Tramp "Ukrayna faciəsi" hazırlayır: ABŞ geri çəkiləcək, Avropa Birliyi isə dəstək verməyəcək

ABŞ-da hakimiyyət dəyişdikdən sonra ön plana çıxacaq birinci variant ondan ibarətdir ki, rəsmi Kiyevdən bəzi Ukrayna ərazilərinin Rusiyaya güzəştə gedilməsi şərti ilə sülh müqaviləsinin imzalanması tələb oluna bilər... Əgər, rəsmi Kiyev bundan imtina edərsə, onda Ukraynaya ABŞ və Qərbin hərbi-siyasi dəstəyi olmadan Rusiya ilə təkbaşına savaşmaq təklif olunacaq və bu variantların hər ikisi Ukrayna üçün real təhlükə anlamı daşıyır...

Ukrayna savaşı ətrafında qeyri-müəyyən situasiya yaranıb. Belə ki, bir tərəfdən Ukrayna savaşının dayandırılması istiqamətində müəyyən sülh təşəbbüsləri intensivləməyə başlayıb. Digər tərəfdən isə buna paralel olaraq, savaşın daha da qızışdığı müşahidə olunur. Və bu baxımdan, savaşın daha amansız xarakter aldığı bir şəraitdə sülh təşəbbüslərinin hansı nəticələri verə biləcəyi kifayət qədər müəmmalıdır.

Məsələ ondadır ki, ABŞ-da keçiriləcək prezident seçkilərində qələbə qazanacağına artıq elə bir ciddi şübhə yeri qalmayan Ağ Evin keçmiş sahibi Donald Trampın liderliyi ilə Ukrayna savaşının dayandırılması istiqamətində cəhdlər göstərilir. Bu prosesdə əsas aparıcı koordinator rolunu isə məhz hazırda Avropa Birliyinə sədrlik edən Macarıstanın baş naziri Viktor Orban oynayır. Macarıstan baş naziri Viktor Orban Ukrayna, Rusiya və Çinə ardıcıl səfərlərlə müharibənin dayandırılması ilə bağlı şərtlərin müzakirəsinə artıq nail olub. Və bu, Ukrayna savaşı ətrafında sülh prosesinin artıq başlanıldığını birmənalı şəkildə təsdiqləyir.

Ancaq bu prosesdə ziddiyyətli məqamlar da kifayət qədərdir. Belə ki, Macarıstan baş naziri Viktor Orban Ukrayna, Rusiya və Çində apardığı sülh danışıqlarını ABŞ-da hazırda hakimiyyətdə olan Bayden administrasiyası və Avropa Birliyinin siyasi rəhbərliyi ilə müzakirə etməyə elə bir ciddi ehtiyac duymur. Hələlik, Macarıstan lideri bu proseslə bağlı Bayden administrasiyasını və Avropa Birliyinin siyasi rəhbərliyini sadəcə, məlumatlandırmaqla, kifayətlənib. Və əsas yekun müzakirələrin məhz ABŞ-ın növbəti prezidenti olacağı artıq qətiyyən şübhə doğurmayan Donald Trampla aparmağa üstünlük verib.

Təbii ki, bütün bunlar Ukrayna savaşını birbaşa maliyyələşdirən Qərb siyasi dairələrində həm ciddi narahatlıq, həm də kəskin ziddiyyətlər yaradır. Birincisi, Macarıstan baş nazirinin öz üzərinə götürdüyü sülh missiyası Bayden administrasiyasının fəaliyyətini müəyyən mənada, iflic edə bilər. Çünki Ağ Ev Ukrayna savaşının dayandırılması prosesindən kənarlaşdırılmış duruma düşməkdədir. Eyni zamanda, Bayden administrasiyasının səlahiyyətləri demək olar ki, şübhə altına salınıb. Çünki sülh prosesində ABŞ-ı yalnız keçmiş prezident Donald Tramp təmsil edir. Və Ukrayna savaşının sülh istiqamətinə doğru yönləndirilməsinə qarşı çıxan Bayden administrasiyasının mövqeyi nəzərə alınmır.

Təbii ki, bu, seçki ərəfəsində ABŞ-da siyasi hakimiyyət boşluğu yaranmasına da stimul verə bilər. Eyni zamanda, dünya məkanında hətta seçkilərə qədər belə, ABŞ-ın beynəlxalq proseslərdə təmsil edilməsində Donald Trampın ön plana keçməsi ilə bağlı ciddi prisident də yarada bilər. Yəni, Macarıstan baş nazirinin Donald Trampla əməkdaşlıq etməsi bəzi dünya dövlətləri üçün örnəyə çevrilmə ehtimalı hər halda, olmamış deyil. Və bu, ABŞ-ın siyasi idarəçilik sistemi üçün kifayət qədər ciddi böhran təhlükəsi anlamı daşıyır.

