![]() |
|
Ukraynanın PUA hücumu təhlükəsi olduğundan Kazan və Nijnekamsk hava limanlarında məhdudiyyətlər tətbiq edilib.
Bu barədə Federal Hava Nəqliyyatı Agentliyinin məlumat yayıb.
Bildirilir ki, hər iki hava limanı təhlükəsizlik səbəbindən uçuşlarlar həyata keçirmədiyi kimi, təyyarələri də qəbul etmir.
Avqustun 28-i səhər saatlarında Kazan hava limanında da məhdudiyyətlər tətbiq edilib. Moskva vaxtı ilə saat 7:00-dan etibarən təyyarələri qəbul etmir və göndərmir. Uçuşlar Samara və Ulyanovska istiqamətləndirilib.
Qeyd edək ki, iyulun sonunda da həmin hava limanlarının fəaliyyəti məhdudlaşdırıldı.
İyunun 3 və 10-da Kazan hava limanı uçuşlar üçün bağlanıb.
Aprel və may aylarında Tatarıstan bir neçə dəfə PUA hücumlarına məruz qalıb.
İranın keçmiş xarici işlər naziri Məhəmməd Cavad Zərif yenidən İranın vitse-prezidenti vəzifəsinə qayıdıb.
O bu barədə X (tvitter) sosial şəbəkəsində yazıb.
Zərifinin sözlərinə görə, yeni hökumətin tərkibinin demək olar ki, 70 faizi bu şəffaf və ekspertlərin təklifləri əsasında formalaşıb.
O, daha sonra yazıb:
"İnşallah, nöqsanları aradan qaldırmaqla bu üsul qanuniləşəcək. Prezidentlə diqqətlə fikirləşib məsləhətləşdikdən sonra və onun yazılı sərəncamlarına uyğun olaraq bundan sonra da Prezidentin strateji məsələlər üzrə müavini kimi öz vəzifələrimi layiqincə yerinə yetirəcəyəm. Rəhbərliyin görüşünə gecikdiyim üçün üzr istəyirəm”.
Qeyd edək ki, Zərif avqustun əvvəlində strateji məsələlər üzrə vitse-prezident təyin edildikdən 10 gün sonra istefa verib.
O, istefasının səbəblərini belə açıqlamışdı:
“Mən dəfələrlə demişəm ki, prezidentin hökumət üzvlərini seçmək hüququ var, idarəetmə şurası və komitələri isə məsləhətçi orqanlardır. Mənə bu təşəbbüsdə iştirak etmək şərəfini bəxş etdikləri üçün onlara minnətdaram. Təbii ki, işimin nəticəsi məni qane etmir.
Komissiyaların ekspert rəyinə, qadın və gənclərin iştirakına söz verdiyim kimi layiqli şəkildə nail ola bilmədim. Təbii ki, inşallah, hələ də bu boşluğu dolduracaq vitse-prezidentlər var”.
Xatırladaq ki, Zərif 2013-2021-ci illərdə İranın xarici işlər naziri vəzifəsində çalışıb.
Qeyd edək ki, bir neçə gün öncə Məsud Pezeşkian hökumətin formalaşdırılmasındakı çətinlikləri dilə gətirib.
Parlamentdə çıxış edən dövlət başçısı nazir postuna təyinatlarda kadrların olmamasından, təklif etdiklərinin isə təklifi rədd etdiyini açıq şəkildə dilə gətirib.
"Mən birinə nazir vəzifəsi təklif etdim, məsuliyyəti boynuna götürmədi, təklifimi rədd etdi. Bundan sonra məsələni Ayətullah Seyyid Əli Xameneyi ağaya dedim, o həmin adama zəng etdi və dedi: "Dur, gəl bura!"
Xameneyi deyən kimi, dərhal təkliflə razılaşdı... Niyə məni məcbur edirsiz, hər şeyi burada açıb tökəm", - Pezeşkian deyib.
