![]() |
|
Rəsmi Bakının “Rus evi”nin bağlanması ilə bağlı verdiyi qərar bir çox postsovet ölkələrində ciddi reaksiyaya səbəb olub.
Bununla bağlı mövqeyini açıqlayan məşhur ukraynalı jurnalist Dmitri Qordon bunları deyib:
“Mən Azərbaycan dövlətinin, xüsusən də Prezident İlham Əliyevin yürütdüyü siyasətə və sərgilədiyi mövqeyə heyranam. Çox gözəl”.
Ekspert daha sonra əlavə edib: “Başa düşmək lazımdır ki, Azərbaycanın arxasında həm Türkiyə, həm Böyük Britaniya dayanır. Bu da vacib amildir. Bizim üçün Türkiyənin də mövqeyi önəmlidir”.
Qordon onu da qeyd edib ki, yaxın zamanda Rusiyanı yaxşı heç nə gözləmir: "Dünyanın çox ölkələri ona qarşı sərt mövqeyinin şahidi olacağıq".
ABŞ Prezidenti Donald Tramp Hökumətin Effektivliyi Departamentinin (DOGE) rəhbəri milyarder İlon Maskın milyarderin apardığı audit zamanı Pentaqonda milyardlarla dollarlıq fırıldaqçılıq və sui-istifadəyə dair sübutlar tapacağını gözlədiyini bildirib.
Bu barədə ABŞ prezidenti Donald Tramp “Fox News” telekanalına müsahibəsində deyib.
Tramp müsahibəsində orduda yoxlamalara başlamaqla bağlı tapşırıqlar verdiyini bildirib. “Gəlin ordunu yoxlayaq”, - o qeyd edib.
Tramp əlavə edib ki, bununla bağlı Maska, bəlkə də, 24 saat ərzində Təhsil Nazirliyi ilə əlaqə saxmağı və yoxlamalara başlamağı tapşıracaq.
"Biz fırıldaqçılıq və milyardlarla, yüz milyonlarla dollardan sui-istifadə hallarını tapacağıq", - Tramp Müdafiə Nazirliyindəki (Pentaqon) yeyintilər haqqında deyib.
Pentaqonun büdcəsi ildə təxminən 1 trilyon dollar təşkil edir. Dekabrda ozamankı prezident Co Bayden sentyabrın 30-da başa çatacaq maliyyə ili üçün müdafiə xərclərinə 895 milyard dollar nəzərdə tutan qanun layihəsini imzalayıb.
“Azərbaycan tərəfində daha çox belə bir tezis üzərində cəmlənir ki, Ermənistan silahlanır və Azərbaycana hücuma hazırlaşır. Azərbaycanın isə özünü müdafiə etmək və qabaqlayıcı tədbirlər görmək hüququ var”.
Bu barədə Ermənistanın baş naziri Nikol Paşinyanın məqaləsində deyilir.
“Bu tezislərin yaranması ilə bağlı iki versiya var: ya Azərbaycan həqiqətən də Ermənistanın ona hücum etmək niyyətində olduğunu düşünür, ya da özü hücum etmək niyyətindədir və buna zəmin yaratmağa çalışır. Hər iki halda əsas mülahizə ondan ibarətdir ki, Azərbaycan Ermənistanın Azərbaycana hücum etmək niyyətində olduğunu iddia edir”, - o qeyd edib.
Bununla belə, Paşinyan əlavə edib ki, Ermənistanın heç bir halda Azərbaycana hücum etmək niyyəti yoxdur.
“Hətta bir neçə dəfə bəyan etmişəm ki, Ermənistanın beynəlxalq səviyyədə tanınmış suveren ərazisinin 29743 kvadrat kilometrdən artıq hissəsi olan və hazırda Azərbaycanın işğalı altında olan ərazilərinin 200 kvadrat kilometrdən çoxunu hərbi yolla geri qaytarmaq vəzifəsini belə qarşısına qoymur, çünki bu məsələnin həlli prinsipi artıq realdır. Bu, artıq delimitasiya prosesi ilə bağlı reqlamentdə öz həllini tapıb”, - vurğulayıb.
