![]() |
|
ABŞ pezidentliyinə namizəd Donald Tramp rusiyalı Həbib Nurməhəmmədovu sevimli döyüşçüsü adlandırıb.
Bu barədə "Gazeta" məlumat yayıb.
“Düşünürəm ki, bu, Həbibdir. O, çox yaxşı idi. O, atası vəfat edəndən sonra idmandan çıxdı. O, dəfələrlə döyüşüb və heç vaxt raundda məğlub olmayıb”, - Tramp bildirib.
Həbib Nurməhəmmədov sonuncu döyüşünü 2020-ci ilin payızında keçirərək amerikalı Castin Qetciyə qalib gəlib. Döyüşdən dərhal sonra o, anasına atasız döyüşməyəcəyinə söz verdiyini izah edərək, peşəkar karyerasını tərk etdiyini açıqlayıb. Nurməhəmmədov karyerasını bitirdikdən sonra "Eagle FC" promosyonunu təsis edib.
İdmançı qarışıq döyüş növləri (MMA) üzrə 29 döyüş keçirib və onların hər birində qalib gəlib. 2021-ci ildə İctimai Rəy Fondunun sorğusu nəticəsində Həbib idmanda ilin adamı seçilib. 22 oktyabr 2023-cü ildə Nurməhəmmədov döyüşlə bağlı hər şeyi tərk etdiyini bildirrib.(Publika.az)
İran prezidenti Məsud Pezeşkian HƏMAS lideri İsmayıl Haniyənin qətlinə görə İsrailə mütləq şəkildə cavab veriləcəyini bəyan edib.
Tasnim xəbər verir ki, İran prezidenti Məsud Pezeşkian bunu Rusiya Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu ilə görüşündə deyib.
Pezeşkian Şoyqu ilə görüşündə İsrailə qarşı cavab tədbirləri və Yaxın Şərqdəki mövcud vəziyyətlə bağlı bunları deyib: "İran regionda müharibə və böhranın miqyasını genişləndirmək niyyətində deyil, lakin İsrailin cinayətlərinə və həyasızlığına mütləq cavab veriləcək".
Sergey Şoyqu isə öz növbəsində İranı Rusiyanın əsas strateji müttəfiqlərindən biri adlandırıb.
Qeyd edək ki, İranın yeni prezidenti Məsud Pezeşkianla Rusiya Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu arasında görüş avqustun 5-i axşam Tehranda baş tutub.
İran prezidenti ilə danışıqlardan əvvəl cənab Şoyqu İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Məhəmməd Baqiri ilə görüşüb.
Yaxın Şərqdə genişmiqyaslı müharibə qaçınılmazdır.
Bunu ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller HƏMAS lideri İsmayıl Haniyənin öldürülməsindən sonra Yaxın Şərqdə artan gərginliklə bağlı vəziyyəti şərh edərkən deyib.
Metyu Miller qeyd edib ki, ABŞ bütün variantlara hazır vəziyyətdədir.
O əlavə edib ki, ABŞ-ın gözlənilən müharibənin qarşısını almaq üçün səylərini davam etdirəcək.
Miller bildirib ki, gərginliyin artması bölgədə heç kimin maraqlarına xidmət etmir.
Miller onu da qeyd edib ki, ABŞ Dövlət Departamenti İrana xəbərdarlıq edərək, İsraillə gərginliyin artırılması Tehranın xeyrinə olmayacaq: "Gərginliyin artacağı təqdirdə ABŞ İsraili qoruyacaq".
ABŞ ordusu Nigerdəki son bazasına nəzarəti yerli qüvvələrə təhvil verərək.
Bu barədə "Nyu Yorl Tayms" qəzeti xəbər verib.
