![]() |
|
"Su İstehsalçıları” İctimai Birliyinin sədri Dövlət Məmmədov vəfat edib.
Azvision.az xəbər verir ki, bu barədə mərhumun yaxınları sosial şəbəkədə məlumat yayıblar. Bildirilib ki, D.Məmmədov uzun müddət ağır xəstəlikdən əziyyət çəkib.
ABŞ-ın keçmiş prezidenti Cimmi Karterin dövründə 1977-1981-ci illərdə müdafiə naziri vəzifəsini daşıyan Harold Braun 91 yaşında vəfat edib.
Axar.az xəbər verir ki, bu barədə onun bacısı Leila Brennet informasiya yayıb.
İsraildə səfərdə olan ABŞ Prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Con Bolton Qüdsdəki Ağlama divarını ziyarət edib.
Axar.az xəbər verir ki, bu barədə İsrailin Baş Nazirlik ofisindən informasiya yayılıb.
Boltonu burada İsrail Milli Təhlükəsizlik Şurasının sədri Meir Ben Şabat, həmçinin ABŞ-ın İsraildəki səfiri Devid Fridman müşayiət edib.
Qeyd edək ki, axşam saatlarında Boltonun İsrailin Baş naziri Benyamin Netanyahu ilə görüşü nəzərdə tutulub.
ABŞ Maliyyə Nazirliyi “Sukhoi Superjet 100” təyyarəsinin İrana satılması üçün ixrac sertifikatı verməkdən imtina edib.
Axar.az xəbər verir ki, buna səbəb rus təyyarəsinin 10 faizdən artıq detallarının ABŞ istehsalı olmasıdır.
Göstərilən həddin keçildiyi hallarda isə məhsulun satışı üçün ABŞ Maliyyə Nazirliyinin razılığına ehtiyac duyulur.
İran Hava Yolları Assosiasiyasının təmsilçisi Maqsud Əsədi Samaninin sözlərinə görə, detalların əvəzlənməsi prosesi də olduqca böyük zaman tələb etdiyindən müqavilənin icrası hazırda real görünmür.
Qeyd edək ki, müqavilədə İran tərəfinə 40 təyyarə satılması nəzərdə tutulmuşdu.