Belarus Prezidenti Aleksandr Lukaşenko Müstəqillik Sarayında keçirələn Yeni il gecəsinə qatılıb.

Kult.az xəbər verir ki, gecədə təhsildə, yaradıcılıqda və idmanda uğur qazanan 300 məktəbli və tələbə iştirak edib.

Lukaşenko tədbirdə çıxış edib, gənclərin ölkənin taleyindəki roluna toxunub, hər kəsi təbrik edib.

Daha sonra isə rəqs başlayıb və Lukaşenko “Miss Belarus-2018” gözəllik yarışmasının qalibi Mariya Vasilyeviçlə rəqs edib.


Son bir həftədə Türkiyənin daxilində və xaricində 27 terrorçu zərərsizləşdirilib.

Axar.az xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb.

 

Pakistanın FETÖ-nu terror qruplaşması elan etməsi böyük önəm daşıyır.

Axar.az xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

“FETÖ-nun terror qruplaşması olduğunu onlar da qəbul etdilər. Bundan sonrakı proses bağlanmış yerlərin bizim Maarif Fonduna təhvil verilməsi olacaq. Azərbaycanda da bəzi mühüm yeniliklər var. Onların da bu yeniliklərlə birlikdə müjdələrini bu gün-sabah sizə çatdıra bilərik”, - Ərdoğan bildirib.

Türkiyə və Rusiya prezidentləri 2019-cu ilin ilk yarısında görüşə bilərlər.

Axar.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib. O, dekabrın 29-da Moskvaya gələn Türkiyə nümayəndə heyəti ilə Putinin görüşünün nəzərdə tutulmadığını bildirib.

Peskovun sözlərinə görə, Türkiyə Xarici İşlər naziri Mövlud Çavuşoğlu və Müdafiə naziri Hulusi Akarla görüşə Rusiya tərəfindən prezidentin beynəlxalq məsələlər üzrə köməkçisi Yuri Uşakov qoşulacaq.

Qeyd edək ki, Prezident Ərdoğanın sözçüsü İbrahim Qalın, Xarici İşlər naziri Mövlud Çavuşoğlu, Milli Müdafiə naziri Hulusi Akar və MİT rəhbəri Hakan Fidandan ibarət nümayəndə heyəti sabah Rusiyaya səfər edəcək.

17:28

Azərbaycan Respublikası Prezidenti İlham Əliyev Binəqədi rayonunda abadlıq-quruculuq işlərinin davam etdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb.

Axar.az sərəncamın mətnini təqdim edir:

1. Binəqədi rayonunda abadlıq-quruculuq tədbirlərinin davam etdirilməsi, o cümlədən Ayna Sultanova adına parkda yenidənqurma işlərinin aparılması məqsədilə Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Binəqədi Rayon İcra Hakimiyyətinə 1,5 milyon (bir milyon beş yüz min) manat ayrılsın.

2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etsin.

***

Azərbaycan Respublikası Prezidenti İlham Əliyev Şahin Məmmədovun 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.

Sərəncamda deyilir:

Azərbaycan Respublikasının ictimai-siyasi həyatında fəal iştirakına görə Şahin Kərim oğlu Məmmədov 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilsin.

***

Prezident İlham Əliyev Azərbaycan Respublikası Dövlət Neft Fondunun 2019-cu il büdcəsi haqqında fərman imzalayıb.

Fərmanda deyilir: Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Azərbaycan Respublikası Dövlət Neft Fondunun 2019-cu il büdcəsini formalaşdırmaq və Fondun valyuta vəsaitinin səmərəli idarə edilməsini təmin etmək məqsədilə qərara alıram:

1. Azərbaycan Respublikası Dövlət Neft Fondunun 2019-cu il büdcəsinin gəlirləri 15 450 149,7 min manat, xərcləri isə 11 595 238,4 min manat məbləğində təsdiq edilsin.

2. Müəyyən edilsin ki, Azərbaycan Respublikası Dövlət Neft Fondunun 2019-cu il büdcəsinin gəlirləri aşağıdakı daxilolmalar hesabına formalaşır.

3. Müəyyən edilsin ki, Azərbaycan Respublikası Dövlət Neft Fondunun 2019-cu il büdcəsinin xərcləri aşağıdakı məqsədlərə yönəldilir.

4. “2019-cu ildə Azərbaycan Respublikası Dövlət Neft Fondunun vəsaitindən istifadənin əsas istiqamətləri (proqramı) və investisiya siyasəti” təsdiq edilsin (əlavə olunur).

