![]() |
|
Milli Məclisin payız sessiyasının sonuncu plenar iclası başlayıb.
Axar.az xəbər verir ki, sessiyada Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsi hakimlərinin vəzifədən azad edilməsi məsələsinə baxılıb.
Milli Məclis Məhkəmə-Hüquq Şurasının təklifini nəzərə alaraq Naxçıvan Ali Məhkəməsinin hakimləri Həsənov Polad Vəli oğlu və Məmmədov Qabil Neyməy oğlunu vəzifədən azad edib.
HƏMAS lideri İsmayıl Haniyə Moskvaya yanvarın 15-də səfər edəcək.
Axar.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Rusiya Xarici İşlər nazirinin müavini Mixail Boqdanov deyib. Onun sözlərinə görə, Haniyəni Moskvada Rusiya Xarici İşlər naziri Sergey Lavrov qəbul edəcək.
O, Haniyə ilə Lavrov arasındakı görüşdə Yaxın Şərqdəki situasiya, Fələstin-İsrail münaqişəsinin müzakirə ediləcəyini bildirib.
Qeyd edək ki, bundan öncə Haniyənin Moskvaya gələcəyi haqda məlumat yayılsa da, vaxt açıqlanmamışdı.
Güney azərbaycanlı gənclər kürd terror qruplaşmalarının əlaltıları tərəfindən qaldırılan saxta “Kürdüstan bayrağı”nı endiriblər.
Axar.az xəbər verir ki, hadisə Qəzvin əyalətinin Abyek şəhərində baş verib.
Qeyd edək ki, PKK, “Pejak”, “Komelə” və “Demokrat” kimi kürd terror qruplaşmaları vaxtaşırı Qərbi Azərbaycan əyalətində terror aktları törətməklə yanaşı, digər gizli planlar da həyata keçirir.
Saxta bayrağın endirilməsi səhnəsini əks etdirən videonu təqdim edirik:
Səudiyyə Ərəbistanının Xarici İşlər naziri Adil Cübeyr istefaya göndərilməsindən sonra xarici işlər üzrə dövlət naziri təyin edilib.
Axar.az xəbər verir ki, bu məlumatı “Sabq” portalı yayıb. Məlumata görə, Cübeyr bu vəzifə sayəsində de-fakto ölkə diplomatiyasını idarə edəcək.
Sayt bildirib ki, dəyişiklik XİN-in işində islahatlar həyata keçirilməsi üçün lazımdır. Belə ki, İbrahim Assaf XİN rəhbəri kimi nazirliyin strukturunda yenilənmələrin aparılmasıyla məcğul olacaq, Cübeyr isə Səudiyyə diplomatiyasının faktiki idarəçiliyini həyata keçirəcək.
Qeyd edək ki, Adil Cübeyr dünən XİN rəhbəri vəzifəsindən azad edilib. Onun yerinə İbrahim Assaf təyin edilib. Assaf ölkənin keçmiş maliyyə naziri olub. O, 2017-ci ilin noyabrında korrupsiya skandalına görə, onlarla iş adamıyla birgə Səudiyyə vəliəhd şahzadəsi Məhəmməd bin Salman tərəfindən həbs edilib.
Rusiyanın güc klanları arasında qarşıdurma kəskinləşib.
Axar.az xəbər verir ki, bu fikir rusiyalı eks-deputat Konstantin Borovoyun “Apostrof” saytında dərc olunan məqaləsində yer alıb.
“Federal Təhlükəsizlik Xidməti Rusiya Milli Qvardiyasına məhsulların tədarükü məsələsində müdafiə məhsulları sifarişi haqqında qanunun pozulması iddiası ilə cinayət işi açıb. Bu, Kremlin daxilində müxtəlif qrupların apardığı rəqabət və mübarizədir. Onlar prezidentə yaxınlıqları, maliyyələşmə, Putinin gedişindən sonra düşə biləcəkləri situasiya uğrunda mübarizə aparırlar. Onlara keçid dövründə öz təsirlərini saxlamaq vacibdir. Yəni biz çox sərt rəqabət görürük və o, əsasən qeyri-sivil formada aparılır. Güc strukturları diplomatik mübarizə vasitələrinə sahib olmadıqları üçün adətən intriqa vasitələrindən yararlanırlar.
