![]() |
|
Alimlər qeyd edirlər ki, 2024-cü il rekordlar başlayandan bəri ən isti il kimi 2023-cü ili keçə bilər.
İqlimşünaslar tarixin ən isti gününü qeyd ediblər ki, bu da iyulun 21-i olub.
Lent.az bildirir ki, bu barədə “Reuters“ Avropa İttifaqının Kopernik iqlim dəyişikliyi xidmətinin məlumatlarına istinadən məlumat yayıb.
İyulun 21-nin dünyanıni ən isti günü olduğu deyilir.
Bazar günü qlobal səthin orta temperaturu 17,09 dərəcəyə (62,76 dərəcə Fahrenqeyt) çatıb ki, bu da ötən həftənin iyul ayında müəyyən edilmiş əvvəlki rekord 17,08 dərəcə Selsi (62,74 F) səviyyəsindən bir qədər yüksəkdir”, - nəşr yazır.
Copernicus “Reuters“ agentliyinə təsdiqləyib ki, keçən il orta gündəlik temperatur rekordu 1940-cı ilə qədər olan qeydlərində bazar günü qırılıb.
Keçən il iyulun 3-dən 6-a qədər ardıcıl dörd gün rekord qırıb, çünki qalıq yanacaqların yandırılması nəticəsində yaranan iqlim dəyişikliyi Şimal yarımkürəsində həddindən artıq istilərə səbəb olub.
“2023-cü ilin iyun ayından etibarən hər ay - ardıcıl 13 ay - indi rekordlar başlayandan bəri planetdə əvvəlki illərin müvafiq ayı ilə müqayisədə ən isti ay hesab olunur”, - nəşr bildirib.
Bəzi elm adamları 2024-cü ilin 2023-cü ili keçə biləcəyini qeyd edirlər, çünki iqlim dəyişikliyi və apreldə başa çatan təbii hava fenomeni “El-Nino” builki temperaturları yüksəldib.
Rusiyanın Kaluqa vilayətində Mi-28 helikopteri qəzaya uğrayıb.
“Qafqazinfo” xəbər verir ki, bu barədə vilayətin qubernatoru Vladislav Şapşa öz teleqram kanalında məlumat verib.
Onun sözlərinə görə, helikopter vilayətin Jidrinski rayonunda qəzaya uğrayıb. Hadisə yerində əməliyyat qrupu və xilasedicilər işləyir. Qubernator Mi-28-in qəzaya uğraması nəticəsində itkilərin olub-olmadığını açıqlamayıb.
***
Rusiya Müdafiə Nazirliyi hadisə ilə bağlı məlumat yayıb.
Bildirilib ki, Mi-28 helikopteri Kaluqa vilayətində planlaşdırılmış uçuş zamanı qəzaya uğrayıb, hadisə nəticəsində ekipaj üzvləri həlak olub.
“Helikopter boş ərazidə qəzaya uğrayıb. İlkin məlumata görə, təyyarə qəzası texniki nasazlıq səbəbindən baş verib. Rusiya Aerokosmik Qüvvələrinin komissiyası helikopterin qəzaya uğradığı yerdə işləyir”, - nazirlik əlavə edib.
Vaşinqton Ermənistan Müdafiə Nazirliyinə nümayəndə təyin etməklə İrəvana təhlükəsizlik idarəçiliyinin təkmilləşdirilməsində dəstək vermək niyyətindədir. Bu da öz növbəsində Ermənistan-Amerika münasibətlərinin möhkəmlənməsinə kömək edəcək.
Axar.az xəbər verir ki, bu barədə ABŞ-ın Ermənistandakı səfirliyi məlumat yayıb.
“Mülki məsləhətçi nə ABŞ Silahlı Qüvvələri, nə də Müdafiə Nazirliyi tərəfindən maliyyələşdirilir. Maliyyəni Dövlət Departamenti təmin edir və müşavir Ermənistanın müdafiə institutlarının gücləndirilməsinə köməklik göstərəcək. O, Ermənistanda işləyəcək, səfirlik və Müdafiə Nazirliyi ilə müntəzəm işgüzar əlaqələrə malik olacaq. Mülki müşavirin seçimi başa çatıb və o, bu ilin sonunda işə başlayacaq”, - məlumatda bildirilib.
