Türk ordusunun Suriyanın şimalına kürd qruplaşmalarıyla mübarizə üçün yeridilməsinin planlaşdırılmasını Moskva müvəqqəti addım sayır.

Axar.az xəbər verir ki, bunu “İzvestiya” qəzetinə açıqlamasında Rusiyanın BMT-nin Cenevrədəki bölməsində Rusiyanın Daimi Nümayəndəliyinin rəhbəri Gennadi Qatilov deyib. Onun sözlərinə görə, Türkiyə bu addımı ilk növbədə terror təhdidiylə əlaqədar atır:

“Kürd məsələsi Suriyanın siyasi mozaikasında çox həssas mövzudur. Türkiyənin Suriyanın şimalında fəaliyyəti müvəqqəti vəziyyətdir və ilk növbədə Ankaranın özünə qarşı terror təhdidi ilə bağlıdır. Türkiyə Suriyanın ərazi bütövlüyünə hörmət etdiyini deyir, ona görə də Moskva bu mövqeyə etibar etməmək üçün heç bir səbəb görmür”.

Gürcüstanın Rustavi şəhərində azərbaycanlılara məxsus qəbiristanlıq ərazisində atışma olub.

Report-un verdiyi xəbərə görə, atışma nəticəsində 19, 20 və 24 yaşlarında olan üç gənc yaralanıb. Onlardan biri qarın, digər ikisi isə ayaq nahiyələrindən güllə yarası alıblar.

Gənclərin qohumları bildiriblər ki, atışmaya naməlum şəxslərin qəbiristanlıqda narkotik vasitələr satması səbəb olub.

Azərbaycanlıların sıx yaşadığı Qaçiani kəndinin sakinləri artıq bir neçə gündür, naməlum şəxslərin qəbiristanlıqda narkotik satmasına etiraz edirlər. Onların etirazı naməlum şəxslərlə mübahisəyə, daha sonra isə qarşıdurmaya səbəb olub.

Yaralılar Rustavi Mərkəzi Xəstəxanasına yerləşdirilib. Onların vəziyyəti sabit qiymətləndirilir.

Gürcüstanın Daxili İşlər Nazirliyi faktla bağlı istintaqa başlayıb.

Paytaxtda insanların sağlamlığına zərər yetirən, ictimai asayişin pozulmasına səbəb olan və əhalinin istirahətinə maneə yaradan partlayıcı və tezalışan maddələrin, pirotexniki məmulatların satışının və istifadəsinin qarşısının alınması istiqamətində qabaqlayıcı-profilaktik tədbirlər keçirilib.

Bakı Şəhər Baş Polis İdarəsindən Axar.az-a verilən məlumata görə, qurumun İctimai Təhlükəsizlik İdarəsi əməkdaşlarının 13-19 dekabr tarixlərində keçirdikləri reydlər zamanı paytaxtın Qaradağ, Xətai rayonları ərazisində 6 ticarət obyektindən ümumilikdə 21 390 ədəd, müxtəlif markalı və təyinatlı partlayıcı oyuncaq və pirotexniki vasitələr – odlu sayrışan fişənglər aşkarlanaraq götürülüb.

“Mülki Dövriyyəsi məhdudlaşdırılmış əşyaların dövriyyəsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 12 sentyabr 2005-ci il tarixli Fərmanına əsasən pirotexniki məmulatlar mülki dövriyyəsi məhdudlaşdırımış əşyaların siyahısına daxil edilib və onun dövriyyəsinə FHN tərəfindən verilən “xüsusi icazə” əsasında yol verilir.

Ticarət mərkəzlərində belə malların satışı aşkar olunarkən vasitələr satışdan çıxarılır, satan vətəndaş barəsində İXM-in 442 maddəsi ilə inzibati xəta tərkibi haqqında protokol tərtib olunaraq baxılması üçün səlahiyyətli orqana – məhkəmələrə göndərilib.

Qeyd olunan maddənin sanksiyasında inzibati xətanın bilavsitə obyekti olmuş mallar müsadirə edilməklə fiziki şəxslər 350 manatdan 500 manata qədər, vəzifəli şəxslər üçün 1600 manatdan 2500 manata qədər, hüquqi şəxslər 4000 manatdan 5000 manatadək məbləğdə inzibati cərimə nəzərdə tutulur.

