![]() |
|
ABŞ-nin yeni seçilən prezidenti Donald Tramp Ukraynada müharibənin bitməsi üçün saziş imzalanmalıdır və bununla bağlı Putin və Zelenski ilə danışacam.
"Reuters" xəbərinə görə, Tramp bildirib ki, Volodimir Zelenski Ukraynadakı üç illik müharibəni bitirmək üçün Putinlə saziş imzalamağa hazır olmalıdır. "Bunun üçün saziş imzalanmalıdır".
O əlavə edib ki, qanlı müharibənin kadrları onu dəhşətə gətirdiyindən müharibəni bitirmək üçün Putin və Zelenski ilə danışacaq. "Bu müharibə bitməlidir", - o bildirib.
Ukraynanın Rusiyaya ərazilərinin danışıqlar yolu ilə güzəştə getməsi sualına konkret cavab verməyən Tramp bildirib ki, müharibəyə son qoyulmalıdır.
Tramp əlavə edib ki, onsuz da mübahisəli ərazilərin böyük bir qismi xarabalığa çevrilib və oranı yenidən bərpa etmək üçün yüz illər lazımdır.
“Avropa İttifaqı bu gün Gürcüstan məsələsi ilə bağlı siyasi ikiüzlülük üzrə dünya rekordu vurdu”.
Teleqraf.com-a istinadən xəbər verir ki, bunu Macarıstanın xarici işlər naziri Peter Siyarto deyib.
Onun sözlərinə görə, Gürcüstanda parlament seçkilərində Brüsselin arzuolunan hesab etdiyi liberal partiyalar qələbə qazanmadığına görə ölkəyə qarşı siyasi hücumlar başladı.
“Ötən həftə Gürcüstanın xarici işlər naziri Budapeştdə olanda mənə söylədi ki, aksiyalarda olduqca aqressiv iştirakçılar olub və bunun da nəticəsində 40-a yaxın polis əməkdaşı xəsarətlər alıb, onların 20-sinin yaraları ciddi olub”, - nazir deyib.
XİN başçısı qeyd edib ki, Tbilisidəki aksiyalarda yalnız polis tərəfindən zorakılıqların olması barədə məlumatlar birtərəflidir.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan çox ağıllı adamdır.
“Report” xəbər verir ki, bunu ABŞ-nin yeni seçilmiş prezidenti Donald Tramp deyib.
O, Ərdoğanla münasibətlərinin yaxşı olduğunu bildirib.
Siyasətçi, həmçinin Türkiyənin çox güclü ordu qurduğunu diqqətə çatdırıb.
Bundestaq (Almaniya Federativ Respublikası Parlamenti) növbədənkənar iclasında Almaniya kansleri Olaf Şoltsa etimad məsələsi ilə bağlı debat və səsvermə keçirəcək.
“Report” xəbər verir ki, hökumət başçısı parlamentdə 25 dəqiqəlik çıxış edəcək, ardınca isə təqribən iki saatlıq fraksiyalararası müzakirələr aparılacaq.
Sonra səsvermə baş tutacaq. Şolts, konstitusiyanın 68-ci maddəsinə uyğun olaraq, dekabrın 11-də etimad səsverməsi üçün parlamentə yazılı müraciət göndərib.
Onun Bundestaqa gəlişi ilə müzakirə və səsvermə arasında ən azı 48 saat keçməlidir ki, parlamentarilərin qərar qəbul etmək üçün kifayət qədər vaxtı olsun. Parlamentdə kanslerin öz xahişinin əsaslandırmasını təfərrüatlı şəkildə açıqlaması və ölkənin mövcud daxili siyasi şəraitdə tutmalı olduğu gələcək yolu göstərməsi gözlənilir.
Deputatlar Bundestaqda qüvvələr nisbətini nəzərə alaraq Şoltsa etibar etməkdən imtina etsələr, qanuna görə, Almaniya prezidenti 21 gün ərzində kanslerin təklifi ilə parlamenti buraxmağa borclu olacaq.
