Bitkoinin dəyəri qızılı keçəcək - Tramp

ABŞ-da Respublikaçılar Partiyasından prezidentliyə namizəd olan Donald Tramp qatıldığı kriptovalyuta sammitində iddialı açıqlamalar verib.

O, prezident seçiləcəyi təqdirdə bitkoinin qiymətinin qızılı keçəcəyini iddia edib.

"ABŞ planetin kriptovalyuta paytaxtı və dünyanın bikoin super gücü olacaq. Bitkoin və kriptovalyuta bazarı hər zamankindən daha çox yüksələcək", - deyə Tramp bildirib.

Trampın sözlərindən sonra bitkoin təqribən 2 min dollar dəyər itirib. Aparıcı kriptovalyutanın dəyəri 68 500 səviyyəsindən 66 900 səviyyəsinə enib.

Zəngəzurda “həyəcan siqnalı”: əhali sığınacaqlara yığılır

Ermənistan Sünik (Zəngəzur - red.) və Tavuşda əhaliyə xəbərdarlıq, sığınacaqlara enmə və ərazidən təxliyə əməliyyatlarının təşkili ilə bağlı təlimlər keçirir.

Globalinfo.az xəbər verir ki, təlimlərin iyulun 29-u saat 10:00 ilə 15:00 arası baş tutacağı açıqlanıb.

İlk olaraq Tavuş rayonunun Berd bələdiyyəsinin Azərbaycanla sərhəddə yerləşən Artsvaberd qəsəbəsində təlim üçün həyəcan siqnalı verilib.

Həmçinin Zəngəzurun Mehri qəsəbəsinin Alvank, Karçevan, Nrnadzor, Şvanidzor, Vahravar, Vardanidzor və Taştun ərazilərində də təlimlərin keçiriləcəyi bildirilir.

Həyəcan siqnalı işlə salınan zaman əhalinin təşvişə düşməməsi üçün xəbərdarlıq edilib.

Qeyd edək ki, Ermənistan silahlı qüvvələrinin Kəlbəcər və Laçın təxribatından sonra bu təlimlər diqqət çəkir.

Qalmaqal böyüyür: Parisin biabırçılığına görə reklamlar dayandırıldı - FOTO

2024-cü il Paris Olimpiya Oyunlarının açılış mərasimində iz buraxan “Son Şam yeməyi” parodiyasına reaksiyalar davam edir.

Canlandırma zamanı LGBTQ elementlərinin daxil edilməsi xristian dünyasında reaksiyalara səbəb olub.

ABŞ-nin texnologiya nəhəngi “C Spire” nümayişdən Olimpiya reklamlarını dayandırdıqlarını açıqlayıb:

“C Spire” Olimpiadanın bir hissəsi olmaq üçün çox çalışan idmançılarımızı dəstəkləyir. Lakin Paris Olimpiadasının açılış mərasimlərində “Son şam yeməyi”nin ələ salınması bizi şoka saldı. “C Spire” olaraq biz reklamlarımızı Olimpiadadan çıxarırıq”.

Fransız Katolik Kilsəsi də baş verənlərə səssiz qalmayıb:

"Təəssüf ki, bu mərasimdə xristianlığı ələ salan səhnələr yer alıb və bu vəziyyətdən dərin təəssüf hissi keçiririk" – kilsənin açıqlamasında bildirilib.

“Tesla” və “SpaceX”in sahibi İlon Mask X-də etdiyi paylaşımda performansın "xristianlara qarşı son dərəcə hörmətsizlik" olduğunu deyib və o, xristianlığın təsir gücünü itirdiyini bildirib.

“Dailymail” qəzetinin yazdığına görə, “Paris-2024” açılış mərasiminin rəsmi videosu kəskin tənqidlərə görə yutub kanalkından silinib.

Qeyd edək ki, “Sonuncu şam yeməyi” XV əsrdə Milanda Leonardo da Vinçi tərəfindən, Lodoviko Sforsa və onun xanımı Beatriçe d'Este üçün yaradılmış divar rəsmidir.

Xristianların inancına görə, bu şam yeməyi zamanı İsa on iki həvarisindən birinin ona xəyanət edəcəyini və onu satacağını bildirmişdi.

