Yol-xeber.az xəbər verir ki, Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları ərazisində icra olunan və işğaldan azad edilmiş rayon və kəndlərin sosial-iqtisadi inkişafında mühüm rol oynayacaq yol infrastrukturu layihələrindən biri olan Füzuli-Hadrut avtomobil yolunun tikintisi sürətlə davam etdirilir. 

Füzuli-Hadrut avtomobil yolu Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın cari il martın 16-da işğaldan azad edilmiş Füzuli və Xocavənd rayonlarına səfəri zamanı təməli qoyulub. 

Avtomobil yolunun uzunluğu 12 kilometrdir. texniki dərəcəli bu yol başlanğıcını “Zəfər Yolu”ndan götürür və yeni inşa edilən Şükürbəyli-Cəbrayıl-Hadrut avtomobil yoluna birləşir. 

Füzuli-Hadrut avtomobil yolu 4 hərəkət zolaqlı olacaq. Hərəkət zolaqlarına uyğun olaraq yol yatağının eni müvafiq olaraq 21 metr, yolun hərəkət hissəsinin eni isə 14 metr təşkil edəcək.

Avtomobil yolunda hazırda torpaq işləri icra olunur. Belə ki, xüsusi texnikalardan istifadə olunmaqla yolun genişləndirilərək profilə salınması və texniki dərəcəyə uyğun yeni torpaq yatağının inşası işləri həyata keçirilir. Bunun üçün əraziyə lazımi sayda qüvvə cəlb edilib. 

Artıq ilk 8 kilometr hissədə torpaq işləri və yol yatağının tikintisi 50 faiz icra olunub. 

12 km uzunluğa malik Füzuli-Hadrut avtomobil yolunda torpaq yatağının inşası ilə yanaşı yol boyu atmosfer suların ötürülməsini təmin etmək məqsədi ilə müxtəlif diametlərə malik suötürücü boruların, həmçinin dərə sularının ötürülməsi üçün 1 dördbucaqlı su keçidinin tikintisi də layihə üzrə aparılır. Bundan başqa yolun 6.7 kilometrində, “Qarğabazarı” adlanan ərazidən keçən hissəsində iki aşırımlı avtomobil körpüsünün inşası nəzərdə tutulub. 

İş həcmi və layihənin qısa müddət ərzində yekunlaşdırılması tapşırığı nəzərə alınaraq tikintini Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin “16 N-li Xüsusi Təyinatlı Yol İstismarı” MMC ilə yerli şirkət “Azvirt” MMC birgə icra edir.

Tikinti işləri “İnşaat Norma və Qaydaları”nın tələblərinə əsasən, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin rəhbərliyinin birbaşa nəzarəti altında həyata keçirilir.

Füzuli-Hadrut avtomobil yolu işğaldan azad edilmiş Füzuli və Xocavənd rayonlarının ərazisindən keçir. 

BÜTÜN YOLLAR QARABAĞA APARIR...

Sumqayıt-Yalama dəmir yolunun yenidən qurulan hissəsində ilk qatar hərəkət edib

Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizinin önəmli hissəsi olan Sumqayıt-Yalama dəmir yolunun yenidən qurulan hissəsində ilk dəfə olaraq qatarların hərəkətinə başlanılıb.

İkixətli Sumqayıt-Yalama dəmir yolunda yenidənqurma işləri daşımalarla bərabər aparılır. Yolun bir xətti yenidən qurularkən digərində qatarlar hərəkət edir. Sumqayıt-Yalama dəmir yolunun Şabran-Çarxı istiqamətində mövcud xətlə yanaşı yeni inşa edilmiş xətt də istifadəyə verilib. Beləliklə, layihə çərçivəsində ilk 23 km dəmir yolu xətti yenidən qurularaq hərəkətə açılıb.

Sumqayıt-Yalama dəmir yolu Azərbaycanın tranzit-logistika potensialının gücləndirilməsində önəmli rol oynayan Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizinin reallaşdırılması istiqamətində görülən tədbirlər çərçivəsində yenidən qurulur. Abşeron yarımadasını respublikanın Şimal sərhədi ilə birləşdirən yolun ox üzrə uzunluğu 167,7 km, açılmış uzunluğu 362,8 km, o cümlədən əsas yolların uzunluğu 328,3 km, yan yolların uzunluğu 27 km, yoldəyişənlərin uzunluğu 7,5 km təşkil edir.

