![]() |
|
Qızıl, uran, neft mədənləri ilə zəngin və bir əsrdən çox istismar edilən Niger Fransanın əsarətindən qurtularaq, ABŞ ordusunu öz ərazisindən çıxarmaq barədə qərar verdikdən sonra öz resurslarını idarə etmək istiqamətində aktiv fəaliyyətə başlayıb.
Qərbdən uzaqlaşan Niger siyasi, hərbi və iqtisadi müstəqilliyini gücləndirmək üçün ilk addımı atmağa başlayıb. Bu məqsədlə də Niger Türkiyə ilə sıx təmas qurmaq niyyətindədir.
Türkiyə ilə Niger arasında ikitərəfli əlaqələrin bütün sahələrində əlaqələrin qurulmasında yüksək səviyyədə razılıq əldə edilib. Bu məqsədlə bu gün Nigerin baş naziri Zeynənin dəvəti ilə Türkiyə xarici işlər naziri Hakan Fidan, milli müdafiə naziri Yaşar Gülər, enerji və təbii sərvətlər naziri Alparslan Bayraktar bu ölkəyə səfər edəcək.
Nümayəndə heyətinə MİT sədri İbrahim Kalın, müdafiə sənayesi prezidenti Haluk Görgün və ticarət nazirinin müavini Özgür Volkan Ağar da daxildir.
Görüşlər zamanı ikitərəfli siyasi və iqtisadi əlaqələrin və əməkdaşlığın gücləndirilməsi və şaxələndirilməsi üçün atılacaq addımlar, Sahel bölgəsindəki mövcud hadisələr müzakirə olunacaq. Türkiyə uzun müddətdir ki, Nigerin həm özəl sektorda, həm də dövlət sektorunda yaxından iştirak edir.
Bildirilir ki, Nigerdə keçiriləcək görüşlərdə ölkənin təhlükəsizlik və müdafiəsində Türkiyənin dəstəyi müzakirə olunacaq. Hətta cari ilin sentyabrın 15-dək ABŞ ordusu Nigeri tamamilə tərk etdikdən sonra onların yerini Türk ordusunun tutması ətrafında da fikir mübadiləsi aparılacaq.
Qvadelupanın Azadlığı naminə Xalq Birliyinin təşkilatçılığı və Bakı Təşəbbüs Qrupunun (BTQ) dəstəyi ilə Fransa müstəmləkəçiliyindən əziyyət çəkən Korsika, Melaneziya, Polineziya, Karib və Antil adaları qrupundan olan 15-dən çox siyasi partiya və müstəqillik hərəkatlarının rəhbər şəxslərinin iştirakı ilə Bakıda birinci qurultay keçirilir.
“Report” xəbər verir ki, qurultayın keçirilməsi ideyası Fransanın dənizaşırı ərazilərinin müstəqillik uğrunda mübarizə aparan siyasi partiya və hərəkatlarına məxsusdur.
Niderlandın müstəmləkəsi olan Bonayre və Sen-Martin adalarından üç təşkilat Qurultayda fəxri qonaq qismində iştirak edir.
Qeyd edək ki, qurultay 2 gün davam edəcək.
ABŞ prezidentliyinə namizəd Donald Tramp sui-qəsd cəhdindən sonra daha bir mitinq keçirməyi planlaşdırıb.
Bu barədə xarici KİV məlumat yayıb.
Bildirilib ki, Trampın növbəti mitinqi iyulun 20-də Miçiqanda baş tutacaq.
Trampın seçki qərargahının məlumatına görə, mitinqə vitse-prezidentliyə namizəd Cey Di Vens də qatılacaq.
Xatırladaq ki, iyulun 13-də Donald Tramp Pensilvaniya ştatında seçki kampaniyası mitinqində çıxışı zamanı güllələnib.
İranın ABŞ-ın keçmiş prezidenti Donald Trampa sui-qəsd cəhdində ittihamları rədd edib.
APA “IRNA“ agentliyinə istinadən xəbər verir ki, bu barədə İranın BMT-dəki Daimi Nümayəndəliyi bildirib.
İslam Respublikasının qurumdakı daimi nümayəndəliyi ittihamların əsassız və qərəzli olduğunu qeyd edib.
Uğursuz sanksiya siyasəti Avropa iqtisadiyyatına Rusiya iqtisadiyyatından daha çox ziyan vurur.
APA xəbər verir ki, Bu barədə jurnalistlərə Macarıstanın xarici işlər naziri Peter Siyarto jurnalistlərə açıqlamasında bildirib.
“Hamımız düşdük ki, son iki il yarımda amerikalıların hərəkətlərini təktarlayan Avropanın strategiyası uğursuz olub. Sanksiyalar Avropa iqtisadiyyatına Rusiya iqtisadiyyatından daha çox ziyan vurdu”, - nazir vurğulayıb.
Trampın xüsusilə Pensilvaniyada seçki mitinqi zamanı sui-qəsd cəhdinə məruz qalması və qulağından yaralanması ilə reytinqinin kəsin artması erməni ictimai fikrində narahatlıqla izlənilir.
Axar.az xəbər verir ki, “Sputnik Ermənistan” bir qədər də Trampı aşağılamaqla, “güllələnmiş qulağın yeni ABŞ-ın simvolu” olacağı haqda “həyəcanlı” məqalə yayıb.
Bildirilib ki, son sorğuya görə Trampın reytinqi 66%, Baydenin 15%, Kamala Harrisin isə 10%-dir. Bu isə Trampın ABŞ prezidenti olmaq ehtimalını çox yüksəldir. Co Baydeni yalnız “fors-major” xilas edə bilər.
