![]() |
|
Bu yazı Türkiyənin tanınmış hərbi və təhlükəsizlik eksperti Abdullah Ağara məxsusdur.
Onu Azərbaycan türkcəsində təqdim edirik.
Şamın (Dəməşq) düşməsi və Bəşər Əsədin Suriya səhnəsindən çəkilməsi ilə birlikdə yeni suallar ortaya çıxır: Heyət Təhrir əş-Şam (HTŞ) və digər müxalif qruplar bundan sonra nə edəcək? Suriyanın gələcəyində hansı ssenarilər gözlənilir?
Əsədin devrilməsindən sonra Suriyada yeni qüvvələr ortaya çıxır, lakin YPG/PKK kimi terror təşkilatları hələ də ciddi üstünlüklərə malikdir. YPG/PKK-nın mövqeyi, azlıq olaraq çoxluq üzərində hökmranlıq etdiyi Əsədin keçmiş hakimiyyətini xatırladır. İndi isə Fəratın şimal və şərqində, Suriyanın ən strateji ərazilərində bu təşkilatın gücü qorunub saxlanılır.
YPG/PKK-nın nəzarətində olan resurslar bunlardır:
• Suriyanın neft və təbii qaz yataqları.
• Ölkənin ən məhsuldar əkin sahələrinin 70%-i.
• Su ehtiyatları (bölgədə “qızıl dəyərində” olan əsas resurs).
• Əsasən ərəb xalqına məxsus torpaq və mülklər.
Bu qədər strateji resursların əlində olduğu bir vaxtda YPG/PKK, Suriyanın gələcəyi üçün təhlükə olaraq qalır. Terrorçu azlıq Arap coğrafiyasının və onun resurslarının üzərinə çökmüş vəziyyətdədir. Bu isə Suriyanın siyasi birliyinə ciddi təhdid yaradır.
Digər tərəfdən, HTŞ və onun müttəfiqlərinin əllərində heç bir mühüm strateji resurs yoxdur. Onların sadəcə ideologiyaları və mübarizə niyyətləri var. Bu vəziyyətdə sual yaranır: Əgər Suriya bölünərsə və ya siyasi birliyi pozularsa, ərəb çoxluğuna nə çıxar, terrorçu YPG/PKK-nın əlinə nə keçər?
HTŞ və müttəfiq qrupların bu sualı hesablamaqda və buna uyğun strategiya qurmaqda çətinlik çəkdiyi görünür. Əsədin süqutundan sonra onlar üçün ən böyük problem bu resursların və strateji ərazilərin nəzarət altına alınması olacaq.
Türkiyənin bu prosesdəki mövqeyi də mühüm əhəmiyyət daşıyır. YPG/PKK ilə hər hansı bir angajmana girilməsi Türkiyənin qətiyyətlə qarşı çıxacağı bir addımdır. Türkiyə, sərhədlərində terrorçu təşkilatların mövcudluğunu qəbul etməyəcəyini dəfələrlə bəyan edib və bu istiqamətdə əməliyyatlar keçirib. Buna görə də, Suriyanın yeni rəhbərliyinin Türkiyənin maraqlarını və reaksiyalarını nəzərə alması zəruridir.
Ortaya çıxan mənzərə aydındır. YPG/PKK-nın nəzarətində olan resurslar və onların strateji üstünlüyü Suriyanın gələcəyi üçün ciddi təhlükə yaradır. HTŞ və müttəfiqləri bu problemi həll etmək üçün ciddi planlar hazırlamalıdır.
Siyasi birliyin qorunması, resursların ədalətli paylanması və beynəlxalq aktorlarla, xüsusilə Türkiyə ilə əməkdaşlıq Suriyanın gələcəyi üçün ən mühüm addımlardan biri olacaq. Bu çətin dövrdə strateji qərarlar Suriyanın siyasi taleyini və ərəb xalqının rifahını müəyyən edəcəkdir.
Dünya ölkələri Əsədin Suriyadakı vəzifəsini tərk edərək Rusiyaya getməsi və HTŞ-nin başçılıq etdiyi cihadçı qrupların paytaxt Dəməşqə nəzarəti ələ keçirməsinə reaksiyalar verib.
