Azərbaycan və Almaniya müdafiə nazirlikləri arasında ikitərəfli danışıqlar aparılıb.

Bu barədə Azərbaycan Müdafiə Nazirliyinin Mətbuat xidmətindən bildirilib.

“Azərbaycan Respublikası Müdafiə Nazirliyi və Almaniya Federativ Respublikası Federal Müdafiə Nazirliyi arasında 2022-ci il üçün ikitərəfli əməkdaşlıq Proqramı”na uyğun olaraq Müdafiə Nazirliyinin Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsində hər iki qurum arasında danışıqlar keçirilib.

Tərəflər iki ölkə arasında hərbi sahədə əməkdaşlığın cari vəziyyəti və inkişaf perspektivləri, eləcə də regional və beynəlxalq təhlükəsizlik məsələləri barədə ətraflı fikir mübadiləsi aparıblar.

Prezident İlham Əliyev Yaponiyanın Baş naziri Fumio Kişidaya məktub ünvanlayıb.

Yol-xeber.az xəbər verir ki, məktubda deyilir:

"Hörmətli cənab Baş nazir,

Bu il biz Azərbaycan Respublikası ilə Yaponiya arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyini qeyd edirik. Bu əlamətdar hadisə ilə əlaqədar Sizi ürəkdən təbrik edir, dost xalqınıza ən xoş və səmimi arzularımı çatdırıram.

Biz Azərbaycan ilə Yaponiya arasındakı münasibətlərə xüsusi əhəmiyyət veririk. Sevindirici haldır ki, ötən dövr ərzində dostluq əlaqələrimiz inkişaf etmiş, iqtisadiyyat, energetika, investisiya, maliyyə və qarşılıqlı maraq doğuran digər sahələrdə əməkdaşlığımız genişlənmişdir. Yaponiyanı təmsil edən şirkətlər ölkəmizdə bir sıra vacib layihələrə cəlb olunub və uğurla fəaliyyət göstərirlər. Eyni zamanda əməkdaşlığımızın prioritet istiqamətlərindən olan enerji sektorunda səmərəli işbirliyimiz təqdirəlayiqdir.

Bu gün ölkələrimiz arasında qarşılıqlı hörmət və etimada əsaslanan əlaqələrin və müxtəlif sahələrdə əməkdaşlığımızın daha da dərinləşməsi üçün geniş imkanlar mövcuddur. İnanıram ki, bu imkanlardan istifadə edərək birgə səylərimizlə Azərbaycan-Yaponiya ənənəvi dostluq münasibətlərinin və qarşılıqlı faydalı əməkdaşlığımızın bundan sonra da inkişafına və möhkəmlənməsinə nail olacağıq.

Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Yaponiya xalqına əmin-amanlıq və rifah diləyirəm".

IV Azərbaycan Beynəlxalq Müdafiə (ADEX) Sərgisində ilk dəfə uzaqdan idarə olunan stabilizə silah sistemi nümayiş etdirilir.

Report xəbərinə görə, silah sistemi Azərbaycanın Müdafiə Sənayesi Nazirliyi tərəfindən istehsal olunub.

Qeyd edək ki, uzaqdan idarə olunan stabilizə silah sistemi 2021-ci ildə istehsal edilib. Silahın avtomatik hədəfin izlənməsi, avtomatik ballistik hesablama kimi özəllikləri var.

 

 

 

 

İbrahim Həsən oğlu Cəfərov Azərbaycan Dövlət Aqrar Universitetinin rektoru vəzifəsindən azad edilib.

"Yol-xeber.az" xəbər verir ki, bu barədə Prezident İlham Əliyev sərəncam imzalayıb.

 

 

 

Türkiyə IV Azərbaycan Beynəlxalq Müdafiə (ADEX) Sərgisində ilk dəfə “STM 500” kiçik sualtı qayığını nümayiş etdirir.

Report xəbər verir ki, tədbirdə həmçinin Türkiyənin ilk milli freqatı – “İ” sinifli MİLGEM, STM-MPAC raketli kater, fırlanan qanadlı zərbə PUA sistemi KARGU, sabit qanadlı PUA sistemi ALPAGU və müşahidəçi PUA sistemi TOGAN sərgilənir.