Bu günədək yolun 65 km-lik hissəsində yeni rels-şpal şəbəkəsi quraşdırılıb. Ümumilikdə isə yenidənqurma işlərinin 22,12 faizi artıq tamamlanıb. Belə ki, 87 km-lik hissədə mövcud relslərin söküntüsü, alt-ballast və ballast materialının qazıntısı və alt-ballast materialının sərilməsi, 70,8 km-lik hissədə birinci lay ballastın sərilməsi və 65 km-lik hissədə ikinci lay ballastın sərilməsi işləri tamamlanıb. Həmçinin 37 körpü, 81 dairəvi suötürücü boru və 7 ədəd heyvan keçidi inşa edilib.

Hazırda texnoloji ardıcıllığa uyğun olaraq tikinti-quraşdırma işləri davam etdirilir. Yol boyu 13 ədəd yerüstü piyada keçidinin və 32 ədəd eyni səviyyəli dəmiryol keçidinin tikintisi planlaşdırılır. Əsas yaşayış mərkəzlərində yerləşən stansiyalarda inşa ediləcək yerüstü piyada keçidləri fiziki məhdudiyyətli insanlar üçün nəzərdə tutulan liftlərlə təchiz olunacaq.

 


Sumqayıt-Yalama dəmir yolunun yenidən qurulması layihəsi “Dəmir yolları sektorunun inkişafı proqramı” çərçivəsində Azərbaycan Hökuməti ilə Asiya İnkişaf Bankı arasında 2017-ci il 19 dekabr tarixli və Azərbaycan Hökuməti ilə Fransa İnkişaf Agentliyi arasında 2019-cu il 11 mart tarixli kredit müqavilələrinə uyğun olaraq birgə maliyyələşdirmə əsasında həyata keçirilir. Yenidənqurma işlərinə 2020-ci il 18 fevral tarixində start verilib.

Layihələndirmə və tikinti-quraşdırma işləri Türkiyənin “Kolin İnşaat Turizm Sanayi ve Ticaret A.S.” və Qazaxıstanın “Integra Construction KZ LLP” şirkətlərinin birgə müəssisəsi, tikintiyə texniki nəzarət xidmətləri isə Almaniyanın “Kocks Consult Gmbh” və “SSF Ingenieure AG” şirkətlərinin birgə müəssisəsi tərəfindən icra olunmaqdadır.

Sumqayıt-Yalama dəmir yolu xəttinin yenidən qurulması yükdaşıma və sərnişindaşıma fəaliyyətlərində vaxta qənaət, nəqliyyat vasitələrinin və infrastrukturun istismarı xərclərində qənaət, ətraf mühitə təsirinin azaldılması, təhlükəsizliyin artırılması kimi faydalar gətirəcək. Yolda keyfiyyətli və sürətli yük daşımalarının həyata keçirilməsi, bu əməliyyatların etibarlı və təhlükəsiz şəkildə icra edilməsi Azərbaycanın nəqliyyat-tranzit potensialından daha geniş və səmərəli istifadə edilməsi üçün şərait yaradacaq.


Yol-xeber.az xəbər verir ki, Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları ərazisində ilə icra olunan və işğaldan azad edilmiş rayon və kəndlərin sosial-iqtisadi inkişafında mühüm rol oynayacaq yol infrastrukturu layihələrindən biri olan və Prezident İlham Əliyevin yanvarın 14-də Füzuli rayonuna səfəri zamanı təməli qoyulan I texniki dərəcəli Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunun tikintisi sürətlə davam etdirilir. 

Prezident İlham Əliyev tərəfindən iyunun 14-də Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunun Daşaltı kəndinin ərazisindən keçən hissəsində təməli qoyulan tunel də daxil olmaqla yol boyu 7 tunelin tikintisi aparılır. Tunellər şərti olaraq T1A(3 340m), T1(314.9 m), T2(556.9m), T3(680.3 m), T4(540.6m), T5(454.8m) və T6(446.3 m) adlandırılıb. 

Artıq uzunluğu 3.34 km təşkil edən və şərti olaraq T1A adlandırılan tunel üzrə 350 metr qazma işləri görülüb. 556.9 metr uzunluğa malik T2 tuneli üzrə qazma işləri yekunlaşmaq üzrədir. 680.3 metr uzunluğa malik T3 tuneli üzrə tikinti işlərinə yeni start verilib.

Bundan başqa 540.6 metr uzunluğa malik T4 tuneli, həmçinin 454.8 metr uzunluğa malik T5 tunelində sol və sağ hərəkət istiqaməti üzrə üst yarı hissəsində qazma işləri artıq tamamlanaraq tunel daxili hərəkət təmin olunub. Uzunluğu 446.3 metr olan T6 tuneli üzrə isə 130 metr qazma işləri aparılıb.