Təhlükəsizlik standartlarına cavab verməyən bu vasitələr insan sağlamlığına mənfi təsir göstərməklə yanaşı, tez alışan maddə olduqlarına görə ətrafa da ciddi ziyan vura bilərlər.

Bakı Şəhər İcra Hakimiyyətinin başçısının partlayıcı maddə və təhlükəli oyuncaqların satışının qadağan edilməsi ilə bağlı 2001-ci ildə müvafiq sərəncamı var. Sərəncamın tələblərinə uyğun olaraq, partlayıcı oyuncaq və pirotexniki vasitələrinin satışının qarşısının alınması istiqamətində, izahat, maarifləndirmə tədbirləri davam etdirilir.

Bakıda qadın sərnişini döyərək pulunu alan taksi sürücüsü saxlanılıb.

Ardını oxu...

Bakı sakini olan 65 yaşlı qadın İsmayıllıda qətlə yetirilib.

Report-un məlumatına görə, rayonun Gəraybəyli kəndində Bakı şəhər sakini, 1953-cü il təvəllüdlü Əzizə Axundovanın meyiti onun həmin kənddə yerləşən evinin həyətində tapılıb.

Müayinə zamanı qadının kəndirlə boğularaq və baş nahiyyəsinə küt alətlə vurulması nəticəsində qətlə yetirildiyi məlum olub. Qətli törədən şəxs və ya şəxslər Ə.Axundovanın meyitini evin həyətində kol-kosun arasında gizlədiblər.

Faktla bağlı İsmayıllı rayon Prokurorluğunda cinayət işi başlanılıb, araşdırma aparılır.

Gəncə şəhərində baş verən yanğın nəticəsində bir nəfər ölüb.

Report-un məlumatına görə, hadisə şəhərin Vəli Xuluflu küçəsində qeydə alınıb.

Belə ki, yaşayış evinin yaxınlığında olam yarımçıq tikilidə baş vermiş yanğın zamanı, 1952-ci il təvəllüdlü Yüsif Əvəz oğlu Həsəntur yanaraq ölüb.

Faktla bağlı araşdırma aparılır.

Avstriyanın paytaxtı Vyana şəhərinin mərkəzində yerləşən restoranlardan birində baş verən silahlı atışma nəticəsində 1 nəfər ölüb, 1-i də yaralanıb.

Axar.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

Hazırda polis cinayətkarın tutulması istiqamətində əməliyyat-axtarış tədbirləri həyata keçirir.

Hadisənin səbəbi hələlik məlum deyil.

11:40

Bakıda iş adamı qətlə yetirilib.

Axar.az Trend-ə sitinadən xəbər verir ki, hadisə paytaxtın Xətai rayonunda baş verib.

Bakı şəhər sakini, 1970-ci il təvəllüdlü Vahabov Fariz Mirvahid oğlu Xətai rayonu, Sadıqcan küçəsində özünə məxsus "Hunday" markalı 99 HV 222 dövlət nömrə nişanlı avtomobilində güllələnib. Naməlum şəxslər F.Vahabovu əvvəlcə odlu silahla güllələyib, daha sonra isə bıçaqla qətlə yetiriblər.

Hüquq-mühafizə orqanları əməkdaşları F.Vahabovun qətlə yetirilmiş meyitini avtomobildə aşkarlayıb.

Aznyus.az-ın məlumatına dörə, daha sonra meyit müayinə olunmaq üçün Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin Xətai rayon şöbəsinə aparılıb. Ekspertiza şöbəsindən bildirilib ki, mərhum odlu silahdan açılan atəşlə qətlə yetirlib, müayinə zamanı bıçaq xəsarətləri aşkar edilməyib. Meyit müayinə olunduqdan sonra gecəylə ailə üzvlərinə təhvil verilib.