Onu da nəzərə almaq lazımdır ki, Donald Trampın Ukrayna savaşının dayandırılmasına yönəlik mövqeyi Bayden administrasiyasının hədəfləri ilə kəskin ziddiyyət də təşkil edir. Belə ki, Bayden administrasiyası hazırda Ukrayna savaşının mümkün qədər uzadılmasına cəhd göstərir. Rusiyanın tamamilə gücdən salınaraq, zəiflədilməsini əsas prioritet olaraq, ön plana çıxarır. Və belə vəziyyət istər-istəməz mövcud Bayden administrasiyası ilə gələcək Tramp hakimiyyəti arasında Ukrayna savaşı ətrafında qarşıdurma mühitinin yaradılmasına səbəb olur.

Göründüyü kimi, ABŞ öz müasir tarixində nadir təsadüf oluna biləcək yeni situasiya ilə üz-üzə qalıb. Əgər, belə davam edərsə, ABŞ-da yaxın vaxtlarda siyasi hakimiyyət böhranından da danışmaq mümkün ola bilər. Nəticədə ABŞ siyasi məkanda parçalanma da qaçılmaz ola bilər. Və belə siyasi parçalanmanın ABŞ cəmiyyətinə təsirsiz ötüşə biləcəyini düşünmək isə sadəlövhlük olardı.

Onu da qeyd etmək lazımdır ki, bütün bunlar Avropa Birliyinin daxilində mövcud olan situasiya üçün də aktualdır. Belə ki, Avropa Birliyinin daxilində də Ukrayna savaşının dayandırılmasına üstünlük verən dairələr mövcuddur. Ancaq ümumi mövqe Bayden administrasiyası kimi, Ukrayna savaşının mümkün qədər uzadılması üzərində qurulub.

Ona görə də, Macarıstan baş naziri Viktor Orbanın Ağ Evin keçmiş sahibi Donald Trampla koordinasiya etdiyi sülh təşəbbüsləri Avropa Birliyinin daxilində ciddi narazılıq və narahatlıq yaradıb. Və hətta hazırda Avropa Birliyinin yüksək dairələri Macarıstan baş naziri Viktor Orbanın sülh təşəbbüsləri üzrə fəaliyyət üçün bu qurumdan mandat almadığı xüsusi olaraq, vurğulanmaqdadır.

Belə anlaşılır ki, həm ABŞ-da, həm də Avropa Birliyində Ukrayna savaşından qaynaqlanan ziddiyyətlər hazırda kəskinləşmə mərhələsinə keçmək üzrədir. Üstəlik, bu proses o qədər sürətlə inkişaf edir ki, siyasi böhran hər an maraqların toqquşması şəklində ortaya çıxa bilər. Və bu, hazırda həm ABŞ-ın, həm də Avropa Birliyinin siyasi iflas təhlükəsi qarşısında olduğunu göstərir.

Məsələ ondadır ki, Bayden administrasiyası artıq öz beynəlxalq təsirini itirməyə başlayıb. Avropa Birliyinin də Macarıstan baş naziri Viktor Orban tərəfindən oyundan kənar vəziyyətə salınmaqda olduğu müşahidə edilir. Ağ Evin siyasi-ideoloji müdaxiləsi olmadan Avropa Birliyi Ukrayna savaşının davam etdirilməsi variantı üzrə onsuz da geniş manevr mexanizmlərinə malik deyil. Bayden administrasiyasının siyasi hakimiyyəti qeyri-rəsmi şəkildə keçmiş prezident Donald Trampa uduzması Avropa Birliyinin "geopolitik labirintə" düşməsini təmin edə biləcək təhlükədir. Və bütün bunlar indiki situasiyada ilk növbədə Ukraynanın gələcək taleyini təhdid edir.

Məsələ ondadır ki, bir neçə aydan sonra, yəni noyabrın 5-də qələbə şansları hazırda qarşısıalınmaz olan Donald Tramp ABŞ prezidenti seçilərsə, kollektiv Qərbin dəstəyi Ukrayna üçün tarixə çevrilə bilər. Yəni, tezliklə hərbi-siyasi prosesin Ukrayna əleyhinə yönəlmə ehtimalı kifayət qədər real görünür. Bu, baş verərsə, kollektiv Qərbin Ukraynanı Rusiya qarşısında indiki həlledici dəstəkdən məhrum buraxa biləcəyi qətiyyən istisna deyil. Və bu, rəsmi Kiyevə böyük hərbi-siyasi itkilər vəd edir.

