"Yol-xeber.az"un xəbərinə görə, Vətəndaşların rahat gediş-gəlişinin təmin olunması istiqamətində dövlət başçısının tapşırığına uyğun olaraq, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən Yasamal rayonu Bəsti Bağırova küçəsi əsaslı şəkildə yenidən qurulur. Küçənin uzunluğu 450 metr təşkil edir. 

Aparılan işlər çərçivəsində küçənin köhnə asfalt-beton örtüyünün üst qatı frezlənərək kənara daşınıb, yararsız səki daşları sökülərək 1100 p/metr uzunluğunda yeni səki daşları ilə əvəz olunub. Hazırda 8390 kv.m sahədə yeni piyada səkiləri yaradılır, 6530 kv.m sahədə hərəkət hissədə asfaltlanma işləri icra olunur.    

Bu işlərə paralel olaraq  səth sularının normal kənarlaşdırılmasını təmin etmək məqsədi ilə yağış-kanalizasiya sistemi bərpa olunaraq işlək vəziyyətə salınıb,  küçə boyu yeni yağış barmaqlıqlarının, həmçinin yeraltı kommunikasiya xətlərinin dəmir-beton plitələrinin qaldırılaraq 78 ədəd yeni baxış qapaqlarının qoyulması nəzərdə tutulub. 

Yenidənqurma işlərinin son mərhələsində küçə zəruri yol nişanları, üfiqi nişanlanma xətləri, piyada zolaqları  xüsusi parkinq yerləri ilə təmin olunaraq vətəndaşların istifadəsinə veriləcək. 

“İnşaat Norma və Qaydaları”nın tələblərinə əsasən aparılan yenidənqurma işləri mərhələli şəkildə 462 metr uzunluğa malik Məhəmməd Naxçıvani küçəsində, həmçinin Giləzi (110m), Murtuza Muxtarov (329m), Cabbar Qaryağdıoğlu (188m), Mirzə Fətəli Axundov (119)  Mustafa Sübhi (119m) küçələrində də aparılacaq.

Xatırladaq ki, Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən İnvestisiya Proqramları çərçivəsində 2019-2021-ci illər ərzində Yasamal rayonu ərazisində 20 km-dən çox uzunluğa malik küçə əsaslı şəkildə təmir edilib.

YOLUNUZ AÇIQ OLSUN...

Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları ərazisində icra olunan və işğaldan azad edilmiş rayon və kəndlərin sosial-iqtisadi inkişafında mühüm rol oynayacaq yol infrastrukturu layihələrindən daha birinin tikintisinə start verilib.

"Yol-xeber.az"un xəbərinə görə, söhbət 2021-ci ilin oktyabr ayının 17-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın Füzuli rayonuna səfəri zamanı təməli qoyulan Ağdam-Füzuli avtomobil yolunun inşasından gedir.

Yolun tikintisi Prezident İlham Əliyevin 2021-ci ilin avqustunda imzaladığı Sərəncamla təsdiq olunmuş “İşğaldan azad edilmiş ərazilərin yenidən qurulması və bərpası layihəsi” çərçivəsində həyata keçirilir.

Uzunluğu 64,8 kilometr, hərəkət hissəsinin eni 15 metr təşkil edəcək yol 4 hərəkət zolaqlı olacaq. Yol çiyinlərinin hər iki istiqamətdə 3,75 m, ayırıcı zolağın eni 2 m olmaqla yol yatağının eni 26,5 metr təşkil edəcək. I texniki dərəcəli yol boyu layihə üzrə 380 metr istinad divarı inşa olunacaq.

Hazırda Ağdam-Füzuli avtomobil yolunda torpaq işlərinin icrası aparılır. Belə ki, xüsusi texnikalardan istifadə olunmaqla yararsız qrunt qazılaraq çıxarılır, genişləndirmə işləri aparılmaqla 26,5 metr enində yeni yol yatağının inşası istiqamətində addımlar atılır. Yol yatağı hazır olan hissələrdə yol əsasının tikintisi, bərabər olaraq bəzi hissələrdə isə bitki qatının qazılaraq çıxarılması, həmçinin kommunikasiya xətlərinin köçürülməsi işləri görülür.