Məqalədə vurğulanıb ki, Tramp prezident olacağı halda Ermənistan üçün yaxşı heç nə gözlənilmir. Çünki Tramp hər şeydən öncə “Amerika amerikalılar üçündür” ideyasının təbliğinə diqqət yetirir ki, bu da respublikaçıların səylərini daha çox daxili problemlər üzərində cəmləşdirmək siyasətində əksini tapıb.
Trampın qlobal neft-qaz sektoruna ciddi önəm verəcəyi və buna görə də Cənubi Qafqazda Azərbaycanı xüsusi dəstəkləyəcəyi ehtimalını irəli sürən müəllifin fikrincə, ABŞ-ın yeni administrasiyası azərbaycanmeyilli olacaq və Türkiyə və Azərbaycanla işləyəcək. Trampın bunun üçün başqa səbəbi də var – İrana sərt münasibəti, israilyönlü olması… İsrail isə Azərbaycanın strateji tərəfdaşıdır.
Məqalədə iddia edilib ki, Trampın “Ermənistanın düşmənlərinin tərəfində olacağına zəmanət verilir”.
Erməni siyasi kəsimində narahatlığın daha bir səbəbi isə odur ki, Tramp “tarazlaşmaya” meyilli siyasətçi deyil, ABŞ maraqlarından çıxış edir və birbaşa sözünü deyir. Ona görə də Tramp Azərbaycanla birgə addım atacaq və qətiyyən “balans” saxlamayacaq.
ABŞ-nin sabiq prezidenti Donald Tramp bir neçə gün əvvəl ona qarşı edilən sui-qəsd cəhdindən sonra ilk dəfə görüntülənib.
“Qafqazinfo” xarici mediaya istinadən xəbər verir ki, prezidentliyə namizəd Respublikaçılar partiyasının Viskonsin ştatında keçirilən qurultayında iştirak edib və burada səhnəyə çıxıb.
Bu, Trampın insidentdən sonra ictimaiyyət qarşısında ilk çıxışı olub.
Onun sağ qulağının sarğıda olması diqqət çəkib.
Qeyd edək ki, Respublikaçılar partiyası qurultay zamanı Donald Trampın prezidentliyə namizədliyini rəsmi olaraq təsdiq edib.
Onu da xatırladaq ki, iyulun 14-də 78 yaşlı D.Tramp Pensilvaniyada mitinq zamanı hücuma məruz qalıb. Bu zaman o, sağ qulağından yüngül yaralanıb. Federal Təhqiqat Bürosunun məlumatına görə, keçmiş prezidentə 20 yaşlı Tomas Metyu Kruks atəş açıb. Onun zərərsizləşdirildiyi bildirilib. Hələlik onun hadisəni hansı səbəbdən törətdiyi məlum deyil.
Donald Tramp rəsmən Respublikaçılar Partiyasından prezidentliyə namizəd olub.
CNN xəbər verir ki, Tramp seçkidə qalib gələrsə, o zaman senator Cey Di Vens vitse-prezident təyin edəcəyinə söz verib.
Nəşrin məlumatına görə, Tramp prezident seçkilərində partiyanın rəsmi namizədi olmaq üçün kifayət qədər respublikaçı səs toplayıb.
"Çox düşündüm və fikirləşdim və bir çoxlarının böyük istedadlarını nəzərə alaraq qərara gəldim ki, ABŞ-nin vitse-prezidenti vəzifəsini tutmaq üçün ən uyğun adam Ohayo ştatının senatoru Cey Di Vensdir", - Tramp bildirib.
Birləşmiş Ştatlar Ermənistan və Azərbaycan arasında sülh müqaviləsinin bağlanması üzrə danışıqlarda əhəmiyyətli irəliləyiş olduğunu bəyan edib.
Bunu ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller deyib.
Onun sözlərinə görə, Vaşinqton tərəfləri sülh sazişi bağlamağa çağırmaqda davam edir.
“İki ölkə arasında sülh sazişi onlar üçün, eləcə də regionda sülh, sabitlik və təhlükəsizlik baxımından böyük əhəmiyyət kəsb edəcək. Biz razılığa gəlməyin mümkün olduğuna inanırıq, lakin bunun üçün hər iki tərəfdən çətin qərarlar və ciddi kompromislər tələb olunur”, - Miller bildirib.
O həmçinin qeyd edib ki, Vaşinqtonda keçirilən son danışıqlar zamanı tərəflər irəliləyiş əldə ediblər.
Bununla belə Dövlət Departamentinin nümayəndəsi detalları açıqlamaqdan imtina edib.
O əlavə edib ki, Vaşinqton yekun razılaşmanın əldə edilməsinə və fikir ayrılıqlarının aradan qaldırılmasına töhfə verməkdə davam edəcək.
"Razılaşma hələ əldə olunmayıb və biz razılaşma əldə olunmayana qədər dayanmayacağıq", - Miller bildirib.
Türkiyənin Samsun şəhərində toyda kütləvi dava baş verib.
Bu barədə Türkiyə mətbuatında məlumat yayılıb.
Bildirilir ki, mübahisə edən şəxslər bir-birinə stullar atıblar. Hadisə zamanı 5 nəfər yaralanıb.
Yaralananlar xəstəxanaya yerləşdiriliblər. Hadisə ilə bağlı polis 4 nəfəri saxlayıb. (Publika.az)