Belə anlaşılır ki, keçmiş prezident Donald Trampın yenidən Ağ Evə sahiblənməsi ilk növbədə Ukraynanın taleyini təyin edə bilər. Əlavə detalları sadalamadan ehtimal etmək olar ki, yeni prezident Donald Trampın dönəmində ABŞ və onun Qərbdəki müttəfiqləri Ukraynaya cəmisi iki variant təklif edə bilər. Birinci variant ondan ibarətdir ki, rəsmi Kiyevdən bəzi Ukrayna ərazilərinin Rusiyaya güzəştə gedilməsi şərti ilə sülh müqaviləsi imzalamaq tələb oluna bilər. Əgər, rəsmi Kiyev bundan imtina edərsə, onda Ukraynaya ABŞ və Qərbin hərbi-siyasi dəstəyi olmadan Rusiya ilə təkbaşına savaşmaq təklif olunacaq. Və bu variantların hər ikisi Ukrayna üçün real təhlükə anlamı daşıyır.(Yeni Müsavat)

Xəzər quruyur: Rusiya konkret qərarlar verəcək

Xəzər dənizinin dayazlaşması ilə bağlı konkret qərarlar hələlik hazırlanma mərhələsindədir.

Axar.az xəbər verir ki, bunu Rusiya Federasiyası Prezidentinin Dayanıqlı İnkişaf Məqsədlərinə nail olmaq üçün Beynəlxalq təşkilatlarla əlaqələr üzrə xüsusi nümayəndəsi Boris Titov Rusiyanın Azərbaycandakı səfirliyində jurnalistlərə açıqlamasında bildirib.

Bu məsələnin həm yüksək səviyyədə, həm də nazirliklər səviyyəsində həyata keçirilən bütün görüşlərin gündəliyində olduğunu diqqətə çatdıran B.Titov deyib:

“Düşünürəm ki, bununla bağlı düzgün qərar veriləcək. Əlbəttə ki, bu gün mürəkkəb ekoloji proseslər baş verir. Bəzilərinin dövri xarakterə malik olduğunu bilirik. Əlbəttə ki, bu həm Volqa çayına, həm də Xəzər dənizinə aiddir, ona görə də biz bunu rəhbərliyimizin öhdəsinə buraxacağıq”.

15 iyul dövlət çevrilişinə cəhd: Səbəb, məqsəd və nəticə 

Bu gün Türkiyədə 15 iyul 2016-cı il xain dövlət çevrilişinə cəhdin növbəti ili qeyd olunur. Dövlət çevrilişinin qarşısın almaq üçün ayağa qalxan xalq və ordu ümumilikdə 252 şəhid verdi və 2740 nəfər isə qazi oldu. 2016-cı ildən sonra 15 iyul Türkiyədə Demokratiya və Milli Birlik Günü kimi qeyd olunmaqdadır. Hadisədən illər ötməsinə baxmayaraq Türkiyədəki dövlət çevrilişinə cəhd bu gün də öz aktuallığını saxlamaqdadır. Çünki bu planın arxasında dayanan güclər bu gün də Türkiyəyə qarşı çirkli niyyətlərini həyata keçirməkdə isralıdırlar və məqam düşdükcə Türkiyəyə qarşı bu niyyətlərini həyata keçirməyə çalışırlar.

2016-cı ilə 15 iyuldakı dövlət çevrilişinin səbəbləri, hədəfi nə idi? Bu plan hansı nəticələrə hesablanmışdı?

Səbəblərə gəldikdə onu qeyd etmək lazımdır ki, AKP-nin iqtidara gəlişi ilə Türkiyədə yeni bir mərhələdə başladı.

Birincisi, ötən əsrin 70-ci illərindən sonra Türkiyədə hakimiyyət uğrunda savaşda yaranan siyasi böhrana son verildi və ölkədə tədricən siyasi sabitlik yaranmağa başladı. Çünki AKP iqtidarınadək Türkiyənin siyasi həyatında bir böhran hökm sürməkdə idi. Tez-tez hökumət böhranları yaranırdı və bu da hakimiyyət dəyişikliyi ilə nəticələnirdi. Seçkilərdə iştirak edən siyasi qüvvələr seçkilərin nəticəsi olaraq mütləq çoxluğu əldə edib təkbaşına hökumət qura bilmədiyindən ölkədə məcburi şəkildə koalisiya hökumətləri qurulurdu. Bu hökumətlərin də ömrü çox olmurdu. Koalisiya hökumət daxilində ziddiyətlər yarandığından müddət başa çatmadığından hökumətlər dağılırdı. Hətta təkbaşına hökuməti quran siyasi qüvvələrin hakimiyyəti uzun sürmürdü. Siyasi böhran nəticəsində ya yeni hökumət qurulurdu, ya da dövlətçiliyə təhdid yarandığı üçün ordu idarəçiliyi ələ keçirirdi. Bu da nəticə etibarilə Türkiyə dövlətçiliyinin siyasi-iqtisadi gücünü zəiflətməklə yanaşı, beynəlxalq imicinə də zərbə vururdu. Bu həm də Türkiyə cəmiyyətini yorurdu. Ölkə iqtisadiyyatının davamlı inkişafına, beynəlxalq aləmdə söz sahibi olmasına mane olurdu.