Yol boyunca layihəyə uyğun suların ötürülməsini təmin etmək məqsədilə 60 suötürücü boru,8 düzbucaqlı su keçidi, həmçinin zəruri olan yerlərdə 5 yeraltı keçidin və yol üzərində 3 yeni avtomobil körpüsünün tikintisi nəzərdə tutulub. Bundan başqa yolboyu avtobus dayanacaqlarının və digər infrastrukturun inşası aparılacaq.

İş həcmi və layihənin qısa müddət ərzində yekunlaşdırılması tapşırığı nəzərə alınaraq tikintini Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin “43 N-li Yol İstismarı” MMC, “41 N-li Yol İstismarı” MMC ilə birgə subpodratçı olaraq yol tikintisi sahəsində ixtisaslaşmış Türkiyənin “Kalyon RSY İnşaat Adi Ortaklığı Ticari İşletmesi” şirkəti, yerli şirkətlər olaraq isə “Körpü-Bina-Tikinti” MMC və "North West Construction MMC" icra edir.

Bərdə-Ağdam avtomobil yolunun davamı olan bu Ağdam-Füzuli avtomobil yolu Ağdam, Ağcabədi, Füzuli ərazilərindən keçəcək. Yolun inşası Bərdədən Ağdam və Füzuliyədək, həmçinin əks istiqamətdə insanların rahat gediş-gəlişini təmin edəcək.

Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamı ilə yaradılmış işğaldan azad edilmiş ərazilərdə məsələlərin mərkəzləşmiş qaydada həlli ilə bağlı Əlaqələndirmə Qərargahının İdarələrarası Mərkəzinin nəzdində fəaliyyət göstərən Nəqliyyat, rabitə və yüksək texnologiyalar üzrə İşçi Qrupundan verilən məlumata görə, yenidən qurulan Bərdə-Ağdam dəmir yolunda Köçərli və Təzəkənd stansiyalarının inzibati binası və sərnişin platformasının tikintisinə başlanılıb. 

Prezident İlham Əliyevin 24 noyabr 2020-ci il tarixli Sərəncamına əsasən Bərdə-Ağdam dəmir yolu xəttinin tikinti-quraşdırma işlərinə 2020-ci ilin dekabr ayının əvvəlində start verilib.

Bərdə-Ağdam dəmir yolu xəttinin ox üzrə uzunluğu 47,1 kilometrə bərabərdir. Layihə çərçivəsində dörd ədəd stansiyanın, üç ədəd körpünün, bir ədəd yolötürücünün, 23 ədəd avtomobil yolu ilə eyni səviyyədə kəsişmənin və ümumilikdə 127 ədəd süni mühəndisi qurğunun tikintisi planlaşdırılır.

 

"Yol-xeber.az"un xəbərinə görə, Tikinti işləri iki mərhələdə həyata keçirilir. Birinci mərhələ Bərdə-Köçərli-Təzəkənd stansiyalarını əhatə etməklə 20,78 km, ikinci mərhələ isə Təzəkənd-Ağdam stansiyalarını əhatə etməklə 26,32 km təşkil edir.

Birinci mərhələ üzrə dəmir yolu xəttinin torpaq yatağının tikintisi işlərinə 2020-ci ilin dekabr ayında, süni qurğuların tikintisinə 2021-ci ilin fevral ayında, yolun üst quruluşu elementlərinin tikintisinə isə 2021-ci ilin avqust ayında başlanılıb.

