![]() |
|
"Tarixdə Ukrayna adlı dövlət olmayıb. Bu torpaqlar Rusiya İmperiyası ilə Osmanlı İmperiyası arasında mübarizə ərazisi olub".
Bunu rusiyalı politoloq və ideoloq Aleksandr Duqin deyib.
Duqinin fikrincə, Rusiya-Ukrayna münaqişələrini sırf regional miqyasda azaltmaq mümkün deyil, bu, daha çox geosiyasi məsələdir və ya daha geniş miqyasda nəzərdən keçirilməlidir, çünki əslində, Ukrayna millətinin kimliyi çox yeni və sünidir.
O əlavə edib ki, tarixdə heç vaxt Ukrayna kimi bir şey olmayıb: "Bu, sadəcə olaraq, Rusiya imperiyası ilə Polşa və Avstriya arasında mübahisəli ərazi, Qərb və Şərq sivilizasiyaları arasında sərhəddir. Siyasi baxımdan Ukrayna ilk olaraq türklərdən azad edildi və bu, Novorossiya və ya Şərqi Ukrayna adlanan bölgə idi.
Bu, hansısa xəyali Ukrayna dövlətinə deyil, Osmanlı İmperiyasına aiddir. Bu, iki imperiyanın, yəni Rusiya İmperiyası və Osmanlı İmperiyası arasında müəyyən sərhəd əraziləri uğrunda mübarizəsi idi. Ukrayna mövcud olmadığı üçün bu ssenaridə yer almayıb. Ukraynanın qərb hissəsi də eyni xalq, eyni mədəniyyət və eyni din, yəni pravoslav idi, lakin qərb hissəsi monqol istilasından sonra Litva və Polşanın, sonra isə qismən Avstriyanın təsiri altında idi".
O əlavə edib ki, ruslar ukraynalılarla eyni ağacın kökləriyik.
“Gələn ilin yanvarın 20-də andiçmə mərasimi ilə Ağ Evdə yerləşəcək Donald Tramp hələ işə başlamamış beynəlxalq aləmdə onun özü və administrasiyası üçün yaxşı start vəziyyəti yaranıb. Tramp seçki kampaniyası dövründə “andiçmədən dərhal sonra Rusiya-Ukrayna müharibəsini bitirəcəm” deyirdi. O Prezident səlahiyyətinə başlamamış Rusiya və Ukraynada atəşkəsdən danışmağa başlayıblar”.
Musavat.com-un məlumatına görə, bu fikirlər “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğluna məxsusdur. Siyasi analitikə görə, hər iki tərəfdə müharibədən yorğunluq hiss olunur: “Bu gedişat Trampın xeyrinədir. Ukrayna Prezidenti Volodimir Zelenski ilk dəfə “müharibə yolu ilə itirdiklərimizi geri qaytarmaq çətin olacaq” kimi açıqlamalar verməyə başlayıb. Zelenski özünü və xalqını ona hazırlayır ki, Trampın prezidentliyi dövründə ABŞ-ın Ukraynaya maliyyə və hərbi dəstəyi azala bilər. Bu isə Ukraynanın müharibəni davam etdirmək imkanlarını azaldacaq. Buna görə də Zelenski müvafiq şərtlər daxilində müharibənin dayandırılması ehtimalını səsləndirməyə başlayıb. Tramp və onun administrasiyasına da elə bu lazımdır. Kreml də atəşkəsin əleyhinə deyil, çünki bu halda işğal etdiklərini əlində saxlaya biləcək”.
E.Şahinoğlu əmindir ki, Suriyadakı son olaylar da Tramp üçün faydalıdır:
“Əsəd rejiminin yıxılmasıyla ABŞ hərbi qüvvələrinin Suriyada qalmasının aktuallığı azalıb. Tramp da bunu istəyir. Bundan başqa ABŞ-ın PKK və ona bağlı terrorçu qruplara dəstək verməsinin əhəmiyyəti qalmayıb. Suriyada hakimiyyəti ələ keçirən qüvvələr Türkiyənin dəstəyi ilə PKK-nın Suriyada nəzarət etdiyi bölgələrini ard-arda ələ keçirirlər”.
