![]() |
|
Vətəndaşların rahat gediş-gəlişini təmin etmək məqsədi ilə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən Bakı şəhəri, Nərimanov rayonu ərazisində kompleks tədbirlər icra olunur. Bu tədbirlər çərçivəsində cari ilin “İnvestisiya Proqramı”na əsasən Ağa Nemətulla küçəsi əsaslı şəkildə təmir edilir.
Uzunluğu 1.8 km təşkil edən küçədə aparılan yenidənqurma işləri zamanı köhnə asfalt-beton örtüyünün üst qatı frezlənərək kənara daşınır, mövcud piyada səkiləri bərpa olunur, zəruri yerlərdə yeniləri inşa edilir, üzərinə tamet daşlar döşənir, küçə boyu hər bir tərəfdə yeni səki daşları düzülür, xüsusi parkinq yerləri yaradılır.
Bundan başqa 2 nöqtədə vətəndaşların küçəni daha rahat və təhlükəsiz keçməsini təmin etmək məqsədi ilə yol ayrıcında təhlükəsizlik adacıqları inşa edilir.
Layihə çərçivəsində həmçinin səth sularının yolun hərəkət hissəsindən kənarlaşdırılması üçün mövcud yağış-kanalizasiya sistemi bərpa olunur, yeni yağış barmaqlıqları quraşdırılır, kommunikasiya xətlərinin baxış qapaqları yenisi ilə əvəz olunur.
Son mərhələdə isə küçə zəruri yol nişanları, üfiqi nişanlanma xətləri və piyada zolaqları ilə təmin olunaraq müasir görkəmdə vətəndaşların istifadəsinə veriləcək.
Sadalanan işlər artıq küçənin Mirzə Uluqbəy və Fətəli Xan Xoyski küçələri arasında yerləşən 480 metr uzunluğa malik hissəsində yekunlaşıb. Küçənin sözügedən hissəsində 6460 kv.m sahəyə 2 laydan ibarət yeni asfalt-beton örtüyü döşənib.
Hazırda əsaslı təmir işləri küçənin Fətəli Xan Xoyski küçəsi ilə Heydər Əliyev prospekti arasında yerləşən hissəsində davam etdirilir.
Nərimanov rayonu ərazisində təmir işlərinin aparıldığı daha bir ərazi Qarabağ küçəsidir. 900 metr uzunluğa malik küçə genişləndirmə işləri aparılmaqla əsaslı şəkildə təmir olunur.
Ümumilikdə isə cari il ərzində ümumi uzunluğu 11 km-dən çox olan 15-dən artıq küçə və yolun təmir olunması nəzərdə tutulurdu ki, artıq bu çərçivədə işlər tamamlanmaq üzrədir.
Xatırladaq ki, ölkə başçısının tapşırığına əsasən, agentlik tərəfindən 2019-2020-ci illər ərzində Nərimanov rayonu ərazisində 20 km-dən çox uzunluğa malik küçə və yol təmir edilib.
YOLUNUZ AÇIQ OLSUN...
Yol-xeber.az xəbər verir ki, Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları ərazisində dövlətimizin başçısının tapşırığı ilə icra olunan yol infrastrukturu layihələrindən biri olan Şükürbəyli-Cəbrayıl-Hadrut avtomobil yoluna asfalt-beton örtüyünün döşənməsi işlərinə başlanılıb.
Şükürbəyli-Cəbrayıl-Hadrut avtomobil yolu başlanğıcını Hacıqabul-Mincivan-Zəngəzur dəhlizi magistral avtomobil yolunun Cəbrayıl rayonu Şükürbəyli kəndindən keçən hissəsindən götürməklə Xocavənd rayonunun Hadrut qəsəbəsinə qədər uzanır. Yolun uzunluğu 39.7 km-dir.
Avtomobil yolu Qarabağın inkişaf planı nəzərə alınmaqla 4 hərəkət zolaqlı olmaqla I texniki dərəcəyə uyğun inşa edilir. Yolun hərəkət hissəsi 14 metr təşkil edir.
