![]() |
|
“Azərbaycanın Qarabağda qələbəsindən sonra Cənubi Qafqazda sülh imkanı yarandı. Hərtərəfli sülh sazişi üçün danışıqlar davam edir".
Bunları Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu fransalı həmkarı ilə Ketrin Kolonna ilə görüşündə deyib.
Çavuşoğlu həmçinin Fransanın Ketrin Kolonnadan Fransadakı türk və müsəlman icmalarının məscid və dərnəklərinin təhlükəsizliyi üçün lazım olan bütün tədbirləri görməyə çağırıb.
“Fransadakı türk və müsəlman icmalarının məscid və dərnəklərinin təhlükəsizliyi üçün bütün lazımi tədbirlərin görülməsini gözləyirik”, - Türkiyənin xarici siyasət idarəsinin rəhbəri vurğulayıb.
Türkiyənin XİN rəhbəri qeyd edib ki, rəsmi Ankara Liviyadakı mövcud problemin seçki yolu ilə həll olunacağına inanır.
Fransanın xarici işlər naziri Ketrin Kolonna Rusiya Ukraynaya - müstəqil və suveren bir ölkəyə hücum etdiyini vurğulayıb. Qeyd edib ki, Rusiya rəhbərliyi öz ölkəsini çıxılmaz vəziyyətə saldığını anlayıb.
Görüşdə digər regional məsələlər də müzakirə edilib.
“Rusiyanın Primorsk diyarındakı Sergeyevski poliqonunda avqustun 31-də başlayan «Şərq-2022” strateji komanda-qərargah təlimləri davam edir. Təlimlərə 14 ölkədən 50 mindən çox hərbçi, 5 mindən çox silah və hərbi texnika, o cümlədən 140 təyyarə, 60 döyüş gəmisi, kater və dəstək gəmisi cəlb olunub. Təlimlərdə Azərbaycan, Əlcəzair, Ermənistan, Belarus, Hindistan, Qazaxıstan, Qırğızıstan, Çin, Laos, Monqolustan, Nikaraqua, Suriya və Tacikistanın hərbçiləri bu və ya digər şəkildə iştirak edirlər”.
Bunu “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu deyib. Politoloq bildirib ki, Qərbin sərt sanksiyaları fonunda Rusiyanın bu təlimlərdə məqsədi özünə yaxın bildiyi dövlətləri bir yerə toplamaqdır:
“Uzaq Nikaraqua ilə Monqolustanı, Hindistanla Çini və ya Azərbaycanla Ermənistanı vahid təlimdə yalnız Rusiya amili birləşdirir. Təsadüfi deyil ki, təlimlərin açılışında iştirak edən Rusiya müdafiə nazirinin müavini Yunus-Bek Yevkurov açılış nitqində deyib ki, təlimlərdə iştirak edən dövlətləri yalnız sərhədləri yaxınlığında hərbi təhlükəsizliyin möhkəmləndirilməsi zərurəti bağlamır, həm də ölkələr arasında uzun müddətli dostluq münasibətləri, yaşlı nəsillər tərəfindən qoyulmuş ümumi qəhrəmanlıq keçmişi bağlayır. Halbuki, Azərbaycanla Ermənistan və ya Çinlə Hindistan arasında hansı dost münasibətlərdən danışmaq mümkündür? Azərbaycanla Ermənistan arasında sülh sazişi mövcud deyil, Çinlə Hindistan arasında isə sərhəd problemi və tez-tez sərhədin dağlıq hissəsində toqquşmalar var. Bu arada, Hindistanın öz istehsalı olan ilk təyyarədaşıyan gəmisi “Vikrant”-ın dəniz sınaqlarının dördüncü mərhələsi başa çatıb və bundan sonra gəmi ölkənin Hərbi Dəniz Qüvvələrinə qəbul edilə bilər. Bu gəmi Rusiya istehsalı olan “MiQ” qırıcılarını, həmçinin Rusiyanın “Ka-31” və Amerikanın “MH-60R” helikopterlərini daşıyacaq. Hindistan təyyarədaşıyan gəmidə digər təyyarə və helikopterlərin yerləşdirilməsini də nəzərdən keçirir. Hindistanda təyyarədaşıyan gəminin layihələndirilməsi işlərinə 1999-cu ildə başlanılıb, on il sonra gəminin özülü qoyulub və 2013-cü ilin avqustunda suya buraxılıb. Pandemiya təyyarədaşıyan gəminin avadanlıqları ilə bağlı işləri ləngidib. Hazırda işlər yekunlaşıb”.