Politoloq hesab edir ki, Donald Trampın başqa dövlətlərlə sərt iqtisadi və miqrasiya siyasətinə hazırlaşanlar da var: “Tramp ABŞ-ın iki qonşusu olan Meksika və Kanadanın ünvanına ciddi xəbərdarlıqlar edib. Çin də Trampın Prezidentliyinə hazırlaşır. Tramp Çin məhsullarına rüsumları artıracaq. ABŞ Ticarət Komissiyasının son hesabatına görə, bir vaxtlar ABŞ-da dominant geyim tədarükçüsü olan Çinin 2013-2023-cü illər arasında bazar payı 16,4 faiz aşağı düşüb. Bundan da Çinə qonşu olan Vyetnam, Banqladeş, Hindistan və Kamboca faydalanıblar. Trampın “ilk növbədə Amerika” şüarı yerli istehsalın artmasına hədəflənib”.
Suriyadakı vəziyyətlə bağlı Prezident İlham Əliyev və Ərdoğan arasında telefon danışığı olub.
Bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.
O bildirib ki, Prezident İlham Əliyev çıxışında Suriya xalqına təbriklər çatdırıb:
"Əsəd rejimi çökəndən sonra Azərbaycan tərəfi ümid edir ki, Suriyada sühh və əminamanlıq təmin olunacaq. Azərbaycan və Suriya arasında dostluq münasibətləri qurulacaq. İkitərəfli əlaqələr inkişaf edəcək. Suriyadakı keçmiş rejim bir çox beynəlxalq təşkilatlarda Azərbaycana qarşı problemlər yaradırdı”.
“Əgər çoxlu qüvvəmiz, texnikamız, tərəfdaşlarımızdan istədiklərimiz olsaydı, cəbhədə daha çox təzyiq göstərə bilərdik. Əgər bizdə belə qüvvələr çatmırsa, o zaman bəzi məsələləri diplomatik yolla həll etmək olar. Bu da düzgün addımdır”.
Bunu Ukrayna prezidenti Volodimir Zelenski CBN-yə müsahibəsində deyib.
Eyni zamanda o vurğulayıb ki, Ukrayna işğal edilən əraziləri qanuni olaraq Rusiya ərazisi kimi tanımayacaq.
“Əvvəllər orada çoxlu insan yaşayırdı. Evlərini itirdilər, kimsə canını verdi, çox adam əsir düşdü, on minlərlə uşaq sürgün edildi. Çox şeyi məhv etdilər. Onda hər şeyi bağışlayın?”, - Ukrayna prezidenti əlavə edib.
Onun sözlərinə görə, əgər Ukrayna qanuni olaraq müvəqqəti işğal edilən əraziləri Rusiya kimi tanıyırsa, deməli, “biz onları (rusları - red.) bağışlamışıq, bu o deməkdir ki, dünya sakitləşib və onlara imkan verib. Ona görə də bu, hüquqi baxımdan mümkün deyil. Ancaq diplomatik olaraq - məqsədlərinizə çatmaq lazımdır”, - deyə Zelenski bildirib
Amerika Birləşmiş Ştatlarının dövlət katibi Antoni Blinken bu gün Türkiyəyə rəsmi səfərə gəlir.
Əsəd rejiminin süqutundan sonra Suriya yeni dövrə girdiyi bir vaxtda baş verən proseslərdə fəal rol oynayan Ankara aktiv diplomatiya həyata keçirməkdədir.
Blinken türkiyəli həmkarı xarici işlər naziri Hakan Fidan ilə görüş keçirəcək.
Görüşün əsas mövzusunun Suriyadakı son hadisələr və bundan sonrakı addımlar olacağı gözlənilir.
Qeyd edək ki, nazir Hakan Fidanla Blinken arasında dekabrın 6 və 9-da telefon danışığı olub və bu danışıqlar zamanı əsas müzakirə predmeti Suriya məsələsi olub.
Bütün danışıqlarda Fidan amerikalı həmkarına Türkiyənin terror təşkilatlarının, xüsusən də PKK/YPG/PYD və İŞİD kimi terror təşkilatlarının Suriyadakı vəziyyətdən istifadə etməsinə heç vaxt icazə verməyəcəyini vurğulayıb.
O qeyd edib ki, Suriyanın ərazi bütövlüyü və siyasi birliyinə önəm verilir.
ABŞ-ın Türkiyədəki yeni səfiri müəyyənləşib.
