![]() |
|
FHN Dövlət Yanğın Nəzarəti Xidmətinin rəisi, general-mayor Aqşin Kazımov vəzifəsindən azad edilib.
"Qafqazinfo” məlumatına görə, bununla bağlı müvafiq əmr imzalanıb.
Qeyd edək ki, 59 yaşlı A.Kazımov bu vəzifəyə ötən ilin yayında təyin edilmişdi. Keçən ilin dekabrında isə ona general-mayor rütbəsi verilmişdi.
Saat 9:00-a olan məlumata əsasən Bakıda və Abşeron yarımadasında və əksər bölgələrdə yağıntılı və küləkli hava şəraiti müşahidə olunur.
Bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.
Qeyd olunub ki, hazırda Bakıda və Abşeron yarımadasının bəzi yerlərində sulu qar, qar, Quba, Qusar, Altıağac, Şahdağ, Xaltan, Şərur, Qobustan, Daşkəsən, Lerik, Qax, Gədəbəy, Xocalı, Laçın, Füzuli, Cəbrayıl, Kəlbəcər, Şuşada qar yağır.
Bəzi ərazilərdə yağıntılar intensiv xarakterlidir.
Bakıda və Abşeron yarımadasında, eləcə də əksər bölgələrdə şimal-qərb küləyi güclənib.
Narıncı xəbərdarlığa uyğun olaraq Bakıda və Abşeron yarımadasında 30 m/s, Zaqatalada 34 m/s, Mingəçevirdə 32 m/s, Goranboyda 31 m/s, Tərtər, Naftalan, Ağdamda 30 m/s, Bərdə, Balakən, Şəki, İsmayıllı, Tərtərdə 28 m/s, Gəncə, Göyçayda 25 m/s, Yevlaxda 24 m/s, Culfada 22 m/s, sarı xəbərdarlığa uyğun olaraq isə Neftçala, Şahdağ, Zərdab, Şəmkir, Qəbələdə 20 m/s, Bərdə, Tovuz, Oğuzda 18 m/s, Qax, Sabirabadda 17 m/s, Gədəbəydə 16 m/s -yə çatıb.
Neft Daşları stansiyasının məlumatına əsasən dənizdə dalğanın hündürlüyü 5.6 metrdir.
Ölkə ərazisində müşahidə olunan yağıntılı və küləkli hava şəraitinin dekabrın 14-ü günün ikinci yarısınadək davam edəcəyi gözlənilir.
Bakıda küçə və prospektlərdə 2025-ci ilin gəlişini bildirən posterlər quraşdırılmağa başlayıb. Paralel olaraq petarda partlayışlarının səsi artıb, axşam düşəndə göydə uçuşan fişənglər də diqqət çəkməyə başlayıb.
Hər Yeni il bayramı ərəfəsində pirotexniki vasitələri ölkəyə gətirib satan şəxslər Daxili İşlər Nazirliyi (DİN) tərəfindən aşkar edilib cəzalandırılır. Eyni zamanda belə vasitələri qaçaqmalçılıq yolu ilə ölkəyə gətirməyə çalışanlar Dövlət Gömrük Komitəsi (DGK) əməkdaşları tərəfindən ifşa edilirlər.
Son belə əməliyyat dekabrın 7-də baş tutub. DGK Əməliyyat-İstintaq Baş İdarəsinin və Tovuz Gömrük İdarəsinin əməkdaşlarının həyata keçirdikləri birgə tədbirlər nəticəsində külli miqdarda pirotexniki vasitələrin qanunsuz yolla ölkə ərazisinə gətirilməsinin qarşısı alınıb.
DGK-nın məlumatına görə, Gürcüstan istiqamətindən “Qırmız körpü” gömrük postu ilə ölkə ərazisinə daxil olan, mal müşayiət sənədlərində qeyd olunan kartof yükündən gizlətmə vasitəsi kimi istifadə edilən yük avtomobilinin qoşqusundan 185 min 729 qutu pirotexniki vasitə və 2 min 485 ədəd fişəng aşkar edilib.
Bütün xəbərdarlıqlara və görülən tədbirlərə baxmayaraq, ölkənin, demək olar, bütün ərazilərində, xüsusilə bayram ərəfəsində pirotexniki vasitələrin istifadəsi adi hala çevrilir.
Musavat.com xəbər verir ki, Dövlət Gömrük Komitəsi (DGK) pirotexniki vasitələrin ölkə ərazisinə qanuni idxalının mümkün olduğunu açıqlayıb.
