İran Xarici İşlər Nazirliyi Azərbaycan-Ermənistan sərhədindəki gərginliyə münasibət bildirib.

Report xəbərinə görə, nazirliyin rəsmi nümayəndəsi Naser Kənani deyib ki, rəsmi Tehran iki ölkə sərhədindəki gərginlikdən narahatdır.

“Tərəflər təmkinli olmaldır. Gərginlik sülh və beynəlxalq hüquq əsasənda həllini tapmalıdır”, - o söyləyib.

N.Kənaninin sözlərinə görə, sərhəddəki hansısa dəyişiklik İran üçün qəbuledilməzdir: “Biz hadisələri yaxından izləyirik. Hər 2 ölkənin ərazi bütövlüyünə hörmət edilməsi vacibdir. Rəsmi Tehran 2 ölkə arasında mübahisələrin həlli üçün hər cür yardım göstərməyə hazırdır”.

Türkiyənin “Haber Global” kanalı Ermənistanın Azərbaycan qarşı son təxribatlarını şərh edib.

“Azərbaycan bir oyunla üz-üzə” adlı materialda qeyd edilir ki, Türkiyəni də bu oyunun bir parçası halına gətirməyə çalışırlar.

21-ci əsr Türkiyə İnstitutu Terror və Terrorizmlə Mübarizə Mərkəzinin sədri Ünal Atabəy mövzu ilə bağlı maraqlı açıqlamalar verib.

Daha ətraflı reportajda:

Sərhəddə bir neçə istiqamətdə baş verən qanlı hadisələr üçün bütün məsuliyyət təcavüzkar Ermənistanın hərbi-siyasi komandalığının üzərinə düşür. İrəvanın bu əməllərinin arxasında aşağıdakı niyyətlər dayanır:

1. Üçtərəfli bəyanatın şərtlərinin (işğalçı qüvvələrin Qarabağdan çıxarılması, dövlət sərhədinin delimitasiyası, demarkasiyası, yekun sülh müqaviləsinin imzalanması və s.) yerinə yetirilməməsini daha da uzatmaq.
2. Qarabağa əlavə terrorçu dəstələr göndərmək.

3. KTMT-ni bu işə cəlb etmək.
4. Kəlbəcər, Laçın və digər rayonlarda Azərbaycanın həyata keçirdiyi quruculuq işlərinə mane olmaq.
5. Azərbaycanlıların işğaldan azad edilmiş torpaqlarına qayıtmasına mane olmaq.
6. Vaxt uzatmaqla özü üçün əlverişli şəraitin yaranmasını gözləmək.
7. Qanlı təxribat təcavüzkar ölkənin hərəkətlərindən istifadə edərək yenidən regiona qayıtmaq istəyən dövlətlərin niyyətlərinə qulluq edir.

Təxribatın labüd nəticələri:

1. Qüdrətli Azərbaycan Ordusu qarşısında tab gətirə bilməyən Ermənistan bu dəfə də məğlub ediləcəkdir.
2. Azərbaycan işğaldan azad etdiyi ərazilərdə tikinti-quruculuq işlərini rahat bir şəkildə davam etdirməkdən ötrü sərhəddə təhlükəsizlik zolağı yaratmaq barədə düşünə bilər.
3. KTMT-nin müdaxiləsi, bu təşkilata üzv olan ölkələrlə Azərbaycanın ikitərəfli münasibətlərinin səviyyəsinə görə mümkün görünmür. Başqa ölkələr də təcavüzkar Ermənistanı sözdə müdafiə etsələr belə, analar öz övladlarının buralara göndərilməsinə etiraz edərlər.
4. Qarabağa gələn cinayətkar ünsürlər, milyarder qorxularından qaçıb gedəcək.

Bizim davranışlarımız

Belə şəraitlər hər bir vətəndaşdan yüksək məsuliyyət tələb edir.44 günlük müharibə göstərdi ki, Müdafiə Nazirliyimizin verdiyi məlumatlar dəqiq idi. İndi də mediamız və sosial şəbəkə istifadəçiləri ancaq nazirliyin məlumatlarına əsaslanmalıdırlar. Həmişə olduğu kimi yenə də Ordumuzun yanındayıq. “Dəmir yumruq” bu dəfə də öz işini görəcəkdir. Allah Ordumuzu qorusun və daim müzəffər eləsin!

