![]() |
|
Avropada məktəblərdə və iş yerlərində sərf olunan vaxtın azaldılması ilə bağlı müzakirələr gedir.
“Star” qəzetin xəbər verir ki, bu ölkədə məktəblərdə həftədə dörd gün tədrisin aparılması ilə enerji böhranında ciddi qənaət əldə oluna biləcəyini iddia edilir.
Xüsusilə belə bir dövrdə Britaniya Məktəb və Kollec Liderləri Assosiasiyası artan xərclərə diqqət çəkib.
Birlik ölkədəki məktəblərin yarıdan çoxunda ixtisarların gündəmdə olduğunu xatırladıb. Qeyd edilib ki, birlik məktəblərin 60 faiz vəsaitə qənaət məqsədilə dərs günlərinin sayının dördə endirilməsini dəstəkləyir.
Dörd günlük məktəb tətbiqini dəstəkləyənlər enerji qiymətlərindəki artımın məktəblərə ildə 500 min funt sterlinqə qədər əlavə xərc olduğuna diqqət çəkiblər. Onlar 4 günlük təhsilin də enerji qənaətinə töhfə verəcəyi fikrini müdafiə edirlər.
İngiltərədə dərslərin 4 günlük rejimə keçirilməsini dəstəkləyənlər olsa da, valideynlər arasıında bu qərarın uşaqların öyrənməsi üçün mənfi nəticələrə səbəb ola biləcəyini düşünənlər də az deyil.
Qeyd edək ki, Rusiya-Ukrayna müharibəsindən sonra Avropada enerji böhranı yaşanır. Bu böhran bir çox sahələrə əhəmiyyətli dərəcədə mənfi təsir göstərib.
“Biz mesaj verdik. ABŞ və Böyük Britaniya özlərinə gəlib, ağıllarını başlarına yığmalıdır. Nüvə şantajı etmirik. Əgər hədəfə alsaq, tam olaraq bunu edəcəyik”.
“Bunu rusiyalı hərbi ekspert, ehtiyada olan polkovnik İqor Korotçenko “Rossiya 1” telekanalına müsahibəsində Rusiyanın nüvə təlimləri keçirməsini şərh edərkən deyib.
Korotçenko iddia edib ki, Putin nüvə təlimlərində “Britaniya və ABŞ-ı məhv etməyi sınaqdan keçirib”.
“Rusiyaya ilk nüvə hücumunu kim həyata keçirə bilər? ABŞ və ya İngiltərə. Mən əmin deyiləm ki, Makron bununla razılaşsın? Əsl düşmənlərimizin kim olduğunu və onları nəyin gözlədiyini göstərməyimiz çox vacibdir”, - o vurğulayıb.
Korotçenko daha sonra bunu deyib: “Bu, məşq deyil. Əgər real olsaydı, İngiltərə Atlantik okeanına qərq olardı. ABŞ-ın yerində isə Stalinin adına boğaz olardı”.
Ukrayna müharibəsinin yaratdığı enerji böhranı ilə sarsılan Fransanın Prezidenti Emmanuel Makron canlı efirdə etiraf kimi açıqlamalar verib.
“France 2” verilişina qatılan Makron canlı yayım zamanı söylədikləri ilə diqqət çəkib.
“Çox sayda böhrandan keçirik”, - deyə o söyləyib.
Ukraynadakı müharibəyə və onun enerji qiymətləri ilə bağlı nəticələrinə, həmçinin Covid-19 epidemiyasına işarə edən Fransa lideri aşağıdakı ifadələrdən istifadə edib:
“Fırtınadan sağ çıxmaq üçün biz zəifləri qorumalı və güclüləri daha yaxşısını etməyə məcbur etməliyik. Mənim məqsədim daha ədalətli, dinc və güclü Fransa yaratmaqdır”.
Makron təqaüd yaşını üç il artıraraq 65-ə çatdıracaq və gənc nəslin daha uzun müddət işləməsini təmin edəcək pensiya islahatı həyata keçirəcəyini açıqlayıb. Fransa lideri dəyişikliklərin gələn ildən həyata keçirilməyə başlayacağını bildirib.
“Daha çox yaşadığımız üçün daha çox işləməliyik”-deyən Makronun sözləri müzakirələrə səbəb olub.
Makron əlavə edib ki, bu dəyişikliklərin həyata keçirilməməsi hökumətin pensiyaları azaltmalı olacağı anlamına gələcək.
Qeyd edək ki, Fransada pensiyaya yenidən baxılması 2019-cu ilin sonunda, Makronun ilk dövründə ölkə miqyasında tətillərə və etirazlara səbəb olmuşdu.
Hökumət daha sonra qərarın koronavirus pandemiyası səbəbindən dondurulduğunu açıqlamışdı.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbulda NATO-nun baş katibi Yens Stoltenberqlə görüşəcək.
