İranın pilotsuz uçan aparat sistemlərinin Rusiya tərəfindən Ukraynadakı hərbi və mülki hədəflər üçün istifadə edilir.

“Star” qəzeti xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin sözçüsü Vedant Patel deyib.

“Rusiya operatorları bu sistemlərdən istifadə etmək üçün təlim keçmək məqsədilə İrana gediblər. Bu sistemlərin hərbi və mülki hədəflərə qarşı istifadə edildiyinə dair geniş sübutlar var”, - deyə o bildirib.

İran və Rusiya arasında dərinləşən müttəfiqliyin yaratdığı təhlükənin region və dünya ölkələri tərəfindən yaxından izlənilməli olduğuna işarə edən sözçü sözlərinə belə davam edib:

“Bu, yaxından izlədiyimiz bir məsələdir və biz müttəfiqlərimiz və tərəfdaşlarımızla, o cümlədən BMT ilə İranın Rusiyaya təhlükəli silahlar tədarükü ilə bağlı sıx təmasdayıq”.

Patel İranla hərbi əməkdaşlıq edən dövlətlərə diqqətli olmağı tövsiyə edib:

“ABŞ sanksiyalar tətbiq etməkdən və ya cinayətkarlara qarşı tədbir görməkdən çəkinməyəcək” - o bildirib.

İran Xarici İşlər Nazirliyi isə Rusiya-Ukrayna müharibəsi zamanı heç bir tərəfə silah satmadığını iddia edib.

Rusiyanın Krasnodar diyarının Yeysk şəhərində “Su-34” qırıcısının yaşayış binasına çırpılma anını əks etdirən görüntülər yayılıb.

Görüntülərdə döyüş təyyarəsinin idarəetməni itirərək yaşayış sahəsinə çırpılması öz əksini tapıb.

 Hadisə zamanı ölənlərin sayı 13 nəfərə çatıb. Bildirilir ki, həyatını itirənlərin 3-ü azyaşlıdır.

Eyni zamanda döyüş təyyarəsinin qəzaya uğraması nəticəsində 19 sakin də yaralanıb.

Dünyanın ABŞ liderliyindən kənar qalmasına izn vermək olmaz.

Axar.az xəbər verir ki, bu sözləri ABŞ Dövlət katibi Entoni Blinken deyib.

“Bizim fikrimizcə, bu, yeni dövrün necə olacağı ilə bağlı yarışdır. Kimin dəyərləri əks olunacaq? Bizim seçimimiz sadədir – dünya öz-özünü idarə etmir. ABŞ üçün seçim belədir: əgər biz idarəetmədə iştirak etmiriksə, əgər lider rol oynamırıqsa, onda ikisindən bir olmalıdır – ya o yeri kimsə başqası, məsələn, Çin tutacaq – bu, heç də bizim maraqlarımız və dəyərlərimizlə üst-üstə düşmür, yaxud daha pis – o yeri heç kəs tutmur, bu zaman isə boşluq, vakuum yaranır; bu vakkumu da yaxşı şeylərdən daha çox pis şeylər doldura bilər”, - o bildirib.

Türkiyənin sabiq Baş naziri, Türk Dövlətləri Təşkilatının (TDT) Ağsaqqallar Şurasının sədri Binəli Yıldırım 18 oktyabr - Müstəqilliyin Bərpası Günü münasibətilə Azərbaycan dövlətini və xalqını təbrik edib.

O, bu barədə tviterdə paylaşım edib.

“Can Azərbaycanın Müstəqillik Gününü təbrik edir, qardaşlarıma salamlarımı çatdırıram”, - təbrikdə vurğulanıb.

Böyük Britaniya kralı III Çarlz anası II Elizabetə məxsus 12 yarış atını satışa çıxaracaq.

Atlar oktyabrın sonuna qədər “Tattersalls”da satılacaq. Heyvanlar əlahəzrətə at yarışlarının böyük həvəskarı olan anasından miras qalıb. Lakin yeni kral onların sayını azaltmağı planlaşdırır.

Mənbələrin bildirdiyinə görə, Fars körfəzi dövlətlərində artıq kral atlarının alınmasına maraq göstərilib.

Qeyd edək ki, bu il yarışda II Elizabetə məxsus ümumilikdə 37 at iştirak edib. III Çarlzın özü isə Sandrinqemdə saxlanılan 60 ata sahibdir.

 

 

 

 

Kiyevdə səhər saatlarında partlayışlar eşidilib.

UNİAN xəbərinə görə, bu barədə şəhər meri Vitali Kliçko bildirib.

Ukrayna Prezidentinin ofisinin rəhbəri Andrey Yermak bildirib ki, Rusiya paytaxta kamkadze-dronlarla hücum edib.

Ukrayna Prezident Ofisinin rəhbəri Andrey Yermak isə özünün teleqram-kanalında bildirib:

“Bizə mümkün qədər tez, daha çox hava hücumundan müdafiə sistemləri lazımdır. Bizim yavaş hərəkət etməyə vaxtımız yoxdur. Səmanı qorumaq üçün daha çox silah lazımdır”.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Bartın şəhərinin Amasra rayonunda kömür mədənindəki partlayışdan sonra başsağlığı verən ölkə rəhbərləri ilə bağlı paylaşım edib.

Türkiyə Prezidenti tviter səhifəsində yazıb: 

"Başsağlığı mesajları və şəfa diləkləri ilə Bartında yaşadığımız acıları bölüşən dövlət rəhbərlərinə və xalqlarına səmimi həmrəyliklərinə görə Türk xalqı adından minnətdarlığımı bildirirəm"

 

 

 

“ABŞ Prezidenti Co Baydenin bəyanatları İranda terror və xaosu alovlandırır”.

Xarici mediaya xəbər verir ki, bunu İran prezidenti İbrahim Rəisi deyib.

Onun sözlərinə görə, amerikalılar “İran xalqının hər bir yaxşı, yenilikçi və yaradıcı addımına qəzəblənir və respublikadakı çatışmazlıqlar və ya problemlərə görə sevinc və xoşbəxtlik hiss edirlər”.

Türkiyənin Bartın vilayətinin Amasra rayonunda mədəndə partlayış zamanı ölənlərin sayı 28-ə çatıb.

Bu barədə Türkiyə səhiyyə naziri Fahrettin Koca məlumat verib.

Koca qeyd edib ki, yaralılardan 6-sı İstanbulda, 5-i Bartında olmaqla 11 xəstənin müalicəsi üçün lazım olan hər şey edilir.

PUA-ların Rusiyaya verilməsi BMT TŞ-nin qətnaməsinin pozulması deməkdir

Fransa Xarici İşlər Nazirliyi İrana məxsus PUA-ların Rusiyaya təhvil verilməsini BMT Təhlükəsizlik Şurasının 2015-ci ildə İranın nüvə sazişini təsdiq edən qətnaməsinin pozulması kimi dəyərləndiriləcəyini bəyan edib.

Bunu Fransa XİN sözçüsü Ann-Kler Legendre deyib.

Rusiya silahlı qüvvələrinin Ukraynada İran PUA-larından istifadə etməsi ilə bağlı çoxlu sayda faktları qeyd edən rəsmi Paris bildirib ki, PUA-ların Rusiyaya tədarükü də BMT TŞ-nin 2231 saylı qətnaməsini pozur.

O əlavə edib ki, Fransa öz avropalı tərəfdaşları ilə İrana məxsus PUA-ların Rusiyaya verilməsinə necə cavab vermək barədə danışıqlar aparır.

Xəbər lenti