Bundan başqa Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolundan ayrılan və məşhur “İsa Bulağı”dək inşa olunacaq yol üzərində 1335 metr uzunluğa malik tunel üzrə də tikinti işlərinə yeni başlanılıb.

“İsa Bulağı” istiqamətində inşa edilən tunel də daxil inşa olunan tunellərin ümumi uzunluğu 7 668 metr təşkil edir. 314-3 340 metr arası dəyişən tunellər bir hərəkət istiqaməti üzrə 2 hərəkət zolaqlı və 12 metr enində olacaq. 

Hazırda tunellərdə qazma, partlatma və qırıcı üsulları ilə qaya qruntlardan ibarət hissələrin kənarlaşdırılması işləri görülür. Bundan başqa tunellərin hər birində tikinti işlərinin yerinə yetirilməsi üçün havalandırma sistemi quraşdırılır. 

Tunellərin hər-hansı elementinə zərər verə biləcək təbii amillərdən qorunması məqsədilə izolyasiya sisteminin quraşdırılması nəzərdə tutulur. Artıq qazma işləri yekunlaşan T4 tunelində qeyd olunan izolasiya sisteminin quraşdırılması işləri tamamlanıb.

81.6 km uzunluğa malik Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunda tunellərin inşası ilə yanaşı yol boyu müxtəlif hissələrdə torpaq yatağının tikintisi, 9 viadukun, 7 avtomobil körpüsünün, 11 yeraltı keçidin, 59 suötürücü borunun tikintisi də layihə üzrə davam etdirilir. 

4 və 6 hərəkət zolaqlı olmaqla iri yaşayış məntəqələrindən, həmçinin məşhur Topxana meşəliyindən yan keçməklə inşa edilən Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunun ilk 48 km-i 648-81.6 km arası isə 4 hərəkət zolağından ibarət olacaq. Müvafiq olaraq yol yatağının eni 29.5 və 21.5 metr təşkil edəcək. 

İş həcmi və layihənin qısa müddət ərzində yekunlaşdırılması tapşırığı nəzərə alınaraq tikintini Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin “23 N-li Yol İstismarı” MMC“43 N-li Yol İstismarı” MMC“16 N-li Xüsusi Təyinatlı Yol İstismarı” MMC və “7 N-li Magistral Yolların İstismarı” MMC ilə subpodratçı şirkətlər olaraq yol tikintisi sahəsində ixtisaslaşmış “Azvirt” MMC, həmçinin Türkiyənin “Kolin İnşaat Turizm Sənaye və Ticarət” və “Cengiz İnşaat Sənaye və Ticarət” şirkətləri birgə icra edir.

Tikinti işləri “İnşaat Norma və Qaydaları”nın tələblərinə əsasən, agentliyin rəhbərliyinin nəzarəti altında həyata keçirilir. 

Sözügedən yol başlanğıcını M6 Hacıqabul-Horadiz-Ağbənd-Zəngəzur dəhlizi magistral avtomobil yolundan götürməklə işğaldan azad edilmiş FüzuliXocavənd, Xocalı və Şuşa rayonlarının ərazisindən keçir.  

BÜTÜN YOLLAR QARABAĞA APARIR...

Yol-xeber.az xəbər verir ki, Vətəndaşların rahat gediş-gəlişini təmin etmək məqsədi ilə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən Bakı şəhəriNərimanov rayonu ərazisində kompleks tədbirlər icra olunur. Bu tədbirlər çərçivəsində cari ilin “İnvestisiya Proqramı”na əsasən daha bir küçə əsaslı şəkildə təmir edilib. Söhbət Ağa Nemətulla küçəsindən gedir. 

Uzunluğu 1.8 km təşkil edən Ağa Nemətulla küçəsində aparılan təmir işləri zamanı mövcud piyada səkiləri bərpa olunub, zəruri yerlərdə yeniləri inşa edilib, üzərinə tamet daşlar döşənib, küçə boyu hər bir tərəfdə yeni səki daşları düzülüb, xüsusi parkinq yerləri yaradılıb.
Bundan başqa 2 nöqtədə vətəndaşların küçəni daha rahat və təhlükəsiz keçməsini təmin etmək məqsədi ilə yol ayrıcında təhlükəsizlik adacıqları inşa edilib. 

Layihə çərçivəsində səth sularının yolun hərəkət hissəsindən kənarlaşdırılması üçün mövcud yağış-kanalizasiya sistemi bərpa olunub, yeni yağış barmaqlıqları quraşdırılıb, kommunikasiya xətlərinin baxış qapaqları yenisi ilə əvəz olunub. 
Küçə boyu 2 laydan ibarət yeni asfalt-beton örtüyü döşənib. 

