![]() |
|
Ukrayna savaşı ətrafında yaranmış indiki situasiyanın nəzarətdən çıxdığı andan etibarən Üçüncü Dünya Müharibəsi aktiv fazaya keçirilmiş olacaq... Bu, baş verəcəyi təqdirdə, nüvə savaşı mütləq qaçılmaz olacaq və “yaşıl planet” qısa müddətdə od tutub, yanmağa başlayacaq...
"Yeni Müsavat" xəbər verir ki, Ukrayna savaşı artıq qlobal savaşa çevrilmək üzrədir. Belə ki, bu ehtimala reallıq görüntüləri verən kifayət qədər hərbi-siyasi əlamətlər mövcuddur. Xüsusilə də, ABŞ prezidenti Co Baydenin Ukraynaya Rusiyanın dərinliklərinə uzaqmənzilli raketlərlə zərbə endirmək icazəsi verməsi dünyanı böyük fəlakətə daha çox yaxınlaşdırmış oldu. Rəsmi Kiyev artıq Ağ Ev sahibinin bu təhlükəli icazəsindən istifadə etməyə başlayıb. Və bu baxımdan, əksər dövlətlərin qlobal savaşa hazırlıq prosesinə start vermələri qətiyyən təəccüblü deyil.
Onu da qeyd etmək lazımdır ki, prezident Co Baydenin həmin qərarı hazırda Fransa başda olmaqla, bəzi NATO ölkələri tərəfindən də birmənalı şəkildə dəstəklənir. Böyük ehtimalla Ukrayna savaşının uzadılmasında maraqlı olan bəzi dünya gücləri NATO-nun Rusiya ilə silahlı qarşıdurmaya qərar verməsinə cəhd göstərəcəklər. Çünki Fransa kimi bəzi NATO ölkələrinin bu istiqamətdə addımlar atmağa cəhd göstərməsi belə bir təhlükənin mövcudluğunu iddia etməyə əsas verir. Və bu baxımdan, indi bütün əlamətlərin məhz yaxınlaşmaqda olan qlobal savaş təhlükəsindən xəbər verdiyi qətiyyən şübhə doğurmur.
Digər tərəfdən, Rusiya siyasi dairələri də qlobal savaş barədə açıq xəbərdarlıq mesajları verməyə başlayıblar. Xüsusilə də, prezident Vladimir Putin və yaxın ətrafı Ağ Ev sahibi Co Baydenin Ukraynaya Rusiyanın dərinliklərinə zərbə icazəsi verməklə, üçüncü dünya müharibəsinin başlanmasına səbəb yaratdığını birmənalı şəkildə vurğulayır. Üstəlik, Kreml üçüncü dünya müharibəsi ilə yanaşı, nüvə savaşına hazırlaşdığını da qətiyyən gizlətmir. Və bu, Rusiyanın NATO-nun da iştirak etdiyi üçüncü dünya savaşında qələbə şansının olmadığı qənaətinə gəlinməsi anlamı daşıyır.
Məsələ ondadır ki, Kremldə Ukrayna savaşının öz arealını genişləndirəcəyi təqdirdə, Rusiyanın hərbi və iqtisadi resurslarının müdafiə olunmaq üçün yetərli olmadığını tam dəqiqliyi ilə bilirlər. Ona görə də, Kreml yeni nüvə doktrinasını qəbul etməklə, taleyüklü durumda nüvə silahına sığınmaq niyyətini biruzə verir. Rusiyanın yeni nüvə doktrinasına görə, düşmən ölkələrə bu silahla zərbə endirmək üçün artıq parlamentdən razılıq almağa ehtiyac qalmayıb. Və prezident Vladimir Putin bu barədə indi özü təkbaşına qərar vermək, nüvə düyməsini hərəkətə gətirmək hüququ qazanıb.
Əslində, Kremlin nüvə faktorunu ön plana çəkməsi ABŞ və Qərbdə istər-istəməz narahatlıq döğurmaqdadır. Çünki Rusiyanın nüvə başlıqlarının ümumi sayı NATO-nun əlində olduğundan daha çoxdur. Bu səbəbdən də, Rusiyanın nüvə savaşında qlobal düşmənlərinə dağıdıcı fəlakət ssenarisi vəd etmək imkanları Qərb siyasi dairələrində təlaş yaradır. Və bu baxımdan, belə reallıqların olduğu bir situasiyada Ukrayna savaşının qlobal müharibəyə çevrilməsinə yol aça biləcək addımların atılmasının özü də təəccüb doğurur.