Nəticə etibarilə Türkiyə NATO üzvü kimi hərbi cəhətdən qüdrətli ölkə olmasına baxmayaraq dünya güclərinin əlində alət rolunu oynayırdı. Lakin AKP iqtidarı ilə bütün bunlara - hakimiyyət uğrunda savaşlarda siyasi böhranlara son verildi. Ordu da siyasi böhranlara müdaxilədən kənarlaşdırıldı. Yəni ordunun da siyasi böhranlardan sui-istifadə hallarına son verildi. Bununla da Türkiyə siyasi və iqtisadi cəhətdən davamlı inkişaf yoluna qədəm qoymaqla ən qısa zamanda dünyanın ən nüfuzlu ölkələrindən biri olmaqla beynəlxalq aləmdə ciddi aktorlardan birinə çevrildi. Beynəlxalq miqyasda baş verən proseslərdə artıq Ankaranın rəyi və mövqeyi nəzər alınmağa başlanıldı.

İkincisi, AKP iqtidarı Türkiyənin uzun illər əziyyət çəkdiyi PKK terroruna qarşı dialoq siyasəti həyata keçirməyə başladı.
Üçüncüsü, hərbi-sənaye kompleksinin inkişafı nəticəsində Türkiyə təkcə ordu baxımdan deyil, həm də hərbi-sənaye cəhətdən qüdrətli ölkəyə çevrildi. Bu gün Türkiyənin istehsal etdiyi hərbi texnikalara, silah-sursata böyük maraq və diqqət var. Bu da Türkiyənin gücünə əlavə güc qatmaqdadır.

Dördüncüsü, siyasi, iqtisadi sabitliyin yaranıb inkişaf mərhələsinə qədəm qoyması ilə Türkiyə dünyanın 20 ən güclü "G20" ölkələr arasında yer aldı.

Beşincisi, Türkiyənin bu imkanları dünyanın yenidən şəkilləndirilməsi prosesində gedən geosiyasi və geoiqtisadi savaşlarda önəmli rolunu ön plana çıxardı. Belə ki, Türkiyə dünyanın yenidən şəkillənməsində gedən geosiyasi və geoiqtisadi mübarizəsi nəticəsində bütün enerji, nəqliyyat və digər logistik dəhlizlərin Türkiyə üzərindən keçməsi bu ölkəni sözün əsl mənasına hab bir ölkəyə çevirdi.

Altıncısı, geosiyasi və geoiqtisadi proseslər Türk dövlətlərinin bir güc mərkəzi kimi ortaya çıxmasını zəruri etdi. Türkiyə olmadan Türk dünyasının siyasi-iqtisadi-hərbi güc mərkəzi kimi formalaşması mümkün deyil.

Yeddincisi, dünyanın yenidən şəkillənməsində Ankara bütövlükdə Avrasiya məkanında, xüsusən də Türk coğrafiyasında, Orta və Şimali Afrikada önəmli bir faktor kimi ortaya çıxdı. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın "Ərəb baharı" dövründə Yaxın Şərq və Şimali Afrika ölkələrinə səfəri bunun bariz nümunəsi oldu. Prezident Ərdoğan yeni dünyanın yeni lideri kimi qəbul edilməyə başlandı.

Bütün bu və digər amillər Türkiyənin təkcə gücünə güc qatmaqla dünyanın əsas söz sahibi və nəticədə qlobal güc kimi formalaşmasına geniş imkanlar açırdı.

Bax bütün bu faktorlar nəinki Qərbi, o cümlədən digər dünya güclərini də narahat edirdi. Bu güclər bir araya gələrək Türkiyənin artan rolunun qarşısını almaq üçün ən müxtəlif yollara əl atdılar. Oyunları boşa çıxdıqda isə uzun illər boyu dövlət içinə yerləşdirdikləri FETÖ vasitəsilə bunu reallaşdırmağa çalışdılar. Hədəf yenidən Türkiyənin 70-ci və 90-cı illərin Türkiyəsinə qaytarmaq, nəzarət altında olan bir dövlətə çevirmək idi.

Lakin türk xalqının və ordusunun prezident Rəcəb Tayyib Ərdoğanın ətrafında sıx birləşməsi nəticəsində məkrli planların qarşısı alındı.

