Hakimiyyət əleyhdarları noyabr-dekabr aylarından Belarusda aranı qarışdırmağa başlayacaqlar.

“Belta” xəbər verir ki, bu barədə Belarus Dövlət Təhlükəsizlik Komitəsinin (DTK) sədrinin birinci müavini Sergey Terebov məlumat verib.

“Sözün həqiqi mənasında noyabr-dekabr aylarında tələbələr arasında sosial gərginlik ocaqlarının yaradılması ilə növbəti etiraz dalğalanması başlayacaq. Bu, yaxın gələcəkdə gözlədiyimiz növbəti addımdır”, - o qeyd edib.

Terebovun sözlərinə görə, siyasi mühacirət mərkəzləri öz siyasi layihəsini inkişaf etdirməkdə davam edir və onun mühacirətdə olan keçid hökuməti kimi Qərb tərəfindən tanınmasını və maliyyələşdirilməsini təmin edir: “Burada yalnız bir məqsəd var. Bu da ondan ibarətdir ki, mövcud hakimiyyəti legitmilyindən məhrum edib terror hücumlarına və təxribatlara haqq qazandırmaqdır”.

Rusiyanın Ukraynaya müdaxiləsinə görə Qərbin sanksiyalarına məruz qalan rus oliqarxları milyardlarla dolları İrlandiya dənizində yerləşən Men adasındakı ofşor şəbəkələr vasitəsilə gizlədiblər.

Axar.az xəbər verir ki, bu barədə “Voll Strit” jurnalının araşdırmasında bildirilib.

Nəşrin məlumatına görə, ofşor şirkətlərdən oliqarx Əlişir Usmanov, “Rostex”in rəhbəri Sergey Çemezov, Dövlət Dumasının deputatı Andrey Skoç və Kremlin mətbuat katibi Dmitri Peskov istifadə ediblər.

Türkiyə Silahlı Qüvvələri Suriyanın şimalında keçirilən “Pənçə-Kilit” əməliyyatında şəhid verib.

Bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyindən bildirilib.

Qeyd olunub ki, dünən - oktyabrın 26-da terrorçularla döyüşdə yaralanan Faim Bozkurt yerləşdirildiyi xəstəxanada bu gün şəhid olub.

İstanbulun Bosfor boğazında gəmilərin hərəkəti müvəqqəti olaraq dayandırılıb.

“Qafqazinfo xəbər verir ki, gəmilərin hərəkəti hər iki istiqamətdə dayandırılıb.

Buna səbəb isə müşahidə edilən güclü duman olub.

Bir neçə saatdan sonra gəmilərin hərəkətinin bərpa edilməsi planlaşdırılır.

İranın Ticarətin İnkişafı Təşkilatının rəhbəri Əlireza Peyman Pak Belarusun sənaye nazirinin müavini Dmitri Xaritonçik ilə görüşüb.

"Görüşdə tərəflər işgüzar əlaqələrin inkişaf etdirilməsi, sənayenin bütün növləri, o cümlədən avtomobil, məişət texnikası, tibbi avadanlıqlar üzrə birgə istehsal xəttinin yaradılmasını vurğulayıb.

Müzakirələr zamanı İran və Belarus noutbukların birgə istehsal imkanlarının araşdırılması barədə qərara gəliblər.

Rusiya və Ermənistan arasında gərginlik artıq ictimai xarakter alır və bu, Ermənistan-İran münasibətlərinin pisləşməsinə də təsir edəcək.

Axar.az xəbər verir ki, bu sözləri erməni analitik Stepan Danielyan qeyd edib.

“Amma hər şey heç də “gərginlikə” nəticələnməyə bilər.