Artıq birinci mərhələ üzrə torpaq işləri 98 faiz həcmində yerinə yetirilib, həmçinin 35 ədəd suötürücü boru, iki ədəd körpü, səkkiz ədəd ehtiyat keçidi tam tikilib. 16,8 km dəmir yolunun üst quruluşu elementləri və 18 ədəd yoldəyişdirən qurğu quraşdırılıb. Köçərli və Təzəkənd stansiyalarının inşası da birinci mərhələ çərçivəsində aparılır. Ümumilikdə birinci mərhələ üzrə tikinti-quraşdırma işləri 65 faiz yerinə yetirilib.

İkinci mərhələ üzrə dəmir yolu xətti minalandığından tikinti-quraşdırma işləri minatəmizləmə prosesinə paralel həyata keçirilir.

Bərdə-Ağdam dəmir yolunun tikintisinin 2023-cü ildə yekunlaşdırılması planlaşdırılır.



Prezident İlham Əliyev tərəfindən 2021-ci ilin oktyabr ayının 3-də Tərtər rayonunda təməli qoyulan Talış-Tapqaraqoyunlu-Qaşaltı sanatoriyasına gedən avtomobil yolunun inşası davam etdirilir.

Avtomobil yolu Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları ərazisində dövlətimizin başçısının tapşırığı ilə icra olunan və işğaldan azad edilmiş rayon və kəndlərin sosial-iqtisadi inkişafında mühüm rol oynayacaq layihələrindən biri sayılır.

4 yaşayış məntəqəsini birləşdirən yolun ümumi uzunluğu 22 kilometr təşkil edəcək.

Dövlətimizin başçısının tapşırığına əsasən Qarabağın inkişaf planı nəzərə alınmaqla avtomobil yolunun 19 km-lik hissəsi II, 3 km-lik hissəsi isə IV texniki dərəcəyə uyğun inşa edilir. Müvafiq olaraq yolun layihə üzrə hərəkət hissəsinin eni 19 km-lik hissədə 9 metr3 km-lik hissədə isə 6 metr, torpaq yatağının eni 14 və 10 metr, çiyin hissələrin eni isə 2x2.5 (5 m)  2x2 (4 m) metr təşkil edəcək.

Hazırda yolboyu genişmiqyaslı tikinti işləri aparılır. Yolun ilk 1.8 km-lik hissəsində asfaltlanma işləri icra olunub və səki daşları yeniləri ilə əvəz olunub. Yolun 19 km-lik hissəsində layihəyə uyğun olaraq torpaq yatağı tikintisi aparılıb. Bunun üçün yararsız qrunt müxtəlif dərinliklərdə qazılaraq çıxarılıb, əks-dolğu işləri aparılmaqla kipləşdirilib. Yolun relyefdən aşağı olan hissələrində torpaq yatağının qaldırılması üçün yararlı qrunt tökülərək yayılıb, yol yatağı genişləndirilib. 

Avtomobil yolunun altından suların ötürülməsini təmin etmək məqsədi ilə mövcud borular yeniləri ilə əvəz olunur, lazım olan yerlərdə isə əlavə olaraq suötürücü boruların quraşdırılması işləri icra olunur. Torpaq yatağı hazır olan hissələrdə yol əsası inşa edilir. Daha sonra layihəyə uyğun olaraq yola yeni asfalt-beton örtüyünün döşənməsi işləri icra olunacaq. 

Layihə çərçivəsində İncə çayı üzərində yeni avtomobil körpüsünün tikintisi də nəzərdə tutulur.

Layihənin sonuncu mərhələsində avtobus dayanacaqlarının inşası, avtonəqliyyat vasitələrinin normal hərəkətini təmin etmək məqsədi ilə yol nişanıkm göstəricisi və məlumatverici lövhələrin quraşdırılması işləri aparılacaq.

Bütün işlər “İnşaat Norma və Qaydaları”nın tələblərinə əsasən agentliyin rəhbərliyinin nəzarəti altında, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin “17 №-li Yol İstismarı” MMC-i tərəfindən icra olunur.