Milli Qvardiyanın rəhbəri Viktor Zolotov informasiya məkanına daxil olmağa və məşhur fiqura çevrilməyə cəhd etdi. Onu ilk növbədə rəqibləri sezdilər və başa düşdülər ki, o öz təsirini gücləndirmək istəyir. Buna görə də onunla mübarizəyə başladılar. Mən bildiyim qədər, Milli Qvardiyaya qarşı ilk kompromatı Navalnı xüsusi xidmət orqanlarındakı kuratorundan (“Rotex” rəhbəri Sergey Çemezov – red.) alıb. Bu kompromat Zolotovu özünə haqq qazandırmaq və Navalnıya qarşı cavab üçün hərəkətə keçməyə məcbur etdi. Bununla FTX-çilər öz istəklərinə çatdılar.
Zolotov öz-özünə ciddi zərər vurdu. Əgər o, Navalnıya qarşı getməyib, məsələni ictimailəşdirməsəydi, Navalnının digər kompromatları kimi rahatlıqla yoxa çıxacaqdı. Bir daha deyirəm ki, baş verənlər Kremlin daxilindəki rəqabətdir. Bu mübarizə destabilizasiya göstəricisi deyil. Putinin özü də bu mübarizəni dəstəkləyir. Hakimiyyətinin ilk illərində Putin çalışırdı ki, hər şeyi bir əldə cəmləsin. O zaman FTX çox aktiv şəkildə ordu, QRU və digər xüsusi xidmət orqanlarına nəzarət etməyə başladı. Zamanla o qərara aldı ki, daha optimal texnologiya rəqabətdir. Bu, əslində təhlükəlidir. Ona görə ki, nə zamansa onlar Putinin özünün problemlərin mənbəyi olduğunu başa düşəcəklər. Bu situasiyanın özü hansısa sui-qəsdə gətirib çıxarmayacaq. Bu qruplar mövcudluqlarının Putindən asılı olduğunu anlayırlar. Putinin ətrafındakı oyunçulardan biri ciddi gücləndiyi halda digərləri onu dişləməyə və parçalamağa çalışırlar. Məsələn, SSRİ zamanında bu, “xalça altında buldoqların mübarizəsi” adlanırdı.
Bu mübarizə Donbasda özünü göstərməyəcək. Belə ki, buranın özünün kifayət qədər spontan və çətin situasiyası var. Buranın büdcəsiylə bağlı vəziyyət pisdir. Zamanında böyük maliyyələşmənin ayrıldığı “Rus dünyası” layihəsinin yönü sakitcə dəyişdirilir. Fərqli iştirakçılar ondan uzaqlaşmağa çalışırlar. Ona görə ki, bu layihənin bu və ya başqa vasitə ilə tezliklə bağlanacağı aydındır”, – deyə məqalədə bildirilib.
Tramp ABŞ-ın daxili məsələlərinin həll edilməsinə daha çox önəm verir.
Bu sözləri Axar.az-a ABŞ Prezidenti Donald Trampın ABŞ-ın dünya jandarmı olaraq qala bilməyəcəyi fikrinə münasibət bildirən politoloq Əhəd Məmmədli deyib. Politoloq Trampın öncə bir biznesmen olduğunu bildirib:
“Siyasətlə məşğul olandan, prezident seçiləndən sonra da Tramp üstünlüyü iqtisadiyyata verir. Tramp prezident seçiləndən sonra sadə amerikalıların sosial vəziyyəti daha da yaxşılaşdı, ABŞ-da son illərin ən böyük iqtisadi artımı müşahidə edildi. Tramp üçün Meksikayla sərhədlərin qorunması Suriya müharibəsindən daha vacibdir. Ölkə daxilində miqrant probleminin həlli Donbas, Krımın işğalından daha önəmlidir. Donald Trampın məlum açıqlaması təsadüf deyil. ABŞ hələlik dünyanın bir nömrəli supergücü olaraq qalır. Amma dünya və regiondakı digər dövlətlər də güclənir, müstəqil siyasət yürütməyə başlayır. NATO-nun özündə ABŞ-la bərabər Böyük Britaniya, Fransa, Almaniya, Türkiyə də güc kimi ortaya çıxmaqdadır. Digər tərəfdən, Çin, Rusiya, Hindistan iddialarını ortaya qoyub”.