Milli.Az xəbər verir ki, Suriyadakı son hadisələrlə bağlı dünya liderlərindən açıqlamalar gəlməyə davam edir.
Aİ: "Acımasız Əsəd diktatorluğu sona çatdı"
Avropa İttifaqı (Aİ) Komissiyasının sədri Ursula fon der Leyen Suriyadakı hadisələrlə bağlı verdiyi açıqlamada, "Qəddar Əsəd diktaturası çökdü. Bölgədəki bu tarixi dəyişiklik fürsətlər təqdim edir, lakin vəziyyət risklərdən azad deyil Avropa milli birliyi qorumalıdır və "Bütün azlıqları qoruyan Suriya dövlətinin yenidən qurulması üçün dəstək verməyə hazırıq."
Böyük Britaniya: "Suriya xalqı çox uzun müddət əziyyət çəkdi"
İngiltərə Baş naziri və İşçi Partiyasının sədri Keir Starmer, "Suriya xalqı Əsədin barbar rejimi altında çox uzun müddət əziyyət çəkdi; onun gedişini alqışlayırıq" dedi. "Biz bütün tərəfləri mülki şəxsləri və azlıqları qorumağa və vacib yardımın yaxın saatlarda və günlərdə ən həssas təbəqələrə çatmasını təmin etməyə çağırırıq" dedi Starmer.
Ukrayna: "Putin ona güvənənlər üçün həmişə belə olub"
Ukraynanın xarici işlər naziri Andriy Sybiha Suriyadakı vəziyyətlə bağlı açıqlamasında "Əsəd yıxıldı" deyərək Rusiya prezidenti Vladimir Putinə işarə edərək, "Putin üçün oynayan diktatorlar üçün həmişə belə olub və olacaq, ona güvənənlər həmişə belə olub." "İndi əsas məqsəd Suriyada təhlükəsizliyin bərqərar olması və insanları zorakılıqdan effektiv şəkildə qorumaqdır".
Almaniya : "Hazırda önəmli olan qanunun yenidən bərqərar olmasıdır"
Almaniya Federal Kansleri Olaf Şolz mövzu ilə bağlı açıqlamasında Bəşər Əsədin öz xalqına vəhşicəsinə zülm etdiyini, bu prosesdə saysız-hesabsız insanın həyatını itirdiyini, Əsədin saysız-hesabsız insanı Suriyadan qaçmağa məcbur etdiyini bildirib. Bu insanların bir qisminin Almaniyaya sığındığını xatırladan Scholz, "Suriya xalqı dəhşətli dərəcədə əziyyət çəkdi. Bu səbəbdən Suriyada Əsəd hakimiyyətinin sonu yaxşı xəbərdir" dedi.
Yunanıstan : "Ölkədə tezliklə sülh bərqərar olmalıdır"
Yunanıstan Xarici İşlər Nazirliyi Suriyadakı vəziyyətlə bağlı açıqlamasında Əsəd hakimiyyətinin sona çatmasını alqışladıqlarını qeyd edib. Nazirlikdən verilən açıqlamada, "Yunanıstan Suriyada avtoritar (Bəşər) Əsəd rejiminin devrilməsini alqışlayır. Digər tərəfdən, ölkədə ən qısa zamanda sülh bərqərar edilməli və demokratik, qanuni hökumət bərpa edilməlidir. (Birləşmiş Millətlər Təşkilatı) Təhlükəsizlik Şurasının 2254 saylı qətnaməsi əsasında normal qaydada hakimiyyət."
Yaponiya: "Sülhü qorumaq üçün əməkdaşlıq edəcəyik"
Yaponiya Nazirlər Kabinetinin Baş Katibi Hayaşi Yoşimasa da açıqlamasında Yaponiya hökumətinin Suriyadakı hadisələri yaxından izlədiyini bildirib. Suriya xalqının azad və rifah içində yaşayacağına ümid etdiklərini ifadə edən Hayaşi, bölgədəki humanitar vəziyyətin yaxşılaşacağına ümid etdiklərini bildirib. Hayaşi həmçinin qeyd edib ki, uzunmüddətli perspektivdə regionda sülh və sabitliyin təmin edilməsi üçün beynəlxalq ictimaiyyətlə əməkdaşlıq edəcəklər.