Tərtər rayonunun Talış, Goranboy rayonunun Tapqaraqoyunlu və Qaşaltı Qaraqoyunlu kəndlərini keçməklə Naftalan şəhərinə doğru uzanan yeni yolun inşası yolboyu yerləşən yaşayış məntəqələrinin sakinlərinin rahat gediş-gəlişi ilə bərabər bölgənin sosial-iqtisadi inkişafına töhfə verəcək, həmçinin Tərtər şəhəri ilə yanaşı alternativ olaraq Naftalan şəhərindən də bu istiqamətdə rahat və təhlükəsiz hərəkəti təmin edəcəkdir.

BÜTÜN YOLLAR QARABAĞA APARIR...



Yol-xeber.az xəbər verir ki, Vətəndaşların rahat gediş-gəlişini təmin etmək məqsədi ilə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən Bakı şəhəriNərimanov rayonu ərazisində kompleks tədbirlər icra olunur. Bu tədbirlər çərçivəsində “İnvestisiya Proqramı”na əsasən daha bir küçə əsaslı şəkildə təmir edilib. Söhbət Əlicabbar Orucəliyev küçəsindən gedir.

Əlicabbar Orucəliyev küçəsinin əsaslı şəkildə təmir olunmuş hissəsinin uzunluğu 534 metr təşkil edir.

Bəzi hissələrdə genişləndirmə aparılmaqla icra olunan təmir işləri zamanı mövcud piyada səkiləri 960 kv.m sahədə bərpa olunub, küçə boyu hər bir tərəfdə 1040 p/m yeni səki daşı düzülüb.

Küçənin hərəkət hissəsinə 4500 kv.m sahədə 2 laydan ibarət yeni asfalt-beton örtüyü döşənib.

Layihə çərçivəsində səth sularının yolun hərəkət hissəsindən kənarlaşdırılması üçün mövcud yağış-kanalizasiya sistemi bərpa olunub, 23 yeni yağış barmaqlığı quraşdırılıb, kommunikasiya xətlərinin 13 baxış qapağı yenisi ilə əvəz olunub.

Son mərhələdə isə küçə zəruri yol nişanlarınişanlanma xətləripiyada zolaqları və parklanma yerləri ilə təmin olunaraq müasir görkəmdə vətəndaşların istifadəsinə verilib. 

Ümumilikdə isə 2021-ci il ərzində Nərimanov rayonunda ümumi uzunluğu 11 km-dən çox olan 15-dən artıq küçə və yolun təmiri aparılıb.

Xatırladaq ki, dövlət başçısının tapşırığına əsasən, agentlik tərəfindən 2019-2020-ci illər ərzində Nərimanov rayonu ərazisində 20 km-dən çox uzunluğa malik küçə və yol təmir edilib.

YOLUNUZ AÇIQ OLSUN...

 

 



Yol-xeber.az xəbər verir ki, Respublika əhəmiyyətli Hacı Zeynalabdin Tağıyev-Sumqayıt avtomobil yolunda metal konstruksiyalı yeni piyada keçidi inşa olunur.

Vətəndaşların avtomobil yollarını rahat və təhlükəsiz keçməsini təmin etmək istiqamətində Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən yerüstü piyada keçidi H.Z.Tağıyev-Sumqayıt avtomobil yolunun 3.84-ci km-də inşa edilir. 

Piyada küçidinin uzunluğu 30, eni isə 3.5 metrdir. 

Sözügedən yolun 4.59 və 8.76-cı km-lik hisələrində də daha iki bu cür piyada keçidinin inşası nəzərdə tutulur.

YOLUNUZ AÇIQ OLSUN...



Yol-xeber.az xəbər verir ki, Vətəndaşların rahat gediş-gəlişinin təmin olunması istiqamətində dövlət başçısının tapşırığına uyğun olaraq, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən avtomobil yolları, küçə və prospektlərdə təmir-bərpa, yenidənqurma işləri davam etdirilir.