 

 

 

 
kim-cen-in-sakinlerin-texliyesinde-istirak-etdi

İyulun 27-si Şimali Koreyanın şimal rayonlarına rekord dərəcədə güclü leysan yağıb, Amnok çayının suyunun səviyyəsi təhlükəli həddi xeyli keçib. Nəticədə Sinuiju şəhəri və Phenyan-Punkto əyalətinin Uiju mahalının 5 mindən çox sakini daşqın təhlükəsi olan ərazilərdə təcrid olunub.

“Qafqazinfo”nun Koreya Mərkəzi Xəbər Agentliyinə istinadən məlumatına görə, ölkə lideri Kim Çen In iyulun 28-i həmin ərazilərə baş çəkib. O, güclü yağışdan zərər çəkmiş və daşqın təhlükəsi ilə üzləşmiş rayonların sakinlərinin xilas edilməsinə və təxliyəsinə şəxsən rəhbərlik edib.

Bildirilir ki, o, məsul qurumları belə fövqəladə hallara hazırlıq prosesində yol verdikləri səhlənkarlıqlarına görə tənqid edib. Qeyd edib ki, yerli hakimiyyət orqanları lazımi səviyyədə bir dənə də olsun xilasedici texnika ehtiyatı saxlamayıb və buna görə də ordunu cəlb etməli olublar. Bundan başqa, məsul məmurların təxliyənin baş verdiyi ərazilərdə əhali ilə bağlı dəqiq məlumatı olmayıb. Kim Çen Inın sözlərinə görə, xilas edilənlərin sayı yerli hakimiyyət orqanlarının məlumatlarını xeyli ötüb.

Məlumata görə, KXDR liderinin əmri ilə Koreya Xalq Ordusunun Hərbi Hava Qüvvələrinin helikopterləri və Hərbi Dəniz Qüvvələrinin xilasedici gəmiləri əməliyyata cəlb edilib.

 

 



 
ucuncu-defe-prezident-secildi

Venesuelanın hazırkı dövlət başçısı Nikolas Maduro respublikada keçirilən prezident seçkilərində qalib gəlib.

“Qafqazinfo” TASS-a istinadən xəbər verir ki, siyasətçi üçüncü altıillik müddətə seçilib.

Belə ki, bülletenlərin 80%-nin hesablamasından sonra Maduro seçicilərin 51,2% səsini qazanıb. Onun əsas rəqibi Edmundo Qonsales isə 44,2% səs toplayıb.

Qeyd edək ki, N. Maduro 2013-cü ildən respublikaya rəhbərlik edir. 

Yeni müharibə riski var: Bölgə təhlükə qarşısındadır – Kritik gəlişməPolitoloq Cümşüd Nuriyev Teleqraf.com-un suallarını cavablandırıb.

Onunla müsahibəni təqdim edirik:

- Avropa İttifaqının Ermənistanla viza rejimini ləğv etməsi qərarı nəyə hesablanıb? Hərbi yardımın ardınca atılan bu addım İrəvanın gələcəyi üçün nə vəd edir?

- Fransanın Ermənistanla bağlı siyasəti alt-üst oldu. Azərbaycan Fransanı çox çətin vəziyyətə saldı. Bu, Avropa İttifaqı üçün gözlənilməz siyasi zərbə idi. Həmin zərbənin Azərbaycan tərəfindən vurulacağına inanmırdılar və gözləmirdilər. Fakt odur ki, Fransanın müstəmləkəçilik siyasətini Azərbaycan ifşa etdi. Bununla Fransa çox çətin vəziyyətə düşdü.

Hazırda rəsmi Paris bu məngənədən çıxa bilmir. Ona görə də, Avropa İttifaqı ABŞ-nin təhdidi ilə bu prosesə qoşuldu. Onlar əvvəlcə Azərbaycanın AŞPA-da olan parlament nümayəndə heyətini hədəf aldılar. Bundan sonra Aİ Ermənistana 10 milyon avroluq hərbi yardım ayırmağı gündəmə gətirdi. Daha sonra viza rejimin ləğvi məsələsi ortaya atıldı. Həmin taktikadan Aİ Ukraynaya, Gürcüstana qarşı da istifadə etmişdi. Sadəcə olaraq Gürcüstan 15 ildən sonra ayıldı ki, Avropa İttifaqı onu özü üçün qula, nökərə çevirir. Ona görə də, gürcülər bunu öz qürurlarına sığışdırmadı.

