Qarabağ separatçılarının rəhbəri Bako Saakyan yenidən İrəvana gəlib.

Axar.az xəbər verir ki, Saakyan İrəvanda Ermənistan baş nazirinin səlahiyyətlərinin müvəqqəti icraçısı Nikol Paşinyanla görüşüb.

Görüşdə qondarma rejimlə İrəvan arasında qarşılıqlı fəaliyyəti əks etdirən məsələlər, özəlliklə 2019-cu il üçün nəzərdə tutulan sosial-iqtisadi sferadakı birgə strateji proqramlar müzakirə olunub.

Qeyd edək ki, bu, Saakyanın cari ay ərzində İrəvana ikinci səfəridir.

Axar.az Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, millət vəkili Qüdrət Həsənquliyevin Azpolitika.az-a müsahibəsini təqdim edir:

Ardını oxu...

Moskvada Rusiya və Türkiyə rəsmiləri arasında görüş başlayıb.

Axar.az xəbər verir ki, Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu, Müdafiə naziri Hulusi Akar və Rusiyanın Xarici İşlər Naziri Sergey Lavrov və Müdafiə naziri Sergey Şoyqu arasında baş tutan görüşdə Suriyada baş verən son proseslər müzakirə olunur.

Çavuşoğlu artıq “Rusiya bizim üçün vacib ölkədir, yoxsa burada olmazdıq” deyə ilk açıqlamasını edib.

Pakistan hökuməti ölkənin eks-prezidenti Asif Əli Zərdari və daha 171 nəfəri çirkli pulların yuyulmasında ittiham edib.

Axar.az xəbər verir ki, bu barədə “Assoşeyted Press” agentliyi məlumat yayıb.

Zərdari və digərləri saxta bank hesablarına sahib olmaq ittihamıyla həbs ediliblər.

Hazırda Pakistan parlamentinin aşağı palatasının deputatı olan eks-prezident ona qarşı irəli sürülən ittihamları rədd edib.

Qeyd edək ki, Zərdari 2008-2013-cü illərdə Pakistan prezidenti olub. O, 2007-ci ildə terakt nəticəsində həlak olan keçmiş baş nazir Bənazir Bhuttonun həyat yoldaşıdır.

ABŞ Prezidentinin Milli təhlükəsizlik üzrə müşaviri Con Bolton yanvar ayında Türkiyə və İsrailə səfəri zamanı nəyi müzakirə edəcəyini açıqlayıb.

Axar.az xəbər verir ki, bu barədə o öz Tvitter səhifəsində məlumat yayıb.

O, səfər zamanı əsas müzakirə mövzusunun İŞİD terror təşkilatıyla mübarizənin növbəti mərhələsi olacağını bildirib.

Qeyd edək ki, bundan öncə ABŞ öz ordusunu Suriyadan çıxarmaq haqqında qərar qəbul edib.

Ermənistanla Rusiya arasında siyasi münasibətlər "məxməri inqilabdan" sonra kifayət qədər gərgin xarakter alıb.

Bu sözləri Axar.az-a açıqlamasında politoloq Məhəmməd Əsədullazadə deyib. O bildirib ki, parlament seçkilərindən sonra Paşinyanın Rusiya səfəri, əsasən, iki ölkə arasında problemlərin həllinə köklənmişdi:

“Amma Paşinyan bu görüşdə Putindən gözlənilən dəstəyi almadı. Ona görə ki, Kreml əleyhinə bu gün Ermənistanda geniş təbliğat aparılır. Hətta Rusiyanın Ermənistanda bazasının çıxarılması şüarları irəli sürülür. Bundan əlavə, Paşinyanın siyasəti qərbpərəstdir, Putin Paşinyanın siyasi vədlərinə inanmır. Digər tərəfdən, Paşinyan Rusiyanın əsas siyasi dayağı olan Putinin siyasi iradəsinə zidd olaraq Qarabağ klanına qarşı siyasi repressiya həyata keçirir. Üçüncüsü, Paşinyan ölkəsində tam antirusiya meyilli hakimiyyət formalaşdıraraq, Kremlin ölkəsində mövqeyinin zəifləməsi istiqamətində siyasət aparır. Belə olan təqdirdə təbii ki, Putin Paşinyana siyasi dəstək verməyəcək”.

Politoloq vurğulayıb ki, hər iki şəxsin siyasi baxışları bir-birlərinə ziddir:

“Putinin bu görüşdən dərhal sonra həbsdə olan eks-prezident Köçəryana Yeni il təbriki ünvanlaması, bu şəxsin Paşinyandan daha çox Rusiya üçün önəmli fiqur olduğunun mesajıdır”.

Politoloq qeyd edib ki, bu görüşdə səmimi görüntülərin olması protokol xarakterli idi:

“Putin seçkilərdən dərhal sonra Paşinyana rəsmi təbrik məktubu göndərməyib. Görüş əsnasında Putinin şəxsi dilucu təbriki Rusiyanın rəsmi şəkildə təbriki deyil. Bu onu göstərir ki, Putin Paşinyanın iqtidarda qalmasını istəmir”.

Politoloq bildirib ki, Putin və Paşinyan arasında aparılan danışıqlarda prinsipial məsələlərdə razılaşma əldə olunmayıb:

“Bu, əsasən, Ermənistan üçün həyati əhəmiyyət olan qazın qiymətinin stabil saxlanılması, yaxud aşağı salınmasıdır. Göründüyü kimi, Putin Paşinyana qazın qiymətində güzəştə getmədi. Paşinyanın məhz bu səfəri qazın qiymətinin aşağı salınmasına hesablanmışdı. Putin buna getməyərək, Paşinyana daxili etirazların formalaşması üçün zəmin yaratdı. Bu, Rusiyanın Ermənistana enerji təzyiqidir”.