Şolts daha əvvəl müvafiq təkliflə dövlət başçısı Frank-Valter Ştaynmayerə müraciət edəcəyini bildirib. Bundestaqın buraxılmasından sonra 60 gün ərzində yeni seçkilər keçirilməlidir.
Prezident artıq 2025-ci il fevralın 23-də növbədənkənar seçkilərin mümkün keçirilməsini təsdiqləyib. Onların nəticələrinə əsasən yeni hökumət formalaşacaq, yeni kansler seçiləcək.
“Türkiyə Suriyada demokratik sivil hökumətin qurulmasını istəyir”.
“Report” xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan “Al Arabiya” telekanalına müsahibəsində deyib.
Onun sözlərinə görə, rəsmi Ankara Suriyadakı yeni hakimiyyətə kömək edəcək:
“Biz Suriyada demokratik mülki hökumət qurmağa çalışırıq. Suriyada yeni hökumətin Bəşər Əsədin hərəkətlərini təkrarlamasını istəmirik. Türkiyə Suriyada İranı əvəz etmək fikrində deyil. Tehranın yeni vəziyyətdən xəbərdar olduğunu nəzərə alsaq, Suriyanın mübahisələr meydanına çevriləcəyini düşünmürəm”.
Nazir əlavə edib ki, Türkiyə ABŞ və Suriyanın yeni hakimiyyət orqanları arasında vasitəçi rolunu oynamağa hazırdır. Bundan əlavə, Fidan vurğulayıb ki, Ankara Suriyadakı vəziyyətlə bağlı Səudiyyə Ərəbistanı ilə ən yüksək səviyyədə hərəkətləri koordinasiya edir.
İsrailin baş naziri Benyamin Netanyahunun hökuməti Qolan təpələrinin işlənməsi planını təsdiqləyib.
Publika.az xəbər verir ki, bu barədə İsrail Nazirlər Kabinetinin rəhbərinin ofisinin mətbuat xidməti məlumat yayıb.
“Bu qərar Qolan təpələrinin məskunlaşmasını, o cümlədən təhsil, bərpa olunan enerji, tələbə kəndinin yaradılması və Qolan təpələrinin regional Şurasına yeni sakinlərin qəbulunda kömək edəcək Təşkilati İnkişaf Proqramını gücləndirir.”, - deyə məlumatda bildirilir.
Ofis planın həyata keçirilməsi üçün 40 milyon şekel ayrılacağını açıqlayıb. Təşəbbüsün məqsədi Qolan təpələrinin əhalisini iki dəfə artırmaqdır.
Dekabrın 7-8-də İsrail ordusu yarım əsrdən artıq müddətdə ilk dəfə olaraq Qolan təpələri xaricində Suriya sərhədini keçib. İDF müqavimətə rast gəlmədən Qolan təpələrindəki Hermon dağ silsiləsinin Suriya tərəfinə nəzarəti ələ keçirib. İsrail Hermon dağının cənub yamaclarını özünün suveren ərazisi hesab edir.
Dekabrın 9-da Netanyahu bildirib ki, Qolan təpələri əbədi olaraq İsrailin “ayrılmaz hissəsi” olaraq qalacaq. Onun sözlərinə görə, hazırda İsrailin bu əraziyə nəzarətinin vacibliyini “hamı anlayır”.
Suriyada hakimiyyətə gələn silahlı müxalifətin lideri Əhməd əl-Şaraa (Əbu Məhəmməd əl-Culani ləqəbi ilə tanınır) ölkə prezidentliyinə namizədliyini irəli sürməyə hazır olduğunu açıqlayıb.
Bu barədə "Al Araby" telekanalı məlumat yayıb.
“Əgər vətəndaşlar və ya ətrafımdakı insanlar bunu istəsə, mən Suriya Respublikasının prezidentliyinə namizədliyimi irəli sürəcəyəm”, - deyə o bildirib.