Bu barədə “NTV“ kanalı məlumat yayıb.
Stoltenberqlə görüş zamanı İsveç və Finlandiyanın NATO-ya üzvlük prosesi, eləcə də Rusiya-Ukrayna müharibəsi ilə bağlı məsələlərin müzakirə ediləcəyi gözlənilir.
"ABŞ-ın vasitəçiliyi ilə Livan və İsrail arasında dəniz sərhədlərinin demarkasiyası ilə bağlı sazişi alqışlayırıq".
Bu barədə Türkiyə Xarici İşlər Nazirliyinin yaydığı məlumatda bildirilib.
Nazirlik bu sazişin hazırda bir çox problemlərlə üzləşən Şərqi Aralıq dənizində sülh və sabitliyə töhfə verəcəyinə ümid edir.
"Müqavilə hər iki tərəfin kontinental şelfində üçüncü tərəf vasitəsilə birgə əməliyyat modeli və gəlirlərin bölüşdürülməsini nəzərdə tutur. Dünyada oxşar nümunələri olan bu model Kipr türkləri və yunanlar üçün müsbət presedent yarada bilər", - XİN-in məlumatında deyilir.
Qeyd olunub ki, Şimali Kipr Türk Respublikası keçən ilin iyul ayında yunan tərəfinə beynəlxalq neft şirkətlərinin mövcud hüquqlarını pozmadan ədalətli gəlir bölüşdürmə dərəcələri təyin edərək, ortaq iş anlayışına əsaslanan əməkdaşlıq təklif edib.
Xatırladaq ki, bu gün İsrail və Livan arasında dəniz sərhədinin demarkasiyasına dair saziş imzalanıb. Livan və İsrail arasında 856 kvadratmetrlik şelf sahəsi ətrafında mübahisə mövcuddur. Mübahisəli ərazi Livanın Qana qaz yatağının İsrailin Kariş yatağı ilə qovşağında yerləşir. 1948-ci ildən formal olaraq müharibə şəraitində olan iki qonşu arasında dəniz sərhədi hələ də müəyyən edilməyib.
Avropa Birliyinin (AB) Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaar Ermənistana səfər edib.
Bu barədə T. Klaar Tvitter hesabında yazıb.
Rusiya Ukrayna və onun müttəfiqlərinə qarşı hücumları artırarsa, Amerika təyyarədaşıyan gəmisi beynəlxalq hücuma rəhbərlik etməyə hazırdır.
Bu barədə “Newsweek” yazır.
Mətbu orqanının yazdığına görə, artıq “George HW Bush” (CVN 77) təyyarədaşıyan gəmisi Adriatik dənizindədir.
Admiral Denis Velez deyib ki, Ukraynadakı müharibənin sona çatmasını, regionda sülhün, sabitliyin bərpa olunmasını istəyirlər və buna hazırdırlar.
NATO-nun baş katibi Yens Stoltenberq çərşənbə axşamı "təsirli" təyyarədaşıyan gəmini ziyarət edərək deyib ki, NATO müdafiə ittifaqıdır:
“Bizim çəkindirmə qabiliyyətimiz münaqişənin qarşısını alır və sülhü qoruyur. Gücümüz aydın mesaj verməklə hər hansı səhv hesablamanın qarşısını almağa kömək edir. NATO müttəfiq ərazisinin hər qarışını müdafiə edəcək”.
O, həmçinin Rusiyaya xəbərdarlıq edib ki, “daha da gərginləşmək üçün yalan bəhanələrdən istifadə etməsin”.
Qarabağdakı separatçıların başçısı Araik Arutyunyan Moskvaya gedib.
“168.am” xəbər verir ki, onun Moskvaya hansı məqsədlə getdiyi və orada hansı dairələrlə görüşəcəyi barədə mətbuata daha sonra məlumat veriləcək.
"Çox güman ki, Ruben Vardanyan separatçılaırn “dövlət naziri” postunu tutmaq təklifini qəbul etdikdən sonra Araik Rusiyanın siyasi elitası ilə onun sonrakı fəaliyyəti ilə bağlı məsələləri aydınlaşdırmağa ehtiyac duyub", - sayt yazıb.
İranda oksigen zavodunda partlayış olub.
Musavat.com xəbər verir ki, partlayış Xuzistan əyalətinin mərkəzi Əhvaz şəhərində yerləşən oksigen zavodunda meydana gəlib.
Əhvaz şəhər bələdiyyəsinin yanğınsöndürmə idarəsi və təhlükəsizlik xidmətinin rəhbəri İbrahim Qənbəri hadisə nəticəsində 4 nəfərin həyatını itirdiyini və bir nəfərin yaralandığını deyib.
O, yerli vaxtla ötən gecə saat 20:20-də baş verən partlayışın səbəbinin hələlik məlum olmadığını və qəzanın səbəblərinin araşdırılmasınn bu gündən başlayacağını bildirib.