Maraqlıdır ki, son vaxtlar üçüncü dünya müharibəsinin nə vaxt başlayacağı ilə bağlı ehtimalların artıq aktual olmadığını düşünənlərin sayı artmaqdadır. Belə düşünənlərin böyük əksəriyyəti üçüncü dünya savaşının başlanma vaxtının məhz həm Ukraynaya NATO-nun, həm də Rusiyaya İran və Şimali Koreyanın silah-sursat yardımı göstərdiyi zamandan hesablanmasını daha doğru hesab edirlər. Və onların fikrincə, indi üçüncü dünya müharibəsinin yalnız açıq şəkildə aktiv fazaya keçmək üzrə olduğundan danışmaq olar.
Bu barədə daha bir önəmli iddiaya Ukraynanın keçmiş müdafiə naziri, hazırda ölkəsinin Böyük Britaniyadakı səfiri olan Valeri Zalujnı müəlliflik edirb. Onun fikrincə, “Rusiyanın avtokratik müttəfiqlərini (İran və Şimali Koreya) Ukraynadakı müharibəyə birbaşa cəlb etməsindən sonra üçüncü dünya müharibəsini başlamış hesab etmək olar". Valeri Zalujnı hesab edir ki, 2024-cü ildə birmənalı şəkildə üçüncü dünya müharibəsinin başladığını elan etmək mümkündür.
Ukraynalı səfirin dediyinə görə, Ukraynaya qarşı Şimali Koreya ordusundan, raketlərindən, İranın PUA-larından, Çinin verdiyi hissələr əsasında Rusiyada hazırlanan hərbi texnikadan istifadə olunur. Ona görə də, bütün bu amillərin hamısı dünya müharibəsinin başlandığını və bəşəriyyətin buna hazırlaşmalı olduğunu deməyə əsas verir: “Uzun müddətdir ki, gözlənilən savaş artıq başlayıb. Amma Tanrının özü tək Ukraynaya deyil, bütün dünyaya indi baş verənlərdən daha düzgün nəticə çıxarmaq üçün şanslar da verir".
Digər tərəfdən, Valeri Zalujnı Ukraynanın müttəfiqlərini – ABŞ və Qərbi ittiham etməyi də unutmuyıb. Onun fikrincə, hazırda Rusiya və hərbi müttəfiqlərini dayandırmaq hələlik mümkündür. Ancaq nədənsə Ukraynanın hərbi-siyasi tərəfdaşları bunu başa düşmək istəmirlər: "Aydındır ki, Ukraynanın onsuz da hədsiz çox düşməni var. Ukrayna müasir texnologiya sayəsində mövcudluğunu saxlaya bilər. Ancaq Rusiya ilə savaşda təkbaşına qalib gələ bilib-bilməyəcəyi hələlik məlum deyil. Hazırda məlum olan yalnız odur ki, üçüncü dünya müharibəsi artıq başladı”.
Göründüyü kimi, hazırda baş verənlərə yanaşma tərzi sensasion xarakter daşıyır. Üstəlik, mövcud situasiyada təhlükəli məzmun almaqla yanaşı, böyük fəlakətin çox da uzaqda olmadığını göstərir. Çünki Ukrayna savaşı ətrafında yaranmış situasiya hər an nəzarətdən çıxa bilər. Əgər, bu, baş verərsə, artıq başlandığı iddia edilən üçüncü dünya müharibəsinin mütləq nüvə savaşına çevriləcəyini elə indidən təxmin etmək mümkündür. Və bu, insan övladının yaşadığı yeganə planetin od tutub yanmasına, yaxud da “alov topu”na çevrilmə təhlükəsinə yol aça bilər.
Üçüncü Dünya müharibəsinin başlamasına ciddi təhdidlər var.
Bunu Türkiyənin sabiq milli müdafiə naziri, TBMM Milli Müdafiə Komissiyasının sədri Hülusi Akar bəyan edib.
Üçüncü Dünya müharibəsi və İsrailin Türkiyə üçün təhlükə olub-olmaması ilə bağlı sualları cavablandıran Akar deyib ki, İkinci Dünya müharibəsində Danimarkanın işğalı 6 saat davam etdi: "Bu, bir zarafat deyil".