Musavat.com xəbər verir ki, prezident Donald Trampın keçmiş iş ortağı və 2017-ci ildəki andiçmə mərasiminin təşkilatçısı, milyarder daşınmaz əmlak sərmayəçisi Tomas Barrak ABŞ-ın yeni Ankara səfiri olaraq təyin edilib.
77 yaşlı Barrak Kaliforniyada, Livandan köç etmiş xristian bir ailənin nəvəsi kimi doğulub. O, ABŞ iş dünyasında sürətlə yüksələrək maliyyə və daşınmaz əmlak sahəsində yaxşı tanınan iş adamı olmaqla yanaşı, Respublikaçılar Partiyasının yüksək vəzifəli şəxsləri ilə yaxın münasibətlər qurub.
Tomas Barrak Orta Şərq bölgəsi ilə yaxından əlaqələrə malikdir. Dörd il əvvəl Birləşmiş Ərəb Əmirlikləri adına qeyri-rəsmi lobbiçilik etməkdə ittiham edilsə də, ABŞ Ədliyyə Nazirliyi tərəfindən irəli sürülən bütün ittihamlardan bəraət alıb.
Yeni səfir Səudiyyə Ərəbistanına yaxın, lakin Rusiyaya məsafəli mövqeyi ilə tanınır. Bu səbəbdən də onun təyin olunması Türkiyə üçün gözlənilməz dərəcədə müsbət bir seçim kimi qiymətləndirilir.
Barrakın siyasi və ya bürokrat yox, iş dünyasından gəlməsi onun ABŞ-Türkiyə arasındakı siyasi və iqtisadi əlaqələrə mühüm töhfələr verə biləcəyi gözləntilərini artırır.
Bu təyinat ABŞ-Türkiyə münasibətlərində yeni bir mərhələnin başlanğıcı ola bilər. Maraqlıdır ki, Tomas Barrakın iş təcrübəsi və şəxsi əlaqələri Türkiyənin bu bölgədəki strateji roluna necə təsir edəcək.
Son dövrlərdə Fransa Qərbi Afrikadakı hərbi mövcudluğunda ciddi itkilərlə üzləşir.
Musavat.com xəbər verir ki, Mali, Niger və Burkina-Faso fransız qüvvələrini ölkələrindən çıxararkən Çad və Seneqal da fransız hərbçilərinin dərhal ölkələrini tərk etməsini tələb edib.
Hazırda Fransanın Qərbi Afrikadakı yeganə hərbi mövcudluğu Fildişi Sahili və Qabonda yerləşir. Lakin bu ölkələrdə də hərbi personalın sayı 80%-ə qədər azaldılıb.
Bu hadisələr Fransanın Qərbi Afrikadakı nüfuzunun azalmasının və regional hökumətlərin suverenliklərini gücləndirmək istiqamətində atdıqları addımların göstəricisidir. Fransanın bölgədəki hərbi varlığının gələcəyi isə qeyri-müəyyən olaraq qalır.
Prezident Volodimir Zelenskinin Ağ Evin yeni sahibi Donald Trampla növbəti görüşündədn sonra rəsmi Kiyev daha çox neqativ əhval-ruhiyyədədir və Ukraynanın gələcək taleyi ilə bağlı “qaranlıq dövr”ün başlandığını etiraf etmək məcburiyyətində qalıb… Çünki ABŞ-ın yardımları kəsilərsə, Ukraynanın resursları ən yaxşı halda, növbəti ilin ilk yarısına qədər Rusiya qarşısında davam gətirmək üçün yetərli ola bilər, ondan sonrası isə ABŞ və Qərbin vaxtilə “əbədi dəstək” vəd etdiyi bu ölkə üçün sadəcə, “qaranlıq tinel”dir…
"Yeni Müsavat" xəbər verir ki, Ukrayna savaşının son mərhələyə keçmək üzrə olduğu artıq qətiyyən doğurmur. Belə ki, ABŞ və Qərbin bu savaşa yönəlik prioritetlərinin tədricən dəyişməkdə olduğu müşahidə edilir. Yəni, hazırda Ukraynaya verilən “əbədi dəstək” vədləri artıq arxa plana keçirilməkdədir. Üstəlik, son vaxtlar bu mövzunun unutdurulmasına yönəlik də cəhdlər göstərilir. Və bu baxımdan, Ukrayna bir dövlət olaraq, öz tarixinin ən qaranlıq dövrünə qədəm qoymaq üzrədir.