Bu çərçivədə Bakı Nəqliyyat Agentliyinin pilot layihəsi əsasında agentlik tərəfindən Yasamal rayonu Bəsti Bağırova və Məhəmməd Naxçıvani küçələrində, həmçinin bu küçələrlə kəsişən GiləziMurtuza MuxtarovCabbar QaryağdıoğluMirzə Fətəli Axundov və Mustafa Sübhi küçələrinin əsaslı şəkildə yenidən qurulması nəzərdə tutulur. Yenidənqurma işlərinin aparılması nəzərdə tutulan 7 küçənin ümumi uzunluğu 1777 metrdir

Təmir-bərpa işlərinə Bəsti Bağırova küçəsində start verilib. Küçənin uzunluğu 450 metr, hərəkət hissəsinin eni ortalama 14.5 metr təşkil edir. 

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən aparılan işlər çərçivəsində küçənin köhnə asfalt-beton örtüyünün üst qatı frezlənərək kənara daşınır, yararsız səki daşları sökülərək 1100 p/metr uzunluğunda yeni səki daşları ilə əvəz olunur, yeni piyada səkiləri salınır. 

Küçə üzrə müasir şəhərsalma qaydalarına uyğun olaraq mövcud piyada səkilərinin bərpası və zəruri yerlərdə yenilərinin inşası ilə piyadayönümlülüyün artırılması hədəflənir. Yenidənqurma işləri çərçivəsində küçə üzrə piyada səkilərinin sahəsi 8390 kv.m, avtonəqliyyat vasitələrinin hərəkət etdiyi hissənin sahəsi isə 6530 kv.m təşkil edəcək.   

Bu işlərə paralel olaraq küçə boyu səth sularının normal kənarlaşdırılmasını təmin etmək məqsədi ilə yağış-kanalizasiya sisteminin bərpa olunaraq işlək vəziyyətə salınması, yeni yağış barmaqlıqlarının, həmçinin yeraltı kommunikasiya xətlərinin dəmir-beton plitələrinin qaldırılaraq 78 ədəd yeni baxış qapaqlarının qoyulması da nəzərdə tutulub. 

Bununla yanaşı ərazidə aidiyyəti qurumlar tərəfindən yeraltı kommunikasiya xətlərinin yenilənməsi, zəruri yerlərdə yeni xətlərin çəkilməsi işləri də aparılır. Bu isə gələcəkdə sözügedən küçələrdə örtüyün vaxtından əvvəl zədələnməsini sığortalamış olacaq.

Yenidənqurma işlərinin son mərhələsində küçə zəruri yol nişanlarıüfiqi nişanlanma xətləripiyada zolaqları və xüsusi parkinq yerləri ilə təmin olunaraq vətəndaşların istifadəsinə veriləcək. 

“İnşaat Norma və Qaydaları”nın tələblərinə əsasən aparılan yenidənqurma işləri mərhələli şəkildə 462 metr uzunluğa malik Məhəmməd Naxçıvani küçəsində, həmçinin Giləzi (110m)Murtuza Muxtarov (329m)Cabbar Qaryağdıoğlu (188m)Mirzə Fətəli Axundov (119) və Mustafa Sübhi (119m) küçələrində də aparılacaq. 

Xatırladaq ki, Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən İnvestisiya Proqramları çərçivəsində 2019-2021-ci illər ərzində Yasamal rayonu ərazisində 20 km-dən çox uzunluğa malik küçə əsaslı şəkildə təmir edilib.

YOLUNUZ AÇIQ OLSUN...




Yol-xeber.az xəbər verir ki, Vətəndaşların rahat gediş-gəlişini təmin etmək məqsədi ilə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən Bakı şəhəri, Nərimanov rayonu ərazisində kompleks tədbirlər icra olunur. Bu tədbirlər çərçivəsində “İnvestisiya Proqramı”na əsasən daha bir küçə əsaslı şəkildə təmir edilib. Söhbət Qarabağ küçəsindən gedir.