Qeyd olunub ki, ilkin planlara görə, ABŞ ordusunun Nigerdən tam çıxarılması sentyabrın 15-dək başa çatmalı idi. Bununla belə, avqustun 5-də ABŞ hərbçiləri Nigerin şimalındakı Aqadez şəhərindəki 201 aviabazasını tərk ediblər. Az sayda hərbçi bir müddət ABŞ-ın Nigerdəki səfirliyində qalacaq.
Rusiya və İranın çoxqütblü dünya ilə bağlı ortaq mövqeyi qlobal sabitliyin möhkəmlənməsinə gətirib çıxaracaq.
"Bunu İran prezidenti Məsud Pezeşkian Rusiya Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu ilə görüşündə deyib.
“İran və Rusiya arasında çoxqütblü dünyanın təşviqində ortaq mövqe və əməkdaşlıq, şübhəsiz ki, qlobal təhlükəsizlik və sülhün daha da möhkəmlənməsinə gətirib çıxaracaq”, - ISNA onun sözlərini sitat gətirib.
Prezident vurğulayıb ki, bəzi ölkələrin, o cümlədən ABŞ-ın hegemonluğu dövrü başa çatıb.
“Rusiya çətin anlarda həmişə İranın yanında olub və belə bir strateji tərəfdaşla münasibətləri gücləndirmək İran İslam Respublikasının xarici siyasətində prioritetlərdən biridir”, - Pezeşkian qeyd edib.
Bununla bağlı o, Moskva ilə Tehran arasında bağlanmış bütün razılaşmaların icrasını sürətləndirmək zərurətinə vurğu edib.
Polşa və Norveçdən olan təlimatçılar Ukrayna hərbçilərinin növbəti qrupuna “Leopard” tanklarında təlim keçməyə başlayıblar.
Bu barədə “Kresy” nəşri məlumat yayıb.
“NATO ordularının əsas döyüş tankı “Leopard 2A4”-dür. Norveç və Polşadan olan hərbi təlimatçılar təlim zamanı ukraynalı kursantlara hərbi texnikanı daha müstəqil idarə etmək imkanı verməyə çalışırlar”, - məlumatda deyilir.
Qeyd olunur ki, xarici təlimatçılar ukraynalılara təlimdə daha müstəqil olmaq imkanı verməklə onların da öz növbəsində digər ukraynalılara döyüş tankını idarə etməyi öyrətməsini istəyirlər.
“NATO müttəfiqləri Vaşinqtonda keçirilən sammitdə növbəti il ərzində Ukraynaya minimum 40 milyard avro hərbi yardım göstərməyi öhdələrinə götürməklə dəstəklərini artırmağa davam edirlər”, - nəşr yazır.
Rusiya ilə Ukrayna arasındakı müharibə iki il yarımdır ki davam edir. Müharibənin qısa müddətdə bitməsi ehtimalı hələ üfüqdə görünmür.
"Report" xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Nazirlər Kabinetinin iclasından sonra çıxışında deyib.
"Regionumuz həqiqətən də ağrılı günlər yaşayır. Qəzzaya hücumlar 10 ayı keçib. HƏMAS Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyənin öldürülməsi ilə Qəzza böhranında yeni bir sərhəd də aşıldı", - deyə R.T.Ərdoğan qeyd edib.
Əsir mübadiləsi çərçivəsində Qərbə gedən Vətən xainləri yer üzündəki varlığın zəifliyini unutmamalıdırlar.
Bunu Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev özünün teleqram kanalında ABŞ və Rusiya arasında əsirlərin mübadiləsini şərh edərkən verib.
O əlavə edib ki, söhbət ağzı köpüklənə-köpüklənə danışan, dili çırtıq halda hakimiyyətə can atan qeyri-sistemli müxalifətdən və ya öz Vətəninin görmək istəməyən və nifrət edənlərdən, əməldə ümumi vətəndaş sülhünü, ideoloji əsasları məhv etməyə çalışanlardan gedir.
Medvedyev həmin şəxsləri satqın kimi xarakterizə edərək deyib: "Ümumiyyətlə, qoy, cəhənnəmdə yansınlar!"