Xüsusi hərbi əməliyyat döyüş taktikası haqqında təsəvvürlərdə inqilab etdi və bütün hərb elmini dəyişdirdi.
Bunu Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedyev deyib.
Onun sözlərinə görə, xüsusi hərbi əməliyyat başlayanda hərbi taktika ideyası bugünkündən tamamilə fərqli idi:
"İndi yeni silah növləri və yeni döyüş üsulları yaranıb".
Teleqram mesencerinin qurucusu Pavel Durovun Fransada həbsində ABŞ hakimiyyətinin əli var.
Belə bir iddia ilə Rusiya Dövlət Dumasının sədri Vyaçeslav Volodin çıxış edib.
O hesab edir ki, teleqram ABŞ-nin heç bir təsiri olmayan internet platformalarından biri olsa da, Pavel Durovun Fransada həbsində ABŞ hakimiyyətinin əli var.
Həbsin səbəbini açıqlayan Volodin əminliklə qeyd edib ki, seçkilər ərəfəsində ABŞ prezidenti Co Bayden üçün teleqram platformasına nəzarəti ələ keçirməsi vacibdir.
Xatırladaq ki, Meta-nın qurucusu Mark Zukerberq qeyd edib ki, 2021-ci ildə Bayden administrasiyası Meta-dan bəzi COVID-19 məzmununa, o cümlədən yumoristik və satirik materiala senzura tətbiq etməyə çalışıb.
Teleqram mesencerinin qurucusu Pavel Durovun Fransada həbsində ABŞ hakimiyyətinin əli var.
Belə bir iddia ilə Rusiya Dövlət Dumasının sədri Vyaçeslav Volodin çıxış edib.
O hesab edir ki, teleqram ABŞ-nin heç bir təsiri olmayan internet platformalarından biri olsa da, Pavel Durovun Fransada həbsində ABŞ hakimiyyətinin əli var.
Həbsin səbəbini açıqlayan Volodin əminliklə qeyd edib ki, seçkilər ərəfəsində ABŞ prezidenti Co Bayden üçün teleqram platformasına nəzarəti ələ keçirməsi vacibdir.
Xatırladaq ki, Meta-nın qurucusu Mark Zukerberq qeyd edib ki, 2021-ci ildə Bayden administrasiyası Meta-dan bəzi COVID-19 məzmununa, o cümlədən yumoristik və satirik materiala senzura tətbiq etməyə çalışıb.
Noyabrda prezident seçkilərində qalib gələcəyim təqdirdə Rusiya və Çinlə qarşıdurmanı davam etdirmək üçün ABŞ Kosmik Qüvvələrinin Milli Qvardiyasını yaradacağam.
Bunu sabiq Amerika lideri və Respublikaçılar Partiyasından prezidentliyə namizəd Donald Tramp Miçiqan ştatının Detroit şəhərində dseçicilərlə görüşündə deyib.
“ABŞ Kosmik Qüvvələrinin əsas döyüş ehtiyatı kimi Milli Kosmik Qvardiyanı yaratmağın vaxtı çatıb. Prezident kimi mən Milli Kosmik Qvardiyanı yaradan tarixi qanunu imzalayacağam”, - Tramp bildirib.
Respublikaçı hesab edir ki, 2019-cu ildə Kosmik Qüvvələrin yaradılmasına göstəriş verməklə Rusiya və Çinin ABŞ-ni qabaqlamasına mane olub: “Rusiya və Çin bizi məhv edirdi, çünki biz kosmosa diqqətimizi yönəltməmişdik. Diqqət yönəltdiyimizdən indi biz liderik”.
Tramp seçiləcəyi təqdirdə ABŞ ordusunun gücləndirilməsinə, o cümlədən dronların, robot texnikasının, süni intellektin inkişafının, hipersəs silahlarının istehsalına böyük həcmdə investisiyalar qoyacağına söz verib.
ABŞ nə birbaşa, nə də üçüncü tərəflər vasitəsilə İrəvana öldürücü silahlar tədarük etməyib.
