"Microsoft" xidmətində problem yarandı - Bütün dünyada uçuşlar gecikir

ABŞ, Avstraliya, Almaniya və İspaniyada "Microsoft" noutbuklarının işləməsi ilə bağlı kütləvi texniki nasazlıqlar qeydə alınıb.

Valyuta.az xəbər verir ki, bu barədə ABC telekanalı məlumat yayıb.

Bundan telekommunikasiya operatorlarının, bankların və aviaşirkətlərin zərər çəkdiyi aydınlaşdırılır.

Telekanalın məlumatına görə, Avstraliyadakı texniki nasazlıq iyulun 19-da bir çox ölkələrdə şirkət və qurumların üzləşdiyi texniki problemlərin bir hissəsidir. ABC qeyd edir ki, texniki problem ABŞ-ın kibertəhlükəsizlik təşkilatı "CrowdStrike" ilə bağlıdır. Beləliklə, Avstraliyada "Microsoft" noutbuklarında nasazlıqlara səbəb olub - bu qurğular təsadüfi olaraq yenidən başladıldı və səhv mesajı göstərib.

"Qlobal fasilə bir çox şirkətlərə və dövlət qurumlarına təsir edib. Kəsilmə telekommunikasiya operatorlarına, media saytlarına, banklara və aviaşirkətlərə təsir edib", deyə telekanal aydınlaşdırır.

Telekanalın məlumatına görə, nasazlığın səbəbi "CrowdStrike" proqram təminatının yenilənməsi ola bilər.

Berlin-Brandenburq hava limanı texniki nasazlıq səbəbindən mümkün qeydiyyat gecikmələrini bildirib. İspaniya və ABŞ-ın hava limanlarında da gecikmələr qeydə alınıb.

“Forbes”in məlumatına görə, “Microsoft” xidmətində yaranan problemlər səbəbindən bütün dünyada uçuşlar gecikir.

Trampı belə dəstəklədilər - FOTO

ABŞ-də prezidentliyə namizəd Donald Trampın qulağındakı sarğı yeni trend yaradıb.

Xarici KİV xəbər verir ki, qulağından yaralanan Donald Tramp Viskonsin ştatında keçirilən Respublikaçılar Partiyasının Milli Konqresində sui-qəsd cəhdindən sonra ilk dəfə ictimaiyyət qarşısına çıxıb.

Bir çox iştirakçı prezidentliyə namizəd Trampı dəstəkləmək üçün qulaqlarına sarğı taxaraq qurultayı izləyib.

Qeyd edək ki, 13 iyulda ABŞ-nin Respublikaçılar Partiyasından prezidentliyə namizədliyini irəli sürən keçmiş prezident  D.Tramp Pensilvaniya ştatında keçirilən mitinqdə tribunadan tərəfdarları qarşısında çıxış edərkən silahla hücuma məruz qalıb. Sağ qulağından yaralanan Trampın səhhətinin yaxşı olduğu bildirilib.

Hücumda mitinqə qatılan 1 nəfər ölüb, 2 nəfər yaralanıb. ABŞ Məxfi Xidməti mitinq sahəsinin xaricindəki yüksək yerdən kürsüyə qədər dəfələrlə atəş açan hücumçunun zərərsizləşdirildiyini açıqlayıb.

ABŞ Federal Təhqiqat Bürosu (FTB) hücumu sui-qəsd cəhdi kimi qiymətləndirib. Araşdırmalardan sonra FTB sui-qəsdə cəhd edən və hadisə yerində öldürülən şəxsin 20 yaşlı Tomas Metyu Kruks olduğunu açıqlayıb.

 

 

 
  •  
Bayden bu həftəsonu seçkidə iştirakını dayandıra bilər - KİV

ABŞ Prezidenti Cozef Bayden Konqres liderlərinin, Demokratlar Partiyası üzvlərinin və yaxın dostlarının artan təzyiqləri səbəbindən iyulun 20-21-də seçkidə iştirakını dayandırdığını elan edə bilər.

“Bu barədə “Axios” portalı öz mənbələrinə istinadən məlumat yayıb.

Məlumata görə, hazırkı Prezidentin partiyadaşları, yaxın ətrafı, eləcə də seçki kampaniyasının ən böyük donorları hesab edirlər ki, Bayden yaşı ilə bağlı ictimai rəyi dəyişə, Konqresdə çoxluğu təmin edə və əsas rəqibi olan respublikaçı Donald Trampa qalib gələ bilməyəcək.

