![]() |
|
ABŞ prezidentinin Milli təhlükəsizlik üzrə müşaviri Con Bolton yanvarın 8-də Türkiyəyə gələcək.
Axar.az xəbər verir ki, bu barədə “CNN Türk” məlumat yayıb. Boltonun Türkiyədə Suriya və Menbiç məsələsini müzakirə edəcəyi vurğulanıb.
Qeyd edək ki, bundan öncə Bolton Türkiyəyə yanvarda səfər edəcəyini açıqlasa da, dəqiq tarix söyləməmişdi.
Rusiyaya qarşı AB sanksiyalarının ləğvi Ukraynanın şərqindəki konfliktin həllindəki infkişafla bağlıdır.
Axar.az xəbər verir ki, bunu “Rheinische Post” qəzetinə müsahibəsində Avstriya kansleri Sebastian Kurts deyib.
“Rusiyaya qarşı sanksiyaların ləğvi Ukraynanın şərqindəki konfliktin həllindəki inkişafla bağlıdır. Bunun üçün ilk addım real atəşkəsin bərpası ola bilər”, – deyə o bildirib.
2014-cü ilin avqustundan bəri ABŞ koalisiyasının Suriya və İraqda apardığı antiterror əməliyyatlarında ən azı 1139 dinc sakin ölüb.
Axar.az xəbər verir ki, bu barədə elə koalisiyanın bəyanatında deyilib.
“2014-cü ilin avqustundan 2018-ci ilin noyabrına kimi koalisiya 31 min 406 aviazərbə endirib. Bu period ərzində minium 1139 dinc sakin yalnışlıqla öldürülüb”, - deyə bildirilib.
O da əlavə edilib ki, koalisiya öz müttəfiqləri ilə birgə sözügedən tarixdən bəri Suriya və İraqda İŞİD-lə mübarizə apararaq, 8 milyona yaxın insanı xilas edib.
Nikol Paşinyan Ermənistanda cari ilin may ayında baş nazir təyin edildikdən sonra altı dəfə Rusiya Federasiyasına səfər edib. Onun az qala hər ay Rusiyanı ziyarət etməsi olduqca maraq doğurur.
Bu sözləri Axar.az-a açıqlamasında politoloq Hatəm Cabbarlı deyib. O bildirib ki, Rusiya Federasiyası Prezidenti Vladimir Putin yəqin ki, nazirləri ilə 8 ayda 6 dəfə görüşməyib:
"Paşinyan baş nazir postuna təyin edildikdən sonrakı ilk günlərdə Rusiyanı narahat edən siyasi bəyanatlar verirdi. Bir neçə ay sonra Rusiya haqqında verilən bəyanatların kəskinliyi zəifləsə də, iki ölkə arasında ciddi problemlərin olması məlumdur. Ermənistan və Rusiya arasındakı münasibətlər sattalet-mərkəz arasindakı münasibətlərə bənzəyir. Rusiya Paşinyanın bəyanatlarından narahatdır, münasibətlərin Serj Sərkisyan dönəmindəki kimi problemsiz və itaətkar şəkildə davam etməsində maraqlıdır. Bunu Rusiyanın Cənubi Qafqazdakı siyasi və hərbi mövqeyi və təhlükəsizlik problemləri tələb edir".
Politoloqun sözlərinə görə, bölgə mətbuatında Paşinyanı Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvili ilə müqayisə edir, ona bənzədirlər:
"Bu bənzətmə xüsusilə Paşinyanın Rusiyaya olan münasibəti konteksində əks etdirilir. Bu bənzətmə forma olaraq doğru olsa da, məzmun baxımından tamamilə fərqlidir. Saakaşvili Qərbin dəstəyi ilə işğal edilən gürcü torpaqlarının azad edilməsi üçün Rusiyaya qarşı mübarizə aparırdı. 2008-ci ilin avqust ayında Gürcüstan ərazi bütövlüyünü təmin etməyə cəhd etdi, amma uğursuzluqla üzləşdi və Rusiya ordusu demək olar ki, Tiflisə qədər irəlilədi. Paşinyanın və ölkəsi Ermənistanın isə Rusiyadan asılılığı və bağlılığı fərqlidir. Paşinyanın Rusiya ilə münasibətlərini korlaması ona Ermənistanın ərazi bütövlüyünün pozulması hesabına deyil, tam əksi, işğal altında saxladıqları Azərbaycan torpaqlarının azad olunmasına səbəb olar".