Bu barədə ABŞ-nin Azərbaycandakı səfirliyindən məlumat verilib.
Səfirlikdən bildirilib ki, regionda sabitlik və Azərbaycanla Ermənistan arasında dayanıqlı sülhə nail olmaq ABŞ üçün mühüm əhəmiyyət kəsb edir.
Qeyd edək ki, avqustun 21-də Caliber.az informasiya portalı öz mənbələrinə istinadən yazıb ki, Qərb dövlətləri, o cümlədən ABŞ üçüncü dövlətlərin köməyi ilə İrəvana öldürücü silahlar göndərir. Məlumatda Fransa, Almaniya və ABŞ silahlarının İran vasitəsilə Ermənistana çatdırıldığı vurğulanıb.
BMT-nin İnsan Hüquqları Komitəsinin 14 oktyabr - 8 noyabr 2024-cü il tarixdə 142-ci sessiyası keçiriləcək.
Axar.az xəbər verir ki, sessiya çərçivəsində Ekvador, Fransa, Yunanıstan, İslandiya, Pakistan və Türkiyənin Mülki və siyasi hüquqlar haqqında Beynəlxalq Paktın icra edilməsi ilə əlaqədar ölkə hesabatları dinləniləcək.
Qeyd edək ki, Pakta əsasən sənədə qoşulmuş ölkələr BMT Nizamnaməsinə uyğun olaraq faktiki müstəmləkə altında saxladıqları ərazilərdə yaşayan xalqların öz müqəddəratını təyinetmə hüququnun həyata keçirilməsini təşviq etməli və bu hüquqa hörmət etməlidirlər.
Məlum olduğu kimi, hazırda iyrənc kolonializm və neokolonializm siyasəti yürüdən dövlətlərin başında Fransa gedir.
Bakı Təşəbbüs Qrupu BMT-nin İnsan Hüquqları Komitəsinə Fransanın kolonial siyasətini ifşa edən "Fransız müstəmləkəçiliyinin davamlı irsi öz müqəddəratını təyinetmə hüququnun həyata keçirilməsinə əhəmiyyətli dərəcədə mane olmaqda davam edir: Yeni Kaledoniya (Kanaki) və Fransız Polineziyası (Ma`ohi Nui) timsalında" adlı alternativ hesabat təqdim edib.
Həmin hesabat BMT-nin İnsan Hüquqları Komitəsinin rəsmi saytında dərc edilib. Hesabatla bu linkdən tanış olmaq olar.
Fransanın ölkə hesabatının bu ilin 22-23 oktyabr tarixlərində İnsan Hüquqları Komitəsində dinlənilməsi nəzərdə tutulur.
Xatırladaq ki, Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyi çərçivəsində yaradılmış Bakı Təşəbbüs Qrupu müstəmləkəçilik əleyhinə davamlı və sistemli mübarizə aparır, müstəmləkə altında qalan və müstəqillik uğrunda mübarizə aparan xalqların mübarizəsini dəstəkləyir.
İran İsrailin HƏMAS lideri İsmayıl Haniyənin Tehranda öldürməsinə mütləq cavab verəcək.
bunu İranın xarici işlər naziri Abbas Əraqçi İtaliya baş nazirinin müavini və xarici işlər naziri Antonio Tacani ilə telefon danışığı zamanı deyib.
İtaliyalı nazirlə görüşü barədə öz X (tvitter) sosial media hesabından paylaşım edən iranlı nazir telefon danışığında regional məsələləri müzakirə etdiklərini bildirib.
İtaliyalı nazirin İrana İsrailə qarşı təmkinli olmağa çağırşına cavab olaraq Əraqçi deyib:
"İsrailin Tehranda törətdiyi terror hücumuna İranın cavabı dəqiq, ölçülü-biçili və yaxşı hesablanmış şəkildə həyata keçiriləcək. Biz regional gərginlikdən qorxmuruq, lakin İsraildən fərqli olaraq, biz bu gərginlikdə maraqlı da deyilik".