İsrailin Türkiyəyə yarada biləcəyinə gəldikdə isə Akar bildirib ki, İsrail onlar üçün böyük təhlükədir: "Bu, artıq zaman məsələsidir. Ona görə də təbii ki, biz hazır olmalıyıq".
Berlin Rusiya ilə hərbi münaqişə zamanı hərəkətlərə həsr olunmuş həcmli “Almaniya əməliyyat planı” hazırlayıb.
Musavat.com xarici mediaya istinadla xəbər verir ki, əksəriyyəti məxfiləşdirilən 1000 səhifəlik sənədə strateji aktivlərin mühafizəsi tədbirləri, həmçinin NATO qoşunlarının alyansın şərq cinahına köçürülməsi üçün logistika təlimatları daxildir. Ordu artıq Almaniya bizneslərini potensial münaqişəyə hazırlaşmağa cəlb edir. Hamburqda şirkətlərdən işçilərə yük maşını sürməyi öyrətmək, generatorları ehtiyatla yığmaq və antiböhran strategiyaları hazırlamaq istənilib.
Almaniyanın “Frankfurter Allgemeine Zeitung” qəzeti xəbər verir ki, orada ölkənin müdafiəsi və ya NATO-nun şərq cinahında Rusiyanın manevrinin qarşısının alınması halında hərəkətə keçmək üçün təlimatlar var.
Planda “xüsusilə hərbi səbəblərdən qorunmağa ehtiyacı olan” strateji əhəmiyyətli binaların və infrastruktur obyektlərinin mühafizəsi tədbirləri var.
Şərqdə münaqişə baş verərsə, Almaniyanın NATO-nun əsas logistika mərkəzi kimi roluna çox diqqət yetirilir:
Almaniya “onlarla, bəlkə də yüz minlərlə əsgəri” qəbul edib köçürməli olacaq.
Bundesverin nümayəndələri sənədi "canlı" adlandıraraq, onun məzmununun vəziyyət dəyişdikcə düzəldilə biləcəyini vurğuladılar.
Ordu artıq Almaniya müəssisələrini potensial fövqəladə vəziyyətə hazırlamağa başlayıb. Əməliyyat planının icrası çərçivəsində müxtəlif federal subyektlərdə sahibkarlarla izahat işləri və görüşlər keçirilir.
Məsələn, Hamburq Ticarət və Sənaye Palatasının keçirdiyi iclasda polkovnik-leytenant və Hamburqun ərazi müdafiəsinin rəisi Yorn Plişke şirkətlərə hər yüz işçidən ən azı beş nəfərinə yük maşını sürmə vərdişləri öyrətməyi, dizel yanacağı almağı tövsiyə edib.
“Almaniya yollarında yük maşınlarının 70%-ni Şərqi Avropalılar idarə edir. Müharibə başlasa, bu insanların axırı necə olacaq?” — Plişke kadr çatışmazlığına və maddi-texniki təchizatın pozulmasına hazırlaşmağın zəruriliyinə diqqət çəkərək ritorik sual verib.
Bu ilin yanvarında başqa bir alman nəşri, “Bild” tabloidi Almaniya Müdafiə Nazirliyinin Rusiya ilə NATO arasında münaqişənin inkişafı üçün mümkün ssenarini ətraflı təsvir etdiyi “Alyans Müdafiə - 2025” məxfi sənədinin xülasəsini dərc edib.
Bu ssenarinin müəllifləri hesab edirdilər ki, 2024-cü ilin oktyabrında münaqişənin eskalasiyası olacaq, çünki Rusiya Kalininqrada bir neçə qoşun və orta mənzilli raketlər göndərə bilər. Artıq dekabr ayında Suvalki dəhlizi ərazisində süni şəkildə yaranmış “sərhəd münaqişəsi” və “çoxsaylı itkilərlə iğtişaşlar” baş verəcək. 2025-ci ilin mayında NATO münaqişənin kulminasiyasına gətirib çıxaracaq çəkindirmə tədbirləri hazırlayacaq. Alyans şərq cinahına 300 min hərbçi, o cümlədən 30 mini alman əsgəri köçürəcək.
Üç ildir davam edən Rus-Ukrayna müharibəsi yeni bir mərhələyə qədəm qoyub. Ukraynanın ABŞ və Böyük Britaniyaya məxsus raketlərlə Rusiyanı vurması ilə bölgədə gərginlik daha da artıb. Rusiya isə bu hücumlara qitələrarası ballistik raketlər ataraq cavab verib. Hadisələrin gedişi hər ötən dəqiqə bölgədəki vəziyyəti daha da mürəkkəbləşdirir.