Komitənin Əməliyyat-İstintaq Baş İdarəsinin böyük müstəntiqi Taleh Məhərrəmov Oxu.az-a deyib ki, bunun üçün xarici iqtisadi fəaliyyət iştirakçısı Fövqəladə Hallar Nazirliyindən (FHN) xüsusi icazə sənədi almalı, ardınca isə Nazirlər Kabinetinə müraciət edərək, müvafiq sərəncam əldə etməlidir:
“Daha sonra gömrük qanunvericiliyinə əsasən, idxal fəaliyyətini həyata keçirməklə, pirotexniki vasitələrin ölkə ərazisinə idxalı təşkil edilə bilər. Amma bunun satışı pərakəndə şəkildə aparılmır. Qanunvericiliyə görə, dövlət və bəzi özəl müəssisələr həmin sahibkarla müqavilə bağlayır və məhsulu əldə edirlər. Aldıqdan sonra da pirotexniki məmulatların xüsusi yerlərdə istifadəsinə icazə verilir”.
Müstəntiq onu da qeyd edib ki, son 2 il ərzində ümumilikdə bir milyondan çox pirotexniki vasitə gömrük orqanları tərəfindən aşkar edilərək götürülüb və qanunamüvafiq tədbirlər görülüb.
Xatırladaq ki, dəyəri 50 min manata qədər olan pirotexniki vasitə aşkar edildikdə qanunu pozan şəxs barəsində inzibati qaydada cərimə tətbiq edilir. Dəyəri 50 min manatdan yuxarı olduqda isə cinayət işi başlanır.
Bununla belə, pirotexniki vasitələrin ölkəyə gətirilməsini durdurmaq mümkün olmur.
Dükan və bazarlarda pirotexniki vasitələrə tələbat iş adamlarını qadağalardan yan keçib qazanc əldə etməyə sövq edir. Kartof kisələrinin altında ölkəyə pirotexniki vasitələrin daşınması buna sübutdur.
Bəs necə edək ki, pirotexniki vasitələr ölkəyə qanuni şəkildə gətirilsin, bazarın tələblərini qarşılasın?
Tələbi qarşılayanlar da qazandıqlarından cərimə ödəmək məcburiyyətində qalmasınlar.
“Bakı” Hüquq Şirkətinin rəhbəri Natiq Ələsgərov Musavat.com-a deyib ki, Azərbaycanda qanunlar bazar iqtisadiyyatının qanuni inkişafına yol açmalıdır:
“2001-ci ildə Bakı Şəhər İcra Hakimiyyəti pirotexniki vasitələrin qadağan edilməsi ilə bağlı sərəncam vermişdi. Üstündən 23 il ötüb, amma problem həll edilməmiş qalır. Ölkəyə qaçaq yolla pirotexniki vasitələr gətirilir. Ölkə daxilində pirotexniki vasitələri istehsal edən sex, fabrik yoxdur. Deməli, belə vasitələr ölkəyə xaricdən gətirilir. Qadağan etmək işin ən asan tərəfidir. Fişəng və petardalardan əsasən gənclər və yetkinlik yaşına çatmayan uşaqlar istifadə edirlər. Həm də bayramqabağı istifadə olunur və qutarır bitir. 23 illik mübarizə nəticə verməyibsə, deməli, məsələyə yanaşma dəyişməlidir”.
N. Ələsgərovun sözlərinə görə, iş adamlarına imkan verilməlidir ki, leqal yolla ölkəyə pirotexniki vasitələri gətirib satsınlar:
“Qadağan edilmiş hər bir vasitəyə maraq daha yüksək olur. Məsələn, icazə vermək olar ki, bayram atəşfəşanlığı üçün partlayış səsi daha az olan, əsəblərə toxunmayan petardalar, çox da hündürlüyə qalxmayan, yenə də partlayış səsi qulaqbatırmayan fişənglər satılsın. Qadağa etməklə nəzarət altına alına bilməyən belə vasitələrin leqal satışı və qiymət siyasəti ilə məsələni kökündən həll etmək olar”.
Azərbaycanda dekabrın 14-də hava şəraitinin yağıntılı olacağı, sulu qar, qara keçəcəyi gözlənilir.
Bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.
Bildirilib ki, Bakıda və Abşeron yarımadasında arabir yağıntılı olacağı, yarımadanın bəzi yerlərində, sulu qara keçəcəyi gözlənilir. Gündüz yağıntıda fasilə olacaq. Arabir güclənən şimal-qərb küləyi axşama doğru mülayimləşəcək.
Havanın temperaturu gecə və gündüz 2-5° isti olacaq. Atmosfer təzyiqi 759 mm civə sütunundan 775 mm civə sütununa yüksələcək. Nisbi rütubət gecə 75-85 %, gündüz 65-70% olacaq.
Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağıntılı olacağı, qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. Gündüz qərb rayonlardan başlayaraq yağıntılar tədricən kəsiləcək. Bəzi yerlərdə arabir duman olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.
Havanın temperaturu gecə 2° şaxtadan 3°-dək isti, gündüz 5-8° isti, dağlarda gecə 7-12° şaxta, gündüz 2-7° şaxta olacaq.
BAKU.WS-in əldə etdiyi məlumata görə, Mərkəzi Parkın davamı olaraq planlaşdırılan bu layihə S.Tağızadə, A.Şaiq və N.Aşurbəyova küçələrini əhatə edəcək.
