenidən nəzərdən keçirib. O, regional rəqib İranla əlaqələr qurur və Çinlə münasibətləri qoruyur. Bütün bunlar Səudiyyə Ərəbistanının Qərblə sıx münasibətlərini qoruyub saxlayır".
Qeyd edilir ki, vəliəhdin danışıqlarda artan nüfuzu onun Trampla yaxın münasibəti, eləcə də Putinlə yaxşı əlaqələri ilə bağlıdır. "Bin Salman Ukraynanın işğalından sonra Moskvanı uzaqlaşdırmaq üçün Qərbin təzyiqlərinə müqavimət göstərdi və dünyanın neft tədarüklərinə nəzarət etmək üçün Putinlə koordinasiyasını davam etdirdi", - deyə məqalədə bildirilib.
"Zelenskinin Türkiyə səfərini bir neçə kontekstdə dəyərləndirmək olar. Birincisi, Rusiya və ABŞ danışıqlarına Türkiyə üzərindən alternativin yaradılmasıdır. Belə bir alternatin yaradılması Ukrayna hakimiyyətinə imkan verir ki, Amerikanın qurduğu masadan yayına bilsin. Və yaxud da öz maraqlarının təmin edilməsi üçün belə bir alternatin olduğunu nümayiş etdirsin. İkincisi isə odur ki, Rusiya-Amerika danışıqlarında Türkiyənin dəstəyini əldə etmək məsələsidir. Güman ki, Zelenski Ərdoğandan bunu istəyir. Türkiyənin belə bir dəstək verməsi və yaxud da prosesə qoşulması bütün hallarda Ukraynanın mövqelərini gücləndirə bilər. Üçüncü əsas məsələ atəşkəsin edilməsindən sonra Ukraynanın təhlükəsizliyinin hansı formada təmin edilməsidir".
Bu sözləri açıqlamasında politoloq Asif Nərimanlı Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla Ukrayna Prezidenti Volodimir Zelenskinin görüşünü şərh edərkən deyib.
Onun fikrincə, Amerika öz qoşunlarını Ukraynaya göndərmək niyyətində deyil:
"Avropanın özündə də bununla bağlı fikir ayrılıqları var. Bu halda Ukraynanın təhlükəsizliyinin necə olacağı sual altına düşür. Ukraynanı faktiki NATO-ya qəbul etmirlər. Zelenski məhz Ərdoğanla bu məsələni müzakirə edib deyə düşünürəm. Türkiyənin bu məsələdə Ukraynaya dəstəkləməsi və Qərbin, xüsusən NATO-dakı müttəfiqlərinin mövqeyinə təsir etməyini istəyib. Zelenski Ankarada da açıq şəkildə bildirir ki, onlar Amerikanın, Avropa İttifaqının və Türkiyənin iştirakı ilə təhlükəsizlik zəmanəti istəyirlər. Türkiyənin həm istər danışıqlar prosesində, həm də təhlükəsizliyinin təmin edilməsi məsələsində dəstək verməsi, Qərb cəbhəsində Ukrayna ilə bağlı olan mövqeyə təsir edə və əlini gücləndirə bilər. Hesab edirəm ki, əsas məsələ bunun üzərində qurulur.
Digər tərəfdən, Türkiyənin Rusiya ilə yaxşı münasibətləri var. Rusiya-Ukrayna müharibəsinin getdiyi vaxt ən uğurlu vasitəçiliyi məhz Türkiyə edib. Türkiyə bu prosesdə ən unikal tərəfdir. Təbii ki, Türkiyə prosesə qoşulacaqsa, alternativ imkanlar yaranır ki, ən azından Ukraynanın mövqeləri nəzərə alınsın".
Politoloq qeyd edib ki, danışıqlar prosesini Amerika başladıb və onun gündəliyindən kənar alternativ masaları, müzakirə platformalarını qəbul etməyəcək:
"Amma bütün hallarda belə bir alternativin irələ sürülməsi qeyd etdiyim kimi, Ukraynanın da mövqeyinin nəzərə almasına şərait yarada bilər. Hərbi əlaqələrin inkişafı məsələsinə gəldikdə, hesab edirəm ki, müharibənin başa çatdırılması istiqamətində atılan addımlarda Türkiyənin Ukrayna üçün hərbi baxımdan edə biləcəyi ciddi bir proses yoxdur. Bu, gələcək də ola bilər. Amma indi əsas gündəm deyil.