Ermənilərdə isə qürur anlayışı olmadığına görə həmişə öz maraqlarına xidmət edən etno-korporativ qrup kimi hərəkət edirlər. Bu baxımdan indiki halda Aİ-nın Ermənistanla viza rejimini ləğv etməsi heç bir məntiqlə izah oluna bilməz.

- Ermənistanın hərbi potensialını artırmaqda Avropa İttifaqının məqsədi nədir?

- Məqsədləri Ermənistanda müasir hava hücumundan müdafiə sistemi qurmaqdan ibarətdir. Bunu xristian həmrəyliyi və sair kimi amillərlə izah etmək olar.

Digər tərəfdən Rusiya hərbi elitasında da müəyyən qüvvələr var ki, Ermənistanı hərtərəfli olaraq dəstəkləməyi təklif edir.

- Sülh danışıqlarının aktiv dönəmində Ermənistana edilən hərbi yardımlar prosesə necə təsir edə bilər?

- Həmin qüvvələrin əsas məqsədi Azərbaycanla Ermənistan arasında yenidən müharibənin başlamasına nail olmaqdır. Azərbaycanı mümkün qədər günahkar çıxararaq öz çirkin niyyətlərini reallaşdırmaq istəyirlər. Azərbaycanın son 300 ildə əldə etdiyi uğurları onun əlindən almaq kimi bəd niyyətləri var. Çünki bu çirkin planlara başqa ad vermək olmur. Bunu açıq danışmaq lazımdır.

- Bu halda Azərbaycanla Ermənistan arasında yeni hərbi eskalasiyanın başlaması təhlükəsi nə dərəcədə real görünür?

- Əslində bu tək iki ölkə arasında bir müharibə olmayacaq. Bu üçüncü dünya müharibəsinin başlaması deməkdir. Azərbaycan bu halda meydanda tək qalmayacaq. Bakının əsas müttəfiqləri Türkiyə, Pakistan və digər türk dövlətləri, eləcə də İsraildir. Beləliklə dünya iki cəbhəyə bölünəcək.
Nikol Bakıya bu halda gələcək - Rusiyadan baxışRusiyalı politoloq, millətlərarası münaqişələr üzrə mütəxəssis, təhlükəsizlik üzrə ekspert Yevgeni Mixaylovun Axar.az-a müsahibəsi:

- Son vaxtlar Ermənistan getdikcə daha çox silah almağa başlayıb. Hindistan bu yaxınlarda Ermənistanı ən böyük silah alıcısı elan etdi. Sülh müqaviləsinin imzalanmasının hər zamankından daha yaxın olduğunu nəzərə alsaq, Ermənistan nəyə can atır?

- Başa düşmək lazımdır ki, Ermənistan son zamanlar NATO ilə qarşılıqlı fəaliyyətdə fəallığını artırıb, sərt antirusiya ritorikasına əl atıb. Əslində, Ermənistan müqaviləni imzalamaq üçün sülhməramlı niyyətləri ilə Azərbaycanı aldadır. Ermənistanın sülh müqaviləsi imzalamaq fikrində olmadığını görmək üçün Azərbaycana çəhrayı eynək lazım deyil. Əgər imzanı atsa belə, bu, sonradan onu pozmaq niyyəti güdəcək. Hindistana gəlincə, Ermənistanın silah almasına təəccüblənmək lazım deyil. Bütün bunlar onu deməyə əsas verir ki, Azərbaycan diqqətli olmalı, “sülh istəyirsənsə, müharibəyə hazırlaşın” məsəlini unutmamalıdır.

- Mariya Zaxarova bir neçə gün əvvəl keçirdiyi brifinqdə Bakı ilə İrəvan arasında danışıqlar platforması təklif etdi. Azərbaycan XİN-in mətbuat xidmətinin rəhbəri Ayxan Hacızadə də rəsmi Bakının danışıqlar üçün istənilən, o cümlədən Moskva platforması ilə razılaşdığını açıqlayıb. Erməni tərəfi isə heç bir rəsmi şərh verməyib. Ermənistanın bu addımını necə qiymətləndirirsiniz?