Ermənistanın sabiq müdafiə naziri Arşak Karapetyan 2021-ci ildə baş verən toqquşmalara görə məsuliyyət daşıdığını dolayısı ilə etiraf edib.
Axar.az xəbər verir ki, bu barədə Karapetyan sosial şəbəkə hesabında yazıb.
O bildirib ki, Azərbaycan Ordusuna atəş açmaq əmrini verdiyini təsdiqləyib:
“Bəli, sərhədi qanunsuz pozan düşmənə atəş açmaq əmri vermişəm. Bəs bu əmr olmasaydı, əsgərim necə qoruna bilərdi?”
O iddia edib ki, sərəncamı Paşinyanın xoşuna gəlməyib və onu dərhal vəzifədən azad edib.
Qeyd edək ki, Karapetyanın çox böyük ehtimalla 13 noyabr 2021-ci ildə Qarabağdakı separatçı-terrorçu tör-töküntülərinin Azərbaycan əsgərinə qarşı təxribatı ilə başlayan, daha sonra isə Ermənistan ordusunun sərhəddə Ordumuza qarşı atəş açması ilə davam edən toqquşmanı nəzərdə tutur. Belə ki, separatçı-terrorçulara “yardım üçün” sərhəddə atəşi pozmağa başlayan Ermənistan ordusuna 15-16 noyabrda ağır zərbə vurulmuş və düşmən susmağa məcbur olmuşdu. Məhz həmin gün də Karapetyan vəzifədən alınmışdı.
ABŞ prezidenti Co Bayden bu gün seçki prosesi ilə bağlı xalqa müraciət edəcək.
Bu barədə Bayden öz X (tvitter) səhifəsində yazıb.
"Sabah axşam Şərq vaxtı ilə saat 20:00-da mən Oval kabinetdən xalqa qarşıda bizi nələrin gözlədiyi və Amerika xalqı üçün işi necə başa çatdıracağımla bağlı müraciət edəcəyəm", - ABŞ prezidenti yazıb.
Qeyd edək ki, Bayden artıq qarşıda gələn prezident seçkilərində iştirakdan geri çəkilib. Bayden vitse-prezident Kamala Harrisi özünün varisi elan edib. Yeni namizədlə bağlı qərar Demokrat Partiyasının qurultayında veriləcək.
Baydenin seçkidən geri çəkilməsinin əsas səbəbi yaş həddi ilə bağlı deyil, onun Trampla debatdan sonra reytinqinin sürətlə enməsi nəticəsində Demokratların seçki prosesini maliyyələşdirən donorların maliyyə vəsaitlərini dondurması olub.
"The New York Times" qəzetinin yazdığına görə, Demokratların prezidentlik kampaniyası üçün ayrılan 90 milyon dollar, Bayden yarışdan çəkilənə və partiya onun əvəzini tapana qədər donorlar tərəfindən dondurulub. Baydenin seçki kampaniyası üçün vəsait toplayan Gələcək İrəli Komitəsi iyulun ortalarına qədər planlaşdırılan 700 milyon dollar əvəzinə cəmi 430 milyon dollar əldə edə bilib.
Onu da qeyd edək ki, seçkidə Respublikaçıların namizədi Donald Tramp Baydenə qarşı bu hərəkəti "çevriliş" adlandırıb.
Donald Trampın prezident prezident seçiləcəyi təqdirdə elan etdiyi vitse-prezidentliyə namizəd, senator Cey Di Vens də bunu "çevrişliş" adlandıraraq deyib ki, o zaman ABŞ konstitusiyasının 25-ci düzəlişinə uyğun olaraq Bayden prezident də ola bilməz və istefa verməlidir.
"Fransa Prezidenti Emmanuel Makron Paris Yay Olimpiya Oyunları ərəfəsində siyasi cəhətdən zəif vəziyyətdə qalıb".
Bu barədə "Reuters"də dərc olunan məqalədə deyilir.
Bildirilir ki, prezident oyunlardan öz irsini möhkəmləndirmək üçün istifadə etməyi planlaşdırdığı halda, onun qeyri-populyarlığı, həmçinin parlamentə uğursuz seçkilər siyasi qeyri-sabitliyə gətirib çıxarıb və Olimpiadaya marağı azaldıb.
