Trampdan Ukraynanın məğlubiyyətini bildirən bəyanat

"Ukrayna çətin ki, Rusiya tərəfindən işğal olunmuş əraziləri qaytarsın".

Bu sözləri ABŞ prezidenti Donald Tramp Ağ Evdə jurnalistlərə açıqlamasında deyib.

Onun fikrincə, itirilmiş ərazilərin bir hissəsi geri alına bilər, lakin Ukraynanın 2014-cü il sərhədlərinə qayıtması çətindir:

"Rusiya çoxlu ərazilər ələ keçirdi, bu torpaq uğrunda vuruşdular və çoxlu əsgərlərini itirdilər. Bir çox insanlar da Ukraynanın torpaqlarını geri qaytara bilməyəcəyini düşünür”, - Tramp deyib.

ABŞ Dövlət katibi Yaxın Şərqə ilk səfərini edəcək

ABŞ Dövlət katibi Marko Rubio fevralın 15-18-də İsrail, Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirliklərinə səfər edəcək.

Səfər çərçivəsində yüksəksəviyyəli görüşlərdə regional əməkdaşlıq, sabitlik və sülhün inkişaf etdirilməsi, amerikalıların və bütün digər girovların HƏMAS tərəfindən azad edilməsi, Qəzzada atəşkəs razılaşmasının II mərhələsinə keçmə və İran məsələsi müzakirə ediləcək.

Daha əvvəl fevralın 13-də dövlət katibi Münhen Təhlükəsizlik Konfransında iştirak etmək üçün Münhenə səfər edəcək və G7 Xarici İşlər Nazirlərinin Toplantısına da qatılacaq.

Əsəd rejimi dolları belə çap edirmiş - FOTO

Suriya ordusu Livanla sərhəddə devrilmiş rejimin saxta əskinas çap etdiyi obyekti ələ keçirib.

APA xəbər verir ki, Suriyada ordu sərhəddə qeyri-qanuni fəaliyyətlərin qarşısını almaq üçün Homs şəhərinin Qusayr bölgəsində genişmiqyaslı əməliyyat keçirib.

Əməliyyat zamanı devrilmiş Əsəd rejimi üzvlərinin bölgədə müasir maşınlarla saxta xarici valyuta istehsal etdikləri obyekt müəyyən olunub.

 

 

 

 
Qərbin yeni planı: rus neftini daşıyan tankerləri ələ keçirmək

Avropa ölkələri Baltik dənizində Rusiya neftini daşıyan tankerlərin kütləvi şəkildə ələ keçirilməsi ilə bağlı qapalı danışıqlar aparır.

“Politico”xəbər verir ki, Aİ ölkələri ətraf mühitin qorunması və dəniz quldurluğu ilə mübarizə bəhanəsi ilə xarici gəmilərə hücumları leqallaşdırmaq üçün gəmilərin keçidi ilə bağlı tələbləri birgə sərtləşdirmək niyyətindədir.

Nəşrin yazdığına görə, Rusiyadan karbohidrogenlərin alınmasına qarşı sanksiyaların və qiymət məhdudiyyətlərinin tətbiqinə baxmayaraq, dünyada bütün tankerlərin təxminən 17%-i mövcud qadağalardan yayınaraq Rusiya neftini daşıyır.

Enerji və Təmiz Hava Tədqiqatları Mərkəzinin Rusiya-Avropa şöbəsinin rəhbəri İsaak Levinin sözlərinə görə, nəqliyyat üçün əsas dəniz arteriyası Finlandiya körfəzi və Baltik dənizidir. Keçən il Baltikyanıdan 348 neft gəmisi keçib və bu, Rusiyanın "qara qızıl" ixracının ümumi həcminin təxminən 40%-ni təşkil edir. Məhz buna görə də Avropa rəsmiləri bu yükü nəyin bahasına olursa olsun, qarşısını almaq üçün bir yol tapmağa qərar veriblər.

Nəşr onu da qeyd edib ki, Qərbdə nəzərdən keçirilən digər potensial variant isə məqsədyönlü sanksiya təzyiqinin davam etdirilməsi, xidmətdən, sığortadan və limanlara girişindən imtina ediləcək tankerləri qara siyahıya salmaq, həmçinin bu gəmilərin qeydiyyatda olduğu ölkələri nəticələrlə hədələməkdir.

İsraillə sərhəddə olan orduya döyüş hazırlığı əmri verildi

Misirin müdafiə naziri Əbdülməcid Sakr İsraillə sərhəddə olan orduya döyüş hazırlığı göstərişi verib.

Bu barədə Misir ordusunun sözçüsü polkovnik Qərib Əbdül Hafiz məlumat verib.

Üçüncü Səhra Ordusu Səfərbərlik Komandanlıq Mərkəzləri Layihəsinin əsas mərhələsində Misir Müdafiə naziri Sakr və Misir Baş Qərargah rəisi general-leytenant Əhməd Fethi İbrahim Xəlifə ilə bir çox komandirin iştirak edib.

“Üçüncü Səhra Ordusunun üzvləri hər cür şəraitdə onlara həvalə edilmiş vəzifə və öhdəlikləri yerinə yetirə bilmələri üçün döyüş hazırlığını ən yüksək səviyyədə saxlamalıdırlar”, - Misirin müdafiə naziri Sakr deyib.

Qeyd edək ki, Misirin Üçüncü Səhra Ordusunun ən mühüm vəzifələrinə ölkənin Sinay yarımadası və Qəzza zolağı ilə sərhədlərinin təhlükəsizliyini təmin etmək daxildir.

