Zaxarovadan nüvə AÇIQLAMASI

NATO-nun nüvə təlimləri (“Steadfast Noon”) Avropa qitəsində sabitliyə xidmət etmir.

"Bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova deyib.

“Bu cür manevrlər, şübhəsiz ki, Avropa qitəsində mövcud vəziyyətin sabitliyinə heç bir töhfə vermir. Bunun fonunda alyansın təlimlərin guya müdafiə xarakterli olması ilə bağlı səs-küylü bəyanatları yenə boş sözlərə çevrilir”, - XİN sözçüsü bildirib.

Zaxarova hərbi manevrlərdə iştirak edən ölkələrin əksəriyyətinin qeyri-nüvə statusuna malik olmasına diqqət çəkib:

“ABŞ Nüvə Silahlarının Yayılmasının Qarşısının Alınması Müqaviləsinin fundamental prinsiplərini pozaraq, uzun müddətdir ki, nüvə silahı olmayan ölkələrə nüvə silahından istifadə etməyi öyrədir. Guya çoxdan planlaşdırılan və müntəzəm təlimlərdən danışdıqlarını bəyan edən alyans liderləri ölkəmizi “məsuliyyətsiz nüvə ritorikası”nda ittiham etməyə çalışırlar”.

Oktyabrın 17-dən 30-dək NATO-nun təlimləri keçiriləcək, məqsəd alyansın nüvə qüvvələrini sınaqdan keçirməkdir. Bu il təlimlərin qərargahı Belçikadakı Kleyn Brogel aviabazasıdır. Manevrlərə alyansın 14 ölkəsindən 60-a qədər müxtəlif tipli təyyarə cəlb olunub. Əvvəlki illərdə olduğu kimi, ABŞ-ın B-52 strateji bombardmançı təyyarələri də manevrlərə qatılacaq. (Axar.az)
Nazirlik Azərbaycanda qəzaya düşən Binəli Yıldırım və Şamil Ayrımın son durumunu açıqladı

Azərbaycanda səfərdə olarkən yol qəzası keçirən Türkiyənin Ədalət və İnkişaf Partiyası sədrinin müavini Binəli Yıldırım, millət vəkili Şamil Ayrım və mühafizəçi Oğuzhan Dəmirçi Mərkəzi Klinik Xəstəxanasına yerləşdiriliblər və mütamadi həkim nəzarəti altındadırlar.

Bu barədə Səhiyyə Nazirliyindən məlumat verilib. Bildirilib ki, onların vəziyyəti qənaətbəxşdir:

"Həyatları üçün hər hansı bir təhlükə yoxdur, yaxın saatlarda onların evə yazılacağı gözlənilir"- məlumatda qeyd edilib.

Qeyd edək ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanı Azərbaycana rəsmi səfərdə müşayiət edən Türk Dövlətləri Təşkilatının (TDT) Ağsaqqallar Şurasının sədri, Ədalət və İnkişaf Partiyasının (AKP) müavini Binəli Yıldırım və Türkiə Böyük Millət Məclisinin deputatı Şamil Ayrımın olduğu avtomobil ötən gün Zəngilan hava limanına gedərkən qəzaya uğrayıb.

“Bu gün biz təsdiq edə bilərik ki, Krımda dislokasiya olunmuş rus hərbçiləri Ukrayna ərazisinə, o cümlədən Kiyevə zərbə endirmək üçün İran istehsalı olan PUA-lardan istifadə ediblər”

"Bunu Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi bildirib.

“Bizdə olan məlumata görə Krımda olan İran hərbçiləri bu əməliyyatda Rusiyaya kömək ediblər” – deyə Kirbi əlavə edib.

Kirbi bildirib ki, rəsmi Vaşinqon Rusiyanın İrandan müasir silahlar, o cümlədən “yer-yer” tipli raketlər ala biləcəyindən narahatdır.

“Google” azad edilən rayonları daha erməni dilində təqdim etməyəcək

“Google” şirkəti Azərbaycanın işğaldan azad olunan rayonlarının adlarının istifadəçilərə erməni dillində təqdim olunmasını ləğv edib.

Bu barədə paylaşımı öz feysbuk səhifəsində texnobloqer Fərid Pərdəşünas edib.

“Nəhayət 2 illik mübarizənin sonunda “Google” - Laçın, Kəlbəcər, Ağdam, Füzuli, Qubadlı, Zəngilan, Cəbrayıl adlarından erməni adlandırmasını yığışdırdı. Azərbaycandan daxil olan istifadəçilər üçün digər yerlər də ingiliscə göstərsə də, qlobal IP ilə hələ də Şuşa, Hadrut, Xankəndi, Əsgəran, Ağdərə kimi ərazilərimiz ikili erməni adları ilə verilir.