Milli Məclisin üzvü Musa Qasımlı

Ermənistan mətbuatında Azərbaycan Ordusunun guya mülki əhalini və infrastrukturu hədəfə alması barədə yaydığı məlumatlar qarşı tərəfin böhtan xarakterli növbəti yalanıdır, dezinformasiyadır.

Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib. Bildirilib ki, bununla Ermənistan tərəfi törətdiyi genişmiqyaslı təxribatı ört-basdır etməyə və beynəlxalq ictimaiyyətin diqqətini yayındırmağa çalışır.

Ermənistan ordusunun dünənki növbəti təxribatından sonra Azərbaycan Silahlı Qüvvələrinin ildırımsürətli cavab tədbirləri nəticəsində Laçın və Kəlbəcər istiqamətlərində düşmənin xeyli canlı qüvvəsi zərərsizləşdirilib.

Bu barədə “Caliber” “Telegram” kanalı məlumat yayıb. 

Qeyd edilib ki, sərhədin müəyyən edilmiş hissəsində düşmənin hərbi infrastrukturu, o cümlədən sursat anbarları, hərbi hissələr və hava hücumundan müdafiə sistemləri sıradan çıxarılıb.

Məlumata görə, bu gün saat 9:00-dan başlayaraq tərəflər atəşin dayandırılması ilə bağlı razılıq əldə edilib.

“Razılaşmaya düşmən tərəfinin necə riayət edəcəyini müşahidə edəcəyik”, - deyə məlumatda qeyd olunub.

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov ilə ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Karen Donfrid arasında telefon danışığı baş tutub.

Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyindən məlumat verilib.

Telefon danışığı zamanı Ermənistanın genişmiqyaslı təxribatı nəticəsində davam edən toqquşmalar və gərginlik müzakirə edilib.

Nazir Ceyhun Bayramov Ermənistan silahlı qüvvələrinin Azərbaycan-Ermənistan sərhədboyu ərazilərində genişmiqyaslı təxribatları, habelə ölkəmizin ərazisinə və suverenliyinə qarşı hərbi təhlükələrin qarşısının alınması, hərbi qulluqçularımızın, o cümlədən infrastruktur işlərinə cəlb olunmuş mülki işçilərin təhlükəsizliyinin təmin edilməsi məqsədilə görülən tədbirlər barədə qarşı tərəfə məlumat verib. Nazir Ermənistanın son bir ay ərzində davamlı olaraq mövqelərimizi və mülki əhalini atəşə tutmasının, Azərbaycan sərhədləri boyunca hərbiləşməni artırmasının, ərazilərin minalanması işini davam etdirməsinin Ermənistanın genişmiqyaslı hərbi təxribata hazırlaşdığının göstəricisi olduğunu vurğulayıb.

Ermənistan tərəfinin Azərbaycana qarşı təcavüzü ilə beynəlxalq hüququn fundamental norma və prinsiplərini, habelə Azərbaycan, Ermənistan və Rusiya Federasiyası liderləri arasında imzalanmış üçtərəfli bəyanatların müddəalarını və Azərbaycanla Ermənistan arasında əldə edilmiş razılıqları kobud şəkildə pozduğu, bununla da aparılan normallaşma və sülh prosesinə tamamilə zidd olduğu diqqətə çatdırılıb. Azərbaycan tərəfindən işğaldan azad edilmiş bu ərazilərdə genişmiqyaslı bərpa və quruculuq işləri aparılan bir zaman, hərbi gərginliyin artmasında maraqlı olmadığı ABŞ tərəfinə bildirilib.

Karen Donfrid bölgədə artan gərginlik və hərbi toqquşmalardan narahatlığını diqqətə çatdırıb, hərbi əməliyyatların dərhal dayandırılmasına çağırış edib.