Onu da qeyd etmək lazımdır ki, bu çevriliş cəhdi təkcə Türkiyəyə qarşı deyildi, həm də yenicə formalaşan Türk birliyinə qarşı idi.
Türkiyəyə qarşı bu çirkin oyunlar bu gün də davam etməkdədir. Bu gün Yaxın Şərqdə, xüsusən də Qəzzada, Livanda, Suriyada, İraqda, Qafqazda, Mərkəzi Asiyada baş verən proseslərin arxasında həm də məkrli bir Türkiyə planı var. Prezident Rəcəb Tayyib Ərdoğan təsadüfən demir ki, Qəzza Anadolunun müdafiə səngəridir. Əgər İsrail, Qərb və bəzi digər ölkələr Qəzzada məsələni həll edərsə, növbəti proseslər Türkiyə ilə sərhəddə başlayacaq. Son zamanlarda Qərb və İsrailin, hətta İranın dəstəyi ilə Suriyada terrorçu PKK/YPG əlaltı dövlətin yaradılması istiqamətindəki cəhdlər bunun sübutudur. Çünki bütün dünya gücləri yaxşı anlayır ki, Türkiyənin gücə çevrilməsi, onların nəinki bölgədə, bütövlükdə dünyada çirkin niyyətlərini həyata keçirilməsinə mane olacaq.

Ona görə də hər vasitə ilə Türkiyənin çökdürülməsi planını həyata keçirməyə çalışırlar. Lakin onu da unudurlar ki, bu gün heç bir güc Türkiyənin və Türk dünyasının ilk mərhələdə siyasi-iqtisadi, növbəti mərhələdə hərbi güc kimi formalaşmasının qarşısını ala bilməyəcəklər. Bu özünü 2020-ci ildə Azərbaycanın Ermənistanın işğlaçılıq siyasətinə son verilməsində, Türk dünyasının vahid güc kimi formalaşması istiqamətində, Yaxın Şərqdə və dünyanın digər bölgələrində oynadığı rolda göstərir.

XXI əsr Türk əsridir və Ankara qarşıya qoyulan hədəflərə uğurla nail olacaq.

Tramp: Ölümdən dönməyim Allahın mənə hədiyyəsi idi 

ABŞ-nin keçmiş prezidenti Donald Tramp Pensilvaniya ştatında sui-qəsd cəhdi zamanı ölümdən xilas olmasını Tanrının bir hədiyyəsi hesab edir.

Bu barədə “The Washington Post” etibarlı mənbəyə istinadən məlumat yayıb.

Respublikaçı ilə danışan nəşrin həmsöhbətinin sözlərinə görə, Tramp həmişəkindən fərqli olaraq daha yüksək əhvali-ruhiyyədədir və baş verəndən sonra sağ qalmasına inana bilmir. “O, Allahdan bir hədiyyə aldığına inanır. O, buna inana bilmir", - Tramp sui-qəsd nəticəsində sağ qalmasını şərh edərkən deyib.

Mənbə onu da bildirib ki, Tramp iyulun 15-də Milvauki (Viskonsin) şəhərində başlayacaq Respublikaçılar Partiyasının qurultayında öz həmfikirlərinin birliyini gözləyir.

“Sülh müqaviləsi 2026-cı ildən tez bağlanmayacaq” - Ermənistan KİV“Sülh müqaviləsinin imzalanması 2026-cı ilə qədər təxirə salınıb”. JAMAZ.İNFO xəbər verir ki, bu fikirlər ekspert Armen Bağdasaryana məxsusdur.

O, bunu belə izah edib ki, Azərbaycan Ermənistanın konstitusiyasının dəyişdirilməsini tələb edir. “Ermənistan isə həmin prosesi 2026-cı ildə həyata keçirəcəyini bildirib. Ona görə də, həmin müddətə qədər gözləmək lazım gələcək”.

Bağdasaryan deyib ki, Azərbaycan Ermənistandan sülh tələb etmir. “Azərbaycan bizdən sülh tələb etmir, kapitulyasiya tələb edir. Bütün tələblər yerinə yetirilərsə, imzalanacaq şey sülh müqaviləsi deyil, kapitulyasiya aktı olacaq”.

Erməni politoloq onu da deyib ki, sülh razılaşması əldə olunandan sonra da proses davam edəcək. “Razılaşma əldə olunarsa, beynəlxalq güc qütbləri və ya ən azı 3 regional supergüc, İran, Rusiya və Türkiyə arasında müəyyən konsensus olarsa, bölgəmizdə sülhün bərqərar olması mümkün olacaq”.
Bu ölkədə anomal istilər insan ölümlərinə səbəb oldu

İtaliyanın mərkəzi və cənub regionlarında müşahidə edilən anomal istilər üç nəfərin ölümünə səbəb olub.

AZƏRTAC xəbər verir ki, qızmar isti səbəbindən biri paytaxt Romada, ikisi Apuliya regionunda olmaqla, üç yaşlı insan ölüb.

Meteoroloqlar Afrika antisiklonunun təsiri ilə müşahidə olunan anomal istilərin qarşıdakı həftə ərzində də davam edəcəyini bildiriblər. İyulun 18-dən 19-dək Foccia və Taranto bölgələrində 41 dərəcə isti gözlənilir. Benevento, Sirakuza, Florensiya, Terni, Aqriqento, Kaserta və Ferrarada 40 dərəcə isti, Romada temperatur 40 dərəcəyə, Milanda isə 35 dərəcəyə yaxın olacaq. Hətta 1500 metr yüksəklikdə temperatur 24 dərəcəyə çatacaq və bu, 2012-ci ildə qeydə alınan 20 dərəcəlik göstəricidən yüksəkdir.