- Mariya Zaxarovanın simasında Rusiyadan gələn təklif tamamilə məntiqlidir. Moskva, əvvəlcə, danışıqların əsas iştirakçısı olub və Ermənistanı hələ 2020-ci ildə tam məğlubiyyətdən xilas edib. Moskva sülh müqaviləsinin əldə olunmasında vasitəçi olmaqda davam edir. Amma başa düşmək lazımdır ki, Ermənistan artıq üçüncü ildir ki, öz səylərini birləşdirmək və Qərblə birgə tərəfdaşlıq etmək kursu götürüb. Üstəlik, Qərb ermənilərə şirin vədlər verərək, artıq vizasız rejimi müzakirə edir, İrəvana “gəl” deyirlər. Ermənilərin çoxu isə “Ah, nə yaxşı, indi 5 min avro maaş alacağıq, hər şey yaxşı olacaq”, - deyə fikirləşir. Əslində, Ermənistan bu mənada Ukraynaya baxsın. Deməli, öz siyasətçilərinin simasında Ermənistan öz yolunu seçib. Bu yol dövlətçiliyin itirilməsinə gətirib çıxararsa, təəccüblü olmaz.

- Bildiyiniz kimi, Azərbaycan öz istəyi ilə Ermənistanı COP29-a dəvət etdi. Paşinyan avqustda bu məsələ ilə bağlı mətbuat konfransı keçirməyi planlaşdırır. Dəvət qəbul olunarsa, Ermənistan hökuməti və ictimaiyyətinin reaksiyası necə olacaq?

- Azərbaycan bütün beynəlxalq müqavilələrə, şərtlərə və oyun qaydalarına əməl edən ölkə olaraq Ermənistanı COP29-a dəvət etdi. Paşinyanın siyasi addımlarını izlədikdə isə həm də hücum texnikası almağa üstünlük verdiyini görərik. Pilotsuz təyyarələr, artilleriya və s. bu silahları alaraq arsenalını gücləndirir. Hesab edirəm, Paşinyanın konfransa gəlmək ehtimalı azdır. Digər tərəfdən, əgər Paşinyanın Qərb tərəfdaşları onu razı salsalar, daha doğrusu, “Nikol Vovayeviç, getmək lazımdır”, - desələr, o, gələcək. Çünki Nikol tamamilə idarə olunan liderdir. COP29-a gəlmək istiqamıtində iradəli qərar verərsə, bu, ona böyük müsbət xal gətirəcək. Amma nədənsə buna şübhə edirəm. Ermənistan cəmiyyətində Azərbaycana qarşı müsbət münasibət müşahidə etməmişəm.
Tramp Harrislə debatdan imtina etdi - Səbəb isə...ABŞ-də prezidentliyə namizəd Donald Trampın komandası Demokratlar Partiyasının namizədi Respublikaçı təmsilçisini əvvəlcədən planlaşdırılan üzbəüz görüşə çağırdıqdan sonra vitse-prezident Kamala Harrislə debatdan imtina edib.
"Bloomberg" xəbər verir ki, Trampın sözçüsü Stiven Çenqin sözlərinə görə, debat Demokratlar öz namizədləri ilə bağlı rəsmi qərar verənədək ola bilməz.
"Harrislə debat yersiz olardı, çünki Demokratlar öz fikirlərini dəyişə bilərlər", - Çenq bildirib.
Kamala Harris isə Tramp komandasının bu mövqeyini kəskin tənqid etməklə cavab verib.
O, sosial şəbəkədə X-ə cavab olaraq yazıb: “İstənilən vaxt, istənilən”.ABŞ-də prezidentliyə namizəd Donald Trampın komandası Demokratlar Partiyasının namizədi Respublikaçı təmsilçisini əvvəlcədən planlaşdırılan üzbəüz görüşə çağırdıqdan sonra vitse-prezident Kamala Harrislə debatdan imtina edib.
"Bloomberg" xəbər verir ki, Trampın sözçüsü Stiven Çenqin sözlərinə görə, debat Demokratlar öz namizədləri ilə bağlı rəsmi qərar verənədək ola bilməz.
"Harrislə debat yersiz olardı, çünki Demokratlar öz fikirlərini dəyişə bilərlər", - Çenq bildirib.
Kamala Harris isə Tramp komandasının bu mövqeyini kəskin tənqid etməklə cavab verib.
O, sosial şəbəkədə X-ə cavab olaraq yazıb: “İstənilən vaxt, istənilən”.
Alimlər Cənubi Okeanın güclü karbon qazı uducu olduğunu sübut etdi