Ehtimal edək ki, bir neçə gündən sonra ABŞ-dakı seçkilərin nəticəsində Konqresin yuxarı və aşağı palatalarına respublikaçılar nəzarət etməyə başlayacaq, prezident hakimiyyəti iflic olacaq; o zaman Ukraynaya yardımın xərclənməsinin qanuniliyi araşdırılacaq və ya tutaq ki, Baydenin impiçmenti başlayacaq və ABŞ daxili problemlərlə məşğul olacaq, onda Ermənistandakı mövcud rejimlə kim məşğul olacaq və bölgəmizdə nə baş verə bilər?” – o qeyd edib.

Biz Rusiyaya Ukrayna ilə müharibədə istifadə etmək üçün heç bir silah və ya pilotsuz uçuş aparatı (PUA) verməmişik və verməyəcəyik.

"Bunu İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian deyib.

O, Tehranın Ukrayna ilə görüşü zamanı bu məsələni müzakirə etməyə hazır olduğunu bildirib.

"Əvvəllər biz Rusiya ilə silah al-veri edirdik, lakin Ukrayna müharibəsi zamanı yox", - diplomat qeyd edib.

AzTV sədri Rövşən Məmmədovun təqdimatındakı “Həftə” proqramının ötən yayımı dünya mediasında böyük maraqla qarşılanıb. 

Oxu.az məlumatına görə, dünya şöhrətli alim, “Tarixin sonu” kitabının müəllifi, yapon əsilli liberal mütəfəkkir Frensis Fukuyama da həmin reportajdan bir hissə paylaşıb və onu möhtəşəm adlandırıb.

Qeyd edək ki, verilişdə Rusiyanın Ukraynaya qarşı apardığı müharibə, həmçinin İranın Azərbaycana qarşı aqressiyası kəskin tənqid olunub.

İranın daxilində sabitliyin pozulması, kütləvi etirazlar və təhlükəsizliyin təmin edilməməsi xarici turistlərin bu ölkəyə səfərlərinin azalmasına hətta ləğv edilməsinə gətirib çıxarıb.

İranın getdikcə tam qapalı ölkəyə çevrilməsi “molla rejiminin” anti-insani idarəçiliyi ölkə iqtisadiyyatının geriləməsinə səbəb olur.

Millət vəkili Vüqar Bayramov İranın dünya neft ehtiyatlarının 10, qaz ehtiyyatlarının 5 faizinə malik olmasına baxmayaraq, adam başına düşən ÜDM-nin cəmi 2 min dollar olduğunu qeyd edib.

Daha ətraflı Baku TV-nin süjetində:

Ukraynada apardığı müharibədən sonra Rusiyaya sanksiya tətbiq edən Almaniya bu ölkəyə qarşı siyasətində geri addım atıb.

Xarici KİV xəbər verir ki, mövcud enerji böhranından ən çox zərər çəkən ölkələrdən olan Almaniya təbii qazla bağlı gözlənilməz açıqlama verib.
Saksoniya vilayətinin baş naziri “Bild am Sonntag” qəzetinə danışan Mixael Kretçmer bildirib ki, Ukrayna müharibəsindən sonra Rusiyadan Təbii Qaz nəqlinə yenidən başlanmalıdır:

“Müharibə bitəndə Rusiyadan gələn qazdan istifadə etməliyik”, - o deyib.

Kretçmerin sözləri Rusiyaya çağırış və Almaniyanın Rusiya siyasətində geri dönüş kimi şərh edilib.

Rusiyaya qarşı sanksiyaların Almaniya iqtisadiyyatına təsirinin də açıq şəkildə müzakirə edilməsi lazım olduğunu qeyd edən Kretçmer hazırda bu sahədə “sunami baş verdiyini” deyib.

Qeyd edək ki, Almaniyanın enerji bazarını tənzimləyən Bundesnetzagentur (BNetzA) agentliyinin sədri Klaus Müller bəyan edib ki, Rusiya qaz təchizatını tamamilə kəsərsə, ölkədəki qaz anbarları maksimum 2,5 ay ərzində tələbatı ödəyə bilər.

Xəbər lenti