Siciliya və Sardiniya adalarında meşə yanğını təhlükəsi ilə bağlı əhaliyə xəbərdarlıq olunub, mülki müdafiə qüvvələri hazır vəziyyətə gətirilib.

Trampa atılan güllə... Baydenə “dəydi” – Köynəkdə doğulan namizəd 

ABŞ tarixində prezidentliyə iddiaçıya və ya prezidentə 19-cu sui-qəsd Donald Trampın qismətinə düşdü. Alın yazısı, qədəri belə imiş. Həm də sağ qalmalı imiş. Özü də möcüzəvi şəkildə. Çünki güllə cəmi 2-3 sm fərqli trayektoriya ilə uçsaydı, indi dünya liderləri Tramp ailəsinə başsağlığı verirdi.

Ya cəmi 100 metrlikdə yer seçmiş killer təcrübəsiz olub, ya da Tramp köynəkdə doğulub. Bütün hallarda adamı Allah qorusun, mühafizə-zad boş şeydir. Daha dəqiqi, həlledici deyil.

Hərçənd prezidentliyə namizədin yaxın ətrafının xüsusi xidmət orqanları tərəfindən “təmizlənib” nəzarətə götürülməməsi ciddi suallar yaradır. Dünyanın ən qüdrətli ölkəsinə yaraşmayan bir peşəkarlıq.

Yeri gəlmişkən, Qurani-Kərimdə Rəbbimiz buyurur ki, “Allahın qorumadığı kəsə heç kim kömək edə bilməz”. Və əksinə, Uca Yaradanın nəzəri üstündədirsə, sənə zaval yoxdur. Görünür, Tramp hələ Amerikaya lazımdır. Onun missiyası bitməyib...

Artıq zərrəcə şəkk-şübhə yox ki, yerdə qalan bir neçə ayda Donald Tramp sanki təzədən dünyaya gəlmiş, enerjili biri kimi, əsl mübariz, hətta dissident simasında Co Baydenə qarşı seçki kampaniyasını daha inamla aparacaq.

Niyə də aparmasın. Onun yerinə kim olsa, belə edər, yeni və əlverişli situasiya və fürsətdən lazımınca yararlanardı. Zira, əgər atılan güllələr hədəfə dəyib onu sıradan çıxarmırsa, sui-qəsd boşa çıxırsa, siyasətçinin reytinqi artır. Cəmiyyətdə o ən çox “sifariş edilən”, tələb olunan fiqura, simaya çevrilir.

Bu mənada ahıl yaşda olan Trampa (70-80 arası tibdə ahıl yaş sayılır) atılmış güllələr əslində demensiyadan əziyyət çəkən qoca Baydenə “dəyib”. Onsuz da sonuncunun reytinqi axsayırdı, sabiq prezidentdən aşağı idi. Bu yandan da belə bir olay - Tramp üçün açılan ilahi bir şans...

Demək, hazırkı prezident seçkisi marafonundan çıxarılması yönündə Baydenə öz partiyasının təzyiqləri artacaq. Eləcə də seçki kampaniyasını maliyyələşdirən sponsorlar ona pul ayırmaq istəməyəcəklər. Artıq siqnallar gəlməyə başlayıb.

Məntiqlidir. Heç kim şansız bir layihəyə pul-para yatırmaq istəmir. Başqa yandan, məlum olaydan sonra heç demokratların daha gənc namizədi üçün də artıq asan olmayacaq...

Qocalıq isə hamiləlik kimi, xəstəlik deyil, insanın yeni fizioloji durumudur. Çox vacibdir ki, insan bu mərhələni ləyaqətlə, yaşına, başına uyğun şəkildə tamamlasın. Mümkün olmayandan yapışmasın. Xüsusən də 80-ni keçmiş siyasət adamı siyasətdən vaxtında getsin.

Qısası, sonluğu yaxşı eləsin. Çünki ömrün elə anıdır ki, Allah buraxdığın səhvi düzəltmək üçün sənə sadəcə, şans tanımaya bilər. Biz hələ bu yaşda səhv eləmək “lüksü”nün olmadığını demirik... (musavat.com)

Pezeşkian islahat aparmaq istəyəcək, amma... – Əsas söz sahibi razıdır?İranda keçirilən prezident seçkilərində qalib olan islahatçı qanadın təmsilçisi Məsud Pezeşkiandan regionda və dünyada gözləntilər böyükdür. Yerli və beynəlxalq ekspertlər hesab edirlər ki, islahat tərəfdarı olduğunu bəyanatlarında davamlı səsləndirən Pezeşkian İranı dəyişməyi bacaracaq. Amma bunun əksini söyləyənlər də fikirlərini belə əsaslandırırlar ki, İranda əsas söz sahibi Ali Dini Lider Seyid Əli Xameneidir ki, onun islahatlara imkan verəcəyi gözlənilən deyil. Çünki dini institut hesab edir ki, İranın dövlət sistemi islahatları yox, sərt radikallığı tələb edir.