Son mərhələdə isə küçə zəruri yol nişanları, üfiqi nişanlanma xətləri və piyada zolaqları ilə təmin olunaraq müasir görkəmdə vətəndaşların istifadəsinə verilib.

Nərimanov rayonu ərazisində təmir işlərinin aparıldığı daha bir ərazi Qarabağ küçəsidir. 900 metr uzunluğa malik küçə genişləndirmə işləri aparılmaqla əsaslı şəkildə təmir olunur. Hazırda küçədə asfaltlanma işləri icra olunur.

Ümumilikdə isə cari il ərzində ümumi uzunluğu 11 km-dən çox olan 15-dən artıq küçə və yolun təmir olunması nəzərdə tutulurdu ki, artıq bu çərçivədə işlər tamamlanmaq üzrədir. 

Xatırladaq ki, ölkə başçısının tapşırığına əsasən, agentlik tərəfindən 2019-2020-ci illər ərzində Nərimanov rayonu ərazisində 20 km-dən çox uzunluğa malik küçə və yol təmir edilib.

YOLUNUZ AÇIQ OLSUN...



Yol-xeber.az xəbər verir ki, Qarabağ və şərqi Zəngəzur iqtisadi rayonları ərazisində dövlətimizin başçısının tapşırığı ilə icra olunan və işğaldan azad edilmiş rayon və kəndlərin sosial-iqtisadi inkişafında mühüm rol oynayacaq yol infrastrukturu layihələrindən biri olan Xudafərin-Qubadlı-Laçın avtomobil yolunun asfaltlanması işlərinə start verilib. 

Başlanğıcını Hacıqabul-Horadiz-Ağbənd-Zəngəzur dəhlizi magistral avtomobil yolunun Xudafərin su anbarı yaxınlığından keçən hissəsindən götürən Xudafərin-Qubadlı-Laçın avtomobil yolunun uzunluğu 56.4 km təşkil edir. Sözügedən yolun Xanlıq yaşayış məntəqəsindən ayrılaraq Qubadlı şəhərinə qədər uzunluğu 14 km olan yeni avtomobil yolunun da inşası icra olunur. Qeyd edilən yolların ümumi uzunluğu isə 70.4 km-dir.

Dövlətimizin başçısının tapşırığına əsasən Xudafərin-Qubadlı-Laçın avtomobil yolu Qarabağın inkişaf planı nəzərə alınmaqla hərəkət zolaqlı olmaqla I texniki dərəcəyə uyğun olaraq inşa olunur. Belə ki, hazırda yolun genişləndirilərək profilə salınması və 21.5 metr enində yeni torpaq yatağının inşası həyata keçirilir. Yolun layihə üzrə hərəkət hissəsinin eni 14 metr, çiyin hissələrin eni isə 2x2 metr təşkil edəcək.

Tikinti işləri çərçivəsində Xudafərin-Qubadlı-Laçın avtomobil yolunun 37 km-lik hissəsində torpaq yatağının inşası işləri aparılır. “İnşaat Norma və Qaydaları”na uyğun olaraq yolun 10 km-lik hissəsində torpaq yatağının təbii relyef səviyyəsinə qaldırılması və genişləndirilməsi,  yol yatağı hazır olan 4 km-lik hissədə yol əsasının tikintisi işləri yekunlaşdırılıb. Sözügedən hissədə artıq asfalt-beton örtüyünün döşənməsi işlərinə başlanılıb. 

Yeni inşa edilən yol boyunca layihəyə uyğun suların ötürülməsini təmin etmək məqsədilə dairəvi borular və düzbucaqlı su keçidləri, həmçinin əsas yolda 5 və yanaşma yollarında daha 5 yeni avtomobil körpüsünün tikintisi də layihə üzrə icra olunan işlərdəndir. Körpülər əsas yolun təqribən 10, 2232 və 38-ci km-də, həmçinin Qubadlı şəhərinə gedən avtomobil yolunun 1-ci km-də inşa edilir. Bundan başqa Xanlıq-Qubadlı yolu ilə kəsişmədə müxtəlif səviyyəli yol qovşağının tikintisi də davam etdirilir.

Artıq layihə üzrə 26 dairəvi, 8 düzbucaqlı boru və 9 yeraltı keçid tikilib, 188 metr istinad divarı inşa olunub. 

İş həcmi və layihənin qısa müddət ərzində yekunlaşdırılması tapşırığı nəzərə alınaraq tikintini AAYDA-nın “37 N-li Yol İstismarı” MMC ilə subpodratçı şirkət olaraq Türkiyənin Polat Yol Yapı San. və Tic. Anonim Şirkəti birgə icra edir.