E.Şahinoğlu əlavə edib ki, Hindistanın hərbi gücünü artırması və okeanlarda üzə bilən təyyarədaşıyan gəmilərinin üzməsinin səbəbi bəllidir:
“Vaxtilə okenlarda yalnız ABŞ-ın təyyarə daşıyan gəmiləri üzər və bu Amerikanın dünyadakı hərbi gücünün nümayişi idi. Bu, Hindistanı narahat etmirdi. Çünki ABŞ Hindistan üçün təhlükə yaratmırdı. Ancaq hazırda belə gəmilər Çində də var. Çinin bölgədə artan hərbi gücü və təyyarədaşıyan gəmiləri Hindistanı ciddi narahat etməyə başladı. Bu səbəbdən Hindistan Çindən geri qalmamağa çalışır. Dehli Çinin planlarından narahatdır. Bu səbəbdən Hindistanla Çinin eyni hərbi təlimlərdə iştirakı sadəcə simvolik xarakter daşıyır”.
Şirvan şəhər Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinə yeni rəis təyin olunub.
Lent.az-ın əldə etdiyi məlumata görə, bu barədə daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb. Əmrə əsasən, şəhərin Dövlət Yol Polisi Bölməsinə kapitan Sadiq Əliyev təyin edilib.
Qeyd edək ki, Şirvan şəhər Polis Şöbəsinin DYP bölməsinin keçmiş rəisi, polis polkovnik-leytenantı Afət Mirzəyev bu ilin mart ayında təqaüdə göndərilib.
İtaliyada keçirilən 48-ci beynəlxalq Çernobbio Forumunda iştirak edən Prezident İlham Əliyev daha bir səmimi görüntüsü ilə diqqət çəkib.
Real TV-nin “stand-up” edən jurnalisti Kamran Qasımov qəfildən Prezidentin zala daxil olduğunu görür. Azərbaycanın media nümayəndəsini görən ölkə başçısı onunla salamlaşaraq tədbir salonuna daxil olub.
Görüntülər qısa müddətdə sosial şəbəkələrdə viral olub.
“Bizim enerji strategiyamızın ikinci mərhələsi nəhəng qaz yataqlarının işlənməsi oldu. Azərbaycanın isbat edilmiş qaz ehtiyatı 2,6 trilyon kubmetrdir”.
AZƏRTAC xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İtaliyada keçirilən 48-ci beynəlxalq Çernobbio Forumunda “Enerji təhlükəsizliyinin təmin olunmasında Azərbaycanın rolu” mövzusunda çıxış edərkən bildirib.
Dövlətimizin başçısı Azərbaycanın artıq on ildən çoxdur ki, qonşu dövlətlər üçün etibarlı qaz ixracatçısına çevrildiyini vurğulayıb.
“Cənub Qaz Dəhlizinin əsas və son mərhələsi olan TAP layihəsinin istifadəyə verilməsindən bu günədək, yəni, il yarım keçdikdən sonra Azərbaycan Türkiyə və Gürcüstanla yanaşı, üç Avropa ölkəsinin təbii qaz ixracatçısına çevrilib”.
AZƏRTAC xəbər verir ki, bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İtaliyada keçirilən 48-ci beynəlxalq Çernobbio Forumunda “Enerji təhlükəsizliyinin təmin olunmasında Azərbaycanın rolu” mövzusunda çıxışı zamanı deyib.
Dövlətimizin başçısı bildirib ki, ötən müddət ərzində Avropaya 13,5 milyard kubmetr qaz ixrac olunub, bunun da 11,7 milyard kubmetri İtaliyanın payına düşür.
“Bu il biz qazın həcmini daha da artırmağı və İtaliya bazarına 10 milyard kubmetrə yaxın qaz ixrac etməyi planlaşdırırıq”, - deyə Azərbaycan Prezidenti qeyd edib.
“Keçən ay Azərbaycanla Avropa İttifaqı arasında “Avropa Komissiyası tərəfindən təmsil olunan Avropa İttifaqı ilə Azərbaycan Respublikası arasında enerji sahəsində Strateji Tərəfdaşlığa dair Anlaşma Memorandumu” imzalandı. Düşünürəm ki, bu sənədin imzalanması bizim enerji resurslarımızın daha da inkişaf etdirilməsi istiqamətində atılmış çox mühüm addım idi”.
