Rusiya Prezidenti Vladimir Putin fransalı həmkarı Emmanuel Makronun Qarabağla bağlı açıqlamalarını “yanlış və qəbuledilməz” adlandırıb.

Oxu.az xəbər verir ki, MDB Dövlət Başçıları sammitində çıxışı zamanı Rusiya lideri bildirib ki, dünən Fransa liderinin bəzi şərhlərini oxuyanda təəccüblənib.

“Hesab edirəm ki, onların münaqişənin gedişatından anlayışları yoxdur” deyən Putin qeyd edib ki, görünür, Makron tərəflərin mövqeyi barədə məlumatsızdır:

“Ona görə də, onlar (Fransa prezidentinin bəyanatları - red.) yanlış səslənib, hətta deyərdim ki, təhrif olunub, ona görə də qəbuledilməzdir”.

“Fürsət olsa, biz bunu Fransa prezidenti ilə müzakirə edəcəyik”, - deyə Rusiya lideri vurğulayıb və əlavə edib:

“Rusiya həmişə istənilən münaqişəni, o cümlədən Qarabağ və onun ətrafındakı məsələləri səmimi şəkildə həll etməyə çalışıb”.

Qeyd edək ki, Makron Rusiya Federasiyasını “Qarabağ məsələsindən Cənubi Qafqazda sabitliyi pozmaq üçün istifadə etmək”də ittiham edib.

Lavrovdan üçtərəfli görüş barədə ilk açıqlama

“Zamanın tez keçdiyini, hadisələrin isə sürətlə inkişaf etdiyini nəzərə alsaq, hesab edirəm ki, bu gün bu mövzuda danışmaq üçün əlverişli məqamdır”.

“Qafqazinfo” xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov Astanada Azərbaycan və Ermənistanın XİN rəhbərləri ilə üçtərəfli görüşün açılışı zamanı deyib.

“Bu gün, həmçinin liderlərimizə imzaladıqları razılaşmaların həyata keçirilməsi ilə bağlı nələri məruzə edə biləcəyimizi nəzərdən keçirəcəyik”, - deyə Lavrov qeyd edib.

“Aİ müşahidəçilərinin qabaqcıl qrupu İrəvana gəlib”.

Bunu Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaar tviter hesabında yazıb.

“27 üzv dövlət Ermənistanın müraciətinə cavab vermək üçün sürətlə hərəkətə keçdi. Aİ-nin missiyasının yerləşdirilməsinin məqsədi vəziyyəti izləmək və Ermənistan və Azərbaycan arasında münasibətlərin sabitləşməsinə kömək etmək olacaq", - deyə Toivo Klaar bildirib.

Oktyabrın 12-də Avropa Parlamentində (AP) əczaçılıq şirkətlərinin iclası keçirilib. İclasda iştirak edən “Pfizer”in rəsmisi koronavirus peyvəndlərinin sınaqdan keçirilmədən istifadə edildiyini açıqlayıb.

O, bunu iclasda iştirak edən Avropa Parlamentinin müavini Rob Roosun sualını cavablandırarkən deyib.

Belə ki, R.Roos “Pfizer”in nümayəndəsindən koronavirus peyvəndlərinin sınaqdan keçirilmiş məlumatlarını komissiyaya təqdim etməsini istəyib. “Pfizer” rəsmisi isə sınaqların aparılmadığını bildirərək bu etirafı ilə dünya ölkələrinin müzakirəsinə səbəb olub:

“Biz elmin sürəti ilə irəliləyirik və bazarla ayaqlaşırıq. Bunun necə işlədiyini öyrənməli idik”.

Bu etirafdan sonra sosial media istifadəçiləri #pfizer həştəqi ilə paylaşımlar edərək öz etirazlarını bu şəkildə göstəriblər.(qafqazinfo)

Qazaxıstanın paytaxtı AstanadaTürkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla qazaxıstanlə həmkarı Kasım-Jomart Tokayev arasında keçirilən görüşdə masa üzərinə qoyulan su butulkası sosial şəbəkələrdə viral olub.

“ Ərdoğanın Astana səfəri çərçivəsində ona Qazaxıstanın I dərəcəli “Dostluq” ordeni ilə təltifetmə mərasimi keçirilib. 

Mərasimdə masa üzərinə qoyulan su butulkasının adının "Turan" olması insanların marağına səbəb olub.