Yaxın gələcəkdə Ermənsitan üçün əsas gündəm mövzusu məhz Zəngəzur problemi olacaq… İndi rəsmi İrəvan üçün tez-tələsik sülh sazişinin imzalanması Ermənistanı bu təhlükədən müəyyən müddət ərzində yayındıra biləcək yeganə alternativ varianta çevrilməyə başlayıb…

 Ermənistan cəmiyyətində panik durum hökm sürür və üstəlik, bu, hər ötən gün daha da dərinləşir. Əksər erməni siyasətçilər gələcəyə yönəlik pessimistdirlər. Onlar anlayırlar ki, Ermənistan Azərbaycan ərazilərini məhz Rusiyanın hərbi və siyasi dəstəyi ilə işğal edə bilmişdi. Son 30 il ərzində də Azərbaycan ərazilərini məhz elə Rusiyanın dəstəyi ilə işğal altında saxlaya bilmişdilər.

 Ancaq bu müddət ərzində Azərbaycan dövləti inkişaf edib, müasir və güclü ordu qurub. Ermənistan isə yalnız Rusiyaya ümid bəsləyib, inkişafa doğru hər hansı addım atmayıb. Üstəlik, indi Rusiyanın dəstəyi də demək olar ki, yoxdur. Hətta olsa belə, Kremlin dəstəyi artıq Azərbaycanın hədəflərinə müqavimət göstərilməsi baxımından, qətiyyən yetərli deyil.

Eyni zamanda, Cənubi Qafqazda geopolitik vəziyyət də ciddi şəkildə Azərbaycanın xeyrinə dəyişib. 44 günlük II Qarabağ savaşından və bir müddət öncə reallaşdırılan “Qisas” antiterror əməliyyatından sonra bu region Azərbaycanın siyasi iradəsi altındadır. Və indi Cənubi Qafqazda geopolitik şərtləri məhz rəsmi Bakı diqtə edir.

865049d5-4b31-4d0d-8cd0-d35f3cd66f3a.jpg (294 KB)
Digər tərəfdən, Azərbaycanın hərbi-strateji müttəfiqi, NATO-nun ən güclü iki üzvündən biri olan Türkiyə də Cənubi Qafqaza artıq yerləşməyə imkan tapıb. İndi Azərbaycan-Türkiyə bu regionda hakimi-mütləq statusuna sahibdir. Azərbaycanın enerji resurslarına ciddi ehtiyac duyan ABŞ və Qərb də Cənubi Qafqazda Türk İttifaqının maraqları ilə hesablaşmaq məcburiyyətindədir.

Nəhayət, Cənubi Qafqazda həmişə güclü təsir mexanizmlərinə sahib olmuş Rusiyanın regional maraqları da sürətlə dəyişməyə başlayıb. Çar Rusiyası dövründə Türk dünyası çöğrafiyasında “tampon bölgə” kimi önəm daşıyan “erməni faktoru” son vaxtlar Kreml üçün ciddi problemlər yaradır. Kremlin hətta “erməni faktoru”ndan xilas olaraq, Türk dünyası ilə daha sıx iqtisadi-ticari əməkdaşlıq münasibətləri qurmağa hazırlaşdığı barədə də müəyyən məlumatlar var.

Təbii ki, bütün bunlardan Ermənistanın siyasi elitası da xəbərdardır. Ermənistan cəmiyyətində mövcud olan qorxu və xofun əsas səbəbləri də məhz bu önəmli amillə bağlıdır. Çünki, rəsmi İrəvanın müəyyən ümidlər bəslədiyi ABŞ və Qərbin qarşısını həm Türkiyənin regiondakı mövqeləri, həm də Azərbaycanın enerji potensialı kəsir.

Digər tərəfdənsə, Rusiya Ermənistana yönəlik himayə ənənəsindən imtina etməyə başlayıb. Hazırda Ukrayna savaşında zəifləmiş Kreml Cənubi Qafqazda itirmək təhlükəsi ilə üzləşdiyi mövqelərinin ABŞ və Qərbin əlinə keçə biləcəyindən narahatdır. Ona görə də, Rusiya Cənubi Qafqazdakı mövqelərini Türkiyəyə ötürməkdə daha çox maraqlıdır. Belə olacağı təqdirdə, Kreml normal münasibətlərə malik olduğu və etimad etdiyi Azərbaycan-Türkiyə İttifaqının sayəsində Cənubi Qafqaz bölgəsindən Rusiyaya qarşı yönələcək gələcək təhlükələri bloklaya bilər.  