Xudafərin-Qubadlı-Laçın avtomobil yolu işğaldan azad edilmiş ZəngilanQubadlı və Laçın rayonlarının ərazisindən keçir. Avtomobil yolu Qubadlı və Laçın şəhərləri də daxil olmaqla, sözügedən rayonların 30-dan artıq yaşayış məntəqəsini əhatə edir.

BÜTÜN YOLLAR QARABAĞA APARIR...



Yol-xeber.az xəbər verir ki, Abşeron rayonunun Pirəkəşkül avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında Prezidentin Sərəncamına əsasən Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) tərəfindən müvafiq inşaat işləri davam etdirilir.

Başlanğıcını Bakı-Şamaxı-Yevlax magistral avtomobil yolunun 33-cü km götürən və 7.3 km uzunluğa malik Pirəkəşkül avtomobil yolu uzun müddət istismar olunmasına baxmayaraq əsaslı şəkildə təmir olunmayıb. Bu isə avtonəqliyyat vasitələrinin rahat hərəkətinə problemlər yaradırdı. Bu problemlərin aradan qaldırılması, Pirəkəşkül qəsəbəsinin 1.4 min əhalisinin rahat gediş-gəlişini təmin etmək məqsədilə AAYDA tərəfindən təxirəsalınmaz tədbirlərə başlanılıb.

Pirəkəşkül avtomobil yolu 2 hərəkət zolaqlı olmaqla IV texniki dərəcəyə uyğun inşa edilir. Yolun hərəkət hissəsi 6 metr, çiyinlərin eni isə metr təşkil edir. Yenidənqurma işlərinə uyğun olaraq köhnə örtük sökülüb, yol yatağının yararsız qruntu qazılaraq çıxarılaraq, əks dolğu işləri aparılıb yeni yol yatağı inşa olunub. Bu işlərin ardınca yol əsasının inşasına başlanılıb. 

Layihəyə uyğun olaraq Pirəkəşkül yolunun 1-ci kilometrində yerləşən 42 metr uzunluğa malik mövcud avtomobil körpüsünün əsaslı şəkildə təmiri də artıq son mərhələdə davam etdirilir.

Layihə boyu istismar müddətini bitirmiş müxtəlif diametrli suötürücü borular yenilənib, boruların bəzilərinin sökülərək yenidən tikilib, bir hissəsinin isə təmir olunaraq işlək vəziyyətə salınıb. 

Torpaq işləri yekunlaşdıqdan sonra “İnşaat Norma və Qaydaları”nın tələblərinə əsasən yolun asfaltlanması işlərinə start verilib, əlaqələndirici bitum səpilməklə yola alt və üst lay olmaqla yeni asfalt-beton örtüyü döşənir. Bunun üçün əraziyə lazımi sayda canlı qüvvə və texnika cəlb edilib.

Sonuncu mərhələdə avtonəqliyyat vasitələrinin normal hərəkətinin təşkili üçün yolboyu zəruri yerlərdə yol nişanları quraşdırılacaq, yolun üfüqi nişanlanma xətləri çəkilərək yol yeni və müasir görkəmdə vətəndaşların istifadəsinə veriləcək.

YOLUNUZ AÇIQ OLSUN...



Yol-xeber.az xəbər verir ki, Prezident İlham Əliyevin tapşırıq və sərəncamlarına əsasən, ölkə boyu vətəndaşların rahat gediş-gəlişinin təmin olunması, yük və sərnişindaşımanın rahatlaşması ilə bərabər kənd təsərrüfatı, turizm və sənayenin birbaşa inkişafına səbəb olacaq iri miqyaslı yol infrastrukturu layihələrinin icrası davam etdirilir. Layihələr yerli, respublika və beynəlxalq əhəmiyyətli avtomobil yollarını əhatə edir. 

Bu cür layihələrdən biri respublika əhəmiyyətli Hacı Zeynalabdin Tağıyev - Sumqayıt avtomobil yolunun 4 zolağa genişləndirilməsidir. Layihə çərçivəsində AAYDA tərəfindən tikinti işlərinə start verilib.

Layihə üzrə H.Z.Tağıyev – Sumqayıt avtomobil yolunun 4 zolağa genişləndirilən hissəsinin uzunluğu 13.7 km təşkil edir. Tikinti işləri nəticəsində yolun mövcud eni 15 m-dən 23-25 m-ə, hərəkət hissəsinin eni isə 7-10 m-dən 15 m-ə qədər genişləndiriləcək. 

