![]() |
|
Britaniya şahzadəsi Harri Norveçdə Britaniya Kral Dəniz Piyadaları Korpusunun Rusiyaya qarşı keçirdiyi təlimdə iştirak edəcək.
Axar.az xəbər verir ki, bu barədə “Deyli Mirror” qəzeti özünün etibarlı mənbələrinə istinadən məlumat yayıb.
Şahzadənin Norveçdə 12 həftə davam edəcək təlimdə 1000 elit dəniz piyadası ilə birgə iştirak edəcəyi vurğulanıb. Qəzetin mənbəsi bunun təlimdəki britaniyalı hərbçilər üçün müsbət siqnal olacağını deyib.
“Şahzadə yaxın müddətdə Norveçə uçaq. Məxfilik üçün şahzadənin hərəkət marşrutunun detalları paylaşılmayacaq”. – qəzet yazıb.
Qeyd edək ki, şahzadə Harri uzun zamandır orduda xidmət edir. O, Əfqanıstan müharibəsində iştirak edib və iddialara görə, burada hətta Taliban liderlərindən birini də məhv edib. Şahzadə 2017-ci ildən etibarən Kral Dəniz Piyadaları Korpusunun general-kapitanıdır.
Günaz TV-nin rəhbəri Əhməd Obalının bu televiziyanın “165 dəqiqə” verilişində bəzi fəalları ara qarışdırmaqda və nəticəsiz işlər görməkdə ittiham etməsi reaksiyalara səbəb olub.
Axar.az xəbər verir ki, Əhməd Obalı çıxışında bəzi fəalları Güney Azərbaycanın tanınmış ictimai-siyasi xadimi Abbas Lisaniyə qarşı çıxmaqla böyük yanlışa yol verməkdə ittiham edib.
“Mən demirəm, Abbas Lisani Güney Azərbaycan Milli Hərəkatının rəhbəridir. Ancaq bizə rəhbər lazımdır. Mən heç kimi nəzərdə tutmuram, Azərbaycan hərəkatında dinçi, molla, mərsiyə deyəndən rəhbər çıxmaz. Eşitdim ki, bir mollanı Abbas Lisaniyə qarşı qoyurlar. Bu mümkün deyil axı, o mollaya ziyan vururlar. Məncə, onlar mollanın da düşmənidir. Aranı qızışdırırlar, biz də məcbur olub tərəfkeşlik edirik”, - Əhməd Obalı bildirib.
Ə.Obalı nitqində bir ad çəkməsə də, burada “molla” dediyi şəxsin Əbdüləziz Əzimi Qədim olduğu ehtimal edilir.
O, həmçinin bəzi fəalları Ərdəbil-Təbriz davası salmağa təşəbbüs göstərməkdə günahlandırıb.
Xatırladaq ki, Güney Azərbaycanın yüzədək ziyalısı Günaz TV-nin rəhbəri Əhməd Obalıya sözügedən verilişdə səsləndirdiyi fikirlərlə bağlı müraciət edib. Müraciət müəllifləri Ə.Obalının milli hərəkatdakı xidmətlərini xüsusi vurğulamaqla bərabər, bəzi ittihamlar səsləndirərkən həssaslıq göstərməsini, yanlış informasiyalardan çıxış etməməsini xahiş ediblər.
Əhməd Obalının 28 dekabr 2018-ci ildə efirə gedən sözügedən çıxışının videosunu təqdim edirik:
Ukrayna Prezidenti Petro Poroşenko və Ali Radanın sədri Andrey Parubiy yanvarın 5-6-da Türkiyəyə səfər edəcək.
Report xəbər verir ki, bu barədə Ukrayna parlamentinin Mətbuat xidmətindən bildiriblər.
Səfər zamanı P.Poroşenko Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Konstantinopol patriarxı Varfolomey ilə görüşməyi planlaşdırır. Görüşlərin yanvarın 5-də baş tutacağı gözlənilir.
Rusiyanın sınaqdan keçirməyə hazırlaşdığı sualtı strateji pilotsuz aparatı "Poseidon”un maksimal sürəti məlum olub.
Virtualaz.org xəbər verir ki, həmin supersilah haqda prezident Vladimir Putin 2018-ci ilin martında elan etmişdi. Daha sonra internet səsverməsi yolu ilə silaha "Poseidon” adı verilmişdi.
Göstəriciləri tam açıqlanmasa da məlumdur ki, "Poseidon” nüvə mühərrikli sualtı silahdır, təxminən torpedonu xatırladır. Bu pilotsuz sualtı döyüş aparatı nüvə başlığı ilə təchiz oluna bilir və sualtı qayıqdan buraxılmaqla qeyri-məhdud mənzilə malikdir. Qərb hərbi ekspertləri ona "qiyamət günü silahı” adı veriblər. Çünki nüvə başlığı ilə təchiz edilmiş "Poseidon” ABŞ-ın Atlantik sahillərində partlasaydı hündürlüyü 100 metrə çatan sunami dalğaları yaranardı və bir çox iri şəhərləri radiasiyalı dəniz dalğaları basardı. Bu isə milyonlarla insanın həlak olmasına gətirib çıxaracaq.
