![]() |
|
ABŞ Prezidenti Donald Tramp Vaşinqtonun Ukraynadakı münaqişənin həlli üçün səylər göstərdiyini və bu istiqamətdə artıq müəyyən irəliləyiş olduğunu açıqlayıb.
Bu barədə o, Vaşinqtonda çıxışı zamanı bildirib.
“Biz bu problemi həll etmək üçün çox çalışırıq. Düşünürəm ki, bunun (müharibənin – red.) dayandırılmasını təmin etmək baxımından irəliləyiş əldə edirik”, - o deyib.
Tramp bir daha bildirib ki, Ukraynada müharibənin başlanmasında günahın bir hissəsi də sələfi Cozef Baydenin üzərinə düşür.
Ermənistanın baş naziri Nikol Paşinyan fevralın 3-dən 7-dək ABŞ-yə işgüzar səfərinin əsl motivləri başqadır.
Bu barədə politoloq Suren Sarkisyan Paşinyanın Vaşinqton səfərini şərh edərək yazıb:
"Hesab edirəm ki, Paşinyanın səfərinin əsas məqsədi 5-ci illik Beynəlxalq Dini Azadlıq Sammitində, həmçinin milli ibadət səhər yeməyində iştirak deyil. Hər kəs bilir ki, Paşinyan inanc və dinlə xüsusilə maraqlanmır. Bu o deməkdir ki, onun səfərinin məqsədi başqadır, dini tədbirlər isə sadəcə bəhanədir.
1. Paşinyan üçün Trampın xarici siyasətinin hansı istiqamətdə inkişaf edəcəyini anlaması həyati əhəmiyyət kəsb edir. O, ABŞ-nin dəstəyinə arxalana bilərmi və Tramp administrasiyası Paşinyana iqtisadi, maliyyə və siyasi dəstəyi verəcəkmi?
2. Paşinyan Tramp komandasının Ermənistan və Azərbaycan arasında sülh müqaviləsi üzrə danışıqlarda vasitəçiliyə davam etməyə hazır olub-olmadığını başa düşmək istəyir.
3. O, başa düşməlidir ki, bu administrasiya onun “Sülh kəsişməsi” adlanan konsepsiyasına nə dərəcədə dəstək verməyə hazırdır.
4. Amerikalıların Türkiyə vasitəsilə Ermənistan-Türkiyə münasibətlərinin normallaşmasına yardım etmək üçün işləməyə davam edib-etməyəcəyini öyrənməlidir.
5. O, Trampın İran və Rusiyaya qarşı siyasətinin nədən ibarət olacağını başa düşmək istəyir ki, onlarla münasibətlərində nə qədər manevr imkanı olacaq və ya onlardan nə qədər uzaqlaşa bilsin.
6. O bu administrasiyanın ümumilikdə erməni-amerikan strateji tərəfdaşlığında və xüsusilə ABŞ prioritetlərində nə dərəcədə maraqlı olduğunu anlamağa çalışacaq.
7. Nəhayət, Paşinyan ABŞ hakimiyyətini, erməni icmasını və lobbiçiləri inandırmalıdır ki, Vaşinqton Azərbaycana təzyiq etməməli, Azadlığın Müdafiəsi Aktının 907-ci maddəsindən imtina etməli və Azərbaycana qarşı yönələ biləcək hər hansı digər qətnamənin mümkün qəbulundan imtina etməlidir.
Ermənistan hakimiyyəti demokratların seçkilərdə qalib gələcəyinə əmin idi və səfərin səbəblərindən biri də budur”, - o yazıb.
“Crocus City Hall”da terror aktı ilə bağlı istintaq başa çatıb, zərərçəkənlər istintaq materiallarıilə tanış olurlar.
“Report” xəbər verir ki, bu barədə vəkil məlumat verib.
Qeyd edək ki, ötən il martın 22-də axşam saatlarında Moskva vilayətinin Krasnoqorsk şəhərində "Piknik" qrupunun konserti başlamazdan əvvəl bir neçə nəfər “Crocus City Hall”a girərək ziyarətçilərə və işçilərə atəş açıb. Binada yanğın baş verib.
Son məlumatlara görə, 144 nəfər ölüb, 551 nəfər xəsarət alıb.
