![]() |
|
Dünən metronun "Nizami" stansiyasında sərnişinlər arasında dava olub.
Axar.az xəbər verir ki, bu barədə Oxu.az-a "Bakı Metropoliteni" QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov məlumat verib. O, bildirib ki, hadisə dünən axşam saatlarında qeydə alınıb:
"Metronun Nizami stansiyasında bir oğlan qızı vuraraq qatardan platformaya itələyib. Hadisənin təfərrüatı barədə məlumatımız yoxdur. Hadisə zamanı polis əməkdaşları vəziyyətə müdaxilə edib. Şikayət səbəbindən hadisənin görüntüləri əsasında polis bu məsələni araşdırır. Araşdırma bitdikdən sonra yekun açıqlama veriləcək".
Ötən gün avtomobil tərəfindən vurulan süpürgəçi Muradova Almaxanım Pirağa qızı vəfat edib.
Bu barədə Axar.az-a onun yerləşdirildiyi 3 saylı Şəhər Klinik Xəstəxanasından bildirilib.
Almaxanım Muradova ötən gün xəstəxanada dünyasını dəyişib. 1965-ci il təvəllüdlü A.Muradova döş qəfəsinin küt travması və digər ağır xəsarətlərlə reanimasiyaya yerləşdirilmişdi.
Qeyd edək ki, hadisə paytaxtın Heydər Əliyev prospektində “Bağırov” körpüsünün yaxınlığında baş verib.
17:01
Hacıqabul rayonunda baş verən yol qəzasında idarə müdiri ölüb.
Report-un məlumatına görə, hadisə Hacıqabul Rayon İcra Hakimiyyətinin inzibati binasının qarşısında baş verib.
“Mersedes” markalı 10 ZP 030 dövlət nömrə qeydiyyatlı avtomobil əsas yola çıxan VAZ-21015 markalı 99 BC 437 dövlət nömrə qeydiyyatlı avtomobilə çırpılıb.
Nəticədə VAZ-ın sürücüsü - Hacıqabul rayon Yaşıllaşdırma idarəsinin müdiri 1980-ci il təvəllüdlü Hüseynov Amil Eyyub oğlu aldığı kəllə-beyin travmasından hadisə yerində ölüb.
Faktla bağlı Hacıqabul Polis Şöbəsi tərəfindən araşdırma aparılır.
Dövlət Gömrük Komitəsinin Cənub Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinə daxil olan məlumat əsasında, İrandan ölkəmizə gələn İran vətəndaşı Astara gömrük postunda saxlanılıb və üzərində şəxsi yoxlama aparılıb.
Komitədən Axar.az-a verilən məlumata görə, yoxlama zamanı onun daxili orqanlarının tibbi müayinədən keçirilməsi zərurəti yarandığından vətəndaş Astara Rayon Mərkəzi Xəstəxanasına aparılıb.
Xəstəxanada rentgenoloji müayinə zamanı onun daxili orqanı - düz bağırsağında şübhəli cizgilər müşahidə edilib. Nəticədə vətəndaşın düz bağırsağında 4 ədəd bükümdə, çəkisi 200 qram olan narkotik vasitə - heroin aşkarlanıb.
Faktla bağla araşdırma aparılır.
Salyan şəhərinin ərazisində yol-nəqliyyat hadisəsi baş verib.
DİN-dən Axar.az-a verilən məlumata görə, dekabrın 4-də saat 9 radələrində Salyan şəhərinin ərazisində Lerik rayon sakini Pərviz Quliyev idarə etdiyi “Nissan” markalı avtomobili qarşıda gedən Bakı şəhər sakini Emin Eminovun idarə etdiyi KamAZ markalı avtomobilə vurub. Nəticədə P.Quliyevin sərnişinlərindən Lerik rayon sakini Adil Diniyev hadisə yerində ölüb.
Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.
Bu gün “Günəşli” yatağındakı 10 və “Neft Daşları”ndakı 501 saylı dəniz özüllərində baş verən yanğın hadisəsindən üç il ötür.
