Blinken: İsrail razılıq verdi, növbə HƏMAS-ındır

İsrail HƏMAS-la atəşkəs danışıqlarındakı boşluqları aradan qaldırmaq təklifini qəbul edib, növbə HƏMAS-ındır.

CNN xəbər verir ki, bunu ABŞ dövlət katibi Entoni Blinken Tel-Əvivdə keçirdiyi mətbuat konfransında deyib.

Onun sözlərinə görə, HƏMAS bu həftənin sonunda keçirilməsi gözlənilən növbəti danışıqlardan əvvəl addım atmalıdır. “HƏMAS üçün növbəti verməli olduğu vacib bəyanat “hə” olmalıdır. Bundan sonra yaxın günlərdə danışıqları davam etdirmək üçün ekspert qrupu bir araya gəlməlidir ki, atəşkəslə bağlı anlaşmanı müzakirə edə bilsinlər.

Bu, atəşkəsə nail olmaq və hər kəsi davamlı sülh və təhlükəsizliyə aparan ən yaxşı yola salmaq üçün ən yaxşı və bəlkə də sonuncu fürsətdir", - Blinken deyib.

O əlavə edib ki, tərəflərin "hə" və ya "yox" demə üçün heç bir bəhanə gətirməməyin vaxtı deyil. "Bunu etmək vaxtıdır. Artıq tərəflərin bu prosesi poza biləcək addımlar atmamasını təmin etmək vaxtıdır”, - dövlət katibi bildirib.

Tehrandan İrəvana növbəti XƏBƏRDARLIQ

İran ABŞ-nin Ermənistandakı mövcudluğunu qəbul etmir və buna müsbət yanaşmır.

İran Xarici İşlər Nazirliyinin sözçüsü Nasir Kənaninin bu fikrini İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) mətbuat xidməti yayıb.

Onun sözlərinə görə, İranla Ermənistan arasında münasibətlər kifayət qədər konstruktiv və yaxındır.

“Lakin biz ABŞ-nin regionda mövcudluğunu qəbul emirik. Biz bununla bağlı narahatlığımızı erməni həmkarlarımıza bildirdik”, - o qeyd edib.

İsrail ordusu "Hizbullah" komandirini məhv edib

Hizbullahın raket bölüyünün komandiri Hüseyn Əli Hüseyn Livanda İsrail Ordusunun hücumu nəticəsində öldürülüb.

APA xəbər verir ki, bu barədə İsrail Ordusunun mətbuat xidməti məlumat yayıb.

Qeyd olunur ki, İsrail Hərbi Hava Qüvvələrinə məxsus qırıcılar Livanın cənubundakı Deyr Qanun bölgəsinə zərbələr endirib.

Blinken: Bu, son şansdır 

İsraillə HƏMAS arasındakı müharibəni dayandırmaq və danışıqlar yolu ilə razılığa gəlmək üçün bu, görüşlər bəlkə də sonuncu şansdır.

"Times of Israelə xəbər verir ki, bunu İsrailə səfər edən ABŞ dövlət katibi Antoni Blinken İsrail prezidenti İsaak Hersoqla görüşü zamanı deyib.

“Bu, həlledici məqamdır: girovları azad edilməsi, atəşkəsə nail olmaq və hamını davamlı sülh və təhlükəsizliyə aparan ən yaxşı yola qoymaq üçün bəlkə də ən yaxşı, bəlkə də son fürsətdir”, - o bildirib.

Blinken həmçinin iyul ayında HƏMAS lideri İsmayıl Haniyənin Tehranda öldürülməsindən sonra İranın İsrailə mümkün hücumu təhlükəsi fonunda regional gərginliyin qarşısını almaq üçün də çalışdığını bildirib.

Bakıya yenidən heyran olmaqdan çox şadam - Putin

"Bakıda olmaqdan, bu şəhərə yenidən heyran olmaqdan çox şadam".

APA xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin Bakıda Azərbaycan Prezidenti İlham Əliyevlə keçirilən məhdud tərkibli görüşdə bildirib.

O qeyd edib ki, Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın Bakı şəhərinin inkişafına göstərdiyi böyük diqqət barədə çox eşidib: "Biz Bakını sevirik. Bakı gözəl şəhərdir. Ən əsası isə o elə inkişaf edir ki, bir çox başqa böyük şəhərlər ona həsəd apara bilər. Şəhər uğurlu inkişaf edir və deyərdim ki, regionun vahəsinə çevrilir".