Sosial şəbəkə iştirakçıları bunu beynəlxalq aləmə ciddi bir mesaj kimi dəyərləndiriblər.
Bəziləri isə məhz bu adda su brendinin masaya qoyulmasını Turan ideologiyasının insanlara təlqin edilməsi kimi şərh ediblər.

Sosial şəbəkələrdə fotonun şərh bölümünə “bəzən ən ülvi arzular  və istəklər su ilə çin olur!” kimi şərhlər yazılıb. 

 

 

 

Qazaxıstanın paytaxtı Astanada Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla rusiyalı həmkarı Vladimir Putin arasında görüş başlayıb.

Görüş Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin 6-cı Zirvə Toplantısı çərçivəsində keçirilir.

Mənbə: Haber Global

Tez-tez ictimaiyyət qarşısında çıxışları ilə gündəmə gələn ABŞ Prezidenti Co Bayden bu dəfə də ənənəsinə sadiq qalıb.

“Qafqazinfo xəbər verir ki, ABŞ lideri Kolorado ştatında çıxışı zamanı səhvən oğlu Bo Baydenin İraqda dünyasını dəyişdiyini deyib. Bo Bayden isə əslində xərçəng xəstəliyindən vəfat edib. 

Bayden çıxışı zamanı qeyd edib ki, Koloradoda daha sonradan İkinci Dünya müharibəsində iştirak edən amerikalı hərbçilər təlim keçiblər: “Təsəvvür edin. Mən bunu səmimi şəkildə deyirəm. Mən bunu “Bürünc ulduz” medalı alan və İraqda həyatını itirən bir şəxsin atası kimi deyirəm”. 

Qeyd edək ki, Baydenin böyük oğlu Bo Bayden 2008-2009-cu illərdə İraqda xidmət edib. O, 2015-ci ildə ABŞ-da 46 yaşında beyin xərçəngindən dünyasını dəyişib.

 

 

Fransa prezidenti Emmanuel Makron Belarus lideri Aleksandr Lukaşenkonun Ukraynadakı münaqişədə fəal iştirak edəcəyi təqdirdə problem yaşayacağını bildirib.

“ Makron bunu “France 2” telekanalına müsahibəsində deyib.
“Prezident Lukaşenko özünü Ukrayna münaqişəsinə daha çox həsr etmək qərarına gələrsə, məsuliyyəti öz üzərinə götürməlidir. Məncə, bu, onun üçün problemsiz ötüşməyəcək” - Makron qeyd edib.

Makron onu da xatırladıb ki, Aİ Rusiya ordusunun Ukraynaya keçməsi məqsədi ilə öz ərazisində yerləşdirilməsinə icazə verdiyi üçün Belarusa qarşı artıq sanksiyalar tətbiq edib.

Avropa İttifaqının texniki qrupu bu gün Ermənistana səfər edəcək.

Bu barədə ölkənin Xarici İşlər Nazirliyi məlumat yayıb.

Qrupun məqsədi Ermənistan-Azərbaycan sərhədində yerləşdiriləcək Avropa İttifaqı missiyasının konkret yerlərini müzakirə etməkdir.

“Ukraynalıların özlərini müdafiə edə bilmələri üçün kəşfiyyat məlumatları təqdim edirik, lakin bu barədə çox danışmamaq daha yaxşı olardı”.

Xarici KİV xəbər verir ki, bu sözləri Fransa Prezidenti Emmanuel Makron “France 2” kanalına açıqlamasında deyib. O, Rusiyanın 24 fevralda Ukraynaya qarşı müharibəyə başlayaraq bütöv bir xalqı və qitəni təhlükəyə atdığını bildirib.

Fransa lideri Dünya müharibəsi istəmədiklərini də vurğulayıb:

“Biz müharibəyə qatılmadan Ukraynanı dəstəkləyirik”,- o deyib.

Lazım olanda Putinlə danışacağını ifadə edən Makron, nə vaxtsa bütün tərəflərin yenidən danışıqlar masasına oturmalı olacağını vurğulayıb.
“Putinin nüvə təhdidləri çox təhlükəli və məsuliyyətsizdir. Biz böyük nüvə dövlətindən belə davranış görəcəyini gözləmirik. Bu, çox təhlükəlidir və biz bunu ciddi qəbul edirik”.

Xəbər lenti