Bu gün Kəlbəcər Şəhəri Günüdür

Bu gün - noyabrın 25-i Kəlbəcər Şəhəri Günüdür, rayonu erməni işğalçı ordusunun tərk etməsindən 4 il ötür.

Prezident İlham Əliyevin 2023-cü il iyulun 31-də imzaladığı sərəncama əsasən, hər il noyabrın 25-də Kəlbəcər Şəhəri Günü təntənəli şəkildə qeyd ediləcək.

Kəlbəcərin azad edilməsi Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı, Prezident İlham Əliyevin siyasi liderliyi, sərkərdəlik qabiliyyəti və Azərbaycan Ordusunun Vətən müharibəsindəki uğurlu hərbi əməliyyatları nəticəsində mümkün olub.

Belə ki, Azərbaycan Prezidenti İlham Əliyev, Rusiya Prezidenti Vladimir Putin və Ermənistanın baş naziri Nikol Paşinyanın 2020-ci il noyabrın 10-da 44-günlük müharibənin nəticələrinə uyğun olaraq imzaladıqları bəyanata əsasən Kəlbəcər noyabrın 15-də Azərbaycana qaytarılmalı idi. Lakin Ermənistan tərəfi ordunun və qanunsuz olaraq yerləşdirdiyi insanların rayondan çıxarılması üçün əlavə 10 gün vaxt istədi. Ona görə də Azərbaycan dövləti öz humanist xarakterini bir daha nümayiş etdirməklə Rusiya Prezidenti Vladimir Putinin xahişini nəzərə alaraq müddəti noyabrın 25-dək uzatdı.

Xatırladaq ki, terrorçu-işğalçı erməni silahlı dəstələri 1993-cü il aprelin 2-də Kəlbəcəri işğal etmişdi. İşğal nəticəsində 53 min 340 nəfər öz yurdundan didərgin düşüb, 55 hərbçi, 511 mülki sakin öldürülüb, 321 nəfər əsir götürülüb və itkin düşüb, minlərlə sakin yaralanıb.

Hazırda Kəlbəcərdə bərpa-yenidənqurma işləri aparılır, yeni infrastruktur qurulur, rayon dirçəldilir. Rayon ərazisində yolların tikintisi, bütün infrastrukturun bərpası istiqaməti üzrə müvafiq işlər davam etdirilir.

Prezident qarayaxma kampaniyası aparanlara bu cavabı verdi

“Genişmiqyaslı və planlaşdırılmış böhtan və qarayaxma kampaniyasına baxmayaraq, Azərbaycan iqlim danışıqlarında tarixi nəticələr əldə etməyə müvəffəq oldu”.

Bu barədə Azərbaycan Prezidenti İlham Əliyevin sosial şəbəkədəki paylaşımında bildirilir.

Onun sözlərinə görə, “Yaşıl dünya naminə həmrəylik” şüarını rəhbər tutan Azərbaycan bitərəf vasitəçi kimi çıxış edərək danışıqların qərəzsiz aparılması üçün bütün imkanları yaradıb:

“Bütün proses boyu biz inkişaf etməkdə olan ölkələrin, xüsusilə kiçik ada dövlətlərinin və ən az inkişaf etmiş dövlətlərin ehtiyaclarını nəzərə alan nəticə əldə etməyə çağırış etdik, çünki onlar iqlim dəyişmələrinin ağır yükünü daşıyırlar və ekzistensial təhlükə ilə üzləşirlər. Biz, həmçinin müstəmləkə idarəçiliyi ilə daha da ağırlaşan ekoloji problemlərdən əziyyət çəkən xalqlar və regionlar ilə həmrəylik nümayiş etdirdik”.

Bakıda COP zolaqları ləğv olunur

Bakıda COP zolaqları ləğv olunur.

Tədbir bu gün yekunlaşdığı üçün üzərində COP29 yazılan zolaqların ləğvinə başlanıb.

Qeyd edək ki, həmin zolaqlar avtobus zolağı kimi istifadə olunacaq.

İlham Əliyev İsrailin nəqliyyat və yol təhlükəsizliyi nazirini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 22-də İsrail Dövlətinin nəqliyyat və yol təhlükəsizliyi naziri Miri Reqevi qəbul edib.

Miri Reqev İsrail Dövlətinin Prezidenti İsxak Hersoqun salamlarını dövlət başçısına çatdırıb.

Prezident İlham Əliyev salamlara görə minnətdarlığını bildirib, onun da salamlarını İsrailin dövlət başçısına çatdırmağı xahiş edib.

Görüşdə Bakıda keçirilən COP29-un əhəmiyyəti vurğulanıb, iqlim dəyişmələri ilə bağlı məsələlərin müzakirəsi baxımından bu tədbirin önəmli olduğu qeyd edilib.