Suriyada siyasi vəziyyət noyabrın sonunda yerli müxalifətin silahlı qruplaşmalarının güclənməsi səbəbindən daha da gərginləşib. Dekabrın 8-nə keçən gecə onlar respublikanın paytaxtı Dəməşqə nəzarəti ələ keçirdilər. Eyni zamanda, ölkə ordusunun komandanlığı ölkə prezidenti Bəşər Əsədin hakimiyyətinin başa çatdığını elan edib .
Hazırda Əsəd və ailə üzvləri Moskvadadır. Burada onlara sığınacaq verilib.(publika.az)
Türkiyə 12 ildən sonra Suriyadakı səfirliyini yenidən bərpa edib.
Bu barədə Türkiyənin xarici işlər naziri Hakan Fidan NTV-yə müsahibəsində deyib.
Nazir bildirib ki, Türkiyənin Dəməşqdəki səfirliyi dekabrın 14-də fəaliyyətini bərpa edəcək. "Artıq səfir və səfirlik heyəti bu gün Dəməşqə yola düşüb", - nazir bildirib.
Xatırladaq ki, Türkiyənin Suriyadakı səfirliyi 2012-ci ilin martında fəaliyyətini dayandırıb.
Əsəd rejiminin devrilməsindən sonra bəzi qüvvələr Suriyanın parçalanma planını həyata keçirməyə çalışır. Artıq bu planın reallaşması istiqamətində ilkin addımlar atılmağa başlanılıb. Bu planı həyata keçirmək üçün YPG/PKK terror təşkilatından, ölkənin cənubunda yaşayan druzlardan və Əsədin vətəni olan Lazkiyadəki Nusayrilərdən isifadə olunması nəzərdə tutulur.
"haber7" xəbər verir ki, Suriyanın müdafiə qüvvələrini bombardmanlarla iflic vəziyyətinə salan İsrail etnik qrupları təxribata çəkməyə can atır. "Bu məqsədlə Suriyanın cənubunda məskunlaşan bəzi druz yaşayış məntəqləri İsrailə birləşmək istədiklərini bildiriblər və bu məqsədlə israil ordusunu bu əraziləri ilhaq etməyə çağırıblar. Bundan əlavə, olaraq nusayrilərin hakim olduğu Latakiya və Tartusda Nusayri qiyamının infrastrukturu qurulur", - nəşr yazır.
Nəşrin yazdığına görə, nusayrilərin etirazlara başlamaq üçün ilk olaraq insanları Əsəd rejimini devirən qüvvələrin Latakiyada minlərlə ələvinin öldürüldüyü yalanı yayılır, məqsəd camaatı üsyana sövq etmək və beynəlxalq müdaxiləyə qapı açmaqdır. "Bununla yanaşı, druzlar, PKK/YPG və nusayrilər arasında ittifaq qurmaq istiqamətində addımlar atılır. Hətta bu məqsədlə Lazkiyədə yaşayan nusayrilər gizli silahlandırılır.
Bu yolla Suriyanın şərqində olduğu kimi qərbində də Cebel Aleviyyun (Ələvi dağı) PKK/YPG-yə bənzər bir Nusayri terror təşkilatı yaratmağa çalışırlar. Bununla da Suriya və Türkiyəni təhdid etməyi planlaşdırırlar", - nəşr yazıb.
Çin və Tayvan nümunələrindən istifadə edən kollektiv Qərb hazırda bu təcrübəni Ukraynada tətbiq edərək “parçala və idarə et” siyasətinə uyğun qaydada həyata keçirməkdədir.
Bu barədə Rusiyanın keçmiş prezidenti Dmitri Medvedev “International Affairs” jurnalındakı məqaləsində qeyd olunub.
Medvedevin fikrincə, bu gün Ukrayna seçim qarşısındadır: "Ya Rusiya ilə birlikdə olmaq, ya da dünya xəritəsindən tamamilə yox olmaq.
Əgər qondarma Ukrayna aqressiv rusofob kursunu davam etdirsə, o, dünya xəritəsindən əbədi olaraq yox olacaq”, - Medvedev qeyd edib.