İsraillə bağlı sərt qərar verilə bilər

Beynəlxalq Futbol Federasiyası ( FİFA ) Qəzza zolağında döyüşlər səbəbindən təşkilatın nizamnaməsini pozduğuna görə İsraili bütün yarışlardan kənarlaşdıra bilər.

Bu barədə "Reuters" beynəlxalq hüquq və insan haqları üzrə ixtisaslaşmış hüquqşünasların müstəqil hüquqi təhlilinə istinadla məlumat yayıb.

Mənbə bildirib ki, Fələstin Futbol Assosiasiyası (PFA) 2024-cü ilin mayında İsraili diskvalifikasiya etmək təklifi ilə çıxış edib. FİFA bu məsələyə öz şurasının iyulda keçiriləcək növbədənkənar iclasında baxacağına söz verib.

Asiya Futbol Konfederasiyası da İsrailə qarşı şikayəti dəstəkləyib.

Millətlər Liqasının 2024/25 mövsümündə İsrail Belçika, İtaliya və Fransa milli komandaları ilə birlikdə A Liqasının ikinci qrupunda çıxış edəcək .

Ağ Ev erməni ordusu ilə bağlı faktı təsdiqlədi - ABŞ hərbçisi Ermənistan ordusunda çalışacaq

Amerika ordusunun nümayəndəsi Ermənistanın Müdafiə Nazirliyində çalışacaq.

Bu xəbəri Ermənistanda səfərdə olan ABŞ dövlət katibinin mülki təhlükəsizlik, demokratiya və insan haqları üzrə müavini Uzra Zeya Amerika ordusunun nümayəndəsinin Ermənistan Müdafiə Nazirliyində işləyəcəyi ilə bağlı məlumatı təsdiqləyib.

“Xəbəri təsdiqləyirəm. Bu xoş hadisədir, təfərrüatları barədə səfirimizdən və media komandamızdan məlumat ala bilərsiniz. Biz ABŞ və Ermənistan arasında müdafiə-mülki və təhlükəsizlik sahəsində əməkdaşlığın dərinləşməsini alqışlayırıq. Bu həm də Ermənistan-Amerika münasibətlərində strateji tərəfdaşlığın yeni mərhələsinə qədəm qoymasının tarixi faktına işarə edir”,- Zeya qeyd edib.

Rusiyanın Cənubi Qafqazdakı hərbi mövcudluğu sülhə töhfə vermir - Zeya

Rusiyanın Cənubi Qafqazdakı hərbi mövcudluğu regional sülhə və sabitliyə töhfə vermir.

Bunu İrəvanda səfərdə olan ABŞ dövlət katibinin mülki təhlükəsizlik, demokratiya və insan haqları üzrə müavini Uzra Zeya Ermənistanın KTMT ilə əlaqələrini şərh edərkən deyib.

"Ermənistanın KTMT-yə üzvlüyü Ermənistan-Amerika hərbi əməkdaşlığının dərinləşməsinə maneədirmi?" sualını cavablandıran Zeya bildirib ki, KTMT-yə üzvlük məsələsi Ermənistanın müstəsna hüququdur və biz bu qərara hörmət edirik. "Qeyd etməliyəm ki, müdafiə və mülki təhlükəsizlik məsələlərində əməkdaşlığımız dərinləşməkdə davam edir və Ermənistan KTMT-nin üzvü olaraq qalır. Son olaraq qeyd edim ki, Rusiyanın Cənubi Qafqazdakı hərbi mövcudluğunun regional sülhə və sabitliyə töhfə verdiyinə dair heç bir arqument yoxdur”, - Zeya qeyd edib.

BMT Qəzza zolağınındakı dəhşətli vəziyyət barədə məlumat yaydı

Qəzza zolağında yarım milyona yaxın insan dəhşətli dərəcədə kəskin qida çatışmazlığı ilə üzləşib.

Bu barədə BMT-nin baş katibi Antoniu Quterrişin qurumun Yaxın Şərq üzrə Təhlükəsizlik Şurasının iclası üçün hazırladığı və onun ofisinin rəhbəri Erl Korteney Rattrey tərəfindən yayılan bəyanatında deyilir.

Mətndə, həmçinin vurğulanır ki, anklavın yanacaq təchizatında yaranan fasilələr su, gigiyena məhsulları və səhiyyə xidmətlərinə çıxışı kəskin şəkildə azaldır.