2023-cü ildə Türkiyədə baş verən əsrin fəlakəti adını alan və minlərlə insanın həyatına son verən dəhşətli zəlzələninin ikinci ildönümü günü yenidən ölkə silkələndi.
Artıq son iki gündə Türkiydə davamlı olaraq zəzlələlər qeydə alınır.
AFAD-ın açıqlamasına görə, fevralın 6-da səhərə yaxın Ege dənizində iki saatda yeddi zəlzələ baş verib.
Belə ki, Egey dənizində saat 04.41-də 4.1 bal gücündə, 05.02-də 4.1 bal, 05.24-də 4.4 bal, 05.45-də 4.4 bal, 05.54-də 4.6 bal, 06.23-də 4.6 bal, 06:36-da isə 4,5 bal gücündə ardıcıl yeddi zəlzələ qeydə alınıb.
Egey dənizindəki Santorini adası və ətrafı son günlər bir-birinin ardınca baş verən zəlzələlərlə sarsılıb. Bu təkanlar vulkanik fəaliyyətlə bağlı narahatlıqları da artırıb. Ada xüsusilə keçmişdə böyük püskürmələrə səhnə olan Kameni vulkanı ilə diqqət çəkir. Zəlzələ fırtınası nəticəsində vulkan püskürməsi və 7 baldan yuxarı zəlzələnin baş verməsi istisna edilmir. 1925-ci ildə bölgədə böyük bir vulkan püskürməsi baş verdi, 1956-cı ildə 7,8 və 7,2 bal gücündə iki zəlzələ baş verdi.
ABŞ prezident Donald Trampın ABŞ-nin Beynəlxalq İnkişaf Agentliyini (USAİD) ləğv etməsi, ermənilərin qanını əməlli-başlı qaraldıb.
USAİD bir çox ölkələrlə yanaşı, Ermənistanda da aktiv fəaliyyət göstərib.
Ermənistan bu qurumdan ən çox yardım alan ölkələr siyahısında olub.
Erməni nəşri olan "Hraparak" yazır ki, USAİD-in Ermənistana ayırdığı külli miqdarda vəsaitin nə dərəcədə effektli olması o qədər də əhəmiyyətli olmasa da, erməni təşkilatlarının Amerika agentliyindən “yağlı tikələr” alması faktı, onların bu və ya digər şəkildə USAİD-lə əlaqəsi olan erməni təşkilatları tərəfindən həyata keçirilən çoxsaylı proqramların taleyi ilə bağlı çaşqınlıq içərisindədirlər.
İfadə Azadlığının Müdafiəsi Komitəsinin sədri Aşot Melikyan bildirib ki, CPFE də USAİD proqramlarından istifadə edib və yanvarın 25-də Internyus-Armenia onlara proqramın 90 gün ərzində dondurulduğunu və USAİD-in “ölüm məktubu”nun verilməsinə qədər heç bir xərcin həyata keçirilməyəcəyini bildirib.
Melikyan bildirib ki, Trampın bu qərarı Ermənistanın vətəndaş cəmiyyəti və mediası üçün çətin vəziyyət yaradıb.
CivilNet-in məlumatına görə, 2023-cü ildə USAID Ermənistanda 15 milyon dollar dəyərində 5 illik proqrama başlayıb.
Amerika qrantlarının dondurulması Faktor TV-də də problemlər yaradıb.
Qeyd edək ki, USAID 1961-ci ildə ABŞ prezidenti Con Kennedi tərəfindən yaradılıb və təşkilat Afrikada, Asiyada, Latın Amerikasında, Ermənistanda və başqa yerlərdə fəaliyyət göstərir. 1992-ci ildən isə Ermənistanda fəaliyyətə başlayıb və 2005-ci ilə qədər yalnız humanitar yardım göstərib. Dövlətlə birbaşa əməkdaşlıq 2013-cü ildən başlayıb.
Rusiya ilə müharibədə təxminən 45100 ukraynalı həlak olub.
Bunu Ukrayna prezidenti Volodimir Zelenski deyib.
Onun sözlərinə görə, müharibə zamanı 400 minə yaxın yaralanıb.
"Elə insanlar var ki, yaralanıb, lakin sonra cəbhə xəttinə qayıdıb yenidən yaralanıb", - prezident vurğulayıb.
Zelenski əlavə edib ki, müharibədə əsir götürülən və itkin düşən ukraynalıların dəqiq sayı məlum deyil. "Minlərlə insanın taleyi bəlli deyil", - o bildirib.