Ermənilərin hələ də yaşadıqları hissələr nisbətən başadüşülən olsa da, Hadrut və Şuşanın ikili adla qalması əsassız görünür”.

O əlavə edib ki, iki ildə Azərbaycanın əsas dövlət qurumları ilə birgə “Google”a müraciətlər ediblər. 

Paşinyan itkin düşən ermənilərin sayını açıqladı

“Birinci Qarabağ müharibəsi zamanı Ermənistan tərəfindən 777, İkinci Qarabağ müharibəsində isə 217 nəfər itkin düşüb”.

“Qafqazinfo” xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan öz rəsmi tviter hesabında yazıb.

Onun sözlərinə görə, cari ilin sentyabrında iki ölkə sərhədində son eskalasiya zamanı isə 29 erməni itkin düşüb.

Avropa İttifaqının müşahidəçi missiyası artıq Ermənistanda öz işinə başlayıb.

Qafqazinfo xəbər verir ki, bu barədə məlumatı Ermənistanın “Hraparak” qəzeti yayıb.

Məlumata görə, missiyanın üzvləri bir neçə gün əvvəl Ermənistana gəlib və oktyabrın 17-si ölkənin müdafiə naziri Suren Papikyanla görüş keçiriblər.

Missiyanın bu gün öz yerləşəcəkləri ərazilərə doğru hərəkət etdiyi iddia olunub.

Qəzet missiya nümayəndələrinin aparıldığı avtomobillərin görüntülərini də paylaşıb.

Xatırladaq ki, Azərbaycan Prezidenti İlham Əliyev, Ermənistanın Baş naziri Nikol Paşinyan, Fransa Prezidenti Emmanuel Makron və Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel arasında oktyabrın əvvəli Praqada baş tutan danışıqların yekununda Ermənistan-Azərbaycan sərhədi yaxınlığında Ermənistan ərazisinə Avropa İttifaqının 40 nəfərdən ibarət mülki missiyasının göndərilməsi barədə qərar qəbul olunub. Missiya müvəqqəti xarakter daşıyır və 2 aydan çox davam etməyəcək.

ABŞ-dakı məhkəmə prosesində fransız sement istehsalçısı “Lafarge”nin İŞİD terror təşkilatına yardım göstərdiyini etiraf edib.

ABŞ Ədliyyə Nazirliyindən verilən yazılı açıqlamaya görə, Fransa şirkəti Nyu-Yorkun Bruklin şəhər federal məhkəməsində iddiaçı tərəflə razılığa gəlib.

Cinayətini etiraf edən “Lafarge” 777,78 milyon dollar cərimə ödəməyə razılaşıb.

Şirkətdən verilən yazılı açıqlamada, “Lafarge” və onun törəmə şirkəti Suriyada terrorçuların törətdikləri bir sıra əməllərə görə məsuliyyəti öz üzərinə götürüb. Sement istehsalçısı baş verənlərdən çox təəssüfləndiyini bəyan edib.(oxu.az)

Tehran və Moskva 2022-ci ilin sonuna qədər hərtərəfli əməkdaşlıq sazişi imzalayacaq.

"Bu barədə İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian deyib.

"Bu müqavilə ilin sonuna qədər Tehranda və ya Moskvada imzalanacaq", - nazir bildirib.

Qeyd edək ki, bundan əvvəl Rusiya Prezidenti Vladimir Putin iranlı həmkarı İbrahim Rəisi ilə Səmərqənddə keçirdiyi görüşdə İranla yeni saziş üzərində aparıılan işin son mərhələdə olduğunu açıqlamışdı.

Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu 18 Oktyabr - Müstəqilliyin Bərpası Günü münasibətilə Azərbaycan dövləti və xalqını təbrik edib.

“Nazir təbrikini tviterdə paylaşıb.

“Müstəqilliyinin Bərpası Günü münasibətilə Can Azərbaycanı səmimi qəlbdən təbrik edirəm. Biz türklər hür doğduq,hür yaşayarıq”, - o bildirib.

Ukraynanın Azərbaycandakı səfiri Vladislav Kanevski ölkəmizi 18 Oktyabr – Müstəqilliyin Bərpası Günü münasibətilə təbrik edib.

“Ukraynalı səfir bu barədə öz feysbuk hesabında paylaşım edib.

“Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev vaxtilə demişdi ki, “Müstəqillik yolu qədər çətin yol yoxdur”. Hələ uzaq 1995-ci ildə deyilən bu sözlər peyğəmbərcəsinə söylənmiş oldu və təkcə Azərbaycan üçün deyil. Dost Azərbaycan xalqını Müstəqilliyin Bərpası Günü münasibətilə təbrik edirik! Sülh, əmin-amanlıq və çiçəklənmə arzu edirik!”, - deyə paylaşımda qeyd olunub.

Xəbər lenti