“Münaqişə tərəfləri bu problemləri həll etmək üçün davranışlarını dərhal və köklü şəkildə dəyişməlidirlər”, - o deyib.

A.Quterriş, həmçinin girovların azad edilməsi və atəşkəsin əldə olunması üçün danışıqların müəyyən müvəffəqiyyətlə davam etdiyini bildirib.

“Tərəflər indi razılığa gəlməlidirlər. Qəzzada humanitar vəziyyət hamımız üçün mənəvi qara ləkədir”, - BMT rəhbəri qeyd edib.

“Qalstanyan” şousu nəticə verməyəcək? - GÖRÜNƏNİ BUDUR...Ermənistanda etiraz aksiyalarının təşkilatçısı keşiş Baqrat Qalstanyan tərəfdarları ilə dünənki görüşdə bildirib ki, hakimiyyətə qarşı mübarizənin yeni mərhləsinə hazırlıq gedir.

Baqrat Qalstanyan jurnalistlərə deyib ki, regionlara səfərlərin məqsədi sakinləri təşviq etmək və onlardan dəstək almaq, onların əhval-ruhiyyəsinin nə olduğunu anlamaqdır. Baqrat Qalstanyan əlavə edib ki, hərəkatın aktivləşmə mərhələsi sentyabrın əvvəlində başlayacaq.

Maraqlıdır, Qalstanyanın başçılığı ilə keçiriləcək növbəti etiraz aksiyaları nə ilə nəticələnəcək?

Məsələ ilə bağlı politoloq Xəqani Cəfərli “Cebhe.info”-ya açıqlamasında qeyd edib ki, budəfəki aksiyalar da heç bir ciddi proseslə nəticələnməyəcək:

“Keşiş Baqrat Qalstanyanın başlatdığı təşəbbüs heç bir nəticə verməməsi hər kəsə məlumdur. Amma bu layihənin arxasında duranlar geri çəkilmək istəmirlər. Çünki istənilən etiraz aksiyasının təsirsiz ötüşməsi mövcud hakimiyyətin mövqeyini gücləndirir. Paşinyanın əleyhdarları, xüsusilə Rusiyada müəyyən dairələr Ermənistanda sabitliyin pozulmasında maraqlıdırlar. Lakin hazırkı vəziyyət onu göstərir ki, Ermənistanda böyük əksəriyyət ciddi dəyişikliklərə və sabitliyin pozulmasının əleyhinədirlər. Ona görə də Qalstanyanın təşəbbüsünü dəstəkləmirlər. Amma regionun taleyi həll olunana kimi Ermənistanda müəyyən təlatümlərin baş verməsi gözləniləndir”.
Polşa prezidenti: İmkan versək Rusiya-NATO müharibəsi qaçılmazdır

"Rusiya bu gün NATO-nun təhlükəsizliyinə ən böyük və birbaşa təhdiddir. Onun Ukraynadakı münaqişədə qələbəsi böyük müharibənin başlanmasına səbəb ola bilər".
Polşa prezidenti Anjey Duda bunu "Wirtualna Polska"ya müsahibəsində deyib .

“Ukraynanın uduzmasına imkan versək, Rusiya ilə Qərb arasında potensial müharibə çox yaxın olacaq. Əgər Rusiya imperializminə qarşı müqavimət göstərməsək və Putinin qəddar bıçağı qalacaqsa, bu acgöz rus canavarı təkrar-təkrar hücum etmək istəyəcək”, - Duda bildirib.
Onun sözlərinə görə, NATO bu gün münaqişənin başlamasına qədər günləri saymamalıdır, əksinə ona hazırlaşmalıdır.

Onin fikrincə, NATO sülh istəyirsə, o zaman müharibəyə hazırlaşmalıdır. "Alyans o qədər güclü olmalıdır ki, ona hücum etmək faydasız olsun”, - Duda bildirib.

Bayden: Seçkidən imtina etməyə hazıram, amma...

ABŞ prezidenti növbəti prezident seçkilərilə bağlı seçki marafonundan imtina etməyə hazır olduğunu bəyan edib.

Bayden BET telekanalına müsahibəsində prezidentliyə namizədlikdən imtinanın şərtlərini açıqlayıb.

"Mənim hansısa xəstəliyim aşkar olarsa və həkimlər gəlib desələr ki, filan probleminiz var, o zaman imtina edərəm", - Bayden qeyd edib.

Xəbər lenti