Pezeşkianın türk kökənli olduğu səbəbindən onun Prezident olduğu dövrdə Azərbaycan və Türkiyə ilə İranın münasibətlərinin yüksələn xətlə inkişaf edəcəyi proqnozları da mövcuddur.

Mövzu ilə bağlı AYNA-nın suallarını cavablandıran politoloq Zərdüşt Əlizadə deyib ki, Pezeşkian islahatları həyata keçirməyə çalışacaq:

- Amma alınacaq, yoxsa yox, bunu demək indi çətindir. Bundan əvvəl Ruhaninin, Xatəminin timsalında İrana islahatçı qanada mənsub siyasətçilər rəhbərlik ediblər. Lakin onların uğurları görünməyib. Ruhani nüvə silahı ilə bağlı beynəlxalq əhəmiyyətli saziş imzalamışdı. Amma ABŞ-da Donald Tramp hakimiyyətə gəldikdən sonra bu saziş gündəmdən çıxdı. İndi Pezeşkian bəyanatlarında bildirir ki, İran Qərblə münasibətlərin yaxşılaşdırılmasında, qonşuları ilə xoş münasibətlərdə maraqlıdır. Yeni Prezident deyir ki, İran cəmiyyətində dəyişikliyi müzakirə etmək, hicab məsələsinə baxışın dəyişməsi lazımdır. Özü açıq şəkildə İrandakı milli azlıqların, çoxluq olan Azərbaycan türklərinin hüquqlarının qorunmasının vacibliyindən danışır. Seçki kampaniyası dövründə Pezeşkian müsbət mesajlar səsləndirdi. İndi baxaq görək, yeni Prezident dediklərini həyata keçirə biləcəkmi.

- Təcrübəyə əsaslanan bir çox analitiklər hesab edirlər ki, Pezeşkian da islahatlar həyata keçirə bilməyəcək...

- Bilirsiniz, İranın dövlət sistemində ali səlahiyyət sahibi Ali Dini Lider Seyid Əli Xameneidir. Ekspertlər ona görə də Pezeşkianın islahatları həyata keçirə biləcəyinə inanmırlar. Bu fikirlərdə onlara haqq vermək olar.

Bizdə Pezeşkianın seçkilərdə qalib gəlməsini böyük coşqu ilə qarşılayanlar, “urraa, türk hakimiyyətə gəldi, azərbaycanlıların pozulan hüquqları bərpa olunacaq” deyənlər var. Amma onlar unudurlar ki, əsas söz sahibi olan Xamenei də Azərbaycan türküdür. Demək istəyirəm ki, İranın başında dayananın milli kimliyi heç nəyi dəyişmir, siyasi sistemdən kənara çıxmaq olmur. Ona görə də Pezeşkianın Ali Dini Liderin tapşırıqlarına canla-başla əməl edəcəyi şübhə doğurmur. Bundan əvvəl Pezeşkian prezident seçkilərində namizəd olmaq istəyib, amma namizədliyi qeydə alınmamışdı. Ondan sonra Pezeşkian Ali Dini Lider haqqında, İran dini sistemi haqqında xoş ifadələr səsləndirdi. Bu dəfə Xamenei ağa onun namizəd olmasına qarşı çıxmadı, Pezeşkian da İran Prezidenti oldu. Hesab edirəm ki, İranın maraqlarını, İran xalqının maraqlarına uyğun siyasət həyata keçirəcək. Əgər Xamenei ağa islahatların keçirilməsində maraqlı olacaqsa, bəli, Pezeşkian vədlərini yerinə yetirəcək.

- Demək istəyirsiniz ki, Pezeşkiana böyük islahatlar həyata keçirməyə imkan verilməyəcək?

