![]() |
|
Teleqram mesencerinin qurucusu Pavel Durovun Fransada həbsində ABŞ hakimiyyətinin əli var.
Belə bir iddia ilə Rusiya Dövlət Dumasının sədri Vyaçeslav Volodin çıxış edib.
O hesab edir ki, teleqram ABŞ-nin heç bir təsiri olmayan internet platformalarından biri olsa da, Pavel Durovun Fransada həbsində ABŞ hakimiyyətinin əli var.
Həbsin səbəbini açıqlayan Volodin əminliklə qeyd edib ki, seçkilər ərəfəsində ABŞ prezidenti Co Bayden üçün teleqram platformasına nəzarəti ələ keçirməsi vacibdir.
Xatırladaq ki, Meta-nın qurucusu Mark Zukerberq qeyd edib ki, 2021-ci ildə Bayden administrasiyası Meta-dan bəzi COVID-19 məzmununa, o cümlədən yumoristik və satirik materiala senzura tətbiq etməyə çalışıb.
Teleqram mesencerinin qurucusu Pavel Durovun Fransada həbsində ABŞ hakimiyyətinin əli var.
Belə bir iddia ilə Rusiya Dövlət Dumasının sədri Vyaçeslav Volodin çıxış edib.
O hesab edir ki, teleqram ABŞ-nin heç bir təsiri olmayan internet platformalarından biri olsa da, Pavel Durovun Fransada həbsində ABŞ hakimiyyətinin əli var.
Həbsin səbəbini açıqlayan Volodin əminliklə qeyd edib ki, seçkilər ərəfəsində ABŞ prezidenti Co Bayden üçün teleqram platformasına nəzarəti ələ keçirməsi vacibdir.
Xatırladaq ki, Meta-nın qurucusu Mark Zukerberq qeyd edib ki, 2021-ci ildə Bayden administrasiyası Meta-dan bəzi COVID-19 məzmununa, o cümlədən yumoristik və satirik materiala senzura tətbiq etməyə çalışıb.
Noyabrda prezident seçkilərində qalib gələcəyim təqdirdə Rusiya və Çinlə qarşıdurmanı davam etdirmək üçün ABŞ Kosmik Qüvvələrinin Milli Qvardiyasını yaradacağam.
Bunu sabiq Amerika lideri və Respublikaçılar Partiyasından prezidentliyə namizəd Donald Tramp Miçiqan ştatının Detroit şəhərində dseçicilərlə görüşündə deyib.
“ABŞ Kosmik Qüvvələrinin əsas döyüş ehtiyatı kimi Milli Kosmik Qvardiyanı yaratmağın vaxtı çatıb. Prezident kimi mən Milli Kosmik Qvardiyanı yaradan tarixi qanunu imzalayacağam”, - Tramp bildirib.
Respublikaçı hesab edir ki, 2019-cu ildə Kosmik Qüvvələrin yaradılmasına göstəriş verməklə Rusiya və Çinin ABŞ-ni qabaqlamasına mane olub: “Rusiya və Çin bizi məhv edirdi, çünki biz kosmosa diqqətimizi yönəltməmişdik. Diqqət yönəltdiyimizdən indi biz liderik”.
Tramp seçiləcəyi təqdirdə ABŞ ordusunun gücləndirilməsinə, o cümlədən dronların, robot texnikasının, süni intellektin inkişafının, hipersəs silahlarının istehsalına böyük həcmdə investisiyalar qoyacağına söz verib.
ABŞ nə birbaşa, nə də üçüncü tərəflər vasitəsilə İrəvana öldürücü silahlar tədarük etməyib.
Bu barədə ABŞ-nin Azərbaycandakı səfirliyindən məlumat verilib.
Səfirlikdən bildirilib ki, regionda sabitlik və Azərbaycanla Ermənistan arasında dayanıqlı sülhə nail olmaq ABŞ üçün mühüm əhəmiyyət kəsb edir.
Qeyd edək ki, avqustun 21-də Caliber.az informasiya portalı öz mənbələrinə istinadən yazıb ki, Qərb dövlətləri, o cümlədən ABŞ üçüncü dövlətlərin köməyi ilə İrəvana öldürücü silahlar göndərir. Məlumatda Fransa, Almaniya və ABŞ silahlarının İran vasitəsilə Ermənistana çatdırıldığı vurğulanıb.
BMT-nin İnsan Hüquqları Komitəsinin 14 oktyabr - 8 noyabr 2024-cü il tarixdə 142-ci sessiyası keçiriləcək.
Axar.az xəbər verir ki, sessiya çərçivəsində Ekvador, Fransa, Yunanıstan, İslandiya, Pakistan və Türkiyənin Mülki və siyasi hüquqlar haqqında Beynəlxalq Paktın icra edilməsi ilə əlaqədar ölkə hesabatları dinləniləcək.
Qeyd edək ki, Pakta əsasən sənədə qoşulmuş ölkələr BMT Nizamnaməsinə uyğun olaraq faktiki müstəmləkə altında saxladıqları ərazilərdə yaşayan xalqların öz müqəddəratını təyinetmə hüququnun həyata keçirilməsini təşviq etməli və bu hüquqa hörmət etməlidirlər.
Məlum olduğu kimi, hazırda iyrənc kolonializm və neokolonializm siyasəti yürüdən dövlətlərin başında Fransa gedir.