Milli.az xəbər verir ki, Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova keçirdiyi mətbuat konfransında NATO və ABŞ-nin son on ildə Rusiyanın təhlükəsizlik narahatlıqlarını nəzərə almadan hərbi infrastruktur layihələri həyata keçirdiyini qeyd edib.
Zaxarova bildirib ki, belə bir şəraitdə Rusiya əks tədbirlər görüb və bu tədbirlər çərçivəsində Polşada yerləşən NATO-nun raketdən müdafiə bazası potensial hədəf olaraq müəyyən edilib. O, bu hərbi bazanın "gərəkli olduğu təqdirdə müasir silahlarla zərərsizləşdirilə biləcəyini" vurğulayıb.
Eyni zamanda, Zaxarova Polşa bazasının qurulmasını NATO-nun hərbi infrastrukturunu Rusiyanın sərhədlərinə daha da yaxınlaşdırmağa yönəlmiş "təxribat xarakterli və sabitliyi pozan addım" kimi dəyərləndirib. O, bu addımın strateji sabitliyə zərbə vurduğunu və nüvə risklərini artırdığını bildirib.
Bölgədəki bu artan gərginlik beynəlxalq səviyyədə narahatlıqlara səbəb olmaqla yanaşı, münaqişənin daha geniş miqyas alacağı ilə bağlı narahatlıqları da artırır.
“Rusiyanın avtokratik müttəfiqlərini Ukraynadakı müharibəyə birbaşa cəlb etməsindən sonra Üçüncü Dünya müharibəsinin başladığını hesab etmək olar".
Bunu Ukraynanın Böyük Britaniyadakı səfiri, Ukraynanın sabiq müdafiə naziri Valeri Zalujnı deyib.
“2024-cü ildə birmənalı şəkildə Üçüncü Dünya müharibəsinin başladığını deyə bilərik", - o qeyd edib.
Onun dediyinə görə, Ukraynaya qarşı təkcə Rusiya deyil. "Ukraynaya qarşı Şimali Koreya ordusundan, raketlərindən, İranın PUA-larından, Çinin verdiyi hissələr əsasında Rusiyada hazırlanan raketlərindən istifadə olunur. Bütün bu amillərin hamısı dünya müharibəsinin başlandığını və dünyanın buna hazırlaşmalı olduğunu deməyə əsas verir.
Uzun müddətdir gözlənilən şey artıq başlayıb. Amma demək istəyirəm ki, Tanrının özü tək Ukraynaya deyil, bütün dünyaya düzgün nəticə çıxarmaq üçün şans verir", - o əlavə edib.
Zalujnı onu da bildirib ki, onları dayandırmaq olar, amma nədənsə tərəfdaşlarımız bunu başa düşmək istəmirlər: "Aydındır ki, Ukraynanın onsuz da hədsiz çox düşməni var. Ukrayna texnologiya sayəsində sağ qalacaq, ancaq bu döyüşdə təkbaşına qalib gələ bilməyəcəyi məlum deyil.
Hesab edirəm ki, dünya müharibəsi, xoş gəldin və bu başladı”.
Qazaxıstan və Qırğızıstan səfirlikləri təhlükəsizlik vəziyyətinin pisləşməsi fonunda öz vətəndaşlarını dərhal Ukrayna ərazisini tərk etməyə çağırıb.
Bundan əvvəl ABŞ diplomatik nümayəndəliyindən nümunə götürərək Yunanıstan, İspaniya və İtaliya Kiyevdəki səfirliklərini müvəqqəti bağlayıb.
Qeyd edək ki, Azərbaycan səfirliyi də təhlükəsizlik vəziyyətinin pisləşməsi səbəbindən öz vətəndaşlarını Ukrayna ərazisini tərk etməyə çağırmışdı./teleqraf.com
Türkiyə uzun müddətdən sonra ilk dəfə olaraq, PKK/PYD terror təşkilatını tamamilə sıradan çıxartmaq şansı qazana bilər, Ağ Evin yeni sahibi Donald Trampın Suriya ilə bağlı mövqeyinə sadiq qalacağı təqdirdə, bu, reallığa çevrilmiş olacaq... Belə vəziyyətdə rəsmi Ankara yeni situasiyaya mütləq hazır olmağa cəhd göstərir, bu məsələdə isə Rusiyanın Əsəd rejiminə təsir mexanizmləri Türkiyənin milli təhlükəsizlik maraqlarının təmin edilməsi baxımından, strateji önəm daşıyır...