- Mən demirəm ki, imkan verilməyəcək. Hesab edirəm ki, Pezeşkianın böyük islahatlar həyata keçirmək imkanları zəifdir. Əgər o çevik daxili siyasət həyata keçirsə, Ali Dini Liderin aparatı ilə, kəşfiyyatı ilə, ona bağlı qurumlarla yaxşı münasibətlər qura bilsə, kiçik də olsa, islahatlar apara bilər, iqtisadi sahədə uğur qazana bilər. Məsələn, uzun illərdir ki, Şimal-Cənub Dəhlizi haqqında müzakirələr gedir, hər dəfə İran məsələni tam sabotaj edir. Yəni Astaradan Rəştədək dəmiryolunu çəkməyə nə var ki? Amma 20 ildir İran bunu çəkə bilmir, daha doğrusu, çəkmək istəmir. Ola bilsin ki, Pezeşkian bunun həyata keçməsinə cəhd göstərə bilər. Həm də zaman dəyişib, İran əvvəlki İran deyil. Onlar Şimal-Cənub Dəhlizini açsalar, intensiv hərəkət olsa, bu, İranın geosiyasi, geoiqtisadi əhəmiyyətini qaldıracaq, eyni zamanda, İranın iqtisadi sistemində sıçrayış baş verəcək. Rusiya da, Azərbaycan da bundan sonra İrandan asılı olacaq. Söhbət pis mənada yox, yaxşı mənada asılılıqdan gedir. Hər kəs istəyəcək ki, İran sağ-salamat qalsın, iqtisadiyyat inkişaf etsin. Pezeşkian Ali Dini Lideri, onun qurumlarını buna inandıra bilsə, elə bu islahat deməkdir. Yəni Pezeşkian bununla həm vədlərini yerinə yetirmiş olacaq, həm də həqiqətən də islahatçı imicini qoruyub saxlayacaq.

- Pezeşkian İranın Azərbaycanla bağlı siyasətində dəyişiklik edəcəkmi? Belə fikirlər var ki, onun əslən türk olması Tehran-Bakı münasibətlərinə müsbət təsir göstərəcək...

- Onun İran Prezidenti olmamışdan əvvəl verdiyi bəyanatlar, Azərbaycan dilinə hörməti, Azərbaycan türklərinin hüquqları ilə bağlı çağırışları, Azərbaycan və Türkiyə ilə bağlı bəyanatları müsbətdir. Eyni zamanda, Azərbaycan Prezidenti Pezeşkianı ilk təbrik edən liderlərdən oldu, onu Azərbaycana səfərə dəvət etdi. Bunlar yaxşı əlamətlərdir. Dərindən baxanda, İranla Azərbaycan arasında kəskin, qarşısıalınmaz ziddiyyətlər yoxdur. Yəni onların öz ərazisi, öz dövləti, bizim öz ərazimiz, öz dövlətimiz var. Üstəlik, iki ölkə arasında ortaq mənafe və maraqlarımız var. Dil, din, ədəbiyyat, qonşuluq və s. məsələlər bizi bir-birimizlə yaxşı münasibətlərə, tərəfdaşlığa sövq edən amillərdir. Düşünürəm ki, Pezeşkianın siyasəti ilə İranla Azərbaycan arasında yaxşılığa doğru ciddi addımlar atılacaq. Hər halda, buna inanıram. Çünki bu elə bil məsələdir ki, burada nə İrandan, nə də Azərbaycandan ciddi xərc tələb olunmur. İki ölkə arasında mənasız qadağalar, maneələr aradan qalxsa, münasibətlər yüksək səviyyəyə qalxa bilər.
Tsekovdan İDDİA: Trampa sui-qəsdi Ukrayna edib

"Trampa sui-qəsdi Ukrayna edib".

Bu iddia ilə Rusiya Federasiya Şurasının beynəlxalq komitəsinin üzvü Sergey Tsekov çıxış edib.

“ABŞ hakimiyyətini sui-qəsd cəhdində Ukrayna xüsusi xidmət orqanlarının iştirakı ilə bağlı versiyanı nəzərdən keçirməyə çağırıram”, - Tsekov bildirib.

O, Kiyev rejiminin ABŞ prezidenti seçiləcəyi təqdirdə Ukraynadakı hərbi münaqişəyə son qoyacağını vəd edən Trampla bağlı dəfələrlə çox nalayiq bəyanatlar verdiyini nəzərə çatdırıb.

Tsekov Ukrayna Prezidenti Vladimir Zelenskinin maliyyə dəstəyini və varlanmaq yolunu itirə biləcəyi üçün Trampın hakimiyyətə gəlməsindən qorxduğunu deyib.

Xatırladaq ki, Pensilvaniyada seçki mitinqi zamanı Trampa atəş açılıb və o qulağından yüngül xəsarət alıb.(publika.az)

Ermənilər iddia edir ki... - BAŞLARINI İTİRİBLƏR...Ermənistanda hələ də Azərbaycanın müharibəyə hazırlaşdığı barədə düşüncə hakimdir. Aqoniyaya düşmüş bu cəmiyyət iddia edir ki, guya, COP29-dan sonra Bakı Zəngəzuru ilhaq etmək üçün hazırlıq görür.

JAMAZ.İNFO xəbər verir ki, politoloq Alen Qevondyan isə iddia edir ki, Zəngəzur məsələsə böyük geosiyasi oyunu pozur. O hesab edir ki, böyük dövlətlər bu problemi aradan qaldırmaq niyyətindədirlər. “Böyük ehtimalla Zəngəzuru da Qarabağın taleyi gözləyir. Orada da Qarabağın təhvil verilməsi modelini tətbiq edəcəklər”.

Xəbər lenti