M.Əsədullazadə vurğulayıb ki, növbəti aylarda iki ölkə arasında siyasi ziddiyətlər dərinləşməyə doğru gedəcək:

“Ümumiyyətlə, bu görüşdə Putinin Paşinyana münasibəti dostcasına deyildi. Baxmayaraq ki, Putin Ermənistanı müttəfiq dövlət adlandırdı. Bu, Rusiyanın Ermənistandan vaz keçməyəcəyinin mesajı idi. Görüşdə Putinin Paşinyana münasibətində soyuqluq və inamsızlıq görünürdü”.

Qeyd edək ki, Ermənistanın baş nazir əvəzi Nikol Paşinyan 27 dekabrda Moskvaya səfər edib. Səfər zamanı o, Rusiya Prezidenti Vladimir Putinlə görüşüb.


Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 29-da Səudiyyə Ərəbistanı Krallığının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Haməd bin Abdullah bin Səud bin Xudeyrin etimadnaməsini qəbul edib.

Axar.az xəbər verir ki, bu barədə Prezidentin mətbuat xidməti məlumat yayıb.

11:13

Prezident İlham Əliyev “Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2018-ci il 28 dekabr tarixli 1432-VQD nömrəli Qanununun tətbiqi və “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2015-ci il 29 dekabr tarixli 96-VQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 15 fevral tarixli 795 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında ərman imzalayıb.

Axar.az fərmanın mətnini təqdim edir:

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2018-ci il 28 dekabr tarixli 1432-VQD nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiqini təmin etmək məqsədi ilə qərara alıram:

1. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

1.1. Azərbaycan Respublikası qanunlarının və Azərbaycan Respublikası Prezidentinin aktlarının “Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

1.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.3. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.4. həmin Qanundan irəli gələn digər məsələləri həll etsin.

2. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların “Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.

3. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2015-ci il 29 dekabr tarixli 96-VQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 15 fevral tarixli 795 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016, № 2 (II kitab), maddə 259, № 3, maddə 460, № 4, maddə 670, № 6, maddələr 1025, 1063, № 7, maddə 1272, № 9, maddə 1468, № 10, maddələr 1614, 1638; 2017, № 2, maddələr 176, 202, № 3, maddə 351, № 4, maddələr 530, 537, № 6, maddə 1101, № 7, maddələr 1314, 1346, № 8, maddə 1521, № 9, maddə 1637, № 10, maddələr 1788, 1798, № 11, maddələr 2003, 2027, № 12, maddələr 2290, 2320; 2018, № 1, maddə 36, № 2, maddələr 198, 201, № 3, maddələr 418, 428, 443, 445, № 5, maddələr 914, 918, 926, 955, № 6, maddələr 1225, 1234, № 7 (I kitab), maddələr 1465, 1477, 1494, 1504, № 8, maddələr 1678, 1697, № 9, maddə 1840; Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 7 noyabr tarixli 331 nömrəli, 15 noyabr tarixli 343 nömrəli, 23 noyabr 360 nömrəli, 10 dekabr tarixli 384 nömrəli, 18 dekabr tarixli 409 nömrəli və 20 dekabr tarixli 416 nömrəli fərmanları) 4.39-cu bəndində “və mətnində, 486-cı maddəsində” sözləri “, 485.1-ci və 486-cı maddələrində” sözləri ilə əvəz edilsin.

***

İlham Əliyev “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2018-ci il 28 dekabr tarixli 1437-VQD nömrəli Qanununun tətbiqi haqqında sərəncam imzalayıb.

Sərəncamda deyilir:

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu bəndini rəhbər tutaraq, “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2018-ci il 28 dekabr tarixli 1437-VQD nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiqini təmin etmək məqsədi ilə qərara alıram:

1. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

1.1. Azərbaycan Respublikası qanunlarının və Azərbaycan Respublikası Prezidentinin aktlarının “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

1.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.3. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.4. həmin Qanundan irəli gələn digər məsələləri həll etsin.

2. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.


Analitik Elçin Mirzəbəyli retro vaqonlarla bağlı xatirələrini bölüşüb.

Kult.az xəbər verir ki, analitik bu qatarların ona 1989-cu ilin noyabrını xatırlatdığını qeyd edib:

"Gecələr "Azadlıq" meydanında növbə çəkirdik ki, təxribat olmasın. Arabir meydan boyu səpələnmiş ocaqlara yaxınlaşıb isinirdik. Üstümüzdən his-pas qoxusu gəlirdi. Səhər tezdən evə gedəndə ölkədə baş verənlərin, Dağlıq Qarabağın Azərbaycandan qoparıldığının fərqində olmayan, lap elə vecinə olmayanların heç biri yanımızda dayanmırdı. Ocaq qoxusu onları vururdu. Mənim kimilərdən indi də ocaq qoxusu gəlir. Amma hər kəs duya bilmir. Bu vaqonu görəndə o günləri xatırladım".

Qeyd edək ki, Bakı Metropoliteni QSC ənənəsinə sadiq qalaraq, 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə sərnişinləri retro vaqonlarda daşıyacaq.

İsrail hərbi vertolyotları Qəzza sektorunda HƏMAS-ın hərbi postlarına zərbələr endiriblər.

Axar.az xəbər verir ki, bu barədə İsrail Silahlı Qüvvələrinin Mətbuat Xidməti məlumat yayıb.

Qeyd edək ki, bundan öncə Qəzza sektorundan İsrailin Şaar xa Neqev şəhərinə raket atılıb.

Xəbər lenti