Qeyd edək ki, Türkiyə Müdafiə Sənayesi İdarəsi rəhbərliyi altında fəaliyyət göstərən STM (Savunma Teknolojileri Mühendislik ve Ticaret A.Ş.) hərbi dəniz platformalarından taktiki mini PUA sistemlərinə, kibertəhlükəsizlikdən komanda idarəetmə sisteminə qədər innovativ və milli sistemlər istehsal edir.

Prezident İlham Əliyev 4-cü Azərbaycan Beynəlxalq Müdafiə Sərgisi ilə tanış olub

Azərbaycan Prezidenti İlham Əliyev Dördüncü Azərbaycan Beynəlxalq Müdafiə “ADEX” və 13-cü Beynəlxalq Daxili təhlükəsizlik, Mühafizə və Xilasetmə “Securex Caspian” sərgisində iştirak edir.

Dövlət başçısı sərgi ilə tanış olur.

Qeyd edək ki, sərgi sentyabrın 8-də yekunlaşacaq.

“Biz, qarşıdan gələn dövrdə də müasir silah, hərbi texnika, döyüş sursatı, arxa xidmət əmlakı və digər maddi vasitələrin istehsalına xüsusi diqqət yetirməklə Azərbaycan Silahlı Qüvvələrini və ölkəmizin müdafiə qabiliyyətini daha da gücləndirəcəyik”.

Bu sözlər Prezident İlham Əliyevin Dördüncü Azərbaycan Beynəlxalq Müdafiə Sərgisinin iştirakçılarına müraciətində öz əksini tapıb.

“Əminəm ki, “ADEX-2022” sərgisi faydalı təcrübə mübadiləsinin aparılmasına, yeni əməkdaşlıq əlaqələrinin qurulmasına əlverişli imkan yaradacaq və Azərbaycanın müdafiə sənayesinin elmi-texnoloji potensialının artırılmasına öz müsbət töhfəsini verəcəkdir”, - dövlət başçısı bildirib.

“Azərbaycan Respublikası öz Silahlı Qüvvələrinin döyüş qabiliyyətinin artırılmasına və maddi-texniki bazasının gücləndirilməsinə daim xüsusi önəm verir”.

Bu sözlər Prezident İlham Əliyevin Dördüncü Azərbaycan Beynəlxalq Müdafiə Sərgisinin iştirakçılarına müraciətində öz əksini tapıb.

“Ölkəmiz hərbi-texniki sahədə dünyanın qabaqcıl dövlətləri ilə əməkdaşlığını inkişaf etdirməklə yanaşı, milli müdafiə sənayesi sahəsində də imkanlarını genişləndirir. Hazırda Azərbaycan aviasiya, naviqasiya, cihazqayırma və digər istiqamətlər üzrə dünyanın 50-dən çox ölkəsinin aparıcı şirkətləri ilə sıx əməkdaşlıq edir, ölkəmizin müdafiə sənayesi müəssisələrində istehsal olunan məmulatların həcmi ildən-ilə artır”, - dövlət başçısı qeyd edib.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Dördüncü Azərbaycan Beynəlxalq Müdafiə Sərgisinin iştirakçılarına müraciət edib.

"Yol-xeber.az" xəbər verir ki, müraciətdə deyilir:

"Hörmətli sərgi iştirakçıları və qonaqlar!

Sizi “ADEX-2022” 4-cü Azərbaycan Beynəlxalq Müdafiə Sərgisinin açılışı münasibətilə salamlayır və bütün iştirakçılara uğurlar arzulayıram.

Artıq ənənəvi xarakter almış “ADEX” sərgisi hərbi-texniki əməkdaşlığın inkişafı, ən müasir silah, texnika və texnologiyaların nümayiş etdirilməsi üçün mühüm platformaya çevrilmişdir. Sərgi dünyanın tanınmış hərbi sənaye müəssisələrini, nüfuzlu xarici şirkət və təşkilatları, rəsmi nümayəndə heyətlərini və mütəxəssisləri eyni məkanda toplayaraq işgüzar əlaqələrin qurulması və yeni müqavilələrin imzalanması üçün geniş imkanlar yaradır.

“ADEX-2022” Vətən müharibəsində qazanılmış parlaq qələbədən sonra Azərbaycanın təşkil etdiyi ilk beynəlxalq müdafiə sərgisidir. Tədbirdə real döyüş əməliyyatları zamanı uğurla sınaqdan çıxmış yerli hərbi təyinatlı məhsulların nümayiş etdirilməsi onun əhəmiyyətini daha da artırır.