İş həcmi və layihənin qısa müddət ərzində yekunlaşdırılması tapşırığı nəzərə alınaraq tikintini Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin “13 N-li Xüsusi Təyinatlı Yol İstismarı” MMC ilə subpodratçı olaraq yol tikintisi sahəsində ixtisaslaşmış yerli şirkət “Körpü-Bina-Tikinti” MMC birgə icra edir.
Artıq avtomobil yolunun ilk 11 km-lik hissəsində torpaq işləri və suni qurğuların inşası işləri bitib. Qeyd olunan ərazinin ilk 3 km-lik hissədə yeni yol yatağının inşası, yolun profilə salınması işləri həyata keçirilib, yol əsası inşa edilib və hamarlayıcı lay asfalt-beton örtüyü döşənib. Hazırda asfalt-beton örtüyünün alt layı döşənir. 3 və 5-ci km-lik hissədə isə yolun genişləndirilməsi, əsasın alt və üst layının tikintisi işləri icra olunub, texnoloji ardıcıllığa uyğun olaraq digər inşaat işləri agentlik tərəfindən davam etdirilir.
Yol boyunca suların ötürülməsini təmin etmək məqsədi ilə 38 dairəvi boru və 7 düzbucaqlı su keçidi, həmçinin tikilən yolun ətraf mühitə, o cümlədən faunaya mənfi təsirini azaltmaq məqsədilə 11 yolaltı keçidin tikintisi də icra olunur. Artıq layihə üzrə nəzərdə tutulan 12 dairəvi boru və 5 yolaltı keçidin inşası yekunlaşıb.
Ümumilikdə isə yolun genişləndirilərək profilə salınması və I texniki dərəcəyə uyğun 21.5 metr enində yol yatağının inşası davam etdirilir, yol yatağı hazır olan hissələrdə yol əsasının tikintisi və hamarlayıcı layın asfalt-beton örtüyünün döşənməsi işləri aparılır.
Şükürbəyli-Cəbrayıl-Hadrut avtomobil yolunun 1, 18, 19, 26, 30 və 38-ci km-lik hissələrində 6 avtomobil körpüsünün inşası da davam edir. Körpülərdən biri Hacıqabul-Mincivan-Zəngəzur dəhlizi magistral avtomobil yolu ilə kəsişmədə layihələndirilib. Bununla da sözügedən avtomobil yolundan magistral yola rahat giriş-çıxış təmin olunacaq.
Yolun normativ eninin alınması üçün müəyyən hissələrdə qaya tipli süxurlar mexanizmlə kəsilirək, çətin relyefə malik dağlıq ərazidən keçən yolun layihə eninin alınması üçün dağların partladılması üsulu ilə yol yatağı inşa edilir.
Tikinti işləri “İnşaat Norma və Qaydaları”nın tələblərinə əsasən, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin rəhbərliyinin birbaşa nəzarəti altında həyata keçirilir.
Şükürbəyli-Cəbrayıl-Hadrut avtomobil yolu işğaldan azad edilmiş Xocavənd, Füzuli və Cəbrayıl rayonlarının ərazisindən keçir. Avtomobil yolu Hadrut qəsəbəsi və Cəbrayıl şəhəri də daxil olmaqla sözügedən rayonların 20-ə yaxın yaşayış məntəqəsini əhatə edəcək.
Yol-xeber.az xəbər verir ki, Qarabağ və Şərqi Zəngəzur İqtisadi rayonları ərazisində icra olunan yol infrastrukturu layihələrindən biri olan Bərdə-Ağdam avtomobil yolunun tikintisi sürətlə davam etdirilir.
Başlanğıcını Bərdə şəhərindən götürən Bərdə-Ağdam avtomobil yolunun uzunluğu 45 kilometr təşkil edəcək. Dövlət başçısının tapşırığına əsasən, Bərdə-Ağdam avtomobil yolu Qarabağın inkişaf planı nəzərə alınmaqla 4 hərəkət zolaqlı olmaqla I texniki dərəcəyə uyğun olaraq inşa edilir.