İrəvanla Bakı arasındakı münaqişənin həl yolları haqqında mövqeyini açıqlayan Paşinyan bildirib ki, həlli yolları masa üzərindədir və Ermənistan və Azərbaycan nümayəndələrinin birgə işi nəticəsində hazırlanıb: “Birincisi, sülh müqaviləsinin artıq razılaşdırılmış maddələri nəinki bir-birinə qarşı ərazi iddialarının olmaması, həm də gələcəkdə belə iddiaların təqdim olunmaması məsələsini tamamilə həll edib. Sülh müqaviləsinin razılaşdırılmış hissəsi kifayət qədər dolğundur və imzalanmağa hazırdır.
Bundan başqa, iki tərəf qarşılıqlı silahlanma nəzarəti mexanizmlərinin yaradılması və sərhəd insidentlərinin birgə araşdırılması ilə bağlı yazılı təklif təqdim edib.
Ermənistan ilə Azərbaycan arasında Dövlət Sərhədinin Delimitasiyası və Sərhəd Təhlükəsizliyi Komissiyası və Azərbaycan ilə Ermənistan arasında Dövlət Sərhədinin Delimitasiyası üzrə Dövlət Komissiyası normal və konstruktiv iş rejimində işləyir.
Bu günlərdə Ermənistan Respublikasının Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar idarələrarası komissiyasının (yeri məlum deyil) və Azərbaycan Respublikasının Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının nümayəndələrinin iclası keçirilib.
Bütün bunlar o deməkdir ki, regionda eskalasiya üçün heç bir ilkin şərt yoxdur, üstəlik, sülh üçün bütün ilkin şərtlər yaradılıb”.
"Kanada Amerikanın köməyinə arxalandığı üçün öz müdafiəsinə kifayət qədər pul xərcləmir".
Bu sözləri ABŞ prezidenti Donald Tramp jurnalistlərə açıqlamasında deyib.
“Onlar müdafiəyə çox az pul xərcləyirlər. Tamamilə müdafiəsizdirlər, çünki bizim onları qoruyacağımızı güman edirlər. Amma fakt budur ki, biz onlara ildə təxminən 200 milyard dollar subsidiya veririk. Əgər biz bunu dayandırsaq, rüsumlar tətbiq etməklə onların avtomobil istehsal etməsinə mane olsaq, Kanada "yararsız ölkə" olacaq”, - deyə Tramp bildirib.
Çin əsilli Azərbaycan vətəndaşı Lin Aydın Qarabağda xidmət edib.
Bu barədə "Xüsusi təyinatlıların qaziləri, şəhid ailələri və veteranları" İctimai Birliyinin sədri Bəhruz Məmmədzadə bildirib.
"Bu gün tanış olduğum Lin Aydın valideyinləri Çin özü və qardaşı Azərbaycan vətəndaşı Lin Aydının dediyinə görə, Kəlbəcərdə xidmət edib, antiterror əməliyyatları zamanı Qubadlıda olub. Qardaşı isə hazırda Qarabağ zonasında N saylı hərbi hissədə xidmət edir", - o qeyd edib.
Ermənistanın baş naziri Nikol Paşinyanın fevralın 10-11-də Fransaya səfəri planlaşdırılır.
"TASS xəbər verir ki, bu barədə Ermənistan hökumətinin mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, o, Fransa prezidenti Emmanuel Makronla görüşəcək. Bundan əlavə, Paşinyan süni intellektə həsr olunmuş sammitdə də iştirak edəcək.
Almaniyadakı qeyri-qanuni miqrantların böyük bir hissəsi - təxminən 40%-i Suriya və Ukraynadan gəlib.