"Yeni Müsavat bildirir ki, dünyanın müxtəlif regionlarında mövcud olan münaqişə ocaqları hazırda qlobal məkanda əsas ziddiyyət qaynağı hesab olunur. Çünki mövcud olan hər bir regional münaqişə ocağının arxasında hansısa dünya nəhənginin geopolitik maraqları gizlənir. Eyni zamanda, bu münaqişə ocaqları həm də digər dünya nəhənglərinin strateji maraqlarını zərbə altında buraxır. Və bu səbəbdən də, hazırda dünya nəhəngləri arasındakı qarşıdurmalar əsasən məhz dünyanın müxtəlif regionlarında olan münaqişə ocaqları üzərində çarpazlaşmış kimi görünür.
Onu da qeyd etmək lazımdır ki, müasir dünya üçün əsas problemlərin sırasında ilk növbədə məhz Ukrayna savaşı ön planda yer alır. Bu savaş kollektiv Qərb daxilində parçalanmaya yol açıb. Eyni zamanda, NATO ölkələrinin də Ukrayna savaşına yanaşma tərzinin kifayət qədər ziddiyyətli olduğu da qətiyyən diqqətdən yayınmır. Və bu baxımdan, bu savaşın ətrafında yaranmış qəliz situasiyanın yaxın gələcəkdə daha təhlükəli istiqamətlər ala biləcəyi də qətiyyən istisna edilmir.
Maraqlıdır ki, NATO-nun avanqard üzvləri sırasında yer alan Türkiyə Ukrayna savaşına münasibətdə neytral mövqeyə üstünlük verir. Üstəlik, rəsmi Ankara bu savaşın daha da təhlükəli istiqamətlər ala biləcəyindən ciddi şəkildə narahatdır. Çünki Ukrayna savaşı Türkiyə üçün həyati əhəmiyyət daşıyan Qara dəniz hövzəsi ətrafında baş verməkdədir. Və Türkiyənin milli maraqlarını ciddi şəkildə təhdid edir.
Ona görə də, rəsmi Ankara Ukrayna savaşının ən qısa zamanda dayandırılmasının tərəfdarları sırasında yer alır. Ən əsası isə Türkiyə bu savaşı qəlizləşdirib, qlobal müharibəyə çevirə biləcək addımların atılmasına açıq-aşkar müqavimət göstərir. Rəsmi Ankaranın ABŞ prezidenti Co Bayden tərəfindən Ukraynaya Rusiyanın dərinliklərinə zərbə icazəsi verilməsi barədə qərarı etirazla qarşılaması da bu baxımdan, qətiyyən gözlənilməz deyil. Və Türkiyənin həm Rusiya, həm də Ukrayna ilə normal münasibətlərinin olması da rəsmi Ankaranın mövqeyində xüsusi rol oynayır.
Məsələ ondadır ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Ağ Ev sahibi Co Baydenin Ukraynaya Rusiyanın dərinliklərinə uzaqmənzilli raketlərlə hücum icazəsi verməsi ilə bağlı qərarını sərt şəkildə tənqid edib. Prezident R.T.Ərdoğan bildirib ki, Türkiyə bu qərarı dəstəkləmir və qətiyyən doğru hesab etmir: “Biz hesab edirik ki, Ukrayna-Rusiya münaqişəsi silah, qan və göz yaşları ilə deyil, əksinə daha çox sülhə nail olmaq cəhdləri, xoş niyyətlər və diplomatiya vasitəsilə həll edilməlidir”.
Göründüyü kimi, rəsmi Ankaranın Ukrayna savaşının gələcək inkişaf istiqamətləri ilə bağlı mövqeyi konkretdir və prinsipial xarakter daşıyır. Rusiya ilə geniş tərəfdaşlıq və iqtisadi-ticari münasibətləri olan Türkiyə Ukrayna savaşının uzadılmasını qətiyyən istəmir. Əksinə, rəsmi Ankara bu savaşın dayandırılmasında, buna paralel olaraq da Türkiyənin sərhədləri ətrafında mövcud olan digər münaqişə ocaqlarının söndürülməsində Rusiya ilə ortaq fəaliyyət göstərməkdə maraqlıdır. Və rəsmi Ankaranın bu maraqları ilk növbədə Suriya böhranının nizamlanmasında Rusiya ilə tərəfdaşlığa ehtiyac yaradır.