Miri Reqev COP29-un yüksək səviyyədə təşkilinə görə təbriklərini çatdırıb.

Söhbət zamanı ikitərəfli münasibətlərə dair fikir mübadiləsi aparılıb.

"Azərpoçt" investisiya fəaliyyəti ilə məşğul olacaq

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə məxsus “Azərpoçt” MMC investisiya fəaliyyəti ilə məşğul olacaq.

Nazirlər Kabineti “Poçt rabitəsinin milli operatorunun qəbul etdiyi poçt əmanətlərinin və poçt hesablarının qalıq vəsaitlərinin idarə edilməsi üzrə İnvestisiya Strategiyası”nı təsdiq edib.

Bununla bağlı Baş nazir Əli Əsədov yeni qərar imzalayıb.

Qəraraə əsasən, poçt rabitəsinin milli operatorunun investisiya portfelini idarə etməsinin məqsədi maliyyə xidmətləri sahəsində nəzarətedici qurumun müəyyən etdiyi prudensial və likvidlik tələbləri təmin edilmək şərtilə investisiya gəlirinin əldə edilməsidir.

Milli operator investisiya portfelini prioritetlik nəzərə alınmaqla təhlükəsizlik, likvidlik və gəlirlilik prinsipləri əsasında idarə edir.

Milli operator investisiya portfelinin idarə edilməsində aktiv-passiv yanaşmasını tətbiq edir.

Leyla Əliyeva və Arzu Əliyeva Milli İncəsənət Muzeyində təşkil olunan sərgiləri ziyarət ediblər

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyeva noyabrın 21-də Azərbaycan Milli İncəsənət Muzeyində olublar.

Onlar “Səttar Bəhlulzadə – təbiətin ecazkar nağılı”, “1920-1980-ci illər Azərbaycan rəngkarlığı və qrafikası” və “Vəcihə Səmədova – 100: sənətkar ömrünün səhifələri” adlı sərgilərlə tanış olublar.

Ziyarət zamanı Leyla Əliyevaya və Arzu Əliyevaya sərgilər haqqında ətraflı məlumat verilib.

 

 

 

 
Qazaxda düşmən təxribatının qarşısı belə alınmışdı - General- leytenant DANIŞDI

"2021-ci ilin oktyabr ayının 21-də "Zəngilan", oktyabrın 25-də "Qubadlı" sərhəd dəstələrində, 2019-cu ilin fevral ayının 28-də "Naxçıvan", 2023-cü ilin avqust ayının 7-də isə "Qazax" əlahiddə sərhəd diviziyaları inşa edildi, qarnizon kompleksləri əsaslı təmir edilərək xidməti istifadəyə verildi.

2017-ci ilin iyun ayının 5-də Dövlət Sərhəd Xidmə­tinin tərkibində Sərhəd Qoşunları Komandanlığı və digər 3 silahlı birləşmənin yaradılması barədə qərar verilməsi Azərbaycan Sərhəd Mühafizəsinin tarixində ən yeni mərhələnin başlanğıcı kimi xarakterizə oluna bilər".

Musavat.com xəbər verir ki, bunu Dövlət Sərhəd Xidməti rəisinin müavini, Sərhəd Qoşunları komandanı general-leytenant Araz Məmmədov "Şəmkir" Sərhəd Dəstəsində keçirilən brifinq zamanı deyib.

O bildirib ki, 2017-ci ildə Ali Baş Komandan İlham Əliyev Azərbaycanın sərhəd mühafizəsinin potensialını nəzərə alaraq, Qazax-Ağstafa rayonları ərazisində Azərbaycan-Ermənistan dövlət sərhədinin mühafizəsini sərhədçilərə həvalə edib.

"Ermənistanla dövlət sərhədi tərəfimizdən mühafizəyə götürüldükdən qısa müddət sonra Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunları Komandanlığının "Qazax" əlahiddə sərhəd diviziyası formalaşdırıldı, bilavasitə düşmənlə təmas xəttində sərhəd-döyüş məntəqələri, "Qazax" əlahiddə sərhəd diviziyasının qərargah kompleksi də daxil olmaqla, 5 hərbi hissə kompleksi tikilərək istifadəyə verildi.

Xüsusi əməliyyatlar nəticəsində döyüş mövqelərinin dövlət sərhəd xəttinə daha yaxın yerləşdirilməsinə, həmsərhəd ərazinin böyük bir hissəsinin nəzarətdə saxlanılmasına nail olunmaqla düşmənin yerli sakinlərə qarşı təxribat törətmək imkanlarının qarşısı alındı. 