Şərqi İngiltərə Universiteti və Plimut Dəniz Laboratoriyasının britaniyalı alimləri sübut ediblər ki, Antarktidanı əhatə edən Cənub Okeanı atmosferdən güclü karbon qazı (CO2) uducu rolunu oynayır.

Tədqiqat "Science Advances" (SciAdv) elmi jurnalında dərc olunub.

Hava və dəniz arasında CO2 mübadiləsinin birbaşa ölçülməsindən istifadə edərək komanda Antarktida ətrafındakı okeanın əvvəlki hesablamaların proqnozlaşdırdığından 25% daha çox CO2 çıxardığını müəyyən edib.

Məlumatlar 2019 və 2020-ci illərdə baş verən təxminən 175 gün davam edən elmi ekspedisiya zamanı toplanıb. Daha sonra COVID-19 pandemiyası səbəbindən tədqiqat uzun müddətə dayandırılıb.

Nəticələr göstərib ki, Cənubi Okean yay aylarında havadan çoxlu miqdarda karbon çıxarır. Müəlliflərin fikrincə, karbon qazının udulması ilə bağlı əvvəlki təxminlər suyun yuxarı qatında temperaturun dəyişməsi və digər dəyişikliklər səbəbindən lazımi səviyyədə qiymətləndirilməyib.

Tədqiqatçılar qeyd ediblər ki, Cənubi Okeanın udma qabiliyyətini daha dəqiq təhlil etmək üçün qış dövründə məlumat toplamaq lazımdır. Lakin qütb bölgəsinə daxil olmaqda çətinliklər səbəbindən buna nail olmaq çətindir.(Qaynarinfo)

Fransa DİN: Olimpiya obyektləri yaxınlığında hücum və oğurluqlar artıb

Fransanın paytaxtı Paris və onun ətraf ərazilərini əhatə edən İl-de-Frans bölgəsində olimpiya obyektlərinin yaxınlığında cinayətlərin, o cümlədən hücum və oğurluqlar artıb.

Bu barədə Fransa Daxili İşlər Nazirliyinin statistik xidmətinin iyulun 15-dən iyulun 21-dək olan dövrü əhatə edən və ötən həftənin göstəriciləri ilə müqayisəni əks etdirən hesabatında deyilir.

Sənədə əsasən, bu ərazilərdə dövlət məmurlarının təhqir edilməsi və onlara hücumların sayı əvvəlki həftə ilə müqayisədə 20%, zorakılıq xarakterli oğurluqlar 12%, davalar 11%, narkotik istifadəsi 3% daha çox qeydə alınıb.

O da qeyd olunub ki, olimpiya obyektlərinə bitişik ərazilərdən kənarda avtomobillərlə bağlı oğurluqların sayı 8% artıb. Vurğulanıb ki, bu rəqəmlər yekun deyil və şikayətlər həmişə cinayət baş verəndən dərhal sonra verilmədiyi üçün sonradan yoxlanıla bilər. Törədilmiş cinayətlərin sayı barədə də dəqiq məlumat verilmir.

Paris Polis Prefekturası, öz növbəsində, 2024-cü ilin birinci yarısı üçün statistik məlumatları dərc edərək cinayətlərin sayında “görünməmiş azalma” olduğunu qeyd edib.

Beləliklə, guya zorakılıq hadisələri 3%, quldurluq və oğurluqlar isə ümumilikdə 8% azalıb. İlin əvvəlindən nəqliyyatda oğurluq halları isə 11,2% azalıb. Qeyd olunub ki, iyulun 26-na planlaşdırılan Olimpiya Oyunlarının açılış mərasimi ərəfəsində Paris küçələrində polis və jandarm patrullarının gücləndirilməsi “çəkindirici amil”ə çevrilib.(Report)

Xəbər lenti