Artıq marşrut boyu mövcud örtüyün sökülməsi, torpaq yatağının təbii relyef səviyyəsinə qaldırılması və genişləndirilməsi, yeni torpaq yatağının inşası işləri sürətlə davam etdirilir. 

Yolun 8 km-lik hissəsində yeni yol əsasının alt qatının tikintisi tamamlanıb. Hazırda zəruri materialdan istifadə olunmaqla, yol əsasının alt qatı hazır olan hissələrdə əsasın üst qatı inşa edilir, ardınca isə yeni asfalt-beton örtüyünün döşənməsi işləri icra olunur. 

Layihə üzrə nəzərdə tutulan və yolun 8-ci km-də layihələndirilən bir aşırımlı körpünün kənar dayaqlarının inşası da yekunlaşıb.

Hazırda yolun digər hissəsində genişləndirilmə ilə əlaqədar kommunikasiya xətlərinin köçürülməsi işləri aparılır.

Bütün işlər “İnşaat Norma və Qaydaları”nın tələblərinə əsasən yüksək keyfiyyətlə agentliyin rəhbərliyinin nəzarəti altında aparılır. İşlərin nəzərdə tutulmuş müddət ərzində icra olunaraq yekunlaşdırılması üçün tikinti ərazisinə lazımi sayda qüvvə cəlb olunub.

YOLUNUZ AÇIQ OLSUN...



Yol-xeber.az xəbər verir ki, Oktyabr ayının 26-da Azərbaycan və Türkiyə prezidentləri tərəfindən təməli qoyulan Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun (Zəngəzur dəhlizi) tikintisi sürətlə davam etdirilir.

Yeni inşa edilən yol boyunca layihə çərçivəsində zəruri yerlərdə ortalama ümumi uzunluğu 6 km təşkil edən avtomobil tunelinin inşası nəzərdə tutulub ki, bu istiqamətdə artıq tikinti işlərinə start verilib. Tunellər şərti olaraq T1T2 və T3 adlandırılıb. 

Uzunluğu 1019 metr təşkil edən T1 tuneli üzrə 250 metr, uzunluğu 1810 metr təşkil edən T2 tuneli üzrə isə 50 metr qazma işləri aparılıb. Qazma işləri partlatma və qırıcı üsulları ilə davam etdirilir. Eyni zamanda qaya qruntlardan ibarət hissələrin kənarlaşdırılması da həyata keçirilir. İnşasına yenicə başlanılan və uzunluğu 3171 metr təşkil edən T3 tunelinin giriş hissəsində tikinti işləri tamamlanaraq qazma işlərinə start verilib.

Uzunluğu 123.8 kilometr olan Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolu (Zəngəzur dəhlizi) boyunca 2 viaduk və 23 avtomobil körpüsü, 8 yol ötürücüsü, 50 yeraltı keçid, 5 yerüstü keçid, suların ötürülməsini təmin etmək məqsədilə 400 dairəvi boru və düzbucaqlı su keçidi, həmçinin kommunikasiya xətləri üçün 60 ehtiyat keçidinin inşası nəzərdə tutulub ki, bu işlərin icrası da sürətlə davam edir. Belə ki, görülən işlər çərçivəsində ehtiyat keçid tikintisi 30%-i yerinə yetirilib, 38 dairəvi, 2 düzbucaqlı süni qurğu tikilib, 10 körpünün təməl və svay işləri görülüb. 

Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolu (Zəngəzur dəhlizi) Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları ərazisində dövlətimizin başçısının tapşırığı ilə icra olunan və işğaldan azad edilmiş rayon və kəndlərin sosial-iqtisadi inkişafında mühüm rol oynayacaq yol infrastrukturu layihələrindən biridir. Çünki sözügedən yol Hacıqabul-Horadiz-Ağbənd-Zəngəzur dəhlizi magistral avtomobil yolunun bir hissəsi olmaqla, Zəngilanı Azərbaycanın digər rayonları və Naxçıvan Muxtar Respublikası ilə birləşdirmək baxımından çox böyük əhəmiyyətə malikdir. 

Avtomobil yolu başlanğıcını Füzulinin Əhmədbəyli kəndindən götürməklə layihələndirilib. Dövlətimizin başçısının tapşırığına əsasən avtomobil yolu Qarabağın inkişaf planı nəzərə alınmaqla və hərəkət zolaqlı olmaqla I texniki dərəcəyə uyğun inşa edilir. Yolun ilk 80 kilometrlik hissəsi 3 gediş – 3 gəliş olmaqla 6, qalan 43.8 kilometrlik hissəsi isə 2 gediş – 2 gəliş olmaqla 4 hərəkət zolaqlı olması nəzərdə tutulub. 