Politoloqun sözlərinə görə, məhz Suriya məsələsinə gəldikdə isə bu Trampın müstəqil qərarıdır:
“Hələlik qərarının arxasında durur. Ərdoğanla məlum telefon söhbətindən sonra Tramp ikinci dəfə “biz oradan çıxırıq” qərarını verdi. Bu qərara hələ də ABŞ-ın daxili və xaricində ciddi təpkilər var. Müdafiə naziri Mettis əbəs yerə istefa vermədi. ABŞ-ın NATO müttəfiqləri Britaniya və Fransa bu qərarı ciddi narazılıqla qarşıladı. PKK pərişan vəziyyətdədir, İsrail isə hələlik sakit durur. Lakin ABŞ-ın digər NATO müttəfiqi Türkiyə məlum qərarı razılıqla qəbul etdi. Amerikalılar praqmatik xalqdır. Onlar gördülər ki, Türkiyə üçün Şimali Suriya qırmızı xətdir, ona görə də vəziyyəti gərginləşdirmək əvəzinə yumşaltmağa getdilər. Düşünürəm ki, gecikmiş də olsa, düzgün qərardır”.
Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp jurnalistlərə açıqlamasında bildirib ki, ABŞ dünya jandarmı olaraq qala bilməz.
Rusiya Cənub Hərbi Dairəsinin raket polkuna məxsus “Triumf” zenit raket kompleksləri şərti düşmənin raket-aviasiya zərbəsini dəf edib.
Axar.az xəbər verir ki, bu barədə Mərkəz Hərbi Dairəsinin mətbuat xidməti məlumat yayıb.
“Təlimin planına əsasən, şərti düşmən Novosibirsk vilayətinin yerüstü obyektləri və infrastrukturuna aviasiya zərbələri endirməli idi. S-400-lərin növbətçi hissələri aviasiya hücumunu qeydə alıb və “rəqib”i raketlə məhv ediblər”, - məlumatda bildirilib.
S-400-lər təlim-döyüş tapşırığını yerinə yetirərkən onları “Pansir-S1” zenit-raket kompleksləri qoruyub.
Təlim zamanı Mərkəz Hərbi Dairəsinin raket alayının hərbçiləri 40-a yaxın müxtəlif hədəfləri məhv edib.
Ermənistan üçün xarici borcların artmasından daha ağır bir məsələ var.
Bu sözləri Axar.az-a açıqlamasında iqtisadçı Natiq Cəfərli Ermənistanın 2019-cu ildə daha 490 milyon dollar borc alacağı barədə rəsmi məlumatı şərh edərkən deyib. O bildirib ki, Ermənistanda təqribən 1,6 milyard dollara yaxın avrobondların 3 illik buraxılmış borc kağızları var idi:
“2019-cu ildə onların da qapadılması məsələsi gündəmə gələcək. İl ərzində Ermənistan avrobondlar üzrə ya faizləri ödəməli, ya da onları geri qaytarmalı olacaq. Bu da Ermənistana çox ciddi maliyyə yükü yaradır. Xarici borcların artması, xarici öhdəliklərin çoxalması Ermənistanın onsuz da zəif olan iqtisadiyyatında əlavə bir yükə çevrilib. Ona görə də çox güman ki, gələn il üçün alınacaq borcların əsas hissəsi heç ölkə iqtisadiyyatına yatırılmayacaq. O borcların alınma səbəbi ondan ibarətdir ki, bundan öncəki illərdə alınmış xarici borcları və digər buraxılmış dövlət istiqrazlarının faizlərini ödəyə bilsinlər. Çox güman ki, Ermənistan hökuməti buna görə 490 milyon dollar borc alır. Yəni borcu qaytarmaq üçün borc alır. Bu da daha çox borclanma olacağından və gələcəkdə bu borcların idarəolunmaz bir həddə çata biləcəyindən xəbər verir. Bəzi məlumatlar da var ki, Ermənistanın yeni hökuməti gələn il Beynəlxalq Valyuta Fondu və Dünya Bankı ilə növbəti danışıq mərhələsinə başlayacaq. Bununla onlar daha çox borc cəlb edərək, ölkə iqtisadiyyatına yatırımları bu borclar hesabına artırmaq istəyir”.
