Rusiya Rumıniya ərazisinə zərbə endirib? - Açıqlama

Rumıniya ərazisinə PUA hissələrinin düşməsi ilə bağlı məlumatlardan sonra Rusiyanın bu ölkəyə məqsədli şəkildə zərbə endirdiyini düşünmürük.

Bu barədə NATO nümayəndəsi Fərəh Dahlalla deyib.

"NATO Rusiyanın alyans ərazisinə qəsdən hücum əlaməti görmür" - deyə alyans rəsmisi bildirib.

O bildirib ki, NATO son günlərdə hava patrullarının sayını artırmaqla hava məkanındakı vəziyyətə nəzarəti artırıb.

Qeyd edək ki, Rumıniya Müdafiə Nazirliyi ölkənin şimal-şərqindəki Tulça qraflığında, Ukrayna ilə sərhəd yaxınlığında düşmüş PUA qalıqlarının axtarışının aparıldığını açıqlamışdı.

İvanişvili prezident ola bilər – Anons edildi

Cənab İvanişvili prezidentliyə namizəd olmaq qərarına gəlsə, əminəm ki, o, Gürcüstan tarixinin ən yaxşı prezidenti olacaq.

"Bu sözləri mediaya açıqlamasında Gürcüstan ədliyyə naziri Rati Breqadze milyarder, Gürcü Arzusunun qurucusu Bidzina İvanişvilinin prezidentliyə namizəd olub-olmayacağı haqda sualı cavablandırarkən deyib.

Qeyd edək ki, Gürcüstanda prezident parlament üzvləri tərəfindən seçilir.

Ermənistan üçün İranla hərbi əməkdaşlıq daha sərfəlidir - İNCƏLƏMƏİranın Ermənistanla 500 milyon dollarlıq silah müqaviləsi imzaladığı haqda məlumatlar yayılıb. Tehranın bölgədəki maraqlarını və informasiyanı yayan resursun - “İran İnternational”ın sıradan media orqanı olmadığını nəzərə alanda bunun doğruluq ehtimalı yüksəlir.
Məlumatda İranın müqavilə çərçivəsində Ermənistana pilotsuz təyyarələr və raketdən müdafiə sistemləri verdiyi deyilir. Müqaviləyə həmçinin, Ermənistana kəşfiyyat dəstəyinin verilməsi, hərbi bazaların inşa edilməsi, erməni hərbçilərə təlimlərin keçirilməsi kimi məsələlər də daxildir.
Rusiyanın “təhlükəsizlik çətirindən” imtina edən Ermənistan hərbi müstəvidə dəstəyi şaxələndirmək siyasəti yürüdür. Əsas istiqamət kimi Qərb, xüsusilə ABŞ və Fransa görünsə də bu ölkələrdən silahların göndərilməsi marşrutunda çətinliklər var. Və bir çox hallarda Azərbaycanın sərt reaksiyası problemlər yaradır. Bu baxımdan, Ermənistan üçün İranla hərbi əməkdaşlıq daha sərfəlidir.
- Bu ölkədən silah daşınmasını Azərbaycanın nəzarətindən kənar həyata keçirə bilirlər;
- Region ölkəsi olan İrandan hərbi dəstəyin əldə edilməsi Ermənistan üçün uzaq Qərb ölkələrindən daha effektiv rol oynaya bilər: bu həm də İrəvanın bölgədə təklənmək riskini azaldır;
İranın Cənubi Qafqazda mövqelərini gücləndirmək siyasəti Ermənistanda Rusiyanın boşalan yerini tutmaq strategiyasına əsaslanır. Bu müqavilə Tehran üçün ciddi uğur hesab oluna bilər. Başda Fransa olmaqla Qərbdə Ermənistanın İranla əməkdaşlığına qarşı sərgilənən mövqe isə daha çox ritorik xarakter daşıyır. Çünki onlar üçün İranın dəstəyi “əllərinin çatmadığı” bölgədə Ermənistanın müdafiəsinin təmin edilməsi baxımından sərfəlidir.
Azərbaycanlı Pezeşkianın prezident olması İranın siyasətində korektlərə ümidlər yaratsa da, Tehran rejiminin mahiyyətinə ciddi təsir etməyəcəyi də məlum idi. İranın Ermənistana dəstəyini, bölgədəki maraqlarını bu ölkə üzərindən tətbiq etmək siyasətini müəyyən edən daha çox SEPAH, qərarverici isə dini liderdir. Pezeşkianın bunu dəyişmək gücü yoxdur. Pezeşkian amili İranın Azərbaycan siyasətində loyallığın ön plana çıxmasında müəyyən rol oynaya bilər. Ki, bu ehtimal da o qədər yüksək deyil.
Bütün bunların fonunda əsas diqqətçəkən məqam İran-Ermənistan silah müqaviləsi haqda informasiyanın səfirliyimizin fəaliyyətə başlaması və Bakı-Tehran xəttində normallaşmanın praktiki müstəvidə irəliləməsindən sonra ortaya çıxmasıdır. İstisna deyil ki, 500 milyon dollarlıq silah müqaviləsini İranda Azərbaycanla münasibətlərə qarşı olan qüvvələr mediaya sızdırıb.

