Fransa Durovla bağlı açıqlama verəcək

 

Fransada saxlanılan teleqramın təsisçisi Pavel Durovun işi ilə bağlı Paris prokurorluğu avqustun 26-da mətbuata açıqlama verməyi planlaşdırır.

Bu barədə TASS-a Paris prokurorluğundan məlumat verilib.

“Tam mətbuat bəyanatı sabah dərc olunacaq”, - deyə bildirilib.

Bu il meymunçiçəyi virusundan 575 nəfər ölüb

“Bu il 16 mindən çox şəxs meymunçiçəyi (mpox ) virusuna yoluxub, nəticədə 575 nəfər ölüb”.

Bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Baş direktoru Tedros Adanom Qebreyesus bəyan edib.

ÜST rəhbəri əlavə edib ki, qlobal mpox epidemiyasının başladığı 2022-ci ildən bəri dünyada 100 mindən çox insan meymunçiçəyi xəstəliyinə yoluxub və bu rəqəm artmaqda davam edir:

“Virus bütün dünyada aşağı səviyyədə yayılır, lakin Afrika regionu xəstəliyin görünməmiş böyüməsi və coğrafi genişlənməsi ilə üzləşib virusun ötürülməsi hal-hazırda Konqo Demokratik Respublikasında (DRC) daha çoxdur. Belə ki, 2024-cü ildə yoluxma hallarının 90%-ni bu ölkədə qeydə alınıb”.

Tehran metrosunda dəhşətli hadisə: Sərnişinlər yaralandılar - VİDEO

Tehran metrosunun birinci xəttinin cənub stansiyasında yaşlı sərnişinin dəmir dəyənəyi qatarla relslərin arasına düşüb.

"Azad İran" "Telegram" kanalı bu barədə İran KİV-ə istinadən xəbər verir.

Bu anlar stansiyada olan müşahidə kameralarına düşüb.

Dəmir dəyənəyin düşməsi nəticəsində yaşlı kişini və bir qadın sərnişini elektrik cərəyanı vurub.

Bildirilib ki, qadına ambulator müalicə göstərilib, yaşlı kişi isə yanıq xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.

 
Tarixin qəribə savaşları - Vedrə müharibəsi

1325-ci ildə İtaliyanın Boloniya və Modena şəhərləri arasında müharibə baş verib və bu müharibənin səbəbi adi vedrə olub. 

Lent.az bu maraqlı tarixi fakt barədə məlumat verir.

Şəhərlər arasında çoxdan bəri soyuq münasibətlərin davam etdiyi bir vaxtda bir neçə modenalı əsgər cəsarətli olduqlarını göstərmək üçün gecə Boloniyaya gələrək oğurluq edir və yığdıqları qəniməti  şəhərin su quyusundan asılmış adi palıd vedrənin içinə dolduraraq qaçır. 

Bu hadisə baloniyalılara çox təsir edir və onlar öz elçilərini Modenaya göndərərək vedrədən başqa oğurlanan hər şeyin şəxsi əşya olması səbəbindən yalnız şəhər mülkiyyətinə məxsus vedrəni geri istəyirlər. Modenalılar vedrənin qaytarılması istəyinə rədd cavabı verir və nəticədə 12 il davam edən Boloniya - Modena müharibəsi başlayır. 

Minlərlə insanın həlak olduğu müharibənin sonunda Boloniya məğlub olduğundan arzuolunan verdəni geri qaytara bilməyib. 

Vedrə hazırda Modena şəhərində muzeydə saxlanılır. Bu fakt onu göstərir ki. savaşmaq arzusu varsa, ən kiçik detal belə bəhanə kimi istifadə oluna bilər.

Pakistanda polislər pusquya düşdü -11 ölü, 7 yaralı

Pakistanda qumbaraatanlarla silahlanmış silahlı şəxslər ötən gün ölkənin şərqindəki Pəncab əyalətində polis karvanını pusquya salıblar.

Bu barədə Pakistanın Pəncab əyalətinin hakimiyyət orqanları məlumat yayıb.

Polisə hücum nəticəsində ən azı 11 polis həyatını itirib, 7 polis isə yaralanıb.

Hələlik heç bir silahlı qruplaşma polisə hücuma görə məsuliyyəti üzərinə götürməyib.

Polis bölgədə fəaliyyət göstərən quldurların axtarışı üçün boş ərazidə patrul xidməti apararkən pusquya düşüb.

 

Putindən əks-hücum əmri - Antonov

Prezident Putin Ukrayna ordusunun Kursk bölgəsinə hücumuna cavab verməsi barədə qərar qəbul edib.

Bunu Rusiyanın ABŞ-dəki səfiri Anatoli Antonov deyib.

O deyib ki, Rusiya rəhbərliyi Ukrayna ordusunun Kursk vilayətində hücumuna cavab vermək qərarına gəlib.

“Sizə səmimi qəlbdən deyirəm ki, Rusiya prezidenti Vladimir Putin qərar qəbul edib”, - diplomat bildirib.

Diplomat Kiyevin bu hücumuna görə “ağır cəza” alacağına əmin olduğunu bildirib.

Bundan əlavə, səfir bildirib ki, Moskva Ukrayna ordusunun Kurskdan çıxarılmasını Vaşinqtonla məsləhətləşmək niyyətində deyil.

Bir gün əvvəl isə səfir Antonov deyib ki, Birləşmiş Ştatlar istəsə, bir "barmaq hərəkəti" ilə Ukrayna ordusunun Kurskdakı əməliyyatlarını dayandıra bilər. O deyib ki, Kiyev Vaşinqtonun razılığı olmadan heç nə edə bilməz.

