Ucarda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Trend-ə Axar.az-a verilən məlumata görə, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, rayonun Müsüslü kəndində “Kamaz” markalı yük avtomobili və “Opel” markalı minik avtomobili toqquşub.

Hadisə yerinə cəlb olunmuş Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri minik avtomobilində sıxılmış vəziyyətdə qalmış 1 nəfər (şəxsiyyəti dəqiqləşdirilir) sərnişinin meyitini və digər 1 nəfər sərnişini deformasiyaya uğramış nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil verib.

İraq Şam İslam Dövləti (İŞİD) terror təşkilatının azərbaycanlı üzvü, “Əbu Cihad” ləqəbli 1979-cu il təvəllüdlü Eldəniz Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Axar.az xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Rahib Salmanovun sədrliyi ilə baş tutan prosesdə hökm oxunub.

Eldəniz Məmmədov 15 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Təqsirləndirilən şəxs barəsində Cinayət Məcəlləsinin 214.2.1-ci (terrorçuluq, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən törədildikdə) maddəsi ilə ittiham elan edilib.

Eldəniz Məmmədov 2017-ci ilin sentyabrında Dövlət Təhlükəsizlik Xidməti tərəfindən tutulub.

Həmçinin uzun müddət İŞİD terror təşkilatının sıralarında döyüşmüş “Əbu Cihad” ləqəbli Eldəniz Məmmədovun hərbi əməliyyatlarda iştirakını əks etdirən video yayılıb.

Yayılan videokadrlardan görünüb ki, Eldəniz Məmmədov başqa döyüşçülərlə birlikdə onlar tərəfindən öldürülmüş insanın cəsədi qarşısında necə poza alır...

Xatırladırıq ki, Eldəniz Məmmədov həm də sosial şəbəkələrdə İŞİD-çilər arasında populyar olan İnstagram səhifəsinin sahibi olub.


İmişli rayonunda ölümlə nəticələnən yol-nqəliyyat hadisəsi baş verib.

Report-un məlumatına görə, İmişli şəhərinin H.Əliyev prospektində VAZ-2106 markalı avtomobilllə rayonun Yalavac kənd sakini, 1968-ci il təvəllüdlü Valeh Mehdi oğlu Mehdiyevin idarə etdiyi Motosiklet toqquşub.

Nəticədə ağır kəllə-beyin travması alan V.Mehdiyev İmişli Rayon Mərkəzi Xəstəxanasının reanimasiya şöbəsində dünyasının dəyişib.

Faktla bağlı araşdırma aparılır.

Ötən gün gecə saatlarında Bakının Keşlə qəsəbəsində güllələnmə baş verib.

Axar.az xəbər verir ki, hadisə 10 TO 170 dövlət nömrə nişanlı “Hunday Elantra” markalı avtomobildə baş verib.

Maşında olan 1991-ci il təvəllüdlü Tural Babayev və 1988-ci il təvəllüdlü Asif Bağırov adlı 2 nəfər güllələnib.

T.Babayev hadisə yerində dünyasını dəyişib. A.Bağırov isə ağır yaralı halda 1 saylı Şəhər Kliniki Xəstəxanasına çatdırılıb. Ona mədə divarınn açıq güllə yarası diaqnozu qoyulub.

Hadisənin kim və ya kimlər trəfindən törədildiyi hələlik məlum deyil.

Faktla bağlı araşdırma aparılır.

Bakıda kütləvi dava baş verib.

Trend-in məlumatına görə, hadisə paytaxtın Binəqədi rayonu ərazisində qeydə alınıb.

Kütləvi dava rayonun Dərnəgül qəsəbəsi, Ağasadıq Gəraybəyli küçəsində naməlum şəxslər arasında olub.

Dava nəticəsində Bakı şəhər sakini, 1999-cu il təvəllüdlü Səfərli Ülvi Mahir oğlu bıçaqlanıb. Yaralı xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Binəqədi rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsilə cinayət işi başlanıb, hadisə iştirakçılarının müəyyən edilərək saxlanılması istiqamətində istintaq-əməliyyat tədbirləri davam etdirilir.

 

Cəbhədə erməni təxribatı

Ermənistan Silahlı Qüvvələri Ağdam rayonunun işğal altında olan mövqelərindən mülki sakinlərimizi atəşə tutub.

