![]() |
|
Daxili işlər orqanlarında kadr dəyişikliyi olub. Bu barədə müvafiq əmri Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov imzalayıb. Əmrə əsasən, polkovnik Anar Ələkbərov Göygöl Rayonu Rolis Şöbəsində əməliyyat işləri üzrə müavini təyin edilib.
Qeyd edək ki, A.Ələkbərov bundan əvvəl Ucar Rayon Polis Şöbəsində əməliyyat işləri üzrə müavin vəzifəsində çalışıb.
Prezident İlham Əliyev Hacımurad Qatsalovun “Dostluq” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.
Sərəncama əsasən, Azərbaycan və Rusiya xalqları arasında dostluq əlaqələrinin möhkəmləndirilməsi sahəsində səmərəli fəaliyyətinə görə Qatsalov Hacımurad Harumoviç “Dostluq” ordeni ilə təltif edilib.