Hazırda Bərdə-Ağdam avtomobil yolunun 6-45-ci kilometrlik hissəsində torpaq işlərinin icrası davam etdirilir. Belə ki, xüsusi texnikalardan istifadə olunmaqla yararsız qrunt qazılaraq çıxarılır, genişləndirmə işləri aparılmaqla 26.5 metr enində yeni yol yatağının inşası istiqamətində addımlar atılır. Yol yatağı hazır olan hissələrdə yol əsasının tikintisi işləri aparılır.
İş həcmi və layihənin qısa müddət ərzində yekunlaşdırılması tapşırığı nəzərə alınaraq tikintini Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin “54 N-li Yol İstismarı” MMC ilə subpodratçı şirkət olaraq “Körpü-Bina-Tikinti” MMC birgə icra edir.
Yeni inşa edilən yol boyunca layihəyə uyğun suların ötürülməsini təmin etmək məqsədilə 79 dairəvi suötürücü boru, 5 düzbucaqlı su keçidi, həmçinin zəruri olan yerlərdə 5 yeraltı keçidin tikinisi də davam etdirilir. Yol üzərində 2 yeni avtomobil körpüsünün və 1 yol ötürücünün tikintisi isə yekunlaşmaq üzrədir.
Belə ki, Bərdə-Ağdam avtomobil yolunun 25 və 40-cı kilometrlik hissəsində yerləşən 18.2 metr uzunluğa malik 1 aşırımlı körpü və 32.2 metrlik yol ötürücü üçün svay qazma işləri və dayaqların inşası aparılıb. Uzunluğu 91.3 metr təşkil edən körpünün hazır olan dayaqları üzərinə isə aşırım tirləri quraşdırılıb.
1-ci texniki dərəcəli avtomobil yolu boyunca hərəkətin təhlükəsizliyini təmin etmək məqsədilə 8 nöqtədə geriyə dönmə hissələrinin yaradılması, 24 yerdə isə avtobus dayanacaqlarının inşası da həyata keçiriləcək.
Yolun tikintisinin qısa müddət ərzində icra edilməsini təmin etmək məqsədilə ərazidə yeni düşərgə inşa edilib. Düşərgədə asfalt-beton zavodu, maşın-mexanizmlərin saxlanılması və xidməti üçün xüsusi ərazi, həmçinin işçilər üçün hər bir şəraiti olan ofis, yeməkxana və dincəlmək üçün yerlər qurulub.
Qeyd edək ki, Bərdə-Ağdam avtomobil yolu işğaldan azad edilmiş Ağdam şəhərinə qədər inşa edilir. Avtomobil yolunun ilk 14 kilometrlik hissəsi Bərdə şəhəri və rayonun bir neçə yaşayış məntəqəsinin daxilindən keçir. Ümumilikdə isə yol Bərdə və Ağdam şəhərləri də daxil olmaqla, sözügedən rayonların 20-dən çox yaşayış məntəqəsini əhatə edəcək.
BÜTÜN YOLLAR QARABAĞA APARIR...
Yol-xeber.az xəbər verir ki, Giləzi–Xızı (18 km)–Qarabulaq avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamına uyğun olaraq, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən yenidənqurma işlərinə start verilib.
Sözügedən yolun uzunluğu 11.7 kilometrdir. Yolun layihə üzrə hərəkət hissəsinin eni 6 metr, çiyinlərin eni isə hər bir istiqamət üzrə 2 metrə qədər təşkil edəcək.
Uzun müddət əsaslı şəkildə təmir olunmayan torpaq əsaslı avtomobil yolunun eni və uzunu tikinti norma və standartlara uyğun deyildi. Bu üzdən torpaq işlərinin yerinə yetirilməsi tələb olunurdu. Bundan başqa texnoloji ardıcıllıqla yeni yol geyiminin tikilməsi zərurəti yaranmışdır.