XXI əsrin müharibəsini aparmış Azərbaycan Silahlı Qüvvələrinin döyüş təcrübəsi bu gün inkişaf etmiş ölkələrin hərbi mərkəzlərində diqqətlə öyrənilir. Son dərəcə çətin relyef şəraitində ən müasir döyüş silahlarını tətbiq etməklə Azərbaycan Silahlı Qüvvələri düşmənin möhkəmləndirilmiş müdafiə xətlərini yarmış və sürətlə irəliləyərək cəmi 44 gün ərzində onu təslim olmağa məcbur etmişdir. Azərbaycanın tarixi qələbəsi göstərdi ki, hərbi sahədə qarşıya qoyulmuş məqsədlərə nail olmaq üçün müasir ordu quruculuğu, ölkənin hərbi qüdrətinin yüksəldilməsi istiqamətində ardıcıl və məqsədyönlü tədbirlərin həyata keçirilməsi son dərəcədə əhəmiyyətlidir.

Azərbaycan Respublikası öz Silahlı Qüvvələrinin döyüş qabiliyyətinin artırılmasına və maddi-texniki bazasının gücləndirilməsinə daim xüsusi önəm verir. Ölkəmiz hərbi-texniki sahədə dünyanın qabaqcıl dövlətləri ilə əməkdaşlığını inkişaf etdirməklə yanaşı, milli müdafiə sənayesi sahəsində də imkanlarını genişləndirir. Hazırda Azərbaycan aviasiya, naviqasiya, cihazqayırma və digər istiqamətlər üzrə dünyanın 50-dən çox ölkəsinin aparıcı şirkətləri ilə sıx əməkdaşlıq edir, ölkəmizin müdafiə sənayesi müəssisələrində istehsal olunan məmulatların həcmi ildən-ilə artır.

Biz, qarşıdan gələn dövrdə də müasir silah, hərbi texnika, döyüş sursatı, arxa xidmət əmlakı və digər maddi vasitələrin istehsalına xüsusi diqqət yetirməklə Azərbaycan Silahlı Qüvvələrini və ölkəmizin müdafiə qabiliyyətini daha da gücləndirəcəyik.

Əminəm ki, “ADEX-2022” sərgisi faydalı təcrübə mübadiləsinin aparılmasına, yeni əməkdaşlıq əlaqələrinin qurulmasına əlverişli imkan yaradacaq və Azərbaycanın müdafiə sənayesinin elmi-texnoloji potensialının artırılmasına öz müsbət töhfəsini verəcəkdir".

Ukraynadakı vəziyyət Şimal-Cənub nəqliyyat dəhlizi dünya ictimaiyyətinin diqqətini cəlb edib
Bakıda Azərbaycan, Rusiya və İran Şimal-Cənub nəqliyyat dəhlizi çərçivəsində əməkdaşlıq müzakirə ediləcək.

“Bu barədə danışan İran Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Nasser Kənani bildirib ki, üç ölkə nümayəndələrinin görüşü gələn həftə Bakıda keçiriləcək.

O bildirib ki, üç ölkə Şimal-Cənub dəhlizinin üzvüdür.

“Qlobal hadisələri və xüsusilə Ukraynadakı vəziyyəti, habelə beynəlxalq tranzit marşrutlarında yük və enerji daşınması ilə bağlı problemləri nəzərə alaraq, Şimal-Cənub tranzit marşrutunun əhəmiyyəti yenidən dünya ictimaiyyətinin diqqətini cəlb edib”, - iranlı diplomat qeyd edib.

Onun sözlərinə görə, region daxilində və ondan kənarda bir çox ölkələr bu dəhlizdən istifadə imkanlarında maraqlıdır.

“Bu yolun inkişafı İran və iki qonşu ölkə (Rusiya və Azərbaycan) üçün vacibdir. Gələn həftə Bakıda üç ölkə nümayəndələrinin görüşü nəzərdə tutulub, bununla bağlı bütün məsələlər müzakirə olunacaq. Dəhlizdən maksimum istifadə imkanlarını inkişaf etdirmək üçün birgə sazişlər bağlanacaq”, - o vurğulayıb.

Xəbər lenti