Türkiyədə hərbi helikopterin qəzaya uğraması nəticəsində daha bir nəfərin meyiti tapılıb.
report verdiyi məlumata görə, həlak olanlardan biri generaldır. O, təlimə komandirlik edirmiş.
Qəzaya səbəb kimi təlim zamanı iki helikopterin biri-birinə toxunması göstərilir. Təmasdan sonra helikopterlərdən biri qəzaya uğrayıb, digəri isə təhlükəsiz şəkildə endirilib.
Azad Suriya Ordusu (ASO) ABŞ-nin dəstəklədiyi terror təşkilatı PKK/YPG-nin işğalı altında olan Münbiçi azad edərək Fərat çayının qərbindəki ən böyük terror yuvasını təmizləyib.
Əməliyyat çərçivəsində Azad Suriya Ordusu Münbiç şəhərinin qərbindəki Ureyme qəsəbəsi və şimaldakı Um Dadat kəndini terrordan təmizləyərək, şimal və qərb xəttindən rayona daxil olaraq rayonu nəzarətə götürüb. Beləliklə, Əsəd rejiminə hərbi müxaliflər Fərat çayının qərbindəki ən böyük terrorçu yuvasını xilas ediblər.
Münbiç Fərat çayının qərbindəki ən böyük terror yuvası olub.
Hazırda nəzarətə götürülən ərazidə mina və tələlərə qarşı axtarış-yoxlama tədbirləri həyata keçirilir.
"Suriyada 13 illik vətəndaş müharibəsindən. Bəşər Əsəd və ondan əvvəl atası tərəfindən yarım əsrdən çox amansız avtoritar idarəçiliyindən sonra müxalifət qüvvələri Əsədi hakimiyyətdən getməyə və ölkədən qaçmağa məcbur etdi. Nəhayətində Əsəd rejimi çökdü".
Bunu ABŞ prezidenti Co Bayden Ağ Evdə Suriyadakı son hadisələrlə bağlı açıqlama verərkən deyib.
Uzun illər Əsəd rejimini dəstəkləyənlərin İran, Hizbullah və Rusiya olduğunu qeyd edən Bayden əlavə edib ki, son bir həftədə hər üçünün dəstəyi azalıb. "Çünki mən vəzifəyə gəldiyim gündən bu yana hər üçü bu gün xeyli zəifləyiblər. Nəticədə tarixdə ilk dəfə olaraq nə Rusiya, nə İran, nə də Hizbullah Suriyadakı bu iyrənc rejimi müdafiə edə bildi", - o əlavə edib.
Bayden deyib ki, çoxdan əziyyət çəkən Suriya xalqının daha yaxşı gələcək qurması üçün tarixi fürsət yaranıb.
“BMT-nin başlatdığı proses də daxil olmaqla Əsəd rejimi olmadan müstəqil və suveren Suriyaya keçidi təmin etmək üçün yeni konstitusiya və bütün suriyalılara xidmət edəcək yeni hökumət qurulacaq. Bu məqsədlə bütün suriyalı qruplarla təmasda olacağıq" , - Bayden bildirib.
O bildirib ki, bu məqsədlə yaxın günlərdə bölgənin rəhbərləri ilə görüşəcək.
"Hazırda dünyada siyasi liderlər arasında cəmi ikimiz qalmışıq. Biri mənəm, digəri isə Vladimir Putindir. Mən bunu burada olduğum üçün demirəm".
Bunu prezident Rəcəb Tayyib Ərdoğan Qaziantepedə görüşü zamanı deyib.
Ərdoğan bunu Almaniyanın keçmiş kansleri Angela Merkelin "Azadlıq. Xatirələr 1954-2021" kitabında özü ilə bağlı fəsilləri xatırladıb və diplomatik əlaqələrdəki uğurunun nəyə borclu olduğu barədə sualı cavablandırarkən deyib.
Xarici liderlərə qarşı istifadə edilən ifadələrin əhəmiyyətli olduğunu bildirən Ərdoğan deyib:
"Bəyanatlar bir yana, onlarla dialoq mexanizminin davam etdirilməsi çox vacibdir. Biz buna diplomatik hücumlar deyirik. Hazırda dünyada liderlər arasında cəmi iki lider qalmışıq: bir mən, digəri Vladimir Putindir. Digərləri ələndi. İstəyimiz odur ki, bu dialoq çərçivəsində əlaqələrimizi davam etdirək".