Onu da qeyd etmək lazımdır ki, hazırda Ukrayna savaşı ətrafında baş verənlər mənfəətçi Qərb siyasi dairələrinin riyakarlığının növbəti bariz nümunəsidir. Çünki Ukraynanı sona qədər dəstəkləmək öhdəliyi götürmüş ABŞ və Qərb indi “sürüşkən hədəflər” taktikasına keçid etməyə üstünlük verir. Yəni, Ukrayna faktiki olaraq, ABŞ və Qərb tərəfindən yarıyolda buraxılmaqdadır. Eyni zamanda, Ukraynanın Rusiya qarşısında ümumiyyətlə, təklənməsi, taleyin ümidinə buraxılması da qətiyyən istisna deyil. Və hətta Qərbin formal, yəni “sürüşkən dəstəyi” davam etsə belə, bunun Ukraynanın qeyri-müəyyən situasiyadan xilas edilməsinə təminat verilməsinə yetərli görünmür.
Məsələ ondadır ki, Qərb ölkələri Ukrayna qarşısındakı bəzi öhdəliklərindən artıq imtina etməyə başlayıblar. Belə ki, Avropa Birliyi ölkələri indiyə qədər 4,2 milyon ukraynalı qaçqını qəbul etmişdilər. İndi həmin qaçqınların yenidən Ukraynaya qaytarılması istiqamətində prosesinə start verilib. Eyni zamanda, Avropa ölkələri Ukrayna vətəndaşlarına sığınacaq verilməsini də tam şəkildə dayandırıblar. Və bu, həm Ukraynanın, həm də ukraynalıların “qoca qitə”də heç kimə lazım olduğunu göstərir.
Digər tərəfdən, ABŞ və Avropa Birliyi ölkələri bundan sonra daha öz büdcələrindən Ukraynaya maliyyə yardım paketlərinin ayrılmasından da imtina etməyə başlayıblar. Belə ki, ABŞ və Avropa Birliyinin Ukraynaya verdiyi son maliyyə dəstəyi məhz Rusiyanın üzərinə həbs qoyulmuş aktivlərindən əldə olunan gəlirlər hesabına reallaşdırılıb. Üstəlik, Ukraynaya göndərilən son ümumi 50 milyard dollarlıq maliyyə vəsaiti rəsmi Kiyevin çiyninə kredit kimi yüklənib. Və Ukrayna bu nəhəng məbləği nə vaxtsa, geri ödəməli olacaq.
Ancaq Ukrayna üçün daha təhlükəli proseslərin əhatə dairəsi yalnız bunlarla da qapanmır. Çünki ABŞ-ın yaxın vaxtlarda ümumiyyətlə, Ukraynaya dəstəyi tamamilə dayandıra biləcəyi barədə də məlumatlar mövcuddur. Əgər, bu, baş verərsə, Avropa Birliyinin də ABŞ-ın mövqeyini eynilə təkrarlamasını uzun müddət gösləməyə ehtiyac olmayacaq. Çünki hazırda Qərbdə Ukraynanın ABŞ və Avropa Birliyinin dəstəyi olmadan Rusiya qarşısında nə qədər davam gətirə biləcəyini də hesablamağa başlayıblar. Və bu, Ukraynanın taleyin ümidinə buraxılmasına hazırlıq prosesinə start verildiyini göstərir.
Təbii ki, rəsmi Kiyev Ukraynanı necə təhlükəli gözlədiyini anlamamış deyil. Ona görə də, Zelenski hakimiyyəti ciddi təlaş içərisindədir və bu qaranlıq situasiyadan optimal çıxış yolları axtarır. Belə ki, prezident Volodimir Zelenski Ağ Evin yeni sahibi Donald Trampla növbəti dəfə görüşərək, Ukraynanın gələcək taleyinə aydınlıq gətirməyə çalışıb. Və dekabrın 7-də Parisdə keçirilmiş görüşdə əsas hədəf ABŞ başda olmaqla, Qərb ölkələrinin Ukraynaya təhlükəsizlik təminatı verilməsinə cəhd göstərmək olub.