Asif Nərimanlı
Ermənilərin aldığı silahlar sərhədimizə gələrsə... - NƏ ETMƏLİ?Ermənistan və Hindistan arasında hərbi və hərbi-texniki sahədə əməkdaşlıq Aprel döyüşlərindən sonra inkişaf etməyə başladı.

Bu sözləri Axar.az-a Ermənistanın Hindistandan ən böyük silah alıcısına çevrilməsi haqqında danışan hərbi ekspert Ədalət Verdiyev deyib.

O, silah satışının mərhələli şəkildə həyata keçiriləcəyini bildirib:

“2017-ci ildən sonra bir neçə dəfə qarşılıqlı səfərlər oldu. Hətta 44 günlük Vətən müharibəsinədək Ermənistan oradan bir neçə silah sistemi əldə etmişdi. Lakin onlar müharibədə özünü doğrulmadı və biz epizodik də olsa, həmin silah sistemləri və sairin rolunu görmədik. 2022-ci ildən etibarən isə biz Hindistanın Ermənistana müntəzəm formada “Pinaka” reaktiv yaylım atəş sistemi və “Akaş” HHM sistemlərinin göndərilməsi barədə xəbərləri almağa başladıq. İrəvanın bağlanan müqaviləyə əsasən 600 milyon dolları Dehliyə köçürəcəyi inandırıcı deyil. Adətən belə müqavilələr bir neçə illik imzalanır və həm silah sistemləri, qarşılığında pul köçürmələri mərhələli şəkildə həyata keçirilir. Ermənistan büdcəsi belə bir vəsaitin bir dəfəyə ödənilməsi gücündə deyil. Yəqin ki, mərhələli şəkildə ya pulu ödəyəcəklər, yaxud qarşılıq kimi hansısa istehsal sahələrini onların ixtiyarına verəcəklər”.

Ədalət Verdiyev sözügedən sistemlərin təhlükə törədəcəyi halda sərhəddəki nəzərdə tutulan yerinə çatmamış məhv ediləcəyini vurğulayıb:

“Ancaq burada bizi düşündürən əsas məsələ Ermənistanın niyə silahlanmasıdır. Adətən belə ölkələrə hücum silahlarından istifadəyə imkan verilmir. Tarixdə bunun örnəkləri var. Məsələn, İkinci Dünya müharibəsindən sonra faşist Almaniyası və onun müttəfiqləri olan İtaliya ilə Yaponiyaya nəinki silahlanmaya icazə verildi, hətta onların əllərindəki müəyyən hücum silahları və ağır artilleriya sistemlərinin bir qismi müsadirə edildi. Nədənsə məsələ işğalçı Ermənistana çatanda həm Qərbin, həm də onu dəstəkləyən digər dövlətlərin davranışları fərqli olur. Amma məqamı çatanda Azərbaycan onların kimdən və necə alındığına baxmayacaq. Silahlı Qüvvələrimiz sözügedən silah sistemlərinin əsgər və zabitlərimizin, eyni zamanda azad edilən ərazilərimizdə yaşayan vətəndaşların həyatına təhlükə yaradacaq məsafəyə yaxınlaşmasına və yerləşdirilməsinə imkan verməyəcək. Bunu Ermənistan və onu silahlandıranlar birdəfəlik dərk etməlidir. Davam edən silahlandırma prosesi Cənubi Qafqazda yeni münaqişə ocağının yaranmasına gətirib çıxaracaq. Nəticədə ən böyük zərbəni erməni xalqı və Ermənistan alacaq”.

Xatırladaq ki, Hindistan Maliyyə Nazirliyinin parlamentə təqdim etdiyi iqtisadi hesabatda Ermənistanın bu ölkənin ən böyük silah alıcısına çevrildiyi statistik göstəricilərlə qeyd olunub.
İrəvanda Makron-Putin savaşı: Bu dəfə başqa cəbhədə - Görünəni odur ki...Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan Fransanın Framatome şirkətinin nümayəndələri ilə görüşüb.