İsrail qüvvələri 1973-cü ildən bəri ilk dəfə Colan (Qolan) təpələrində bufer zonanı keçərək Suriya ərazisinə daxil olublar.
İsrailin baş naziri Benyamin Netanyahu müdafiə naziri İsrael Katsa Colan təpələrindəki bufer zonanı ələ keçirməyi tapşırıb.
Baş nazir bildirib ki, İsrail heç bir düşmən qüvvələrin sərhəddə mövqe tutmasına icazə verməyəcək.
Bundan əlavə, İsrailin dövlət televiziyası KAN da İsrail ordusunun Colan təpələrində Şeyx dağını işğal etdiyini təsdiqləyib.
İsrail ordusu nəzarətə götürdüyü ərazilərdə vurulan hədəflər arasında kiçik kimyəvi silah anbarları, radarla təchiz edilmiş batareyalar, Rusiya istehsalı olan hava hücumundan müdafiə sistemləri və “Skad” raketlərinin olduğunu bildirib.
Onu da qeyd edək ki, Əsəd rejimi devrildikdən sonra İsrailin baş naziri Benyamin Netanyahu Suriya ilə sərhədə səfər edib.
Suriya ilə sərhədə gələn Netanyahu Əsəd rejiminin devrilməsini Yaxın Şərq tarixində tarixi bir gün adlandırıb. "Əsəd rejimi İranın şər oxunun mərkəzi halqasıdır. Bu rejim çöküb. Bu, Əsəd rejiminin əsas dəstəkçiləri olan İrana və Hizbullaha qarşı açdığımız zərbələrin birbaşa nəticəsidir. Bu, bütün Yaxın Şərqdə bu zalım və zülmkar rejimdən xilas olmaq istəyənlər arasında zəncirvari reaksiyaya səbəb oldu”, - Netanyahu qeyd edib
İsrail baş naziri onu da bildirib ki, yeni imkanlarla yanaşı, Suriyanın devrilməsi də risklərlə doludur.
Türkiyə Pezident Rəcəb Tayyib Ərdoğan Qaziantepdə gənclərə görüşü zamanı futbolla bağlı suala maraqlı cavab verib.
Görüş iştirakçılarından biri prezident Ərdoğana "Futbol klublarımız arasında gərgin mübahisə gedir. Sizcə, bu mübahisə Türkiyə futboluna necə təsir edir? Bir də, izlədiyinizi bildiyim üçün sizdən cavab almaq istədiyim bir sual var. Sizcə Türkiyə futbolunda siyasət varmı?" sualını verib.
Prezident Ərdoğan cavabında deyib:
"Siyasətin girmədiyi yer varmı? Təəssüf ki, siyasət hər yerə qarışır. Bazar ertəsi "Rizespor" burada Qazianteplə oynayacaq. İndi nə deyəcəyəm? İndi siyasətdə populyar bir deyim var: "yaxşı oynayan qazansın". Burada da yaxşı oynayan qalib gəlsin. Amma çox təəssüf ki, Türkiyə futbolunda bu qədər klubların olmasına baxmayaraq, ciddi uğura imza ata bilmir. Artıq bu durumdan çıxmağımız lazımdır".
Suriyada son saatlarda və günlərdə baş verən hadisələr görünməmiş bir hadisədir və biz bölgədəki tərəfdaşlarımızla məsləhətləşir və vəziyyəti yaxından izləyirik.
APA xəbər verir ki, bunu Britaniyanın Baş naziri Keir Starmer yaydığı bəyanatda bildirib.
“Suriya xalqı Bəşar Əsədin hakimiyyəti altında çox uzun müddət əziyyət çəkib və onun hakimiyyətdən getməsini alqışlayırıq.
Hazırda diqqətimiz sülh və sabitliyin bərpa olunmasına yönəlib biz bütün tərəfləri mülki insanları qorumağa habelə yaxın saatlarda və günlərdə ən həssas təbəqələrə yardımın çatdırılmasın təmin etməyə çağırırıq” - deyə bəyanatda bildirilib.