Politoloq vurğulayıb ki, Paşinyanın Rusiya səfərini dəyərləndirən aparıcı erməni mətbuatı bu səfərin uğursuzluqla nəticələndiyini ön plana çıxarır:
"Ermənistan ictimai rəyində də Rusiyaya qarşı çıxışlar artır. Xüsusilə, Rusiyanın Ermənistandakı 102-ci hərbi bazasının hərbi qulluqçusunun yaşlı bir erməni qadınını döyərək öldürməsi iddiasından sonra bu hərbi bazanın ölkədən çıxarılması tələbləri gündəmə gətirilir, mintinqlər təşkil edilir".
Politoloq bildirib ki, Paşinyan səfərində maraqlı bir nüans da, Vladimir Putinin sabiq prezident, indi həbsdə olan Robert Köçəryanı Yeni İl münasibətilə təbrik etməsidir:
"Rusiya bununla Paşinyan hökumətinə mesaj verməyə çalışsa da, görünən odur ki, hökumət ya bu mesajı anlamır, ya da ciddiyə almır.
Bütün hallarda yaxın gələcəkdə Ermənistan və Rusiya arasındakı münasibətlərin daha da gərginləşəcəyi ehtimalı yüksəkdir".
İsrailin Baş naziri Benyamin Netanyahunun yaxın adamlarından olan Ədliyyə naziri Ayelet Şaked öz partiyasını qurmaq qərarına gəlib.
Qaynarinfo.az xəbər verir ki, Şaked təhsil naziri Naftali Bennettlə birlikdə "Habayit Hayehudi" partiyasını tərk edərək "Hayamin Hehadash" partiyasını qurmaq barədə qərar qəbul edib. Növbəti seçkilərdə iştirak üçün yaradılan partiya sağ cinahı təmsil edir.
Ayelet Şaked korrupsiyada ittiham edilən Netanyahunun hökumətdə ən yaxın şəxslərindən hesab edilir. Baş nazir məsələ ilə bağlı hələlik heç bir açıqlama verməyib.
Qeyd edək ki, İsraildə 9 aprel 2019-cu ildə növbədənkənar parlament seçkiləri keçiriləcək.
İndoneziyada 5.8 bal gücündə zəlzələ baş verib.
Axar.az xəbər verir ki, zəlzələ Cənubi Sumatra bölgəsində qeydə alınıb.
Səhər saatlarında baş verən zəlzələnin episentri Lubuklinqau şəhərindən 91 kilometr şimal-qərbdə yerləşib.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Almaniya kansleri Angela Merkel arasında telefon danışığı baş tutub.
Axar.az xəbər verir ki, bu barədə Türkiyə mətbuatı yazıb.
Liderlərin telefon danışığı zamanı Suriyada baş verən son yeniliklər və terrorla mübarizə məsələləri müzakirə edilib.
“Vol Strit” jurnalı yazır ki, Prezident Donald Trampın Amerika qoşunlarını Şərqi Suriyadan çıxarması və həmin regionu Türkiyə hərbçilərinin nəzarətinə verməsi ağlasığmaz hadisədir. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın ən cəsarətli xəyallarında da belə bir şey ola biləcəyi ehtimal şəkilində mövcud deyildi. Bu, şübhəsiz ki, Türkiyə prezidenti üçün geniş manevr imkanları açır, ancaq müəyyən risk elementləri də var.