Bakı Təşəbbüs Qrupu BMT-nin İnsan Hüquqları Komitəsinə Fransanın kolonial siyasətini ifşa edən "Fransız müstəmləkəçiliyinin davamlı irsi öz müqəddəratını təyinetmə hüququnun həyata keçirilməsinə əhəmiyyətli dərəcədə mane olmaqda davam edir: Yeni Kaledoniya (Kanaki) və Fransız Polineziyası (Ma`ohi Nui) timsalında" adlı alternativ hesabat təqdim edib.
Həmin hesabat BMT-nin İnsan Hüquqları Komitəsinin rəsmi saytında dərc edilib. Hesabatla bu linkdən tanış olmaq olar.
Fransanın ölkə hesabatının bu ilin 22-23 oktyabr tarixlərində İnsan Hüquqları Komitəsində dinlənilməsi nəzərdə tutulur.
Xatırladaq ki, Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyi çərçivəsində yaradılmış Bakı Təşəbbüs Qrupu müstəmləkəçilik əleyhinə davamlı və sistemli mübarizə aparır, müstəmləkə altında qalan və müstəqillik uğrunda mübarizə aparan xalqların mübarizəsini dəstəkləyir.
İran İsrailin HƏMAS lideri İsmayıl Haniyənin Tehranda öldürməsinə mütləq cavab verəcək.
bunu İranın xarici işlər naziri Abbas Əraqçi İtaliya baş nazirinin müavini və xarici işlər naziri Antonio Tacani ilə telefon danışığı zamanı deyib.
İtaliyalı nazirlə görüşü barədə öz X (tvitter) sosial media hesabından paylaşım edən iranlı nazir telefon danışığında regional məsələləri müzakirə etdiklərini bildirib.
İtaliyalı nazirin İrana İsrailə qarşı təmkinli olmağa çağırşına cavab olaraq Əraqçi deyib:
"İsrailin Tehranda törətdiyi terror hücumuna İranın cavabı dəqiq, ölçülü-biçili və yaxşı hesablanmış şəkildə həyata keçiriləcək. Biz regional gərginlikdən qorxmuruq, lakin İsraildən fərqli olaraq, biz bu gərginlikdə maraqlı da deyilik".
Rusiya Federasiyası Ukraynaya genişmiqyaslı raket hücumu həyata keçirib.
Ölkənin bir çox yerlərində, o cümlədən Kiyevin bir neçə rayonunda elektrik enerjisi kəsilib.
Zərbələr Ukraynanın kritik enerji infrastrukturuna yönəlib.
Kiyev, Kiyev, Xarkov, Sumı, Poltava, Vinnitsa, Kirovoqrad, Dnepropetrovsk, İvano-Frankivsk, Lvov və Odessa vilayətlərində partlayışlar olduğunu bildirib.
Kiyevdə silsilə partlayışlardan sonra elektrik enerjisinin verilişində fasilələr yaranıb. Ümumilikdə şəhərdə təxminən on partlayış səsi eşidilib.
Partlayış həmçinin Ukrayna Silahlı Qüvvələrinin iki F-16-nın gizlədildiyi ərazidə baş verib.
Bundan əlavə, Volında Ukrayna hərbçilərinin yerləşdiyi yerə zərbə endirilib.
"Teleqram"ın təsisçisi Pavel Durov məşhur mesajlaşma proqramı ilə bağlı cinayətlərə görə Paris hava limanında həbs olunduqdan sonra bazar günü məhkəmə qarşısına çıxmalıdır.
AFP onun həbs motivini açıqlayıb.
AFP-nin yazdığına görə, Fransanın yetkinlik yaşına çatmayanlara qarşı zorakılığın qarşısını alan OFMIN agentliyi, fırıldaqçılıq, narkotik vasitələrin qanunsuz dövriyyəsi, kiber zorakılıq, mütəşəkkil cinayətkarlıq və terror təbliğatı da daxil olmaqla iddia edilən cinayətlər üzrə ilkin istintaq çərçivəsində Durov haqqında həbs qərarı verib.
Durov öz platformasından cinayət məqsədləri üçün istifadənin qarşısını almaq üçün tədbirlər görməməkdə ittiham olunur.
“Teleqramın cəzasız qalması kifayətdir”, - deyən müstəntiqlərdən biri Durovun axtarışda olduğunu bilə-bilə Parisə getməsinə təəccübləndiyini qeyd edərək bunu axmaqlıq adlandırıb.
Ötən ilin payızında İsrailə hücum zamanı Fələstinin Həmas hərəkatı tərəfindən əsir götürülən girovların azad edilməsi İrandan asılıdır.
Bunu ABŞ-ın respublikaçı senatoru Lindsi Qrem bildirib.
Onun sözlərinə görə, İsrail hakimiyyəti bu prosesdə irəliləyişə nail olmaq üçün Tehrana təzyiq göstərə bilər.
“Mən İsrail dövlətinin yerində olsaydım, İranın Ali Rəhbəri Əli Xameneiyə deyərdim ki, bu insanlar evə qayıtmasalar, biz sizin neftayırma zavodlarınızı partlatacağıq”, - Qrem bildirib.
HƏMAS 2023-cü ilin oktyabrında İsrailə hücum edərək çoxlu mülki şəxsləri və hərbçiləri girov götürüb. Buna cavab olaraq Təl-Əviv Qəzza zolağında hərbi əməliyyata başlayıb. Fələstin anklavının dağıdılması, beynəlxalq ictimaiyyətin, xüsusən də İslam ölkələrinin qınağına səbəb olub. Eyni zamanda, İsrail HƏMAS-ın tamamilə məhv edilməsini müdafiə edərək, öz hərəkətlərini dayandırmaq niyyətində olmadığını açıqlayıb.