AZƏRTAC xəbər verir ki, bu fikri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İtaliyada keçirilən 48-ci beynəlxalq Çernobbio Forumunda “Enerji təhlükəsizliyinin təmin olunmasında Azərbaycanın rolu” mövzusunda çıxışı zamanı söyləyib.
“Bu memorandum enerji sahəsində gələcək əməkdaşlıq üçün yol xəritəsi rolunu oynayır. Bu sənədə əsaslanaraq deyə bilərəm ki, biz Avropaya təbii qaz ixracımızı iki dəfə artırmağı planlaşdırırıq. Əminəm ki, buna nail ola biləcəyik, - deyə dövlətimizin başçısı vurğulayıb.
“Ukrayna-Rusiya müharibəsi başlayandan sonra təbii qaz məsələsi Avropanın gündəliyində duran əsas məsələlərdən birinə çevrilib. Bir çox layihələr mövcuddur ki, bunlardan biri də tikintisi yekunlaşmaqda olan Yunanıstan-Bolqarıstan İnterkonnektorudur. Buna bənzər digər layihə İonik-Adriatik boru kəməridir. Bu kəmərlə Azərbaycan qazı üç Balkan ölkəsinə nəql ediləcək”.
AZƏRTAC xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İtaliyada keçirilən 48-ci beynəlxalq Çernobbio Forumunda “Enerji təhlükəsizliyinin təmin olunmasında Azərbaycanın rolu” mövzusunda çıxışı zamanı bildirib.
Dövlətimizin başçısı deyib ki, son dövrdə Azərbaycana 10-dan çox ölkədən - Gürcüstan, Türkiyə, İtaliya, Bolqarıstan və digərlərindən ya mövcud qaz təchizatının artırılması, ya da qaz təchizatına yeni qoşulma ilə bağlı rəsmi müraciətlər daxil olub.
“Artan enerji tələbatını ödəmək üçün bizim, əlbəttə, sıx əməkdaşlığa və koordinasiyaya ehtiyacımız var”.
AZƏRTAC xəbər verir ki, bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İtaliyada keçirilən 48-ci beynəlxalq Çernobbio Forumunda “Enerji təhlükəsizliyinin təmin olunmasında Azərbaycanın rolu” mövzusunda çıxışı zamanı deyib.
“Biz bu məqsədlə Avropa İttifaqı ilə artıq rəsmi olaraq enerji sahəsində dialoqa başlamışıq. Bu dialoq təkcə təbii qaz deyil, enerji bazarının digər seqmentlərini, xüsusilə də elektrik enerjisi, hidrogen və yaşıl enerji seqmentlərini əhatə edir”, - deyə dövlətimizin başçısı bildirib.
“Azərbaycanın enerji təhlükəsizliyi ilə bağlı strategiyası bir neçə mərhələyə bölünüb. Birinci mərhələdə müstəqilliyimizin bərpasından sonrakı üç il ərzində, yəni, 1994-cü ildə Azərbaycan Xəzər dənizində əməkdaşlıq etmək üçün xarici dövlətlərin aparıcı enerji şirkətlərini dəvət edən ilk dövlət idi. Tezliklə biz Avropa bazarına və əsasən də İtaliyaya neft ixracat edən ölkəyə çevrildik”.
Yol-xeber.az AZƏRTAC-a istinadən xəbər verir ki, bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İtaliyada keçirilən 48-ci beynəlxalq Çernobbio Forumunda “Enerji təhlükəsizliyinin təmin olunmasında Azərbaycanın rolu” mövzusunda çıxışı zamanı bildirib.
Azərbaycanın uzun illər boyu İtaliyanın ən böyük neft təchizatçısı olduğunu diqqətə çatdıran dövlətimizin başçısı deyib:
“Açıq dənizə çıxışı olmayan ölkə kimi bizim ixrac kəmərlərinə ehtiyacımız var idi. Biz strateji neft boru kəmərlərini Aralıq dənizi limanında yerləşən Türkiyəyə və Gürcüstanın Qara dəniz limanına çəkdik, dünya bazarına enerji tədarükünü şaxələndirməklə Avropanın enerji xəritəsini dəyişdirməyi bacardıq”.