Hazırda avtomobil yolu IV texniki dərəcəyə uyğun yenidən qurulur.
Layihə çərçivəsində deformasiyaya uğramış mövcud örtük və yararsız qrunt qazılıb çıxarılıb, əvəzinə yararlı material tökülərək əks-dolğu və kipləşdirmə işləri aparılıb. Tikinti norma və standartlarına uyğun olaraq, növbəti mərhələ üzrə qum-çınqıl və optimal-qırmadaş qarışıqlarından istifadə olunmaqla yol əsasının alt və üst layının inşası işləri də icra olunub.
Yol boyu yaşayan vətəndaşların pay torpaqlarında becərdikləri kənd təsərrüfatı məhsullarının suvarılması və məişətdə istifadəsi üçün yolun altından suların ötürülməsi məqsədi ilə mövcud metal və dəmir-beton borular bərpa olunub, zəruri olan yerlərdə müxtəlif diametrli yeni boruların tikintisi işləri yerinə yetirilib.
Hazırda texnoloji ardıcıllığa uyğun olaraq yola iri və xırda dənəli olmaqla yeni asfalt-beton örtüyünün döşənməsi işləri icra olunur. Artıq “İnşaat Norma və Qaydaları”nın tələblərinə əsasən yol örtüyünün alt layının asfalt-beton örtüyü ilə tikintisi yekunlaşmaq üzrədir.
Layihənin sonuncu mərhələsində hərəkətin normal təşkili üçün yol nişanları, km göstəriləri və siqnal dirəkləri quraşdırılacaq, üfiqi nişanlanma xətlərinin çəkilişi işləri aparılacaq.
Texnoloji ardıcıllığa uyğun olaraq, birbaşa Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin rəhbərliyinin nəzarəti altında aparılan yenidənqurma işləri kənd əhalisinin gediş-gəlişinin rahatlaşmasına gətirib çıxarmaqla bərabər, yük və sərnişin daşımasını da asanlaşdıracaq.
Tərtib olunmuş qrafikə uyğun işlərin cari ilin sonunadək aparılaraq yekunlaşdırılması üçün əraziyə lazımi sayda canlı qüvvə və texnika cəlb olunub.
YOLUNUZ AÇIQ OLSUN...
Yol-xeber.az xəbər verir ki, Giləzi–Xızı (18 km)–Qarabulaq avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamına uyğun olaraq, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən yenidənqurma işlərinə start verilib.
Sözügedən yolun uzunluğu 11.7 kilometrdir. Yolun layihə üzrə hərəkət hissəsinin eni 6 metr, çiyinlərin eni isə hər bir istiqamət üzrə 2 metrə qədər təşkil edəcək.
Uzun müddət əsaslı şəkildə təmir olunmayan torpaq əsaslı avtomobil yolunun eni və uzunu tikinti norma və standartlara uyğun deyildi. Bu üzdən torpaq işlərinin yerinə yetirilməsi tələb olunurdu. Bundan başqa texnoloji ardıcıllıqla yeni yol geyiminin tikilməsi zərurəti yaranmışdır.
Hazırda avtomobil yolu IV texniki dərəcəyə uyğun yenidən qurulur.
Layihə çərçivəsində deformasiyaya uğramış mövcud örtük və yararsız qrunt qazılıb çıxarılıb, əvəzinə yararlı material tökülərək əks-dolğu və kipləşdirmə işləri aparılıb. Tikinti norma və standartlarına uyğun olaraq, növbəti mərhələ üzrə qum-çınqıl və optimal-qırmadaş qarışıqlarından istifadə olunmaqla yol əsasının alt və üst layının inşası işləri də icra olunub.