Simonyan: Azərbaycanla tarixi şansımız var

İrəvanın Rusiyanın Ermənistan-Azərbaycan münaqişəsinin həllindəki mümkün vasitəçilik təklifini qəbul etməsi ehtimalı azdır, lakin biz təklifləri müzakirə etməyə hazırıq, lakin keçmiş təcrübə bizdə çox pis xatirələr buraxıb.

Bunu Ermənistan parlamentinin spikeri Alen Simonyan deyib.

Onun sözlərinə görə, bunun üçün əsasları var: “Çünki hələ Rusiya Ermənistanın suallarını cavablandırmayıb. 100 ildə bir dəfə gəlib Ermənistanı müdafiə şüarları altında erməni xalqını alver predmetinə çevirmək yolverilməzdir".

İrəvanla Bakı arasındakı sülh danıqşılarına gəldikdə isə Simonyan bunu deyib: “Ermənistanla Azərbaycanın müstəqilliyi və suverenliyi bir-biri ilə sıx bağlıdır. Bu baxımdan gələcək bizim əlimizdədir. Bizim bu məsələləri birdəfəlik həll etmək üçün tarixi şansımız var”.

ABŞ Ukraynaya qoşun göndərir?  - PENTAQONDAN AÇIQLAMA 

ABŞ Ukraynaya qoşun göndərməyi planlaşdırmır və yaxın vaxtlarda sülh sazişinin bağlanacağını gözləyir.

Bu barədə ABŞ-nin müdafiə naziri Pit Heqset Ştutqartda jurnalistlərlə söhbəti zamanı bildirib.

Onun sözlərinə görə, hazırkı Amerika administrasiyası Ukraynada sülh sazişinin tezliklə bağlanmasını təmin etmək niyyətindədir.

Xatırladaq ki, Tramp hələ inauqurasiyadan əvvəl Rusiya-Ukrayna müharibəsini dayandırmaq üçün bütün mümkün tədbirləri görmək niyyətində olduğunu dəfələrlə bəyan etmişdi.

Süni intellektə yatırılan yüz milyardlarla dollar təhlükədə: Layihələr yarımçıq qala bilər

Hazırda dünyada mövcud olan elektrik enerjisi istehsal gücləri süni intellekt (AI) texnologiyalarını gücləndirmək məqsədilə minlərlə yeni məlumat mərkəzinin tikintisi planlarını dəstəkləmək üçün yetərli deyil.

Bunu Beynəlxalq Enerji Agentliyinin (BEA) rəhbəri Fatih Birol Parisdə süni intellekt məsələlərinə həsr olunmuş beynəlxalq konfransda çıxışı zamanı deyib.

Onun sözlərinə görə, dünyada enerjitutumlu sahə olan data mərkəzlərinin tikintisinə yüz milyardlarla dollar sərmayə qoyulur: “Biz növbəti beş il üçün təsdiqlənmiş bütün dünyada məlumat mərkəzinin tikintisinə qoyulan investisiyaları təhlil edirik. Minlərlə yeni obyektin tikintisi planlaşdırılır. Eyni zamanda mövcud elektrik enerjisinin həcmi bu artıma uyğun gəlmir ki, bu da bəzi layihələrin ləngiməsinə və hətta ləğvinə səbəb ola bilər".

Birolun sözlərinə görə, "orta ölçülü bir məlumat mərkəzi 100 000 ev təsərrüfatı qədər elektrik enerjisi istehlak edir" və bunların bir çoxu onları təmin etmək üçün əlavə elektrik xətlərinin çəkilməsini tələb edir: "Bizim qarşımızda ciddi bir vəzifə durur - məlumat mərkəzlərini elektrik enerjisi, təmiz, etibarlı və sərfəli elektrik enerjisi ilə təmin etmək”.

BEA rəhbəri qeyd edib ki, “data mərkəzi bir ildən az müddətdə tikilə bilər, elektrik ötürücü xəttinin tikintisi isə təxminən beş il çəkəcək”: "Bu proseslər arasında vaxt fərqi var və bizim hamımız üçün əsas problem hökumətlər, texnologiya şirkətləri və enerji sənayesi arasında əməkdaşlıq qurmaqdır".

Rus ordusunun itkiləri 900 000-ə yaxınlaşır - Ukrayna

Rusiya ordusunun Ukraynadakı müharibədə itkilərinin sayı açıqlanıb.

Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı fevralın 11-i səhər saatlarında açıqladığı məlumata görə, rus ordusunun indiyədək itkilərinin sayı 851 880 nəfərə çatıb.

Baş Qərargahın verdiyi məlumata görə, Rusiyanın canlı qüvvəsi ilə yanaşı, 70 minədək hərbi və zirehli texnikası məhv edilib.

Ermənistan-Türkiyə sərhədi açılır - Tarix

Ermənistan-Türkiyə sərhədində yerləşən Marqara keçid məntəqəsi tezliklə açılacaq.

Bu barədə erməni mediasına diplomatik mənbələrdən məlumat verilib.

Bildirilir ki, Ermənistanla Türkiyə sərhədində keçid məntəqəsinin açılışı martın 1-nə planlaşdırılır.

Eyni zamanda, nəzarət-buraxılış məntəqəsinin Ermənistan Milli Təhlükəsizlik Xidmətinin qüvvələri tərəfindən mühafizə olunması nəzərdə tutulur.

Əvvəllər bildirilib ki, Ermənistanla Türkiyə arasında sərhədin birinci mərhələdə üçüncü ölkə vətəndaşları və diplomatik pasport sahibləri üçün açılması planlaşdırılır.

Xəbər lenti