Onu da qeyd etmək lazımdır ki, rəsmi Ankara Suriya böhranına münasibətdə artıq uzun müddətdir, Rusiya ilə siyasi-diplomatik təmasları davam etdirir. Türkiyə bu məsələdə Rusiyanın Əsəd rejiminə birbaşa təsir mexanizmlərindən istifadə etməyə ehtiyac duyur. Çünki məhz Kremlin dəstəyi Suriya ərazisində xaos və terrorizmin aradan qaldırılmasına münbit şərait yarada bilər. Və rəsmi Ankara bu istiqamətdə Kremllə məsləhətləşmələri yenidən intensivləşdirmək qərarı verib.
Türkiyənin hazırda Suriya böhranının nizamlanmasına nail olmaq üçün Rusiya ilə danışıqlar apardığını vurğulayan prezident Rəcəb Tayyib Ərdoğan terrorizmlə mübarizəni daha intensiv şəkildə davam etdiriləcəyini də bildirib. Onun fikrincə, Türkiyə bölgədə həm ABŞ-ın Suriyadan çıxmasının yaradacağı yeni vəziyyətə, həm də indiki mövcud reallığa hazırdır: "Türkiyənin milli təhlükəsizlik maraqları hər şeydən daha önəmlidir. Ona görə də, biz Suriyanın yenidən qurulmasını vacib hesab edirik. Bu, hazırda yalnız Türkiyə deyil, bu bölgədə maraqları olan hər kəs üçün ən faydalı seçimdir. Və bu mövzuda Rusiya ilə lazımi danışıqlar aparılır”.
Təbii ki, rəsmi Ankaranın əsas hədəfi Əsəd rejiminin Suriyanın bütün bölgələrinə nəzarət edə bilməsinə nail olmaqdır. Çünki bu halda, rəsmi Ankara Suriyanın Türkiyə ilə sərhəd bölgəsində tam nəzarət edilə bilinən təhlükəsizlik zolağı yaratmaq planları da reallığa çevrilər. Nəticədə Türkiyənin milli təhlükəsizliyini təhdid edən PKK/PYD terror təşkilatının tamamilə sıradan çıxarılması baş tuta bilər. Və bütün bunların reallaşdırılmasında Türkiyə Rusiyanın siyasi dəstəyinə ehtiyac duyur.
Digər önəmli məqam ondan ibarətdir ki, məhz Suriya böhranına münasibətdə Türkiyənin maraqları NATO üzrə müttəfiqi ABŞ ilə kəskin ziddiyyət təşkil edir. Belə ki, Ağ Ev PKK/PYD terror təşkilatını ABŞ-ın ən yaxın müttəfiqi elan edib. ABŞ PKK/PYD terror təşkilatını maliyyələşdirir, silah-sursatla təchiz edir və döyüş təlimləri keçir. Və bu, əslində ABŞ-ın Türkiyəyə qarşı terrorçular hazırlaması anlamı daşıyır.
Bayden administrasiyası Türkiyə əleyhinə PKK/PYD terrorçularını dəstəkləmə siyasətini davam etdirməkdə israrlı davrandı. Ona görə də, bu məsələ Türkiyə-ABŞ münasibətlərində qarşıdurma yaradan əsas problemlərin sırasına daxildir. İndi Tramp administrasiyasının öz səlahiyyətlərinin icrasına başladıqdan sonra bu məsələ ilə bağlı Ağ Evin siyasətində müəyyən dəyişikliklər də gözlənilir. Hər halda, yeni prezident Donald Tramp hələ əvvəlki hakimiyyəti dönəmindən ABŞ qoşunlarının Suriyadan çıxarılmasının tərəfdarı kimi çıxış edir. Və ehtimal olunur ki, növbəti hakimiyyəti dönəmində prezident Donald Tramp bu niyyətini nəhayət ki, yerinə yetirə bilər.