Qarabağ küçəsinin əsaslı şəkildə təmir olunmuş Gülarə Qədirbəyova və Əliağa Vahid küçələri arasında yerləşən hissəsinin uzunluğu 900 metr təşkil edir.

Genişləndirmə aparılmaqla icra olunan təmir işləri zamanı mövcud piyada səkiləri 3650 kv.m sahədə bərpa olunub, küçə boyu hər bir tərəfdə və yol ayrıcına 4 min p/m-dən artıq yeni səki daşı düzülüb. 

Küçə boyu 12 min kv.m sahədə 2 laydan ibarət yeni asfalt-beton örtüyü döşənib.

Layihə çərçivəsində səth sularının yolun hərəkət hissəsindən kənarlaşdırılması üçün mövcud yağış-kanalizasiya sistemi bərpa olunub, 40 p/metr boru, 18 yeni yağış barmaqlığı quraşdırılıb, kommunikasiya xətlərinin 42 baxış qapağı yenisi ilə əvəz olunub.

Bundan başqa küçə boyu yol ayrıcında yerləşən yaşıllıq ərazi abadlaşdırılıb, vətəndaşların yaşıllıq ərazi ilə rahat və təhlükəsiz hərəkəti üçün 900 metr uzunluğunda xüsusi piyada zolağı salınıb.

Son mərhələdə isə küçə zəruri yol nişanları, üfiqi nişanlanma xətləri, piyada zolaqları və parkinq yerləri ilə təmin olunaraq müasir görkəmdə vətəndaşların istifadəsinə verilib. 

Ümumilikdə isə 2021-ci il ərzində Nərimanov rayonunda ümumi uzunluğu 11 km-dən çox olan 15-dən artıq küçə və yolun təmiri aparılıb.

Xatırladaq ki, ölkə başçısının tapşırığına əsasən, agentlik tərəfindən 2019-2020-ci illər ərzində Nərimanov rayonu ərazisində 20 km-dən çox uzunluğa malik küçə və yol təmir edilib.

YOLUNUZ AÇIQ OLSUN...


Yol-xeber.az xəbər verir ki, Yasamal rayonu ərazisində “Qanlı göl”ün qərb hissəsi boyunca Yasamal Yaşayış Kompleksinə qədər yeni avtomobil yolu inşa edilib. 

Mənzil İnşaatı Dövlət Agentliyinin sifarişi əsasında inşa olunan 2 hərəkət zolaqlı yeni yolun uzunluğu 1250 metr, eni isə 9 metr təşkil edir.

Qeyd olunan yol üzrə torpaq işi həyata keçirilib, yeni yol yatağı inşa olunub, həmçinin zəruri olan bütün yeraltı kommunikasiya xətləri çəkilib. Daha sonra qum-çınqıl və optimal qırmadaş qarışığından ibarət yol əsasının inşası işləri aparılıb. Yol boyu 3 laydan ibarət 27 sm qalınlığında asfalt-beton örtüyünün döşənməsi işləri aparılıb.

Aparılan tikinti işləri zamanı yol boyu yeni asfalt-beton örtüyü ilə yanaşı, piyada səkiləri inşa olunub, səkilərin hərəkət hissəsi asfaltlanıb. Yeni yol boyu 3475 kv.m səki tikilib, 2500 p/metr səki daşı düzülüb. 

Bu işlərə paralel olaraq küçə boyu səth sularının normal kənarlaşdırılması üçün yağış-kanalizasiya sistemi qurulub, yağış barmaqlıqları qoyulub, yolun hər bir tərəfində beton küvet inşa edilib. 

Layihənin sonuncu mərhələsində avtonəqliyyat vasitələrinin normal hərəkətinin təmin edilməsi məqsədi ilə zəruri yerlərdə yolcizgi və yolgöstərici xətlər, həmçinin piyada zolaqları çəkilib. 