Axar.az xatırladır ki, 2015-ci il dekabrın 4-də baş vermiş qəza nəticəsində 8 neftçi dünyasını dəyişib, 33-ü ağır yaralanıb, 22-si isə itkin düşmüş hesab edilir. Onların meyiti hələ də tapılmayıb. Neft yatağındakı yanğın zamanı ümumilikdə 63 nəfər zərər çəkib.
Hadisəyə ilkin səbəb kimi saat 17ː40 radələrində nəhəng dalğaların “Günəşli” yatağındakı 10 saylı dərin dəniz özülündə 110 atmosfer təzyiqlə işləyən sualtı qaz xəttinin dayaq borusunu qırması nəticəsində boru kəmərini zədələməsi və şiddətli yanğın baş verməsi göstərilir.
Bu hadisə ilə əlaqədar olaraq Prezident İlham Əliyevin qərarı ilə Azərbaycanda 6 dekabr 2015-ci ildə matəm günü elan olunmuşdu.
Həlak olmuş neftçilərin xatirəsinin əbədiləşdirilməsi məqsədilə Çilov adasında abidə ucaldılıb.
Bakı şəhər Nərimanov rayon Məhkəməsinin hakimi vəfat edib.
Publika.az xəbər verir ki, məhkəmənin təcrübəli hakimlərindən biri, 1961-ci il təvəllüdlü Turqay Hüseynov dünyasını dəyişib.
Qeyd edək ki, T.Hüseynov uzun müddət müxtəlif-hüquq mühafizə orqanlarında çalışıb və 2007-ci ildən Nərimanov rayon Məhkəməsinin hakimi idi. O, bir müddət əvvəl səhhəti ilə əlaqədar işdən çıxmışdı.
Allah rəhmət eləsin!
Gəncə şəhərində məşhur cərrah xəstəxanda ölüb.
Report-un məlumatına görə, Gəncə şəhər Abbas Səhhət adına 1 saylı Xəstəxananın həkim-cərrahı, 61 yaşlı Adnan Xaliq oğlu İsmayılov bu gün dünyasını dəyişib.
O, işə getdikdən bir müddət sonra otağında qəflətən halı pisləşib. Dərhal xəstəxananın Reanimasiya şöbəsinə yerləşdirilsə də, onun həyatını xilas etmək mümkün olmayıb. A.İsmayılovun ürəyində yaranmış problem səbəbindən öldüyü bildirilir.
Qeyd edək ki, A.İsmayılov 20 ildən çoxdur həkim-cərrah kimi fəaliyyət göstərib. O, bir müddət Abbas Səhhət adına 1 saylı Xəstəxananın Cərrahiyyə şöbəsinin baş həkimi də işləyib. Ailəli olub və 2 övladı var.
Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.
Tərtər rayonunda yanacaqdoldurma məntəqəsində baş verən partlayış zamanı xəsarət alan şəxslərdən biri xəstəxanada ölüb.
“Qafqazinfo”nun “Report”a istinadən verdiyi məlumata görə, hadisə zamanı xəsarət alan 23 yaşlı Əsgər Məmmədov müalicə olunduğu Bakı şəhərində yerləşən Respublika Yanıq Mərkəzində dünyasını dəyişib. Partlayış zamanı xəsarət alan digər yaralı Seymur Rzayevin müalicəsi davam etdirilir.
Xatırladaq ki, noyabrın 29-da Tərtər rayonunun Qaradağlı kəndi ərazisində yerləşən yanacaqdoldurma məntəqəsində baş verən partlayış zamanı iki nəfər ağır bədən xəsarətləri alaraq, ilk öncə Tərtər Rayon Mərkəzi Xəstəxanasına, sonra isə Respublika Yanıq Mərkəzinə yerləşdiriliblər.
Faktla bağlı Tərtər Rayon Prokurorluğunda cinayət işi başlanaraq araşdırma aparılır.