00910f44-60a0-460f-b4f0-0a08613795df.jpg (260 KB)
Nəzərə almaq lazımdır ki, son bir ay ərzində Türkiyənin Rusiyaya məhsil ixracı artıq 750 milyon dollar həcminə yaxınlaşıb. İndiki situasiyada Türkiyə ilə belə iqtisadi-ticari tərəfdaşlıq Rusiya üçün taleyüklü xarakter daşıyır. Eyni zamanda, Kreml Rusiyanın enerji resurslarını yaxın gəlcəkdə məhz Türkiyə üzərindən dünya bazarlarına çıxarılmasının planlarını qurur. Yəni, Türkiyə Rusiya üçün strateji tərəfdaşa çevrilmək üzrədir.

Ona görə də, Ermənistan cəmiyyətində də artıq tam əmindirlər ki, Azərbaycan zaman keçdikcə, daha da güclənir və həm regionda, həm də ümumiyyətlə, dünyada mövqelərini möhkəmləndirir. Bu isə o deməkdir ki, rəsmi Bakı istənilən halda, Azərbaycana aid bütün əraziləri mütləq geri alacaq. Ermənsitan isə buna əngəl ola bilməyəcək.

Təbii ki, belə vəziyyətdə ermənilər Azərbaycan ərazilərini işğal altında saxlamağın yolları barədə deyil, Ermənistanın mövcudluğunu qorumaq haqda düşünmək məcburiyyətindədirlər. Çünki yaxın gələcəkdə Ermənsitan üçün əsas gündəm mövzusu məhz Zəngəzur problemi olacaq. Rəsmi Bakı tarixi sənədlərə və faktlara istinadən, Ermənistan qarşısında Zəngəzur məsələsini artıq ciddi şəkildə qaldırmağa başlayıb. Yəqin ki, bu baxımdan, Azərbaycan və Ermənistan arasında tam normal münasibətlər də məhz Zəngəzur problemi həll edildikdən sonra mümkün ola bilər.

Maraqlıdır ki, Ermənistanın baş naziri Nikol Paşinyan da Vladivostokda erməni icmasının nümayəndələri ilə görüşündə “Demarkasiya və delimitasiya prosesi ilə bağlı təhlükələr var” deməklə, bu reallığı etiraf edib. Erməni baş nazir rəsmi Bakının Zəngəzurla bağlı qərar və mövqeyindən ciddi şəkildə narahat olduğunu gizlədə bilməyib: “Azərbaycan beynəlxalq platformalarda Ermənistana qarşı heç bir ərazi iddiasının olmadığını bəyan edir. Amma “Şərqi Zəngəzur” ifadəsi işlədilirsə, təbii ki, “Qərbi Zəngəzur” da var. Bütün bunların içində gizli iddialar var”.

f711b80691530f846ecd40a6ab0e02d0.jpg (293 KB)
Məsələ ondadır ki, baş nazir N.Paşinyanı hazırda ən çox Azərbaycan-Ermənistan sərhədlərinin hansı xəritələrə istinadən demarkasiya və demilitasiya olunacağı daha çox narahat edir: “Azərbaycanda belə bəyanatlar var ki, məsələn, müəyyən ilin xəritəsi Zəngəzurun “qanunsuz olaraq, Ermənistana verildiyini”, yaxud bəzi yaşayış məntəqələrinin “qanunsuz olaraq, Ermənistana verildiyini” “təsdiq edir”. Bu, dağıdıcı yanaşma olmaqla yanaşı, Azərbaycanın daxili təhdidlərini və ambisiyalarını da ortaya qoyur. Biz irəli getməliyik və demarkasiya, delimitasiya məsələsini həll etməyi bacarmalıyıq, Qarabağ məsələsinin həllini tapmağı bacarmalıyıq”.

Göründüyü kimi, baş nazir Nikol Paşinyan ciddi şəkildə narahat olması ilə yanaşı, həm də erməni diasporuna Zəngəzurun da əldən çıxa biləcəyini anlatmağa çalışır. Böyük ehtimalla o, erməni diasporuna demək istəyir ki, Ermənistanın Azərbaycanla ən qısa zamanda sülh sazişi imzalamasına müqavimət göstərilməsi daha təhlükəli vəziyyət yarada bilər.