Xətai rayon Polis İdarəsindən verilən məlumata görə, artıq baş vermiş cinayət hadisəsi ilə bağlı bir neçə nəfər şübhəli şəxs qismində saxlanılıb. Faktla bağlı Xətai Prokurorluğunda Cinayət Məcəlləsinin "qəsdən adam öldürmə" maddəsi ilə cinayət işi başlanıb.

Qeyd edək ki, Vahabov Fariz Mirzahid oğlunun ötən il Xətai rayon Məhkəməsində Məmmədova Aygün Kazım qızı adlı qadınla əmlak bölgüsü ilə bağlı məhkəmə çəkişməsi olub və F.Vahabov məhkəmə prosesini uduzub. Ehtimal olunur ki, qətl də elə əmlak davasına görə törədilib.

"Sputnik Azərbaycan" yazıb ki, Vahabov yaşadığı evin həyətində öldürülüb. O, saat 19:26-da evə qayıdıb maşınını parklamaq istəyərkən naməlum şəxs ona bir neçə dəfə atəş açıb. Güllələrin ikisi Vahabova dəyib - biri sifətindən, digəri isə sinəsindən. O, hadisə yerindəcə keçinib.

Qatil hadisə yerindən qaçıb gizlənib və hələlik saxlanılmayıb. Killerin hansı silahdan atəş açdığı məlum deyil.

İlkin məlumata görə, Vahabov əvvəllər MTN-in əməkdaşı olub. Lakin səhhətində yaranmış problemlə əlaqədar olaraq işdən çıxıb. Sonra Vahabov bizneslə məşğul olub. İstintaqın bu günə olan daha inandırıcı versiyasına görə, qətlin törədilməsində biznes maraqların toqquşmasının rolu ola bilər.


Tovuz rayonunda sərnişin mikroavtobusu qəzaya düşüb.

Report-un məlumatına görə, Ağstafa rayonunun Qırılı kənd sakini, 21 yaşlı Elşən Abbasovun idarə etdiyi "Ford" markalı mikroavtobus şəhərin Heydər Əliyev prospektində hərəkətdə olarkən idarəetmədən çıxaraq yolun kənarındakı daş hasara çırpılıb.

Hadisə nəticəsində sürücü E.Abbasov və mikroavtobusda olan sərnişin Tovuz rayonunun Bozalqanlı kənd sakini, 17 yaşlı Aydan Mirzəyeva müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Sürücüyə ambulator yardım göstərilib A.Mirzəyeva isə xəstəxanaya aparılıb.

Qəza səbəbindən prospektdə bir müddət tıxac yaranıb. Hadisə yerinə gələn, Dövlət Yol Polisi İdarəsinin əməkdaşlarının hadisə yerinə baxış keçirməsindən sonra qəzaya düşən avtomobil yoldan çıxarılıb. Budan sonra avtomobillərin hərəkəti bərpa edilib.

Faktla bağlı araşdırma aparılır.


Pirotexniki vasitələrin və fişənglərin ölkəyə gizlin gətirilməsi cəhdinin qarşısı alınıb.

Dövlət Gömrük Komitəsinin mətbuat və ictimaiyyətlə əlaqələr idarəsindən Axar.az-a bildirilib ki, Qərb Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Əməliyyat şöbəsinə daxil olan məlumat əsasında, “Qırmızı Körpü” gömrük postunda Gürcüstandan gələn Azərbaycan vətəndaşının idarə etdiyi “Vaz 21063” markalı avtomobil saxlanılıb və gömrük baxışı keçirilib.

Gömrük baxışı keçirilməzdən əvvəl aparılan şifahi sorğu-sual zamanı sürücü nəqliyyat vasitəsində gömrük nəzarətinə mütləq bəyan edilməli hər hansı predmetin olmadığını bildirib. Lakin yoxlama zamanı nəqliyyat vasitəsinin yük yerinin döşəməsində xüsusi düzəldilmiş saxlanc yerindən üzərində “Magic Shots 40S” yazısı olan 408 ədəd və üzərində “Magic Shots 20S” yazısı olan 192 ədəd fişəng, üzərində “Piccolo Corsar” yazısı olan 32 qutu pirotexniki vasitə aşkarlanıb.

Faktla bağlı araşdırma aparılır.

Xəbər lenti