"Oyunların ona lider kimi yüksəlməyə kömək edəcəyinə ümid edən Makron indi reallıqla üzləşir: təhlükəsizlik və siyasi problemlər fonunda "axsayan ördəyə" çevrilib. Tarixçi Patrik Veyl qeyd edib ki, Olimpiadanın açılışında "imperator" olmağı düşünən prezident indi alçalmış siyasi statusunu əks etdirən bir fiqurdur. Yanvarda Makron nikbin idi və 2024-cü ilin "qətiyyət və dirçəliş ili" olacağını vəd edirdi, lakin indi onun ümidləri puç olub və onu zəif vəziyyətdə qoyub", - deyə məqalədə vurğulanır.
Moskva Tokionun sanksiyalarına cavab olaraq 13 Yaponiya vətəndaşının Rusiya Federasiyasına girişinə qadağa qoyur.
Bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb.
“Yaponiyanın xüsusi hərbi əməliyyatla əlaqədar ölkəmizə qarşı davam edən sanksiyalarına cavab tədbirləri çərçivəsində Yaponiya Beynəlxalq Əməkdaşlıq Agentliyinin prezidenti Tanaka Akihiko, “Toyota” Motor İdarə Heyətinin sədri Toyoda Akio, “Rakuten” Korporasiyasının təsisçisi Mikitani Hiroşi.və digər Yaponiya vətəndaşlarının Rusiya Federasiyasına girişinə daimi qadağa qoyulması barədə qərar qəbul edilib”, - məlumatda deyilir.
Sanksiya siyahısına Yaponiya işgüzar dairələrinin digər nümayəndələri də daxil edilib.
Ermənistan Hindistan silahının ən böyük alıcısına çevrilib.
"Bunu Hindistan Maliyyə Nazirliyinin parlamentə təqdim etdiyi iqtisadi hesabat sübut edir.
“Keçmiş Sovet respublikası Ermənistan “Pinaka” raket sistemlərinin və “Akaş” zenit-raket komplekslərinin alınması ilə bağlı müqavilələr imzaladıqdan sonra Hindistandan ən böyük silah idxalçısına çevrilib”, - məlumatda bildirilib.
"Ən azı avqustun ortalarına, Parisdə Olimpiya Oyunları bitənə qədər yeni hökumət başçısı təyin etməyi və ya kabineti dəyişməyi planlaşdırmıram".
Fransa Prezidenti Emmanuel Makron deyib.
Makron izah edib ki, 2024-cü il Olimpiya Oyunlarını hazırlayan hökumət idi.
"Bizim məsuliyyətimiz onların yaxşı getməsini təmin etməkdir və buna görə də mən sabitliyi seçirəm, bu hökumət cari məsələlərlə məşğul olmağa davam edəcək", - Fransa lideri deyib.
Fransa prezidenti vurğulayıb ki, bu zaman baş nazirin dəyişdirilməsi və yeni hökumətin təyin edilməsi xaos yaradar. O, həmçinin əmin edib ki, prezidentlik müddətinin sonuna kimi Fransaya rəhbərlik etmək niyyətindədir və ölkədəki siyasi qüvvələr razılığa gələ bilsələr, Milli Məclisin yenidən buraxılmasından söhbət gedə bilməz.
Türkiyə vətəndaşlığı almaq proseduru çətinləşir.
“Cumhuriyet” xəbər verir ki, bu barədə məlumatı Əhali və Vətəndaşlıq Məsələləri üzrə Baş direktor İbrahim Taşyapan TBMM-in Xarici İşlər Komitəsində çıxışı zamanı açıqlayıb.
Onun sözlərinə görə, yeni qaydalara əsasən, vətəndaşlıq verilərkən şəxs barəsində həm Türkiyə polisi, həm Milli Kəşfiyyat Təşkilatı (MİT), həm də İnterpolun rəyi nəzərə alınacaq.
Bildirilir ki, İnterpoldan iki dəfə təsdiq gəlməzsə, vətəndaşlıq verilməyəcək.
Məlumata görə, bu tədbirlərin görülməsində məqsəd təhlükəsizlik risklərini minimuma endirməkdir.