Yeni yolun inşası Yasamal Yaşayış Kompleksinin yerləşdiyi əraziyə alternativ giriş-çıxış imkanı yaradır. 

Qeyd edək ki, 2021-ci ilin “İnvestisiya Proqramı”na uyğun olaraq Yasamal rayonu üzrə nəzərdə tutulan və ümumi uzunluğu 4 km olan 11 küçədə də əsaslı təmir işləri icra olunub.

Ümumilikdə isə dövlət başçısının tapşırığına əsasən, agentlik tərəfindən 2019-2021-ci illər ərzində Yasamal rayonu ərazisində 20 km-dən çox uzunluğa malik küçə əsaslı şəkildə təmir edilib.

2022-ci ilin “İnvestisiya Proqramı” çərçivəsində rayon üzrə təmiri nəzərdə tutulan digər küçə və yollarda da işlərin aparılması nəzərdə tutulur.  

YOLUNUZ AÇIQ OLSUN...



Yol-xeber.az xəbər verir ki, Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları ərazisində dövlətimizin başçısının tapşırığı ilə icra olunan və işğaldan azad edilmiş rayon və kəndlərin sosial-iqtisadi inkişafında mühüm rol oynayacaq yol infrastrukturu layihələrindən biri Qubadlı-Eyvazlı avtomobil yoludur.

IV texniki dərəcəli avtomobil yolunun uzunluğu 28.5 km-dir. Yolun 8 km-lik hissəsində torpaq yatağının genişləndirilərək normativ enə çatdırılması işləri artıq başa çatıb.

“İnşaat Norma və Qaydaları”na uyğun olaraq Qubadlı rayonu ərazisində Eyvazlı kəndinə gedən və çətin relyefə malik ərazidən keçən avtomobil yolunun layihə eninin alınması üçün qaya qruntları dağıdılmaqla torpaq yatağının tikintisi işləri davam etdirilir.

Xüsusi texnikalardan istifadə olunmaqla icra olunan işlər zamanı yol genişləndirilərək profilə salınır və IV texniki dərəcəyə uyğun torpaq yatağı inşa edilir. Qeyd olunan işlərin icrası üçün tikinti ərazisinə lazımi sayda texnika və canlı qüvvə cəlb edilib.

Yeni inşa edilən yol boyunca layihəyə uyğun suların ötürülməsini təmin etmək məqsədilə müxtəlif diametrlərə malik dairəvi boru, düzbucaqlı su keçidlərinin və alt keçidlərin, həmçinin yolun 2.5-ci km-də 122.4 metr uzunluğa malik 4 aşırıımlı, yolun 21-ci km-də isə 66 metr uzunluğunda 2 aşırımlı avtomobil körpüsünün də  inşası nəzərdə tutulur.

Yolun tikintisinin qısa müddət ərzində icra edilməsini təmin etmək məqsədilə ərazidə yeni düşərgə inşa edilib. Düşərgədə asfalt-beton zavodu, maşın-mexanizmlərin saxlanılması və xidməti üçün xüsusi ərazi, həmçinin işçilər üçün hər bir şəraiti olan ofis, yeməkxana və dincəlmək üçün yerlər qurulub.

İş həcmi və layihənin qısa müddət ərzində yekunlaşdırılması tapşırığı nəzərə alınaraq tikintini Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin “13 N-li Xüsusi Təyinatlı Yol İstismarı” MMC ilə subpodratçı şirkət olaraq “Protean Construction” ASC birgə icra edir.

Qeyd edək ki, Qubadlı-Eyvazlı avtomobil yolu işğaldan azad edilmiş Qubadlı şəhəri daxil olmaqla, MahmudluXıdırlıMəlikəhmədliQudanlıDavudluEyvazlı kəndlərinin ərazisindən keçir.

BÜTÜN YOLLAR QARABAĞA APARIR…

Xəbər lenti