Təhlükəsizlik Şurasının katibi görüş zamanı Fransa tərəfinin Ermənistanda nüvə enerjisinin inkişaf etdirilməsində maraqlı olmasının vacibliyini qeyd edib. Qeyd edək ki, Framatome əvvəllər Areva NP kimi tanınan, Fransa mərkəzli bir şirkətdir və əsasən nüvə enerjisi texnologiyası ilə məşğuldur. Framatome, EDF (Electricité de France) tərəfindən idarə edilir və 2018-ci ildən bəri EDF, Mitsubishi Heavy Industries və Assystem arasında birgə müəssisədir.

Şirkət dünyanın dörd bir tərəfində müştərilərə xidmət göstərir və nüvə enerjisinin inkişafında mühüm rol oynayır.

“Framatome” şirkətinin nümayəndələrinin İrəvana səfəri və bu ölkənin Təhlükəsizlik Şurasının katibi ilə görüşməsi onu deməyə əsas verə bilər ki, Fransa Ermənistanda Metsamor Atom Elektrik Stansiyasına maraq göstərir və bu stansiyanı nəzarətə götürmək istəyir.

Politoloq Oqtay Qasımov “Cebheinfo.az” – a şərhində məsələni bu cür şərh edib:

“Ermənistanda vaxtilə Moskva tərəfindən tikilmiş Metsamor Atom Elektrik Stansiyasının vəziyyəti 1998-ci ilin dekabrında baş verən zəlzələdən sonra təhlükə altına düşüb. Buna görə də uzun müddət ərzində Metsamor məsələsi dünya mətbuatında ən əsas mövzulardan biri olub. Hətta stansiyanın bağlanması ilə bağlı çağırışlar da olub. Amma buna baxmayaraq, Rusiya Metsamor Atom Elektrik Stansiyasında yenidənqurma işləri apardı. Bununla Rusiya Ermənistanın elektrik enerjisi ilə təminatında əhəmiyyətli rol oynadı. Qeyd edim ki, Ermənistan rəhbərliyi son dövrlərə qədər ölkədə əlavə atom elektrik stansiyaların tikilməsi üçün Rusiya ilə danışıqlar aparıb. Bu yaxınlarda ROSATOM-dan Ermənistan mətbuatına verilən məlumata görə, Rusiya Ermənistanda həm Metsamor Atom Elektrik Stansiyasının gücünün artırılması, həm də yeni stansiyaların tikilməsi istiqamətində mühüm işlər görmək niyyətindədir.

Lakin nəzərə almalıyıq ki, hazırkı Cənubi Qafqaz üzərində Rusiya ilə Qərb arasında geosiyasi savaş gedir. Qərb Rusiyanı regiondan sıxışdırıb çıxarmaq istəyir. Bu səbədən ABŞ Ermənistana bir neçə yeni modul tipli atom elektrik stansiyaların tikilməsi ilə bağlı təklif verib. İrəvan həm də Fransa ilə bu istiqamətdə danışıqlar aparır. Hesab edirəm ki, bu baxımdan Ermənistan üzərində geosiyasi mübarizə təkcə siyasi və iqtisadi sahədə deyil, həmçinin enerji sektorunda da müşahidə olunacaq”.

Ekspert əlavə edib ki, Fransanın Ermənistanda mövqeyini möhkəmləndirməsi Rusiya ilə münasibətlərdə gərginliyi daha da artıracaq:

“Fransa Ermənistanda təkcə hərbi-texniki sahədə yox, həmçinin enerji sektorunda da təsir imkanlarını artırmaq istəyir. Ola bilər ki, Fransanın sözügedən şirkəti Metsamor Atom Elektrik Stansiyasını nəzarətə götürmək məqsədi güdür. Təbii ki, Moskvanın buna münasibəti çox mənfi olacaq”.
Kreml İrəvanı hədələdi

“Ermənistan suveren ölkədir və qarşılıqlı fəaliyyətin prioritet istiqamətlərini özü seçir. Eyni zamanda, Rusiya üçün Ermənistan müttəfiq olaraq qalır”.

Bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.

Bununla belə Peskov İrəvanın son illərdə yürütdüyü xarici siyasətlə də barışmadığını dilə gətirərək deyib:

“Biz bu cür axtarışlara hörmətlə yanaşırıq, lakin Kiyev rejiminin etdiyi səhvlərin təkrarını görmək istəməzdik. İrəvan bunun nəticəsinin necə bitəcəyini düşünməlidir”.

Lukaşenko təcili Moskvaya uçdu - SƏBƏB

İyulun 25-də Belarus Prezidenti Aleksandr Lukaşenko Rusiyaya işgüzar səfərə gedib.