Layihənin icrası ilə bağlı tender müsabiqəsi elan edilib. Bakı Şəhər Əsaslı Tikinti və Təmir MMC tərəfindən təqdim olunan müsabiqədə ümumi büdcə 38 milyon manat olaraq göstərilib. Tender sənədində qeyd olunur ki, ərazidə kərpicdən tikilmiş yaşayış binaları söküləcək, inşaat tullantıları xüsusi texnika vasitəsilə ərazidən daşınacaq və torpaq işləri həyata keçiriləcək.
Bundan əlavə, layihə çərçivəsində qayalıq qruntların yumşaldılması, torpağın hazırlanması və parkın salınması üçün zəruri şəraitin yaradılması nəzərdə tutulub. Bu işlər yeni parkın təməli üçün mühüm əhəmiyyət kəsb edir.
Qeyd edək ki, tender sənədində göstərilən işlərin 2024-cü ilin sonunadək yekunlaşdırılması planlaşdırılır. Layihə başa çatdıqdan sonra paytaxt sakinləri və qonaqlar üçün daha bir istirahət məkanı yaradılacaq.
Yeni parkın şəhərin ekoloji mühitinə və sakinlərin sosial həyatına müsbət təsir edəcəyi gözlənilir. Layihənin icra prosesi ilə bağlı əlavə məlumatlar yaxın günlərdə açıqlanacaq.
Bakı şəhəri Yasamal rayonu ərazisində yeni parkın salınması məqsədilə ətraf mühitin abadlaşdırılması və köhnə tikililərin sökülməsi işlərinə start veriləcək.
Ölkə.az xəbər verir ki, BAKU.WS-in əldə etdiyi məlumata görə, Mərkəzi Parkın davamı olaraq planlaşdırılan bu layihə S.Tağızadə, A.Şaiq və N.Aşurbəyova küçələrini əhatə edəcək.
Layihənin icrası ilə bağlı tender müsabiqəsi elan edilib. Bakı Şəhər Əsaslı Tikinti və Təmir MMC tərəfindən təqdim olunan müsabiqədə ümumi büdcə 38 milyon manat olaraq göstərilib. Tender sənədində qeyd olunur ki, ərazidə kərpicdən tikilmiş yaşayış binaları söküləcək, inşaat tullantıları xüsusi texnika vasitəsilə ərazidən daşınacaq və torpaq işləri həyata keçiriləcək.
Bundan əlavə, layihə çərçivəsində qayalıq qruntların yumşaldılması, torpağın hazırlanması və parkın salınması üçün zəruri şəraitin yaradılması nəzərdə tutulub. Bu işlər yeni parkın təməli üçün mühüm əhəmiyyət kəsb edir.
Qeyd edək ki, tender sənədində göstərilən işlərin 2024-cü ilin sonunadək yekunlaşdırılması planlaşdırılır. Layihə başa çatdıqdan sonra paytaxt sakinləri və qonaqlar üçün daha bir istirahət məkanı yaradılacaq.
Yeni parkın şəhərin ekoloji mühitinə və sakinlərin sosial həyatına müsbət təsir edəcəyi gözlənilir. Layihənin icra prosesi ilə bağlı əlavə məlumatlar yaxın günlərdə açıqlanacaq.
Azərbaycanda həqiqi hərbi xidmət keçmədə son yaş həddi aşağı endirilir.
“Qafqazinfo”nun əldə etdiyi məlumata əsasən, bu, “Hərbi xidmətkeçmə haqqında Əsasnamə”yə təklif olunan dəyişiklikdə öz əksini tapıb.
Dəyişikliyə əsasən, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları və müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuları, gizirlər və miçmanların xidmət etdikləri son yaş həddi 35-dən 30-a endirilir.
Şuşa şəhərinə mövsümün ilk qarı yağıb.
Gecə saatlarında yağan qar şəhərin gözəlliyinə xüsusi çalar qatıb.
Havanın hərarəti əvvəlki günlərlə müqayisədə xeyli aşağı düşüb.
Son 50-60 ilin ən soyuq dövrlərindən biri proqnozlaşdırılır.
Yenisabah.az xəbər verir ki, bu barədə Dünya Meteorologiya Təşkilatı (WMO) xəbərdarlıq edib.
Beynəlxalq qurum 2024-cü ilin dekabrından 2025-ci ilin fevralına qədər hava hadisələrinin proqnozlarına dair yeni hesabat dərc edib. Hesabatda planeti sərinləşdirən La Nina effektli hava şəraitinin yaxın 3 ay ərzində baş verəcəyi bildirilir.
La Nina effektinin zəif və qısa müddətli olacağı da ehtimallar arasındadır.
Qeyd edək ki, temperaturun artmasına səbəb olan El Nino və La Nina hava hadisələri ilə bağlı mövsümi proqnozlar və onların qlobal iqlim modellərinə təsirləri erkən xəbərdarlıq və ilkin tədbirlər üçün mühüm vasitədir.