Zelenski: Rusiya indi nə etdiyini hiss etməlidir

Ukrayna Prezidenti Volodimir Zelenski Silahlı Qüvvələrinin Rusiyanın Kursk vilayətinə hücumu fonunda Rusiyanın da müharibəni hiss etməli olduğunu bildirib.

“Dövlət başçısı axşam videomüraciətində Ukrayna Silahlı Qüvvələrinin Kursk vilayətinə hücumunu birbaşa şərh etməsə də, Rusiyanın müharibəni Ukrayna torpağına gətirdiyini və “nə etdiyini hiss etməli” olduğunu deyib.

O həmçinin Ukrayna Silahlı Qüvvələrinin baş komandanı Aleksandr Sırskinin üç “səmərəli” məruzəsindən danışıb, ancaq təfərrüatları açıqlamayıb.

“Ukraynalılar öz məqsədlərinə necə çatacaqlarını bilirlər. Və müharibədə məqsədlərimizə çatmağı seçən biz deyildik. Rusiya torpağımıza müharibə gətirib və nə etdiyini hiss etməlidir”, – Ukrayna lideri vurğulayıb.

Xatırladaq ki, avqustun 6-da Ukrayna Silahlı Qüvvələri Rusiyanın sərhəddəki müdafiə xəttini yararaq Kursk vilayətinə soxulub və bir neçə kəndi ələ keçirib. İndiyədək davam edən döyüşlərdə Rusiya ordusu qarşı tərəfi geriyə ata bilməyib. Bölgədə döyüş əməliyyatları zonasının 400 kvadrat kilometrdən artıq olduğu bildirilir.

Ukraynanın Rusiyaya hücumuna BMT-dən reaksiya

Ukrayna Silahlı Qüvvələrinin Kursk vilayətinə hücumu narahatlıq doğurur, BMT mülki əhalinin müdafiəsinin təmin edilməsinə çağırır.

Bu sözləri brifinqdə BMT rəsmisi Farhan Haq deyib.

"Hadisələrin inkişafı həqiqətən narahatlıq doğurur. Biz bütün tərəfləri məsuliyyətlə hərəkət etməyə və mülki şəxslərin müdafiəsini təmin etməyə çağırırıq”, - o bildirib.

Rusiya hücum edib Paşinyanı devirəcək - “Müharibə riski böyükdür”Xəbər verdiyimiz kimi, 2-3 avqust tarixlərində ABŞ-nin Rumıniya və Yaxın Şərqdəki hərbi bazalarından Ermənistanın Zvartnots hava limanına 2 hərbi təyyarə qalxıb. Ehtimallara görə, həmin təyyarələlə Ermənistana ABŞ istehsalı olan yeni nəsil silahlar – snayper tüfəngləri, gecəgörmə cihazları, xüsusi rabitə vasitələri və zirehli texnikalar gətirilib. Siyahıya xüsusi təyinatlılar üçün mini-hücum pilotsuz təyyarələri, kiçik ölçülü minalar və digər döyüş sursatları da daxildir.

Maraqlıdır, Azərbaycanla sülh müqaviləsi imzalamaqda maraqlı olduğunu bəyan edən Ermənistanın silahlanması müharibə ehtimalını artırırmı?

Mövzu ilə bağlı KONKRET.az-a danışan hərbi məsələlər üzrə ekspert Şair Ramaldanov Ermənistanın sülhdən prosesindən uzaqlaşmaq siyasəti götürdüyünü deyir:

“Paşinyan administrasiyası hiyləgər mövqe tutub, sülhdən getdikcə uzaqlaşırlar. Sərhəddə vəziyyəti gərginləşdirmək cəhdləri də bununla bağlıdır. Ermənistan havadarlarına arxalanaraq yeni müharibə ocağı yaratmağa çalışır. Paşinyan, ABŞ və Fransanın diqtəsi ilə hərəkət edir və bütün olanlara görə məsuliyyəti də o daşıyacaq. Aydındır ki, Ordumuz tərəfindən təxribatlara ən sərt şəkildə cavab veriləcək. Azərbaycan illərdir davam edən separatizmə son qoyub, biz indi sülh istəyirik. Amma qarşı tərəf sakitləşmək istəmir, xain addımlarına davam edir”.

Ekspert ABŞ və Fransanın bölgə üçün təhlükəli oyunlar qurduğunu düşünür:

“Böyük layihələr Cənubi Qafqazdan keçir. Ermənistan da çalışır ki, ABŞ və Fransa kimi ölkələri bölgəyə cəlb etsin. Bu, region üçün heç də yaxşı şeylər vəd etmir. Amma unutmayaq ki, ABŞ və Fransanın əsas hədəfi Azərbaycan yox, Rusiyadır. Onlar şimal qonşumuzu bölgədən çıxarmağa çalışırlar. Lakin indiki məqamda bu mümkünsüz görünür. Gürcüstanda gedən proseslər çox şeydən xəbər verir. Azərbaycan müstəqil siyasət yürüdür. Ermənistanın isə birmənalı şəkildə Qərbə yönəlməsi Cənubi Qafqazda proseslərin təhlükəli məcraya girməsini şərtləndirir”.