Gürcüstan parlamenti 49 müxalif deputatın mandatına son verib.
APA xəbər verir ki, qərar bir qədər əvvəl parlamentin sessiyasında keçirilən səsvermədə qəbul edilib.
"Türkiyə ilə dialoqu davam etdirəcəyik. Düşünürəm ki, Ermənistan və Türkiyə heç vaxt indiki kimi aktiv dialoqda olmayıblar".
Bunu Ermənistanın baş naziri Nikol Paşinyan deyib.
“Əslində, Türkiyə ilə ünsiyyət üçün heç bir maneə yoxdur və biz daim əlaqə saxlayırıq. Xarici işlər nazirlərimiz hər zaman görüşür və danışırlar, nümayəndələrimiz daimi təmasdadır və biz çox fəal işləyirik və nə etmək lazım olduğuna dair ümumi fikir var.
Ancaq təbii ki, bəzi nüanslar var və real nəticələr əldə etmək üçün müəyyən son addımlar lazımdır. Ümid edirik ki, nəticə tezliklə olacaq”, - Paşinyan qeyd edib.
Qeyd edək ki, Ankara İrəvanla münasibətlərin normallaşmasını Ermənistan-Azərbaycan münasibətlərinin nizamlanması ilə əlaqələndirir.
ABŞ Ukraynadakı müharibədən və əvəzsiz döyüş təcrübəsindən milyardlarla gəlir əldə edib.
Bunu Ukrayna prezidenti Volodimir Zelenski bildirib.
Onun sözlərinə görə, Amerika şirkətləri Rusiyanın Ukraynada apardığı genişmiqyaslı müharibənin yaratdığı böyük tələbat səbəbindən son 50 ildə ən yüksək qiymətə silah müqavilələri əldə edirlər.
"Bütün Avropa ölkələrinin belə bir xahişi var. İnsanlar qorxur. Bu, böyük puldur. Amerika şirkətləri hətta lisenziyalardan da milyonlar qazanıblar, çünki onların Avropada ofisləri var. Ona görə də bu, milyardlarla gəlirdir. Mən inanıram ki, bu müharibə bütün pis şeylərlə yanaşı, belə bir imkan da yaradıb", - Zelenski britaniyalı jurnalist Pirs Morqanla müsahibəsində deyib.
Zelenski onu da əlavə edib ki, bununla yanaşı, ABŞ müasir genişmiqyaslı quru müharibəsində təcrübə qazanıb.
ABŞ Qəzza zolağının uzun müddətə istifadəyə götürüb orada iqtisadi inkişaf imkanları yaratmağa hazırdır.
Bunu ABŞ prezidenti Donald Tramp Vaşinqtonda İsrailin baş naziri Benyamin Netanyahu ilə keçirdiyi mətbuat konfransında bildirib.
"Birləşmiş Ştatlar Qəzza zolağına nəzarəti ələ keçirəcək. Biz orada işləri görəcəyik. Ərazini minalardan təmizləyib hamarlayacağıq və dağılmış binaları sökəcəyik. Biz iqtisadi inkişaf və region əhalisi üçün qeyri-məhdud sayda iş yerləri və mənzillər yaradacağıq", - Tramp ABŞ-nin Qəzza ilə bağlı planlarını bölüşərkən deyib.
O eyni zamanda, qəzzalılara yeni bir və ya bir neçə Yaxın Şərq ölkəsinə köçmək imkanını da təklif edib. "Bu ölkələr Misir və İordaniyadır. Onlar Qəzzadadırlar, çünki alternativləri yoxdur. Onların nələri var? Hazırda ora böyük bir dağıntı yığınıdır", - Tramp deyib.
O, həmçinin ABŞ-nin Qəzza zolağında uzunmüddətli mülkiyyət sahibi olacağını da dilə gətirib.
“Mən uzunmüddətli sahiblik mövqeyini görürəm. Bunu Yaxın Şərqin bu ərazisinə, bəlkə də bütün Yaxın Şərqə sabitlik gətirəcək bir proses kimi görürəm”, - deyən Tramp əlavə edib ki, hər kəs bu ideyanı bəyənib.
Öz növbəsində İsrailin baş naziri Benyamin Netanyahu da bu ideyanı diqqətə layiq hesab edib.