Məlumatlı mənbələrin iddialarına görə, cəmisi 35 dəqiqə çəkən Tramp-Zelenski-Makron görüşü Ukrayna üçün qətiyyən ümidverici notlarda keçməyib. Çünki Ukrayna və Fransa prezidentləri Ağ Evin yeni sahibini ABŞ-ın savaşı davam etdirməsinin vacibliyinə inandırmağa çalışsalar da, o, öz ənənəvi mövqeyini eynilə təkrarlayıb. Və ən qısa zamanda Ukrayna savaşının dayandırılmasında, Rusiya ilə sülh danışıqlarına başlanmasında israrlı olduğunu bildirib.
Maraqlıdır ki, həm Emmanuel Makron, həm də Volodimir Zelenski prezident Donald Trampa vaxtilə yaxın ünsiyyət qurduğu Kreml sahibi Vladimir Putinin artıq 2017-ci ildəkindən tamamilə fərqli bir “diktator” olduğunu izah etməyə çalışıblar. Ağ Ev sahibini mövqeyindən döndərmək üçün Kremlin bütün sülh təşəbbüslərinə olduqca sərt reaksiya verdiyi xatırladılıb. Və belə vəziyyətdə Kremldən sülh prosesində konstruktiv mövqe gösləməyin çox çətin olduğu qabardılıb.
Digər tərəfdən, Ukrayna savaşının siyasi-diplomatik yolla dayandırılmasının insanların həyatının xilas edilməsində böyük əhəmiyyət daşıdığını etitaf edən prezident V.Zelenski dayanıqlı sülh üçün Ağ Ev sahibindən Rusiya qoşunlarının ölkə ərazisindən tamamilə çıxarılmasına nail olunmasını da istəyib. Ancaq prezident Donald Tramp bunun qarşılığında Ukrayna savaşının dayandırılması barədə hərbi-siyasi təsəvvürlərini bölüşməyə qətiyyən həvəs göstərməyib. Və o da aydınlaşıb ki, Tramp administrasiyası Ukraynaya təhlükəsiz təminatının verilməsi məsələsində də dəqiq mövqeyə malik deyil.
Ona görə də, rəsmi Kiyev hazırda daha çox neqativ əhval-ruhiyyəyə daha yaxındır və Ukraynanın gələcək taleyi ilə bağlı qeyri-müəyyənliyin mövcudluğunu etiraf etmək məcburiyyətində qalıb. Rəsmi Kiyevin hesablamalarına görə, ABŞ-ın yardımları kəsilərsə, Ukraynanın resursları ən yaxşı halda, növbəti ilin ilk yarısına qədər Rusiya qarşısında davam gətirmək üçün yetərli ola bilər. Və bu, Rusiyanın həm sülh masasında, həm də savaş meydanında mövqelərini möhkəmləndirə biləcəyindən Ukraynanın fəlakət ssenarisinin işə düşmək üzrə olduğunu da göstərir.
Əvvəlki dövrlərdə Bəşər Əsədin ordusunda xidmət etmiş və hazırda müxaliflər tərəfdən döyüşən kəşfiyyat komandirlərinin belə bilmədiyi silah anbarlarının, raket mərkəzlərinin və hərbi təyyarələrin yerləşdiyi yerləri İsrailin hədəf alması diqqətdən qaçmayıb.
Musavat.com xəbər verir ki, iddiaya görə, Bəşər Əsəd Suriyadan qaçarkən təyyarəsinin vurulmaması və hava sahəsində hər hansı maneə ilə qarşılaşmaması müqabilində bu yerlərin siyahısını İsrailə verib.
İsrailin bu zəmanəti almasının ardından Bəşər Əsədin qaçmasına icazə verdiyi bildirilib.
Qeyd edək ki, İsrail Suriya hökumətinin devrilməsindən sonra Qolan təpələrindəki bufer zonanı işğal edərək, 51 ildən sonra ilk dəfə bölgədə irəliləyib. İsrail ordusu Dəməşqə yaxınlaşaraq 300-dən çox hava hücumu təşkil edib.
Əsədin devrilmə planı üç ölkəyə məxsusdur.
Bunu İranın ali lideri Ayətullah Əli Xameneyi bəyan edib.
Xameneyi Bəşər Əsədin devrilməsinin ABŞ, İsrail və adını çəkmədiyi, lakin Suriyanın qonşusu olan ölkə tərəfindən planlaşdırıldığını iddia edib.
Xameneyi deyib ki, əllərində buna dair sübutlar var.