Əsas gündəm Ukraynada müharibənin başa çatdırılması ilə bağlı danışıqlardır. Gələcəkdə sülh əldə edilərsə, Ukrayna öz ordusunu qurmağa başlayarsa, o zaman Türkiyə bu prosesdə Ukrayna üçün ciddi rol oynaya bilər. Bəllidir ki, Ukrayna NATO-ya qəbul edilmir, Avropa İttifaqına qəbul edilməsi hələ də sual altındadır. Amma Ukrayna atəşkəs imzalanandan sonra gələcək xarici siyasətini Türk Dövlətləri Təşkilatına müşahidəçi üzv kimi də davam etdirə bilər. Bu, eyni zamanda Kiyevi Rusiya qarşısında mövqeyini gücləndirə biləcək amildir".
“Onlar bunu təxminən 20% etdilər, amma 100% yox. Əgər onlar bunu 100% etmək istəsəydilər, düşünürəm ki, bu, çox tez baş verərdi”.
Bunu ABŞ prezidenti Tramp bildirib. O, İsrailin orada silsilə hərbi əməliyyatlar həyata keçirməsindən sonra Ukrayna şəhərlərinin vəziyyətini Qəzza zolağı ilə müqayisə edib: “Əslində, faizlə desək, bir çox binalar Qəzzada olduğundan daha çox dağılıb. Deməli, bilirsiniz, insanlar bundan beziblər. İnsanlar nəyinsə olmasını istəyir”.
Bundan əlavə, Tramp fevralın sonuna qədər Rusiya prezidenti Putinlə görüşəcəyini etiraf edib. O, həmçinin Ər-Riyadda keçirilən Rusiya-Amerika danışıqlarını “çox yaxşı” adlandırıb və əlavə edib ki, müharibənin həllinə inamı güclənib.
ABŞ Rusiya-Ukrayna münaqişəsinin həll olunacağı təqdirdə Aİ-nin Rusiyaya qarşı sanksiyalarının mümkün ləğvinə eyham vurub.
ABŞ dövlət katibi Marko Rubio jurnalistin Moskvaya tətbiq edilən sanksiyalarla bağlı sualını cavablandırarkən bu barədə danışıb.
“Bütün bunlar [Rusiya Federasiyasına qarşı sanksiyalar] bu [Rusiya və Ukrayna arasında] münaqişənin nəticəsidir. Bu münaqişə nəticəsində tətbiq edilən sanksiyalar var. Ona görə də demək istərdim ki, istənilən münaqişəyə son qoymaq üçün bütün tərəflərin güzəştə getməsi lazımdır. Sanksiya tətbiq edən başqa partiyalar da var. Avropa İttifaqı nə vaxtsa danışıqlar masası arxasına oturmalı olacaq, çünki onların da Rusiyaya qarşı tətbiq etdiyi sanksiyalar var” - deyə o bildirib.
Ötən il Azərbaycan Prezidenti Pakistana səfər etdi.
APA xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Pakistan Senatın sədri Syed Yusuf Raza Gilani deyib.
“Biz Azərbaycanla bir çox sahələrdə yaxından əməkdaşlıq edirik. Pakistanın Baş naziri Şahbaz Şərif iki gün sonra Azərbaycana gələcək”, - deyə Syed Yusuf Raza Gilani bildirib.
ABŞ nümayəndələri Polşa rəhbərliyini əmin ediblər ki, Vaşinqton Polşada və bütövlükdə Avropada ABŞ qoşunlarının mövcudluğunu azaltmaq niyyətində deyil.
"Report" xəbər verir ki, bunu Polşa dövlət başçısı Anjey Duda ABŞ prezidentinin Rusiya və Ukrayna üzrə xüsusi elçisi Keyt Kelloqla görüşün yekunlarına dair mətbuat konfransında deyib.
“Bizi əmin ediblər ki, Avropanın bizim hissəsində aktivliyi azaltmaq və ya qoşunların sayını azaltmaq niyyəti yoxdur”, - Duda bildirib.
Polşa lideri onu da söyləyib ki, o, Ukraynada ən azı hərbi əməliyyatların dayandırılmasını gözləyir: "Fikrimcə, ABŞ Ukraynada müharibənin başa çatması məsələsində çox güclü şəkildə oyuna daxil olub. Nəticədə, həqiqətən də, ən azı hərbi əməliyyatların dayandırılacağını gözləyirəm".
Qeyd edək ki, Avropada ABŞ-nin 100 minə yaxın hərbçisi var. Onların 10 min nəfəri Polşadadır.