Yol boyu yaşayan vətəndaşların pay torpaqlarında becərdikləri kənd təsərrüfatı məhsullarının suvarılması və məişətdə istifadəsi üçün yolun altından suların ötürülməsi məqsədi ilə mövcud metal və dəmir-beton borular bərpa olunub, zəruri olan yerlərdə müxtəlif diametrli yeni boruların tikintisi işləri yerinə yetirilib.
Hazırda texnoloji ardıcıllığa uyğun olaraq yola iri və xırda dənəli olmaqla yeni asfalt-beton örtüyünün döşənməsi işləri icra olunur. Artıq “İnşaat Norma və Qaydaları”nın tələblərinə əsasən yol örtüyünün alt layının asfalt-beton örtüyü ilə tikintisi yekunlaşmaq üzrədir.
Layihənin sonuncu mərhələsində hərəkətin normal təşkili üçün yol nişanları, km göstəriləri və siqnal dirəkləri quraşdırılacaq, üfiqi nişanlanma xətlərinin çəkilişi işləri aparılacaq.
Texnoloji ardıcıllığa uyğun olaraq, birbaşa Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin rəhbərliyinin nəzarəti altında aparılan yenidənqurma işləri kənd əhalisinin gediş-gəlişinin rahatlaşmasına gətirib çıxarmaqla bərabər, yük və sərnişin daşımasını da asanlaşdıracaq.
Tərtib olunmuş qrafikə uyğun işlərin cari ilin sonunadək aparılaraq yekunlaşdırılması üçün əraziyə lazımi sayda canlı qüvvə və texnika cəlb olunub.
YOLUNUZ AÇIQ OLSUN...
Yol-xeber.az xəbər verir ki, İsmayıllı rayonunda yenicə istifadəyə verilmiş Basqal-Sulut avtomobil yolu rahat gediş-gəlişi təmin etməklə yanaşı, əhatə etdiyi 11 yaşayış məntəqəsində kənd təsərrüfatı və turizmin inkişafına, yol boyu yaşayan əhalinin sosial rifah halına müsbət təsir etmiş olacaq.
Başlanğıcını respublika əhəmiyyətli Muğanlı–İsmayıllı yolunun 17-ci km-dən götürən Basqal-Sulut avtomobil yolunun inşası Prezident İlham Əliyevin 2020-ci ilin iyul ayında imzaladığı Sərəncama uyğun olaraq Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən aparılıb.
Avtomobil yolunun uzunluğu 30.1 kilometr, hərəkət hissəsinin eni isə 6 metrdir. Yol üzərində 4 yeni avtomobil körpüsü də inşa edilib. 2 hərəkət zolaqlı yol 4 min nəfər əhalinin yaşadığı Basqal, Qıçatan, Tağlabiyan, Kəlfərəc, Zeyvə, Kürdüvan, Xankəndi, Mücü, Sərsurə, Kələzeyvə və Sulut kəndlərini birləşdirir.
Əvvəllər yolun torpaq əsaslı və çınqıl örtüklü olması rahat və təhlükəsiz gediş-gəliş üçün problemlər yaradırdı. Layihəyə uyğun yolun 5-ci dərəcədən 4-cü texniki dərəcəyə təkmilləşdirilməsi bu problemləri geridə qoyub.
Yeganə Ağayeva - Basqal qəsəbəsi orta məktəb müəllimi: “Yolların təmiri başlamamışdan əvvəl məktəbə gələndə çox əziyyət çəkirdik. Prezidentin Basqal qəsəbəsinə göstərdiyi qayğı nəticəsində yolların da təmiri əsas diqqət mərkəzinə gətirildi.”
Elsevər Məmmədov - Sulut kənd sakini: “On beş dəqiqəlik rayon yolunu üç saatda gəlirdik. Gəlib, çayın o üzündə qalıb əziyyət çəkirdik. İndi şükür ki, körpümüz də var, şəraitimiz də var.”
“İnşaat Norma və Qaydaları”nın tələblərinə əsasən, yol boyu yeni yol yatağı və yol əsası, zəruri olan yerlərdə müxtəlif diametrli yeni suötürücü dairəvi borular inşa edilib, yolun asfaltlanması işləri icra olunub.