Bütün bunları nəzərə aldıqda, Türkiyə uzun müddətdən sonra ilk dəfə PKK/PYD terror təşkilatını sıradan çıxartmaq şansı qazana bilər. Ağ Evin yeni sahibinin Suriya ilə bağlı mövqeyinə sadiq qalacağı təqdirdə, bu, reallığa çevrilmiş olacaq. Belə vəziyyətdə rəsmi Ankara yeni situasiyaya mütləq hazır olmaq istəyir. Və bu məsələdə Rusiyanın Əsəd rejiminə təsir mexanizmləri Türkiyənin milli təhlükəsizlik maraqlarının təmin edilməsinə pozitiv imkanlar aça bilər.
Almaniyanın keçmiş kansleri Angela Merkel öz xatirələrində Ukraynanın NATO-ya qəbuluna qarşı çıxdığını və bunun Şimali Atlantika alyansının təhlükəsizliyi üçün risklər yaratdığını bildirib.
Merkelin sözlərinə görə, o, 2008-ci ildə Ukraynanın və Gürcüstanın NATO-ya üzvlük Fəaliyyət Planının müzakirəsini Moskvanın mövqeyi nəzərə alınmadan aparmağın qeyri-ciddi olduğunu hesab edib. Keçmiş kansler əlavə edib ki, Rusiya Ukraynanın NATO-ya namizəd statusu almasını qəbul etməzdi.
Merkel həmçinin yazıb ki, Rusiya prezidenti Vladimir Putinin öz mövqeyinə olan qəti inamı onu çox təəcübləndirib.
Eyni zamanda o qeyd edib ki, 2017-ci ildə ABŞ prezidenti Donald Trampla görüşündə Trampın Vladimir Putinlə bağlı verdiyi suallar ona amerikalı liderin Rusiya prezidentindən təsirləndiyini düşünməyə əsas verib.
Angela Merkelin "Azadlıq. Xatirələr 1954-2021" adlı memuarları 26 noyabrda Berlində təqdim ediləcək.
Rusiya ordusu bu gün səhər Ukraynanın Dnepr şəhərini raket atəşinə tutub.
Bu barədə məlumatı Ukrayna Silahlı Qüvvələrinin Hava Qüvvələri öz teleqram kanalında yayıb.
Məlumata görə, atəş zamanı Rusiya ordusu Ukrayna ərazisinə ilk dəfə “Rubej” qitələrarası ballistik raketi atıb.
Sözügedən raketin Həştərxan vilayətindən buraxıldığı qeyd olunub. Bununla yanaşı, rusiyalı hərbçilərin Dneprə Tambov vilayətindən “MiQ-31K” qırıcıları ilə “Kinjal” raketləri, eləcə də “Ту-95МС” vasitəsilə yeddi ədəd “Х-101” qanadlı raketləri atdığı bildirilib.
Hücum nəticəsində tələfat və dağıntının olması barədə məlumat daxil olmayıb.
Rusiya ordusu cəbhədə irəliləməkdə davam edir və yeni uğurlar əldə edir.
Bu barədə UNİAN məlumat yayıb.
Ukraynanın cəbhədəki mövcud dəyişiklikləri izləyən “DeepState” monitorinq layihəsinin məlumatına görə, ruslar Darıno (Kursk vilayəti), Kuraxovo (Donbas), Nijni Klin (Kursk vilayəti), Kremyano (Kursk vilayəti), Razdolnoe (Donbas), Novodonetskoye (Donbas) və Dalneye (Donbas) ərazilərində irəliləyib.
Bundan əlavə, analitiklər qeyd edib ki, Olqovka meşəsindəki vəziyyət dəqiqləşdirilir. Bu, əhəmiyyətli şəxsi heyət itkilərinə və əsir götürülən ukraynalıların güllələnməsinə səbəb olub.
Amerikanın “The New York Times” qəzeti yazır ki, Ukraynada Rusiya ordusunun qarşısını almaq üçün piyada və artilleriya çatışmır.
Əsgər və komandirlərin sözlərinə görə, uzunmüddətli döyüşlərdən sonra təcrübəli kadr çatışmazlığı uğurlu əməliyyatlara maneə törədir. Bu, Ukraynanın müdafiə xəttlərinin tükənməsinə səbəb olub və Rusiyaya müharibənin başlanğıcından bəri ən böyük uğurlarını əldə etməyə imkan verib.
Nəşr yazır ki, 20 noyabrda Rusiya ordusu Velikaya Novoselka yaşayış məntəqəsinin şərq və şimal-şərqində bir sıra hücum əməliyyatları keçirib. Məlumatlara görə, ruslar taktiki uğur əldə edib, lakin real vəziyyət bir neçə gün ərzində aydın olacaq.