Ş.Ramaldanov Paşinyan hakimiyyətinin Rusiyadan uzaqlaşmasının ciddi nəticələrə səbəb olacağını vurğulayıb:

“Fransa kimi ölkələr guya erməniləri bizdən qorumağa çalşırlar. Əslində isə onların müdaxiləsi olmasa, qısa müddət ərzində sülh müqaviləsi imzalana bilər. Sözügedən ölkələr bölgədə qalmaq üçün Ermənistanı təxribatlara çəkir. Lakin düşünürəm ki, rusların Ermənistana təsir imkanları həddindən artıq çoxdur. Paşinyan KTMT ilə bağlı məsələdə də ikili oynayır. O, çalışır ki, həm Rusiyadan, həm də Qərbdən dəstək alsın. Dediyim kimi, Rusiyanın Paşinyan rəhbərliyinə qarşı bir çox təsir vasitələri var. Bunların sonuncusu hərbi müdaxilədir. Ermənistan havadarlarının himayəsi altında atmamalı olduğu addımları atır. Vəziyyət belə davam edərsə, Rusiya Ermənistana müdaxilə edəcək və Paşinyan postundan salınacaq. Onun yerinə isə sülh istəyən, ikili oyun oynamayan biri gətiriləcək. Hazırda yeni təxribatların olacağı gözlənilir, eskolasiya riski çoxdur”.
Məkkədə dəhşətli sel fəlakəti - VİDEO

Məkkədə yağan güclü yağışlar ciddi fəsadlara fəlakətə yol açıb.

Yağış nəticəsində yaran sel şəhərə infrastrukturuna, insanlara və təsərrüfata ciddi ziyan vurmaqla dağıntılara səbəb olub. Hətta çoxsaylı  inək və dəvələri sel sularına qərq olub. Bu anlar videokameralara belə yansıyıb.

 

Türkiyəni “Polad Qübbə” qoruyacaq - İlk görüntülər

Türkiyə bütün ölkənin hava məkanını qoruyacaq “Polad Qübbə” adlı Hava Hücumundan Müdafiə Sistemləri istehsal edəcək.

“Qafqazinfo”nun məlumatına görə, bu qərar Müdafiə Sənayesi İcraiyyə Komitəsinin Türkiyə lideri Rəcab Tayyib Ərdoğanın sədrliyi ilə keçirilən iclasında öz təsdiqini tapıb.

Məlumat üçün deyək ki, sistem yüksək texnologiya, süni intellekt dəstəyi (AI) və real vaxt rejiminə əsaslanacaq.

“Polad Qübbə” layihəsi xüsusilə son zamanlar gündəmdə olan İsrail hava hücumundan müdafiə sistemi olan “Dəmir Qübbə”ni xatırladır.

Qeyd edək ki, “Dəmir Qübbə” İsrailin istehsal etdiyi qısa məsafəli hava hücumundan müdafiə sistemidir. İlk dəfə 27 mart 2011-ci ildə Beer-Şeva şəhərində yerləşdirib. 

“Dəmir Qübbə” istənilən ərazini 4 kilometrdən 70 kilometrə qədər məsafədən atılan qısa-məsafəli raketlərdən və ya artilleriya atəşindən qorumaq imkanına malikdir.

Qeyd edək ki, “Polad Qübbə” bir vilayət və ya şəhəri deyil, bütün Türkiyənin hava məkanını qoruyacağı üçün verilib.

Onu da deyək ki, adıçəkilən metallar bir-birinə bənzəsə də, polad dəmirin işlənmiş halıdır. Yəni daha güclü və əyilməz metaldır. Bu ad seçimi isə xüsusi olaraq HHMS-nin nə qədər güclü olacağına bir işarədir.

“Polad Qübbə”nin ilk görüntülərini təqdim edirik:

Bayden itib

ABŞ prezidenti Cozef Bayden Yaxın Şərqdə İran və İsrail arasında vəziyyətin gərginləşməsi təhlükəsinə baxmayaraq, ictimaiyyət qarşısında heç bir çıxış planlaşdırmır.

“Report” xəbər verir ki, bu barədə “Fox News” məlumat yayıb.

Belə ki, ABŞ dövlət başçısı sonuncu dəfə avqustun 5-də Ağ Evin yaxınlığında görünüb, o, jurnalistlərin yanından keçərək onların suallarına məhəl qoymayıb.

“Vitse-prezident Kamala Harrisin birinci yeri tutmasına imkan verdikdən sonra ictimaiyyət qarşısında çıxış etməmək prezident üçün yeni normaya çevrilib. Bu, İranın İsrailə mümkün hücumunu gözlədiyi bir vaxta təsadüf edir”, - məqalədə deyilir.