Layihənin sonuncu mərhələsində isə avtobus dayanacaqları inşa edilib, yol nişanları, məlumatverici lövhələr quraşdırılıb, üfiqi nişanlanma xətləri çəkilib. Bununla da yeni yol müasir görkəmdə vətəndaşların istifadəsinə verilib.
Novruz Əsədov- Basqal qəsəbə sakini: “ Hər bir xalqın mədəniyyəti yoldan başlayır deyirlər. Gözəl yol mədəniyyətin göstəricisidir. Bu həqiqətən də belədir. Əvəllər indi dayandığımız bu yol belə gözəl deyildi. Ümumiyyətlə tarix boyu Basqal və ətraf kəndlərə belə rahat və müasir yol salınmayıb. "Rahat yol rahat həyatın işarəsidir"- demək olar. Əvəllər çox çətin idi. Xüsusilə Basqaldan ətraf kəndlərə gediş-gəliş hədindən artıq çətin idi. Yağışlı havalarda, payız-qış mövsümündə birbaşa maneçilik, gediş-gəlişdə çətinliklər yaranırdı. Basqal turizm bölgəsidir və Basqalın ətraf kəndlərinə turistlərin gəlişi var. Bu baxımdan belə müasir yolun salınması turizmin inkişafına, ticarət əlaqələrinin yaxşılaşmasına, əhalinin gediş-gəlişinin rahatlığına şərait yaradır.”
Rüstəm Məmmədov - Kürdüvan kənd sakini: “Bu kəndlər qədim kəndlərdir. Biz həm respublikamızın daxilində olan camaatımızı, həm də xarici turistləri bura dəvət edirik. Yolumuz var, təbiət qoynunda istirahət etmək üçün bulaqlarımız var.”
Anar Nəcəfli – AAYDA-nın İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi: “Ümumiyyətlə isə sözügedən avtomobil yolunun inşası ilə Böyük Qafqazın cənub ətəklərində, səfalı İsmayıllı ərazisində yerləşən, Azərbaycanın hələ XII əsr xəritələrində adı çəkilən, ilk insan məskənlərindən biri sayılan Sulut, qədim kəndlərimizdən sayılan Qıçatan, səfalı bulaqları ilə tanınan Sərsurə, tarixi abidələri, türbələri, ibadətgahları ilə bilinən Kələzeyvə və digər kəndlərdə təsərrüfat və turizmin inkişafına gətirib çıxarmaqla yanaşı, yol boyu yaşayan əhalinin sosial rifah halına da müsbət təsir etmiş olacaq. “
YOLUNUZ AÇIQ OLSUN...
Yol-xeber.az xəbər verir ki, Dövlət başçısının tapşırığına uyğun olaraq, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən turizmin inkişafı və yeni turizm marşrutlarının yaranmasına gətirib çıxaracaq yol infrastrukturu layihələrinin icrası həyata keçirilir. Məhz bu çərçivədə Ağstafa rayonunda “Keşikçidağ” Dövlət tarix-mədəniyyət qoruğuna gedən yeni avtomobil yolunun inşası davam etdirilir.
“Keşikçidağ” Dövlət tarix-mədəniyyət qoruğuna gedən yeni avtomobil yolu başlanğıcını yerli əhəmiyyətli Ağstafa-Poylu-Gürcüstan Respublikası ilə dövlət sərhədi avtomobil yolunun 38-ci km-dən götürür. II texniki dərəcəyə uyğun olaraq inşa edilən avtomobil yolunun uzunluğu 32 km təşkil edir.
Layihə çərçivəsində yolun torpaq yatağının eni 15 metr, asfalt-beton örtüyünün eni isə 9 metrdir.
