![]() |
|
Bakıda dilənçiliklə məşğul olan 11 nəfər saxlanılıb.
DİN-dən Axar.az-a verilən məlumata görə, Binəqədi rayonu ərazisində dilənçiliklə məşğul olan 11 nəfər ərazidə xidmət aparan polis əməkdaşları tərəfindən saxlanılıb və barələrində müvafiq tədbirlər görülüb.
İrandan Azərbaycana narkotik vasitə və psixotrop maddə keçirilməsinin qarşısı alınıb.
Dövlət Gömrük Komitəsindən Axar.az-a verilən məlumata görə, Cənub Ərazi Baş Gömrük İdarəsi Əməliyyat və Təhqiqat İdarəsinin Əməliyyat şöbəsinə daxil olan məlumat əsasında, piyada yolla İran İslam Respublikasından gələn Azərbaycan vətəndaşı gömrükçülər tərəfindən Astara gömrük postunda saxlanılıb və onun üzərində şəxsi yoxlama aparılıb.
Yoxlama zamanı onun üzərində qanunla qadağan olunan hər hansı predmet aşkarlanmasa da, daxili orqanlarının rentgen müayinəsi zamanı düz bağırsağında şübhəli cizgilər müşahidə edilib. Daxili orqanından aşkar edilən 3 ədəd bükümdən birində qablaşdırılma ilə birgə ümumi çəkisi 1.69 qram olan açıq qəhvəyi rəngli narkotik vasitə - heroin, digər bükümdə qablaşdırılma ilə birgə ümumi çəkisi 9.19 qram olan ağ rəngli, kristal şəkilli psixotrop maddə-metamfetamin, sonuncu bükümdə isə 4 ədəd üzərində FM40 nişanəsi olan "metadon" həbləri müəyyən edilib.
Xatırladaq ki, metadon "Azərbaycan Respublikasının ərazisində dövriyyəsi məhdudlaşdırılan narkotik vasitələr"in II Siyahısına daxildir.
Faktla bağlı araşdırma aparılır.
Rusiya istiqamətindən Dövlət Gömrük Komitəsinin (DGK) Şimal Ərazi Baş Gömrük İdarəsinin "Xanoba" gömrük postunun gömrük nəzarəti xəttinə daxil olan ölkə vətəndaşının idarə etdiyi "Mercedes Benz 313 CDI" markalı nəqliyyat vasitəsinə baxış keçirilib.
DGK-dan Axar.az-a verilən məlumata görə, keçirilmiş gömrük baxışı zamanı, nəqliyyat vasitəsinin ön sağ və sol qapı qolunda, ön paneldə əşyalar qoymaq üçün nəzərdə tutulmuş yerdən, eləcə də ön panelin örtüyünün arxasındakı boşluqdan və əl əyləcinin altından 16 qutuda 154 ədəd "Samsung" markalı mobil telefonlara məxsus ekran aşkar olunub.
Faktla bağlı araşdırma aparılır.
Bakı şəhəri, Nizami rayonunda yerləşən kafelərdən birində kütləvi dava baş verib.
Report-un xəbərinə görə, dava zamanı 26 yaşlı İlham Soltanəliyev Cəbrayıl rayon sakini 28 yaşlı Səbuhi Səfərovu ayaq nahiyəsindən bıçaqlayıb.
S.Səfərov qanitirmədən dünyasını dəyişib. İ.Soltanəliyev saxlanılıb.
Faktla bağlı rayon prokurorluğunda cinayət işi başlanıb.
2018.12.10, 11:29
Masallı rayonunda evdə baş verən partlayış nəticəsində xəsarət alan azyaşlıların hər ikisi dünyasını dəyişib.
Axar.az xəbər verir ki, bu barədə Trend-ə Respublika Yanıq Mərkəzindən məlumat verilib.
Bildirilib ki, hadisə nəticəsində bədəninin 85 faizi yanan, 2010-cu il təvəllüdlü Müseyibov Məhəmməd Əbülfəz oğlu və 2006-cı il təvəllüdlü Kərimov Sənan Rauf oğlu ölüb.
Faktla bağlı Masallı rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 314.2-ci (səhlənkarlıq, zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsilə başlanmış cinayət işi həmin məcəllənin 314.3-cü (səhlənkarlıq - ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddəsinə tövsif edilib.
Xatırladaq ki, Masallı rayonunun Sığıncaq kənd sakini Kərimova Günel Şakir qızının evində qaz sızmasından baş vermiş partlayış nəticəsində evin birinci mərtəbəsində olan 2005-ci il təvəllüdlü Müseyibov Əli Əbülfəz oğlu, 2006-cı il təvəllüdlü Kərimov Sənan Rauf oğlu və 2010-cu il təvəllüdlü Müseyibov Məhəmməd Əbülfəz oğlu ağır yanıq xəsarətləri ilə Respublika Yanıq Mərkəzinə yerləşdirilmişdi.
Xəsarət alanlardan Ə.Müseyibov həmin gün xəstəxanada dünyasını dəyişmişdi.
Salyan rayonunda 1 nəfərin ölümü ilə nəticələnən yol qəzası baş verib.