“Qafqazinfo”nun “Ordu.az”a istinadən məlumatına görə, hadisə bu gün - günün ikinci yarısında rayonun Mirəşelli kəndi ərazisində baş verib.

Belə ki, Bakı şəhərindən rayona gələrək şəhid qardaşı oğlunun və qardaşının məzarını ziyarət etməyə gedən Ağdam rayon Baş Qərvənd kənd sakini, 01.01.1945 təvəllüdlü Allahverdiyeva Dilşad Allahverdi qızı və bir qrup yaxın qohumları düşmən tərəfindən atəşə tutulub.

 

Yaşlı qadın düşmən atəşi nəticəsində qulaq nahiyəsindən yaralanıb. Ağdam rayon xəstəxanasına aparılan mülki sakinə ilkin tibbi yardım göstərilib.

Faktı Müdafiə Nazirliyinin mətbuat xidmətindən də təsdiqləyiblər.

Xatırladaq ki, bu hal ilk dəfə baş vermir. Düşmənin məhz bu qəbiristanlığı atəşə tutması nəticəsində xeyli sayda dinc sakin müxtəlif güllə yarası alıb. Onlar arasında həyatını itirənlər də olub.

Dövlət Gömrük Komitəsinin Cənub Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Əməliyyat şöbəsinə daxil olan məlumat əsasında, idarənin Biləsuvar gömrük postunda İrandan gələn Azərbaycanın iki vətəndaşı saxlanılıb və yoxlama aparılıb.

Komitədən Axar.az-a verilən məlumata görə. şəxsi yoxlama zamanı onların üzərində qanunla qadağan edilmiş predmet aşkarlanmasa da, daxili orqanlarının rentgen müayinəsi zamanı düz bağırsaqlarında 1 ədəd bükümdə, ümumi çəkisi 90,481 qram olan narkotik vasitə-heroin, 3 ədəd bükümlərdə isə ümumi çəkisi 96,487 qram təşkil edən metamfetamin aşkarlanıb.

Xatırladaq ki, metamfetamin "Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələrin"in I Siyahısına daxildir.

Faktla bağlı araşdırma aparılır.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində narkotik satan şəxs cinayət başında yaxalanıb.

DİN Mətbuat Xidmətindən Axar.az-a verilən məlumata görə, Baş Narkotiklərlə Mübarizə İdarəsinin Qərb Bölgəsində Regional Şöbəsi əməkdaşlarının daxil olmuş məlumat əsasında Ağcabədi rayonu ərazisində keçirdikləri əməliyyat tədbirləri nəticəsində Hindarx qəsəbə sakini Elman Səmədov çəkisi 2 kiloqramdan artıq narkotik vasitə olan marixuananı satarkən cinayət başında yaxalanıb.

Əməliyyat-axtarış tədbirləri ilə Sumqayıt ŞPİ 3-cü Polis Bölməsinin əməkdaşları şəhər sakini Zaur Əlizadədən 430 qram, 4-cü Polis Bölməsinin əməkdaşları isə şəhər sakini, əvvəllər məhkum olunmuş Elnur Əsgərovdan 325 qram marixuana götürüblər.

Araşdırma aparılır.

Bakı şəhər Ekologiya və Təbii Sərvətlər Departamentinin əməkdaşları tərəfindən Qaradağ rayonunda keçirilən reyd zamanı icazəsiz ova cəhd edən 2 şəxs saxlanılıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Mətbuat xidmətindən Axar.az-a verilən xəbərə görə, araşdırma zamanı brakonyerlərin Qaradağ rayon sakini Ramil Məhəmmədeminov və Cəlilabad rayon sakini Tural Aslanov olduğu müəyyən edilib.

Onlardan 2 ov tüfəngi götürülüb.

Faktla bağlı təqsirkarlar barəsində protokollar tərtib olunub və onlara, ümumilikdə, 2000 manat məbləğində cərimə tətbiq edilib.

Bakı metrosunda ölüm hadisəsi baş verib.

Trend-in məlumatına görə, hadisə metronun "28 May" stansiyasında qeydə alınıb.

Bakı Metropoliteni Qapalı Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov hadisəni təsdiqləyib:

"Hadisə bu gün saat 16:25 radələrində metronun "28 May" stansiyasında baş verib. Bakı şəhər sakini 1940-cı il təvəllüdlü Nazim Əhmədov stansiyanın platformasında öz əcəli ilə dünyasını dəyişib".

Xəbər lenti