İqtisadçı vurğulayıb ki, Ermənistan hökuməti aldığı borcların böyük bir hissəsini əvvəlki illərdə alınan borcların faizlərinin verilməsinə sərf etdiyi üçün 2019 iqtisadi anlamda çox ağır bir il olacaq:
“Ermənistanın Rusiyadan asılılığı getdikcə artır. Əgər gələn il də neftin qiymətlərində enmə davam etsə, paralel olaraq, Rusiyada rublun ucuzlaşması baş versə (son günlərdə artıq bu proses başlayıb) və borc yükü də artsa, bu, Ermənistan iqtisadiyyatına çox ağır bir zərbə olacaq. Yəni kifayət qədər idarəolunmaz proseslərin şahidi ola bilərik. Hər şey yeni hökumətin Dünya Bankı və Beynəlxalq Valyuta Fondu ilə danışıqlarından asılı olacaq. Əgər bu danışıqlar vasitəsi ilə müəyyən güzəştlər əldə etsələr və böyük və uzunmüddətli borc cəlb edə bilsələr, ola bilər ki, vəziyyətdən çıxsınlar. Yoxsa Ermənistan hökuməti kommunal xidmətlərin, yanacağın, bir sözlə dövlət tərəfindən tənzimlənən hər şeyin qiymətini qaldırmağa məcbur olacaq ki, büdcəyə əlavə vəsait cəlb etsin. Bu da əhalinin ciddi narazılığına səbəb ola bilər”.
İqtisadçı qeyd edib ki, ümumiyyətlə, Ermənistanın gələn il Rusiyadan asılılığının azaldılması Avropanın, dünyanın Ermənistanın yeni hökumətinə münasibətindən asılı olacaq:
“Əgər Rusiyanın təsirlərini yavaş-yavaş minimuma çatdırılmasını AB hədəf kimi qarşısına qoyubsa, bu baş verə bilər. Ermənistan iqtisadiyyatı çox kiçikdir. Büdcələrinin həcmi heç 3 milyarda çatmır. Yəni Qərb belə kiçik iqtisadiyyatı olan ölkəni Rusiyadan uzaqlaşdırmağı hədəf kimi qarşısına qoysa, AB və ABŞ maliyyə institutları bunu qısa müddətdə bacarar. Bu dəstək olmasa, həm Ermənistanda vəziyyət gərginləşəcək, həm də Rusiyadan asılılıq getdikcə daha çox artacaq”.
Qeyd edək ki, 2019-cu ildə Ermənistanın xarici borclarına daha 490 milyon dollar əlavə olunacaq.
ABŞ gərək Yaxın Şərqi tərk etsin.
Axar.az xəbər verir ki, bunu İranın Ali dini liderinin hərbi məsələlər üzrə baş köməkçisi Yəhya Rəhim Səfəvi deyib.
“ABŞ Qərbi Asiyada hərbi kampaniya başlayaraq, səhvə yol verdi. ABŞ gərək Qərbi Asiyanı tərk etsin. Bu region bizə məxsusdur”, – deyə o bildirib.
O, həmçinin İran, Çin, Rusiya və Hindistanı Şərqdə meydana gələn yeni dünya gücləri adlandırıb.
Səfəvi müasir İran-islam mədəniyyətinin Amerika liberalizminə qarşı olduğunu deyib.
Nazirlər Kabineti “İri dövlət şirkətlərinin gəlirlər və xərclər smetaları haqqında” qərara dəyişiklik edib.
Axar.az xəbər verir ki, bu barədə qərarı Baş nazir Novruz Məmmədov imzalayıb.
Qərara görə, “İri dövlət şirkətlərinin gəlirlər və xərclər smetaları haqqında” 2016-cı il 30 dekabr tarixli qərarın 4-cü hissəsində “Rüfət Aslanlı” sözləri “İbrahim Alışov” sözləri ilə və “Direktorlar Şurasının sədri” (Maliyyə Bazarlarına Nəzarət Palatasının Direktorlar Şurasının sədri) sözləri “İdarə Heyətinin sədri vəzifəsini icra edən” sözləri ilə əvəzlənib.