Yol boyu yararsız qrunt qazılaraq çıxarılıb, əvəzinə yararlı çınqıl materialı tökülərək kipləşdirmə işləri aparılaraq yeni yol yatağı inşa edilib. Bundan başqa yolun relyefdən aşağı olan hissələrində torpaq yatağının qaldırılması üçün işlər görülüb, yolun normativ eninin alınması üçün müəyyən hissələrdə qaya tipli süxurlar mexanizmlə kəsilərək, yol yatağı genişləndirilib.
Bu işlərə paralel olaraq yolun altından suların ötürülməsi üçün yeni suötürücü boruların quraşdırılması, həmçinin digər süni qurğuların inşası işləri də icra olunub.
Hazırda zəruri materialdan istifadə olunmaqla yeni yol əsasının inşası, yol əsası hazır olan hissələrə isə yeni asfalt-beton örtüyünün döşənməsi işləri icra olunur.
Layihənin sonuncu mərhələsində avtobus dayanacaqlarının inşası, avtonəqliyyat vasitələrinin normal hərəkətini təmin etmək məqsədi ilə yol nişanı, km göstəricisi və məlumatverici lövhələrin, həmçinin siqnal dirəklərinin quraşdırılması işlərinin aparılması da nəzərdə tutulur.
Bütün işlər texnoloji ardıcıllığa uyğun olaraq və yüksək keyfiyyətlə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin rəhbərliyinin nəzarəti altında aparılır. İşlərin nəzərdə tutulmuş müddət ərzində icra olunaraq yekunlaşdırılması üçün tikinti sahəsinə kifayət qədər qüvvə cəlb olunub.
Təxminən 6-cı əsrə aid edilən “Keşikçidağ” Dövlət tarix-mədəniyyət qoruğunun turizm əhəmiyyəti nəzərə alınaraq və turistlərin bu abidəni ziyarət etməsini asanlaşdırmaq üçün inşa edilən yeni avtomobil yolu regionun potensial imkanlarının genişləndirilməsi və turizmin inkişafı baxımından önəmli rola malikdir. Layihənin reallaşması yeni turizm marşrutlarının yaranmasına da şərait yaradacaq.
YOLUNUZ AÇIQ OLSUN...
Yol-xeber.az xəbər verir ki, Kürdəmir rayonunun Qarasaqqal–Cəyli avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında Prezidentin Sərəncamına uyğun olaraq Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən yenidənqurma işləri sürətlə davam etdirilir.
Başlanğıcını Ağsu–Kürdəmir–Bəhrəmtəpə avtomobil yolunun 26-cı km-dən götürən və 13 km uzunluğu malik Qarasaqqallı-Cəyli yolu Kürdəmir rayonunun 4 minə yaxın əhalinin yaşadığı 2 yaşayış məntəqəsini birləşdirir.
Qarasaqqallı-Cəyli avtomobil yolu qara və çınqıl örtük əsaslı olduğundan gediş-gəlişdə, xüsusən payız-qış mövsümündə problemlər yaşanırdı. Artıq qeyd olunan problem aradan qaldırılır, çünki yol boyu işlər texnoloji ardıcıllığa riayət olunmaqla və keyfiyyətlə aparılır.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən tikinti ərazilərinə kifayət qədər canlı qüvvə və texnika cəlb olunmaqla aparılan yenidənqurma işləri çərçivəsində uzun müddət əsaslı şəkildə təmir olunmadan istismar olunan və deformasiyaya uğramış yol 4-cü texniki dərəcəyə uyğun təkmilləşdirilir.
13 km uzunluğa malik avtomobil yolunun deformasiyaya uğramış örtüyünün bərpası məqsədi ilə zəruri yerlərdə yol yatağı qazılaraq çıxarılıb, genişləndirmə işləri aparılmaqla 10 metr enində yeni yol yatağının inşası istiqamətində addımlar atılıb. Daha sonra qum-çınqıl və optimal-qırmadaş qarışığından yol əsasının tikintisi işləri həyata keçirilib.