Bildiyiniz kimi, ölkəmiz quruda 5 ölkə – Rusiya, Gür­cüs­tan, Ermənistan, Türkiyə və İranla həm­sər­­həd­dir. Dövlət Sərhəd Xidməti Sərhəd Qoşunları Komandanlığı dövlət sərhədinin 3 sərhəd diviziyasının, 10 hərbi hissənin qüvvə və vasitələri hesabına müdafiə və mühazifəsini təmin edir", - Araz Məmmədov qeyd edib.

Azərbaycan daha bir beynəlxalq konfransa ev sahibliyi edəcək

Azərbaycan 2025-ci ilin iyun ayında “Davamlı Meşəçilik və Biomüxtəliflik üçün Sinerji: Yaşıl Dünya naminə Əməkdaşlıq Dialoqu” adlı Beynəlxalq Konfransa ev sahibliyi edəcək.

APA xəbər verir ki, bunu Azərbaycan Respublikasının ekologiya və təbii sərvətlər nazirinin müavini Vüqar Kərimov COP29 çərçivəsində “İqlim və biomüxtəliflik arasında əlaqə: dayanıqlı gələcək üçün inteqrasiya olunmuş həllər” adlı tədbirdəki çıxışı zamanı bildirib.

O qeyd edib ki, tədbir meşəçilik və biomüxtəliflik sahəsində qlobal çağırışları müzakirə etmək üçün elm adamlarını, ekoloqları, siyasətçiləri, beynəlxalq təşkilatları, özəl sektor və vətəndaş cəmiyyəti nümayəndələrini bir araya gətirəcək:

“Bütün maraqlı tərəfləri bu konfransda iştirak etməyə dəvət edirik. Birlikdə, az meşə örtüyünə malik ölkələrin problemlərini həll etməyə, qlobal dayanıqlığa töhfə verən innovativ həlləri təşviq etməyə və tərəfdaşlıqları gücləndirməyə çalışacağıq. Konfrans ən yaxşı təcrübələrin bölüşülməsi və daha yaşıl gələcək üçün əməkdaşlığın inkişafı üçün mühüm platforma olacaq".

Milli Məclisdə yeni təyinatlar - Foto

Milli Məclisin sədri Sahibə Qafarovanın sərəncamı ilə parlament aparatında kadr dəyişiklikləri aparılıb. 

Qaynarinfo-nun əldə etdiyi məlumata görə, Milli Məclisin Dövlət qulluğu kadr məsələləri şöbəsinin Şəxsi işlərin aparılması sektorunun müdiri Kənan Axundov vəzifəsindən azad edilib. O, Milli Məclisin sədr müavininin köməkçisi təyin edilib. 

Kənan Axundov 

Milli Məclisin İqtisadi və sosial qanunvericilik şöbəsini Humanitar məsələlər sektorunun müdiri Kəmalə Mustafa qızı Əzimova vəzifəsindən azad edilib. O da Milli Məclisin sədr müavininin köməkçisi təyin edilib. 

Kəmalə Əzimova 

Milli Məclis sədri müavininin köməkçisi Emin Vaqif oğlu Abdullayev da vəzifəsindən azad edilib. 

Emin Abdullayev 

Milli Məclisin İqtisadi və sosial qanunvericilik şöbəsini Humanitar məsələlər sektorunun müdiri vəzifəsinə Şahin Xanbaba oğlu Quliyev təyin edilib. O, bundan əvvəl Dövlət qulluğu və kadr məsələləri şöbəsinin müdir müavini vəzifəsində çalışıb. 

Şahin Quliyev 

Həmin şöbənin müdir müavini vəzifəsinə Nadir Rafiq oğlu Sultanov təyin edilib. 

Nadir Sultanov 

Nadir Sultanov bu vəzifəsindən əvvəl İqtisadi qanunvercilik şöbəsinin Mülki hüquq qanunvercilik qanunvericiliyi sektorunun müdiri vəzifəsində çalışıb. 

Prezidentdən göstəriş: geniş islahat paketi hazırlanır

Növbəti ildə əməkhaqqı, pensiya və sosial müavinətlər, ünvanlı sosial yardım və təqaüd xərcləri üzrə minimum əmək haqqı, minimum pensiya, pensiyaların indeksiyalaşdırılması, minimum ehtiyac meyarı, yaşayış minimumunun artımları üçün müvafiq məbləğdə vəsait nəzərdə tutulub.

Bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Milli Məclis komitələrində “Dövlət sosial müdafiə fondunun 2025-ci il büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı deyib.

Nazir bildirib ki, növbəti ildə cənab Prezidentin göstərişi ilə geniş sosial islahatların həyata keçirilməsi nəzərdə tutulub. “Bununla əlaqədar olaraq xüsusi paket layihəsi hazırlanır. Bu islahat paketi 3 milyon insanı əhatə edəcək. İslahatlar paketi büdcə qəbul olunduqdan sonra hazırlanaraq təqdim olunacaq”, - nazir qeyd edib.

Xəbər lenti