Kamala Harris: Dünyanın ən güclü ordusunu yaradacağam

ABŞ-nin vitse-prezidenti Kamala Harris prezident seçkilərində qalib gələcəyi təqdirdə dünyanın ən güclü ordusunu yaratmağa söz verib.

“Report” xəbər verir ki, o, bu barədə Çikaqoda Demokratlar Partiyasının Milli Qurultayında, “The New York Times” qəzetinin yayımladığı çıxışı zamanı bildirib.

"Ali Baş komandan kimi mən Amerikanın həmişə dünyanın ən güclü, ən ölümcül ordusuna sahib olmasını təmin edəcəyəm", - Harris deyib.

Prezidentliyə namizəd həmçinin İsrail, Ukrayna və NATO müttəfiqlərini dəstəkləməyə söz verib.

Harris respublikaçı rəqibi Donald Trampı Amerika demokratiyası üçün ciddi təhlükə yaradan qeyri-ciddi adam adlandırıb.

Amfibiya təyyarəmizin Türkiyədəki meşə yanğınları ilə mübarizə görüntüləri - VİDEO

Prezident İlham Əliyevin tapşırığına əsasən Türkiyədəki güclü meşə yanğınları ilə mübarizə tədbirlərinə köməklik göstərilməsi məqsədilə qardaş ölkəyə göndərilmiş Fövqəladə Hallar Nazirliyinin Aviasiya dəstəsinin “BE-200ÇS” amfibiya tipli təyyarəsi yanğınsöndürmə əməliyyatını davam etdirir.

FHN-dən verilən xəbərə görə, ötən gün ərzində təyyarə Bolu-Gerede istiqamətində meşədəki yanğınla mübarizə tədbirlərinə cəlb olunub.

Hazırda yanğınsöndürmə əməliyyatı davam etdirilir.

Afirka və Avropaya İnternet ötürən kabel qırıldı

Afrikanın bir neçə ölkəsində İnternetin işində problem yaranıb.

Buna səbəb qitəni Avropa ilə birləşdirən ACE sualtı kabelinin bir hissəsinin qırılmasıdır.

Hadisədən sonra Liberiyada son 24 saat ərzində internetdə ciddi fasilələr yaranıb. Liberiya Telekommunikasiya İdarəsinin yaydığı məlumata görə, araşdırmalar ACE kabelinin bir seqmentinin qırıldığını üzə çıxarıb.
Qana, San-Tome və Prinsipi və Cənubi Afrikada da pozuntular müşahidə olunur.

Qırmanın səbəbi hələ müəyyən edilməyib. Kabelin təmiri üçün tədbirlər görülür. Bəzi operatorlar alternativ informasiya magistralları ilə işləməyə keçiblər.

ACE 2012-ci ilin dekabrında istismara verilib. Avropanın 24 ölkəsinə və Afrikanın qərb və cənub sahillərinə xidmət göstərir. Uzunluğu 17 min km-dir.(Musavat.com)

“Tesla”nın zavodunun tikildiyi sahədə 500 minə yaxın ağac kəsilib

Berlinin yaxınlığında, Qrünhayda (Brandenburq federal torpağı) ABŞ-ın elektrik avtomobilləri istehsalçısı “Tesla” zavodunun tikintisi zamanı təxminən 500 min ağac kəsilib.

AZƏRTAC xəbər verir ki, Almaniyada zavodun tikintisi çoxlu mübahisələrə və ciddi etirazlara, eləcə də yaşıl iqtisadiyyatın inkişafı ilə bağlı güzəştlərin müzakirəsinə səbəb olub. Bu barədə Britaniyanın “The Guardian” qəzeti yazır.

“Tesla”nın sahibi İlon Mask yerli polisi “solçu etirazçıları” buraxdığına görə tənqid edib.

“Kayrros” ekoloji kəşfiyyat şirkətinin məlumatına görə, peyk görüntüləri 2020-ci ilin martından 2023-cü ilin mayına qədər bu sahədə 329 hektar meşə sahəsinin kəsildiyini göstərir. Bu, təxminən 500 min ağaca bərabərdir.

May ayından bəri iqlim hərəkatının fəalları yaxınlıqdakı düşərgədə ağac evləri zəbt edərək və əraziyə hücum etməyə cəhd edərək zavodun planlaşdırılan genişləndirilməsinə etiraz edirlər. Mart ayında bir qrup elektrik dirəyini yandırıb, zavodda istehsal prosesini bir neçə gün dayandırıb.

“Turn Off Tesla-s Tap” şirkəti alyansının nümayəndəsi Karolina Drjevonun sözlərinə görə, təhlillər göstərib ki, şirkətin elektromobil istehsalı təbiətin yerli məhvinə, eləcə də metal hasilatına görə qlobal ziyana səbəb olub. "Almaniyanın ən quraq bölgələrindən birində artıq ətraf mühitin çox hissəsi məhv edilib", - deyə o bildirib. “Meşələrin genişlənməsinin və beləliklə, daha da məhv edilməsinin və qorunan içməli su zonasına təhdidin qarşısını almaq lazımdır”.

“Kayrros”un baş analitiki Antuan Half bildirib ki, itirilmiş ağaclar təxminən 13 min ton CO2-yə bərabərdir.

İyul ayında Brandenburq Ətraf Mühit Nazirliyi “Tesla” zavodunun istehsalı iki dəfə artıraraq ildə 1 milyon avtomobilə çatdırmaq planını təsdiqləyib.

Xəbər lenti