Nəşr bildirib ki, Ağ Ev jurnalistlərin “niyə bu anda prezidentin Yaxın Şərqdəki vəziyyətlə bağlı birbaşa müraciəti olmadığına dair” suallara konkret cavab vermir, bu mövzunun Bayden üçün prioritet olduğu deyilir və bir neçə yazılı məlumat paylaşılır.

Eyni zamanda Amerika rəsmiləri, o cümlədən ABŞ dövlət katibi Antoni Blinken əmin edirlər ki, Vaşinqton regionda eskalasiya risklərini azaltmağa çalışır və həm İsrailə, həm də İrana siqnallar göndərir.

Blinken İsrail və İrana xəbərdarlıq edib

ABŞ müttəfiqləri ilə birlikdə İsrail və İrana birbaşa mesaj göndərib ki, heç kim bölgədə gərginliyi daha da artırmasın.

Bunu ABŞ dövlət katibi Entoni Blinken deyib.

“Biz Yaxın Şərqdə gərginliyi azaltmaq və münaqişənin böyüməsinin qarşısını almaq üçün intensiv fəaliyyət göstəririk. Biz son bir neçə gün ərzində bölgədəki və ondan kənardakı tərəfdaşlarla daimi təmasda olmuşuq", - o qeyd edib.

Onun fikrincə, hücumlar bölgədə heç kəsin proqnozlaşdıra bilməyəcəyi və ya tam nəzarət edə bilməyəcəyi təhlükəli nəticələrlə müşaiyət oluna bilər.

"Biz bu mesajı birbaşa İrana çatdıraraq, müttəfiqlər və tərəfdaşlarla intensiv diplomatik əlaqələr saxlayırıq. Biz bu mesajı birbaşa İsrailə çatdırırıq”, - Blinken bildirib.

Blinken eyni zamanda əlavə edib ki, ABŞ-ın İsrailin təhlükəsizliyini təmin etmək mövqeyində qalmaqdadır: "Biz İsraili terrorçuların və onların havadarlarının hücumlarından müdafiə etməyə davam edəcəyik".

turkiyede-ard-arda-3-zelzele-oldu

Bu gün səhər saatlarında Türkiyənin Adana şəhərində 3 zəlzələ olub.

“Qafqazinfo” xəbər verir ki, bu barədə “TRT Haber” məlumat yayıb.

Yeraltı təkanlar Adananın Kozan rayonunda qeydə alınıb. Saat 05:32-də yerin 7,6 km dərinliyinə 4,6 bal gücündə zəlzələ baş verib. Daha sonra 4,5 və 4 bal gücündə növbəti zəlzələlər qeydə alınıb.

Ölkənin daxili işlər naziri Ali Yerlikaya təbii fəlakətlə bağlı məlumat yayaraq hər hansı neqativ halın olmadığını açıqlayıb.

Misir və ABŞ liderləri razılığa gəldilər

Misir Prezidenti Əbdülfəttah əs-Sisi və amerikalı həmkarı Cozef Bayden Qəzza zolağında atəşkəsin yaradılması üçün birgə işi davam etdirmək barədə razılığa gəliblər.

Onlar ABŞ tərəfinin təşəbbüsü ilə telefon danışığı aparıblar.

“Dövlət başçıları Qəzzada atəşkəs və iki dövlət prinsipinin həyata keçirilməsinə yönəlmiş birgə intensiv fəaliyyəti davam etdirmək barədə razılığa gəliblər. Məhz bu prinsip Yaxın Şərq regionunda yaşayan bütün xalqlar üçün sabitliyin əsas təminatçısı rolunu oynayır”, - Misir Prezidentinin rəsmi nümayəndəsi Əhməd Fəhmi feysbukdakı səhifəsində yazıb.

Əl-Sisi və Bayden söhbət zamanı həmçinin təsdiqləyiblər ki, onlar bölgədə vəziyyətin gərginləşməsini azaltmaq və təhlükəsiz mühiti bərpa etmək üçün hər cür səy göstərməyə davam edəcəklər.

Kosovanın bu qərarı savaşa səbəbdir - Vuçiç

Kosova polisi ölkənin şimalında serblərin çoxluq təşkil etdiyi dörd bələdiyyədə Serbiyanın “Posta Srbije” milli poçt xidmətinin doqquz şöbəsini bağlayıb.

Bu addım Kosova Mərkəzi Bankının Serbiya valyutası dinardan istifadəni qadağan etmək siyasətinin tərkib hissəsidir.

Serbiya Prezidenti Aleksandr Vuçiç Kosova tərəfinin bu addımını pisləyib, bunu hərbi münaqişəyə səbəb olmaq cəhdi kimi qiymətləndirib və Brüsseli bununla bağlı tədbir görməyə çağırıb.

“Biz müharibə istəmirik, sülhü qorumaq niyyətindəyik. Lakin Kosova tərəfi bu addımları bilərəkdən, mütəşəkkil şəkildə və müəyyən Qərb güclərinin dəstəyi ilə atır”, – deyə Serbiya Prezidenti bildirib.(axar.az)

Xəbər lenti