Hazırda avtomobil yolunun ilk 110 kilometrlik hissəsində torpaq işləri icra olunur. Belə ki, xüsusi texnikalardan istifadə olunmaqla yolun genişləndirilərək profilə salınması və I texniki dərəcəyə uyğun yeni torpaq yatağının inşası işləri həyata keçirilir. Hərəkət zolaqlarına uyğun olaraq yol yatağının eni müvafiq olaraq 29.5 və 21.5 metr təşkil edəcək.

Tikinti işləri “İnşaat Norma və Qaydaları”nın tələblərinə əsasən, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin rəhbərliyinin nəzarəti altında həyata keçirilir.

Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolu (Zəngəzur dəhlizi) işğaldan azad edilmiş FüzuliCəbrayıl və Zəngilan rayonlarının ərazisindən keçir və hazırda inşası aparılan Əhmədbəyli-Füzuli-ŞuşaŞükürbəyli-Cəbrayıl-Hadrut və Xudafərin-Qubadlı-Laçın avtomobil yolları başlanğıcını məhz bu yoldan götürür. 

YOLUNUZ AÇIQ OLSUN...

Yol-xeber.az xəbər verir ki, Quba rayonunun Quba–Qonaqkənd avtomobil yolunun tikintisi ilə bağlı əlavə tədbirlər haqqında Prezidentin Sərəncamına əsasən, 68 min əhalinin yaşadığı 66 yaşayış məntəqəsini birləşdirən və 46 km uzunluğa malik avtomobil yolunun yenidən qurulması yekunlaşıb.

İcra olunan iri miqyaslı yol infrastrukturu layihəsi vətəndaşların rahat gediş-gəlişinin təmin olunması, yük və sərnişindaşımanın rahatlaşması ilə bərabər bölgədə kənd təsərrüfatı, turizm və sənayenin birbaşa inkişafına səbəb olub. 

Quba-Qonaqkənd avtomobil yolu keçdiyi ərazinin relyefinə uyğun olaraq III və IV texniki dərəcəyə uyğun olaraq yenidən qurulub. Müvafiq olaraq yolun torpaq yatağı 12 və 10 metr, hərəkət hissəsi isə 7 və 6 metr təşkil edir.

Avtomobil yolu uzun müddət əsaslı təmir olunmadan istismar olunduğundan yol geyimi və yolun əsası, həmçinin torpaq yatağı sel sularının təsirindən yuyulmuş, hərəkət hissəsində qabarmalar, çalalar əmələ gəlmişdir.

Bu səbəbdən də layihə çərçivəsində mövcud örtük sökülərək kənara daşınıb, yararsız qruntun qazılaraq çıxarılması, əvəzinə yararlı material tökülərək kipləşdirilməsi işləri görülüb, bəzi yerlərdə yolun normativ eninin alınması üçün dağ yamaclarının qaya tipli süxurları kəsilərək çıxarılıb və torpaq yatağı genişləndirilərək tələb olunan hündürlüyə qaldırılıb, yatağın yamacları mexaniki üsulla hamarlanıb.

Yol boyu 46 ədəd müxtəlif diametrli metal, azbest və dəmir-beton suötürücü borular quraşdırılaraq izolyasiya olunub.  Bundan başqa “İnşaat Norma və Qaydaları”nın tələblərinə əsasən, əsasın tikintisi və asfalt-beton örtüyün salınması işləri aparılıb. Bunun üçün əsasın alt və üst layı müvafiq olaraq qum qırmadaş və optimal qum-çınqıl qarışığı ilə tikilib. Əlaqələndirici bitum səpilməklə yola iri və xırda dənəli olmaqla yeni asfalt-beton qarışığı döşənib.

Avtomobil yolunun Təngəaltı kəndi ərazisində, sıldırım qayalıqlar arasından keçən hissəsinin genişləndirilməsi işləri aparılıb. Yolun genişləndirilməsi işləri Quba-Qonaqkənd yolunun 29-30-cu kilometrlik hissəsini əhatə edib. Çayda bənd vurulması və qayaların çapılması hesabına yolun hərəkət hissəsinin 4 metrdən 10 metrə kimi genişləndirilib.

Layihə çərçivəsində yolun 3536 və 41-ci km-lik hissəsində kiçik dağ çayları üzərində hər birinin uzunluğu 26 və 27 metr olan 1 aşırımlı 3 körpü, həmçinin yolun 43 və 46-cı km-lik hissəsində Babaçay və Cimiçay üzərində müvafiq olaraq 126 və 80 metr uzunluğa malik yeni körpülər inşa edilib. Hər iki körpünün ətrafında müvafiq olaraq 280 və 160 metr uzunluğunda su nizamlayıcı və sahil bərkidici dəmir-beton istinad divarları tikilib.