Rusiyanın Ukraynadakı itkilərinin sayı açıqlandı

Rusiyanın Ukraynadakı itkilərinin sayı 600 mini keçib.

Bu barədə Ukrayna Silahlı Qüvvələri Baş Qərargahının Facebook sosial şəbəkəsindəki məlumatında deyilir.

Məlumatda bildirilir ki, genişmiqyaslı müharibənin başladığı gündən bəri rus ordusunun 600 mindən çox ölən və yaralananları olub.

Ukraynanı vətəndaş müharibəsi gözləyir - Belik

Ukrayna Silahlı Qüvvələrinin Kursk bölgəsinə daxil olması Ukrayna üçün xaos və vətəndaş müharibəsi ilə nəticələnəcək.

Bunu Rusiya Dövlət Dumasının deputatı Dmitri Belik deyib.

“Bu gün Kursk vilayətində Ukrayna NATO-nun əsas müttəfiqi statusu üçün imtahan verir. Bəzi ölkələr üçün oxşar imtahanlar onilliklər ərzində xaos və vətəndaş müharibəsi ilə başa çatıb. Ukraynanı da eyni aqibət gözləyir”, - Belik bildirib.(axar.az)

Lukaşenko dövlət başçısı postunu tərk etməyə hazırlaşır

Belarus Prezidenti Aleksandr Lukaşenko bildirib ki, ölkə sakinlərini onun gələcək dövlət başçısı postundan getməsinə hazırlayır.

“Report”un məlumatına görə, bu barədə Belarus lideri “Rossiya” telekanalına müsahibəsində danışıb.

“Mən insanları prezidentlikdən getməyə hazırlayıram, heç bir məyusluq və uğursuzluq olmasını istəmirəm. Biz bu yaxınlarda dəyişikliklər edərək Belarus konstitusiyasını yenidən yaratdıq. Amma biz dəyişiklik istəmirik, çünki bir növ inqilab olsun.

Mən inqilabi deyil, təkamül dəyişikliklərinin tərəfdarıyam. Və bu illər ərzində indi gördüyünüzü qurmaq üçün çox şey etdik. Bəzilərinin xoşuna gəlir, bəzilərinin xoşuna gəlmir, amma ümumiyyətlə insanlar özlərini rahat hiss edirlər”, - deyə o bildirib.

İranın kəşfiyyat nazirindən SENSASİON İDDİA: 30-a yaxın ölkədə “Mossad” casusları...

İranın gücü, təhlükəsizliyi və nüfuzu bu gün dünya siyasətçilərinin diqqətindədir.

“Azad İran” xəbər verir ki, bunu İranın ETTELAAT (kəşfiyyat və təhlükəsizlik) naziri İsmayıl Xətib bu gün parlamentin plenar iclasında deyib.

Onun sözlərinə görə, İran 28 ölkədə “Mossad” casuslarını müəyyən edib.

“Bu gün 53 ölkənin kəşfiyyat xidmətlərinin “İran masası” var və müxtəlif aktorların iştirakı və iş bölgüsü ilə bir çox anti-təhlükəsizlik planları həyata keçirilir. Biz 28 ölkədə “Mossad” casuslarını müəyyən etmişik”, - deyə Xətib iddia edib.

Qeyd edək ki, hazırda İranın kəşfiyyat naziri İsmayıl Xətib 14-cü hökumət tərəfindən parlamentə yenidən eyni vəzifəyə təklif edilib.

Türkiyə həmin 4 terrorçunu bu ölkə ilə sərhəddə MƏHV ETDİ

Türkiyədə terror aktı hazırlamaqda şübhəli bilinən 4 terrorçu İraqla sərhəddə məhv edilib.

Publika.az xəbər verir ki, bu barədə ölkənin daxili işlər naziri Əli Yerlikaya "X" sosial şəbəkəsindəki hesabında məlumat verib.

"Türkiyə ərazisində İraqla sərhədi pozan 4 terrorçu Şırnak şəhərinin Uludərə bölgəsindəki Dügün dağı ərazisində zərərsizləşdirilib", - nazir açıqlayıb.

Onun sözlərinə görə, dövlət sərhədini pozan iki pilotsuz aparat Türkiyə Silahlı Qüvvələrinə məxsus PUA vasitəsilə aşkarlanıb.

Hadisə yerindən dörd tüfəng, iki mobil telefon, bir lazer sayğacı, iki tapança, üç maqazin, akkumulyator və ərazinin xəritəsi götürülüb.

Xəbər lenti