Amerika qoşunlarının Suriyadan çıxması o deməkdir ki, Suriya məsələsi heç bir halda Türkiyəsiz çözülə bilməz. Yaxın Şərqin əsas dövləti Türkiyədir. Ağ Ev sanki bu addımı ilə cənab Ərdoğanın regionda liderliyini təsdiqləyir. Prezident Tramp 2019-cü ildə Türkiyəyə dəvət olunub və Amerika prezidenti bu dəvətə müsbət cavab verib.
“Əgər ABŞ və Türkiyə regionda müttəfiq kimi birgə işləsələr, bu, ortadakı mənzərəni müsbətə doğru dəyişəcək. ABŞ İranla bağlı hər hansı bir plana sahibdirsə, o planın həyata keçməsi üçün Yaxın Şərqdə müttəfiq lazımdır. O müttəfiq yalnız Türkiyə ola bilər. Camal Qaşıqçı olayından sonra imici daha da pisləşmiş Səudiyyə Ərəbistanından Amerikaya müttəfiq olmaz. Ehtimal ki, ABŞ Konqresi Səudiyyə Ərəbistanına qarşı getdikcə daha sərt mövqe tutacaq”, - deyə bildirilib.
Türkiyənin Suriyada qarşılaşa biləcəyi və özündə müəyyən risk elementi daşıyan məqam kürdlərlə bağlıdır. Ancaq Suriyadakı sünni-ərəb tayflarından da bəziləri Türkiyəyə qarşı çıxa bilər.
ABŞ-ın Yaxın və orta mənzilli raketlərin ləğvi haqqında razılaşma ilə qadağan edilmiş raketlər Avropada peyda olacağı halda Rusiya cavab tədbirləri görəcək.
Axar.az xəbər verir ki, bu sözləri Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov deyib.
Lavrov Avropanı müstəqil qərar verməmək və ABŞ-ın izi ilə getməkdə ittiham edib. Onun sözlərinə görə, ABŞ-ın müqaviləni tərk edəcəyini açıqladığı zaman Avropa ölkələri böyük narahatlıqlarını ifadə ediblər. Buna baxmayaraq Rusiyanın müqavilənin saxlanmasına dəstək xarakterli hazırladığı qətnamə layihəsinin demək olar ki, bütün AB əleyhinə səs verib.
XİN rəhbəri bu məsələdə növbəti addımın Rusiyanın cavab tədbirləri olacağını da qeyd edib.
Ermənistan baş nazirinin səlahiyyətlərinin müvəqqəti icraçısı Nikol Paşinyanla Rusiya Prezidenti Vladimir Putinin danışıqlarıyla bağlı konkret nəticələr yoxdur və bu, yalnız intriqanı gücləndirir.
Axar.az xəbər verir ki, bunu “SputnikErmənistan”a açıqlamasında Ermənistan Demokratik Partiyasının rəhbəri Aram Sərkisyan deyib. Onun sözlərinə görə, hələ də ictimaiyyətə lazım olan cavablar verilməyib və şübhələr qalmaqda davam edir:
“Söhbət ilk növbədə Qarabağ problemi və Ermənistan üçün tədarük edilən qazın qiymətindən gedir. Qaz məsələsi Ermənistan əhalisi üçün əsas məsələdir. Danışıqların niyə uzunması bizə çox maraqlıdır. Rəsmi informasiyadan görünür ki, bu, hansısa protokol görüşünə bənzəyir. Bəs kadr arxasında nə baş verib?”
Sərkisyan həmçinin Putinin eks-prezident Robert Köçəryana təbrik məktubu göndərməsinə də münasibət bildirib. Onun sözlərinə görə, Köçəryanın həbsinə rəğmən ona məktubun göndərilməsi Rusiya rəhbərliyinin eks-prezidentə münasibətini dəyişdirməyini göstərir.