"Sərhədi qeyri-qanuni keçənlərin 20,6%-i suriyalılar, az qala 20%-i isə ukraynalılardır.
Həmçinin Əfqanıstan və Türkiyədən də əhəmiyyətli miqrasiya axını qeydə alınıb. Ukraynada davam edən münaqişə fonunda bu ölkənin sakinlərinə müvafiq ərizə təqdim etmədən Aİ ölkələrində sığınacaq hüququ verilir, lakin onların Avropada yaşayış yerlərini dəyişməsi üçün uzunmüddətli viza tələb olunur.
2023-cü ildə Avropa İttifaqına 127 min 500 nəfər daxil olub, 2024-cü ildə isə bu rəqəm 83 min 500 nəfər təşkil edib. 2023-cü ildə onların 44,7%-i, 2024-cü ildə isə 23%-i Almaniya polisinə sığınacaq üçün müraciət edib.(oxu.az)
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan hakim Ədalət və İnkişaf Partiyasının (AKP) fevralın 23-də keçirilməsi planlaşdırılan qurultayı ərəfəsində hökumətdə dəyişikliklə bağlı qərar verə bilər.
“Qafqazinfo” xəbər verir ki, bu barədə “Gazete Duvar” məlumat yayıb.
Nəşrin məlumatına görə, vitse-prezident Cevdet Yılmaz, xəzinə və maliyyə naziri Mehmet Şimşək, xarici işlər naziri Hakan Fidan, milli müdafiə naziri Yaşar Gülər, ətraf mühit, şəhərsalma və iqlim dəyişikliyi naziri Murat Kurum və səhiyyə naziri Kamal Memişoğlu vəzifələrində qalacaqlar.
Bildirilir ki, digər nazirlər arasında 3-4 nəfər dəyişdirilə bilər.
Keçmiş xəzinə və maliyyə naziri Berat Albayrakın yenidən hökumətdə vəzifə sahibi olacağı iddia olunur.
“Mədəniyyət və turizm, kənd və meşə təsərrüfatı, maliyyə və xəzinədarlıq nazirliklərinin ayrılması məsələsi də müzakirə olunur. Bildirilir ki, bu nazirliklər müxtəlif sahələrə cavabdeh olduqları üçün həddindən artıq yüklənir. Hesab olunur ki, bu sahələrin bəzilərini ayrıca nazirlik kimi ayırmaq olar”, - mənbə qeyd edib.
Alyaskada itkin düşən təyyarənin göyərtəsində olan 10 nəfərin hamısı həlak olub.
Bir gün əvvəl Alyaskada itən "Bering Air" təyyarəsi Nome reysi ilə uçarkən qəzaya uğrayıb. Xilasedicilər təyyarənin qalıqlarını tapıblar.
Təyyarədə olan 10 nəfərin isə hamısı həlak olub.
Sahil Mühafizəsi leytenantı Benjamin Makintayr-Kobl bildirib ki, təyyarədən qəza öncəsi hər hansı təhlükə siqnalı daxil olmayıb.
Təyyarənin göyərtəsində doqquz sərnişin və bir pilot olub.
Ukrayna hazırda Azərbaycandan Avropa ölkələrinə qaz nəqlində iştirak üzərində işləyir.
"Censor.NET" xəbər verir ki, bunu fevralın 7-də Ukrayna Xarici İşlər Nazirliyinin sözçüsü Georgi Tixiy bildirib.
“Söhbət konkret olaraq Azərbaycan qazından və onun nəqlində Ukraynanın iştirakından gedir. Bəli, həqiqətən də bu iş aparılır", - Tixiy bildirib.
O qeyd edib ki, Ukrayna Slovakiyanın baş nazirindən fərqli fikirlər eşidir. "Slovakiya hökuməti də digər Avropa ölkələri kimi resursların diversifikasiyasını, onların təchizatını və enerji təhlükəsizliyini əvvəlcədən təmin etməli idi", - o qeyd edib.