Bu barədə Belarus liderinin mətbuat mərkəzinə yaxın olan “Pul First” teleqram kanalı məlumat yayıb.

Kremlə gələn Lukaşenko Putinlə bağlı qapılar arxasında görüşəcək.

"Belta"nın məlumatına görə, iki ölkə liderləri ittifaq layihələrinin təşviqi, regional təhlükəsizlik məsələləri və beynəlxalq gündəliyi müzakirə edəcəklər. Lakin ekspertlər belə bir təcili görüşün keçirilməsini zəruri edən daha ciddi məsələlərin olduğunu qeyd edirlər. Bildirilir ki, Lukaşenko ilə Putin arasında sonuncu görüş iyulun 3-də Astanada Şanxay Əməkdaşlıq Təşkilatının Zirvə toplantısı çərçivəsində olub. May ayında isə Putin Minskdə rəsmi səfərdə olub. Yəni son iki ayda iki ölkə lideri arasında 2 dəfə görüş baş tutub və bundan əlavə, iyulun 20-də isə Rusiya lideri Lukaşenkonu hakimiyyətə gəlişinin 30 illiyi münasibəti ilə təbrik edib.

Ehtimal olunur ki, ortada daha ciddi məsələrə var və bunun müzakirəsi üçün Lukaşenko təcili Moskvaya uçmalı olub.

Putinlə Əsəd Kremldə görüşdü

Rusiya Prezidenti Vladimir Putin Rusiyaya səfərə gedən Suriya Prezidenti Bəşər Əsədlə Kremldə görüşüb.

Görüş ötən gün axşam saatlarında baş tutub.

Görüşdə tərəflər dünyada və Avrasiya regionunda hadisələrin inkişafının mümkün perspektivlərini və ssenarilərini müzakirə ediblər.
Əsədin sözlərinə görə, onun Rusiyaya səfəri onilliklər ərzində “çox çətin sınaqlardan keçmiş” ölkələr arasında diplomatik münasibətlərin qurulmasının ildönümünə təsadüf edir.

Əsəd sonuncu dəfə Rusiyaya 2023-cü ilin martında gəlib.

Rusiya mediası onu da yazır ki, Əsədlə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan arasında ilk görüş Rusiyada baş tuta bilər.

Ehtimal olunur ki, prezident Rəcəb Tayyib Ərdoğanla Bəşər Əsədin görüş məsələsi iki lider arasında bağlı qapılar arxasında müzakirə edilib. Çünki bu gün Ankarada Türkiyə Milli Təhlükəsizlik Şurasının iclasında da Suriya ilə normallaşma məsələsi ətrafında ciddi fikir mübadiləsi aparılacaq.

Onu da qeyd edək ki, Moskva Ankara-Dəməşq dialoqunun yaranmasında vasitəçi olmaq niyyətini ortaya qoyub.

İrəvan-Bakı danışıqları Beştəpədə masada

Bu gün Beştəpədə prezident Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə Milli Təhlükəsizlik Şurası toplanacaq.

İclasda müzakirə olunacaq məsələlər arasında Azərbaycanla Ermənistan arasında sülh prosesi də var.

Toplantıda PKK, İŞİD, FETÖ kimi terror təşkilatlarına mübarizə ilə yanaşı, Suriya ilə normallaşma mövzusu da yer alacaq.

Regional və beynəlxalq təhlükəsizlik məsələsi çərçivəsində isə Rusiya-Ukrayna müharibəsi, Azərbaycan və Ermənistan arasında sülh prosesi, Qəzzadakı vəziyyət, Kiprdəki hadisələr və Yunanıstanla münasibətlər kimi digər məsələlər də müzakirə olunacaq.

ukraynadan-polsaya-yeni-qacqin-axininin-olacagi-gozlenilir

“Payız və qış aylarında Ukrayna vətəndaşlarının Polşaya əhəmiyyətli axını mümkündür”.

“Gazeta.ru” xəbər verir ki, bunu Polşa Daxili İşlər Nazirliyinin mülki əhalinin hüquqlarının müdafiəsi şöbəsinin rəisi Dariuş Marçinski bildirib.

Polşa parlamentində çıxış edən məmur qeyd edib ki, Ukraynadan çoxlu sayda qaçqının gəlməsinə hazır olmaq lazımdır. Marçinski izah edib ki, qaçqın axını Rusiya ordusunun Ukraynanın enerji, istilik və nəqliyyat infrastrukturuna artan hücumları ilə bağlı olacaq.

Xəbər lenti