Quba rayonunun AmsarNügədiPüstəqasımQam-qam, Təngəaltı və başqa yaşayış məntəqələrini əhatə edən layihənin sonuncu mərhələsində avtonəqliyyat vasitələrinin normal hərəkətinin təşkili üçün yollar boyu yol nişanları quraşdırılıb, yolcizgi və yolgöstərici xətlər, həmçinin piyada zolaqları çəkilməklə müasir yol infrastrukturu yaradılaraq vətəndaşların istifadəsinə verilib.

Sözügedən yolun yenidən qurulması yol boyu yaşayan əhalinin gediş-gəlişini asanlaşdırmaqla yanaşı, həm də onların tədarük etdikləri kənd təsərrüfatı məhsullarını və meyvə-tərəvəzi qısa vaxtda istədikləri ünvanlara çatdırmağa imkan yaradır, rayonun turizm imkanlarını genişləndirir.

YOLUNUZ AÇIQ OLSUN...




Yol-xeber.az xəbər verir ki, Vətəndaşların rahat gediş-gəlişinin təmin olunması istiqamətində 2021-ci ilin “İnvestisiya Proqramı”na uyğun olaraq, Sabunçu rayonu, Bakıxanov qəsəbəsində 3.2 km uzunluğa malik Nazim İsmayılov küçəsi əsaslı şəkildə təmir edilib. Küçənin eni ortalama 10 metr təşkil edir.

Aparılan təmir işləri çərçivəsində Nazim İsmayılov küçəsi boyunca köhnə asfalt-beton örtüyünün üst qatı frezlənərək kənara daşınıb. Paralel olaraq küçə boyu səth sularının normal kənarlaşdırılması üçün nəzərdə tutulmuş yağış-kanalizasiya sistemi də bərpa olunaraq işlək vəziyyətə gətirilib, yeraltı kommunikasiya xətlərinə yeni baxış qapaqları qoyulub. 

Bununla yanaşı küçə boyu zəruri olan yerlərdə piyada səkiləri bərpa olunub, köhnə səki daşları yenisi ilə əvəz edilib, mümkün ərazilərdə parkinq yerləri təşkil edilib. Daha sonra isə “İnşaat Norma və Qaydaları”na uyğun olaraq küçəyə 2 laydan ibarət yeni asfalt-beton örtüyünün döşənməsi işləri icra olunub. 

Sonuncu mərhələdə avtonəqliyyat vasitələrinin normal hərəkətinin təmin edilməsi üçün üfiqi nişanlanma xətlərinin çəkilişi işləri aparılıb, zəruri yerlərdə yol nişanları quraşdırılıb. 

Bütün işlər Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin rəhbərliyinin nəzarəti altında tərtib olunmuş qrafikə uyğun şəkildə aparılıb. 

Təmir aparılan küçə Bakıxanov qəsəbəsində vətəndaşların əsas istifadə etdiyi ərazilərdən biri olduğu üçün təmir-bərpa işlərinin aparılması gediş-gəlişin rahatlaşmasına, sərnişindaşımanın daha da asanlaşmasına gətirib çıxarıb. 

Cari ilin “İnvestisiya Proqramı”na uyğun olaraq Sabunçu rayonu ərazisində təmirə ehtiyacı olan və ümumi uzunluğu 9 km təşkil edən qəsəbədaxili küçə və yol təmir edilib. 

Belə ki, rayonun Bakıxanov qəsəbəsində təmiri yenicə bitmiş 3.2 km uzunluğa malik Nazim İsmayılov küçəsindən başqa 3.1 km uzunluğa malik Bəşir Bünyadov küçəsi, Bilgəh qəsəbəsində hər birinin uzunluğu 1 km olan Əliağa Ağayev və Rəsul Rza küçələri, Ramana qəsəbəsində uzunluğu 700 metr təşkil edən Mərkəzi küçə əsaslı şəkildə təmir edilib. 

Xatırladaq ki, Prezident İlham Əliyevin Sərəncam və tapşırıqları əsasında AAYDA tərəfindən 2019-2020-ci illərdə isə Sabunçu rayonunun qəsəbələrini əhatə edən ümumi uzunluğu 200 km-dən çox olan küçə və yol təmir edilib. 

YOLUNUZ AÇIQ OLSUN...

Xəbər lenti