Texnoloji ardıcıllıqla aparılan tikinti işlərinin növbəti mərhələsi çərçivəsində artıq yolun asfaltlanması işlərinə start verilib. Yol örtüyünün alt layının 7 sm qalınlıqda iri dənəli, üst layının isə 5 sm qalınlıqda xırda dənəli asfalt-beton örtüyü ilə tikintisi aparılır. Bu işlər 80 min kv.m-dən çox ərazini əhatə edir.
Layihə çərçivəsində yol boyu yararsız vəziyyətdə olan suötürücü boruların yeniləri ilə əvəz edilməsi və yenilərinin quraşdırılması işləri də görülüb. Bunun üçün müxtəlif diametrli dairəvi dəmir-beton borulardan istifadə olunub.
Yol boyu avtonəqliyyat vasitələrinin normal hərəkətini təmin etmək məqsədi ilə yol nişanı, km göstəricisi və məlumatverici lövhələrin, həmçinin siqnal dirəklərinin quraşdırılması işləri aparılacaq, həmçinin avtobus dayanacaqları inşa ediləcək.
Bu tədbirlərin icrası, ilk növbədə, Qarasaqqallı-Cəyli marşrutu üzrə yaşayan əhalinin rahatlığını təmin edir, onların mənzil başına təhlükəsiz çatmalarına imkan yaradır. Bundan başqa, yolların bu cür müasir səviyyəyə çatdırılması, təkcə yol üzərində olan kəndləri deyil, ümumilikdə, həmin rayonun sosial-iqtisadi inkişafına töhfə verir və yolboyu yerləşən yaşayış məntəqələrində sakinlərə əlavə iqtisadi imkanlar açır.
YOLUNUZ AÇIQ OLSUN..
Yol-xeber.az xəbər verir ki, 2021-ci ilin “İnvestisiya Proqramı”na uyğun olaraq, Nəsimi rayonu ərazisində 800 metr uzunluğa malik Alı Mustafayev küçəsinin yan yollarında, 3 mikrorayon dairəsindən “Xutor dairəsi” adlanan əraziyədək olan hissəsində agentlik tərəfindən yenidənqurma işləri aparılıb.
2 hərəkət zolaqlı olmaqla, eni ortalama 8 metr təşkil edən Alı Mustafayev küçəsinin sözügedən hissəsinin uzun müddət təmir edilməməsi hərəkətin rahat və təhlükəsizliyini təmin etmirdi.
Layihə çərçivəsində vətəndaşların küçənin kənarı ilə rahat və təhlükəsiz hərəkətini təmin etmək üçün mövcud piyada səkiləri bərpa olunub, yeni səki daşları düzülüb. Küçə boyu köhnə örtük yeni asfalt-beton örtüyü ilə əvəz olunub.
Bundan başqa səth sularının normal kənarlaşdırılması üçün nəzərdə tutulmuş yağış-kanalizasiya sistemi bərpa olunaraq işlək vəziyyətə gətirilib, yeni yağış barmaqlıqları və yeraltı kommunikasiya xətlərinə baxış qapaqları qoyulub.
Layihənin sonuncu mərhələsində avtonəqliyyat vasitələrinin normal hərəkətinin təmin edilməsi məqsədi ilə zəruri yerlərdə yol nişanları quraşdırılıb, yolcizgi və yolgöstərici xətlər, həmçinin piyada zolaqları çəkilməklə küçə müasir görkəmdə vətəndaşların istifadəsinə verilib.
Bununla da cari ilin “İnvestisiya Proqramı”na əsasın rayon ərazisində ümumi uzunluğu 6 km-dən çox olan 12 küçənin əsaslı təmiri işləri icra olunub.
Xatırladaq ki, dövlət başçısının tapşırığına əsasən, agentlik tərəfindən 2019-2020-ci illər ərzində Nəsimi rayonu ərazisində ümumi uzunluğu 10 km-dən çox olan küçə təmir edilib.
YOLUNUZ AÇIQ OLSUN...