Əgər, rəsmi İrəvan sülh sazişinin imzalanması ilə bağlı vaxtı uzadarsa və şansı qaçırarsa, Azərbaycanın Ermənistandan Zəngəzuru geri tələb etməsi qaçılmaz xarakter daşıya bilər. Ona görə də, indi rəsmi İrəvan yalnız tez-tələsik sülh sazişini imzalamaqla, Ermənistanı bu təhlükədən müəyyən müddət ərzində yayındıra bilər. Yəni, Paşinyan hakimiyyətinin qarşısında hazırda ya sülh sazişi, ya da Qərbi Zəngəzurun itirilmə təhlükəsi ilə bağlı ciddi dilemma var. Və Ermənistanın gələcək taleyi məhz rəsmi İrəvanın bu iki variantdan hansını seçəcəyindən birbaşa asılı olacaq.

Ermənistanda Arazdəyən-Mehri-Horadiz dəmiryolu xəttinin inşası dondurulub.

Belə bir iddia ilə Ermənistan mətbuatı çıxış edib.

Bildirilir ki, müharibədən sonrakı ilk aylarda Azərbaycanla Ermənistan arasında kommunikasiyaların açılması dedikdə ilk növbədə sovet dövründə mövcud olmuş dəmir yolu xətlərinin bərpası nəzərdə tutulurdu. İndi isə məsələ gündəlikdən çıxarılıb və hazırda avtomobil yollarının inşasına üstünlük verilir. Son 4 ayda bu sahədə heç bir irəliləyiş olmayıb.(APA)

Bakıda Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizinin inkişafına dair Azərbaycan, Rusiya və İran rəsmiləri arasında keçirilmiş birinci üçtərəfli görüşün yekunlarına dair Bakı Bəyannaməsi imzalanıb.

"Sənədə Azərbaycanın Baş nazirinin müavini Şahin Mustafayev, Rusiyanın Baş nazirinin müavini Aleksandr Novak, İranın yollar və şəhərsalma naziri Rüstəm Qasemi imza atıb.

Bəyannaməyə əsasən, tərəflər dəhlizin potensialından tam istifadə etmək üçün infrastruktur və nəqliyyat imkanlarının qiymətləndirilməsi, eləcə də təhlili sahəsində əməkdaşlığa hazır olduqlarını bildirirlər və 2030-cu ilə qədər 3 ölkənin əraziləri arasında 30 milyon ton tranzit və ikitərəfli yüklərin təklif olunan hədəflərini nəzərə alırlar.

Qeyd olunur ki, tərəflər dəhlizin inkişafı kontekstində öz əraziləri vasitəsilə nəqliyyat və tranzit əməliyyatlarının və prosedurlarının asanlaşdırılması məsələləri ilə məşğul olur üçün Birgə İşçi Qrupunun yaradılmasının əhəmiyyətini və bir ay ərzində ilk iclası keçirmək niyyətində olduqlarını vurğulayıblar. Bundan başqa, tərəflər bir ay ərzində Rəşt-Astara dəmir yolu layihəsi üzrə saziş layihəsini hazırlamaq və 2022-ci ilin sonunadək danışıqlara başlamaq niyyətində olduqlarını bildirirlər.

Həmçinin tərəflər regionda bütün iqtisadi və nəqliyyat əlaqələrini yeni nəqliyyat kommunikasiyalarının yaradılması yolu ilə blokdan çıxarmağa çalışır. Bəyannamədə İranın Çanahar limanının dəhlizə inteqrasiyası alqışlanıb.

Sentyabrın 9-da Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin Türkiyə kontingentində səlahiyyət müddəti başa çatan general-leytenant Abdullah Katırcını qəbul edib.

Bu barədə Azərbaycan Müdafiə Nazirliyindən məlumat verilib.

Görüşdə Azərbaycan ilə Türkiyə arasında bütün münasibətlərin, o cümlədən hərbi əməkdaşlığın qardaşlıq, dostluq üzərində qurulduğu xüsusi vurğulanıb.

Müdafiə naziri general-leytenant A.Katırcıya gələcək fəaliyyətində uğurlar arzulayıb.

Qeyd edək ki, Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin Türkiyə kontingentinə bundan sonra general-mayor Fatih Akpınar rəhbərlik edəcək.

Xəbər lenti