Report xəbər verir ki, hadisə Ələt-Astara magistral yolunun rayonun Xıdırlı kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
“Hundai” markalı avtomobil qarşıda gedən “Opel” markalı maşına arxadan çırpılıb. Nəticədə “Hunday”ın Masallı rayonundan olan 1979-cu il təvəllüdlü sürücüsü Yalçın Rəhimov hadisə yerində dünyasını dəyişib.
Faktla bağlı araşdırma aparılır.
Abşeronda evdən 20 min manatlıq qızıl-zinət əşyaları oğurlanıb.
DİN-dən Axar.az-a verilən məlumata görə, Abşeron rayon Polis idarəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində rayon ərazisindəki evlərin birindən 20 000 manat dəyərində qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən Xırdalan şəhər sakini Qalib Baxşəliyev saxlanılıb.
Bir müddət əvvəl biznesdə şəriklik adı ilə aldadılan azərbaycanlı sahibkar Nəcəf Nəsirlinin şikayəti əsasında bir qrup qadınla dələduzluq edən Gülarə Əliyevanın cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Bu barədə Axar.az-a N.Nəsirlinin vəkili Fərid Həsənov məlumat verib.
Cinayət işinə 10 dekabr 2018-ci il tarixdə Xətai Rayon Məhkəməsində baxılıb və G.Əliyeva barədə 3 aylıq həbs qətimkan tədbiri seçilib.
Məhkəmənin qərarından narazı qalan G.Əliyeva işə yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə şikayət etsə də, 13 dekabr 2018-ci il tarixdə işə baxılıb və şikayət təmin edilməyib.
Xatırladaq ki, Gülarə Əliyeva Nəcəf Nəsirliyə özünü qızıl-zinyət əşyalarının biznesi ilə məşğul olan sahibkar kimi təqdim edib. G.Əliyeva yerli sahibkarın ona olan inamından sui-istifadə edərək, külli miqdarda əmlakını ələ keçirib. Sonradan araşdırma zamanı məlum olub ki, Gülarə Əliyeva nə fiziki, nə də hüquqi şəxs kimi vergi qeydiyyatına alınıb, ümumiyyətlə, VÖEN-i olmayıb.
Həmçinin, G.Əliyeva sahibkara müxtəlif qızıl-zinyət əşyalarının satışı mağazalarını özününki kimi təqdim edib. Araşdırma zamanı həmin mağazaların G.Əliyeva ilə yaxından-uzaqdan əlaqəsi olmadığı, tamamilə başqa şəxslərə məxsus olduğu ortaya çıxıb.
Aldandığını anlayan N.Nəsirli ona qarşı qızıl-zinyət əşyalarının biznesində şəriklik adı ilə dələduzluq edərək, külli miqdarda əmlakını ələ keçirən Gülarə Əliyeva və rəhbərlik etdiyi bir qrup qadın barəsində bu ilin iyun ayında Bakı Şəhər Baş Polis İdarəsinə şikayət ərizəsi ilə müraciət edib. İlkin araşdırma nəticəsində Gülarə Əliyeva barəsində AR CM-nin 178.3.2-ci maddəsi ilə cinayət işi başlasa da, qadın uzun müddət istintaqdan yayınaraq, gizlənib. Buna baxmayaraq, 08 dekabr tarixində 18-ci Polis Bölmənin əməkdaşları tərəfindən yaxalanaraq, istintaqa təhvil verilib. İlkin məhkəmədən sonra G.Əliyeva müvəqqəti olaraq qadın təcridxanasına köçürülüb.
Məhkəmədə Nəcəf Nəsirli ona vurulmuş ziyanın ödənilməsini tələb edib. Tələb qüvvədə qalıb.
İstintaq davam edir.
Bakıda marşrut avtobusu qadın piyadanı vuraraq öldürüb.
Report-un əldə etdiyi məlumata görə, hadisə metronun “Koroğlu” stansiyanın avtobus dayanacağında baş verib. 58 yaşlı Şükürov Bəhruz Əlibaba oğlunun idarə etdiyi 173 saylı marşrut xətti üzrə hərəkət edən “Daevoo” markalı avtobus 1960-cı il təvəllüdlü Hürü Cəlal qızı Əliyevanı vurub. Yaralı 3 saylı şəhər klinik xəstəxanasına yerləşdirilib. Həkimlərin səylərinə baxmayaraq H.Əliyevanın həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə cinayət işi başlanılıb.
Qeyd edək ki, dünyasını dəyişən H.Əliyeva metronun “Koroğlu” stansiyasında xadimə işləyirmiş.
Bakının Qaradağ rayonunda ümumi sahəsi 67 kvadratmetr olan birmərtəbəli üçotaqlı tikilidə (tikiş sexi) yanğınla nəticələnən partlayış baş verib.
Fövqəladə Hallar Nazirliyindən Axar.az-a bildiriblər ki, hadisə nəticəsində tikilinin otağı 37 kvadratmetr sahədə yanıb, 2 nəfər xəsarət alıb. Tikilinin qalan hissəsi yanğından mühafizə olunub. Alov yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Hadisə ilə bağlı müvafiq qurumlar tərəfindən araşdırma aparılır.