Bildirilib ki, daşıyıcı sualtı qayığı tərk edəndən sonra "Poseidon” 1 km dərinlikdə saatda 200 kilometr sürətlə (110 dəniz uzluna yaxın) hərəkət edəcək. Mənbə sualtı aparatın hava "buludunda” hərəkət edəcəyini və nəticədə suyun müqavimətinin azalacağını bildirib.
Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmiş yaşayış məntəqələrimizdə yerləşdirilən düşmən ordusunun bölmələrində qışın gəlməsi ilə əlaqədar xəstələrin sayı kəskin surətdə artıb.
Axar.az Azərtac-a istinadən xəbər verir ki, qar yağması və soyuqların düşməsi aclıqdan, şəraitsizlikdən əziyyət çəkən hərbçilər üçün ciddi bəlaya çevrilib.
Yerli KİV-lərdə yer alan xəbərlərdə qeyd olunub ki, son bir neçə gündə soyuqdəymə və yüksək hərarət diaqnozu ilə 79 hərbi qulluqçu Ağdərə hərbi hospitalına yerləşdirilib. Komandirlər və tibb xidməti rəisləri xəstəliklərin yayılmasının qarşısını almağa çalışsalar da, dərman preparatlarının və tibbi ləvazimatların çatışmaması səbəbindən profilaktik tədbirlər görmək mümkün olmur.
Faktla bağlı araşdırma aparılır.
Hazırda beynəlxalq sabitliyə əsas təhlükə İranın Yaxın Şərqdə apardığı siyasətdir.
Axar.az xəbər verir ki, bu sözləri ABŞ Dövlət Departamentinin adı açıqlanmayan nümayəndəsi deyib.
“İran – kilit təhlükədir. O, regionda sabitliyin pozucusu olan əsas oyunçudur”, - deyə o bildirib.
ABŞ rəsmisi eyni zamanda əlavə edib ki, dövlət katibi Mayk Pompeonun 8-15 yanvar tarixlərində Yaxın Şərq ölkələrinə səfəri zamanı İran siyasətinə qarşı mübarizə əsas müzakirə mövzusu olacaq.
Türkiyənin Müdafiə naziri Hulusi Akar Sarıqamış əməliyyatının 104-cü ildönümü münasibətilə bəyanat verib.
Axar.az xəbər verir ki, Akar Sarıqamış əməliyyatında türk əsgərinin dastan yazdığını bildirib.
Nazir bəyanatında Nargin adasında saxlanılan türk əsgərlərini də unutmayaraq, Azərbaycan xalqına dəstəyinə görə təşəkkür edib.
“Sarıqamış şəhidlərini yad etdiyimiz bu əlamətdar gündə “tək millət, iki dövlət” ifadəsinin ən gözəl nümunəsini nümayiş etdirən Azərbaycan xalqının Nargin adasında zorla saxlanılan məhmətçiklərimizə etdiyi yardımları da hörmətlə yad edirik”, - Akar bildirib.
Almaniyanın Köln şəhərində naməlum şəxslər arasında silahlı atışma yaşanıb.
Axar.az xəbər verir ki, insidentdən sonra polis qüvvələri şəhərdə hərəkətə keçib.
Hüquq-mühafizə orqanları əhalini qatar stansiyasından, Köln kilsəsindən uzaq durmağa çağırıb.
Sözügedən ərazilərdə araşdırma aparılacağı bildirilib.
31 mart seçkilərindən sonra Türkiyə-Pakistan-Əfqanıstanın iştirakı ilə İstanbulda üçtərəfli sammit keçiriləcək.
Axar.az xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Pakistan Baş naziri İmran Xanla görüşdən sonra keçirilən media konfrasında deyib.
Qeyd edək ki, pakistanlı baş nazir Türkiyədə səfərdədir.
11:15
Erməni lobbisinin ABŞ-da təsiri Azərbaycanda düşünüləndən daha azdır.
Axar.az xəbər verir ki, bunu “Haqqin.az” saytına açıqlamasında ABŞ Dövlət katibinin keçmiş xüsusi müşaviri, ekspert Pol Qobl deyib. ABŞ Senatının Örl Litzenbergeri Azərbaycana səfir kimi təsdiq etməsinə münasibət bildirən Qobl erməni lobbisinin ABŞ-ın bəzi bölgələrində əvvəllər olan təsirinin azaldığını deyib:
“Amerikadakı ermənilərin Kaliforniya və Massaçusets ştatlarında ciddi təsiri var, lakin situasiya dəyişir. İndi neft və Türkiyənin münasibətləriylə bağlı narahatlıq var. Bu, hər şeydən daha vacibdir”.
Qeyd edək ki, bundan öncə ABŞ-dakı erməni lobbisi Litzenbergerin Azərbaycana səfir təyin edilməsinə qarşı çıxıb.
Litzenberger Marşal Fondunun baş elmi əməkdaşı, ABŞ-ın NATO-dakı missiyasının rəhbərinin müavini, NATO-nun Əfqanıstandakı nümayəndəsinin müavini, ABŞ-ın Serbiyadakı səfirinin müavini və ABŞ-ın Qırğızıstandakı səfirinin müavini olub. O, hazırda Dövlət Departamentində hərbi-siyasi məsələlər üzrə Büroda baş müşavir vəzifəsini tutur. İ.Litsenberger fransız, rus, serb və bolqar dillərini bilir.