5. “Azərbaycan Respublikası Dövlət Neft Fondunun 2019-cu ildə idarə edilməsi ilə bağlı xərclər smetası” təsdiq edilsin (əlavə olunur).

Sıra

№-si

Gəlir mənbələri

Gəlirlərin məbləği

(min manat)

2.1.

Azərbaycan Respublikasının payına düşən karbohidrogenlərin satışından əldə edilən xalis gəlirlər (karbohidrogenlərin nəqli üzrə məsrəflər, bank, gömrük rəsmiləşdirilməsi, müstəqil nəzarət (sörveyer), marketinq və sığorta xərcləri çıxılmaq şərtilə, habelə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin sərmayəçiləri, payçısı və ya tərəfdaşı olduğu layihələrdə onun sərmayəsinə və ya iştirak payına düşən gəlirlər istisna olmaqla)

13 218 752,6

2.2.

Karbohidrogen ehtiyatlarının işlənməsi ilə əlaqədar sərmayəçilərin müqavilə sahəsindən istifadə üçün akrhesabı ödənişləri

4 692,0

2.3.

Neftin və qazın Azərbaycan Respublikasının ərazisi ilə ötürülməsindən əldə edilən gəlirlər

19 040,0

2.4.

Dövlət Neft Fondunun valyuta aktivlərinin yerləşdirilməsindən və idarə olunmasından əldə edilən gəlirlər

1 442 495,1

2.5.

Neft-qaz sazişlərinin imzalanması və ya icrası ilə bağlı sərmayəçilərin ödədikləri bonuslar

765 170,0

 

Cəmi

15 450 149,7

 

Sıra

№-si

Xərc istiqamətləri

Xərclərin məbləği

(min manat)

3.1.

Məcburi köçkünlərin sosial-məişət və məskunlaşma məsələləri ilə bağlı bəzi tədbirlərin maliyyələşdirilməsi

200 000,0

3.2.

Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsinə transfertin yuxarı həddi

11 364 300,0

3.3.

Azərbaycan Respublikası Dövlət Neft Fondunun idarə edilməsi ilə bağlı xərclər

30 938,4

 

Cəmi

11 595 238,4

 

Neftçala rayon Dövlət Aqrar İnkişaf Mərkəzinə yeni direktor təyin edilib.

Report xəbər verir ki, bununla bağlı kənd təsərrüfatı naziri İnam Kərimov müvafiq əmr imzalayıb. Əmrə əsasən Ramil Salman oğlu Salmanov Neftçala Dövlət Aqrar İnkişaf Mərkəzinə direktor təyin edilib.

Qeyd edək ki, Ramil Salmanov bu vəzifəyə qədər Dövlət Sosial Müdafiə Fondunun (DSMF) Neftçala rayon şöbəsində direktor vəzifəsində çalışıb.

Səudiyyə Ərəbistanı Xarici İşlər naziri Adil Cübeyr Rusiyanın təsiri ilə vəzifəsindən azad edilib.

Axar.az xəbər verir ki, bu iddia ilə “Vaşinqton Eksaminer” qəzeti çıxış edib.

“Moskva çalışır ki, ABŞ-ın yerinə Səudiyyə Ərəbistanının müttəfiqi olsun. Ruslar istəyirlər ki, səudiyyəlilər Rusiya iqtisadiyyatına yatırım etsinlər, Moskva isə bunun əvəzində Ər-Riyadın fəaliyyətinə göz yumsun. Kreml bu istiqamətdə müəyyən uğurlar qazanıb. Məhəmməd bin Salman ABŞ-ın yaxın müttəfiqi olsa da, Moskva hər şeyə rəğmən özünü Vaşinqtonun yerinə Ər-Riyada daha etibarlı tərəfdaş kimi göstərməyə çalışır”, – deyə qəzet bildirib.

Qeyd edək ki, Cübeyr Qərblə əlaqələrin əsas tərəfdarlarından biri sayılır.

Kremlin mətbuat katibi Dmitri Peskov Böyük Teatrda keçirilən prezident qəbulunu könüllü şəkildə tərk etdiyini etiraf edib.

Kult.az xəbər verir ki, Peskov həyat yoldaşını dəstəkləmək üçün Tatyana Navkanın baş rol oynadığı “Alqırmızı gül” tamaşasının “Meqasport” idman sarayında keçirilən premyerasına baş çəkib.

“Soruşmadan qaçdım. Düzünü desək, orada prezidentin işgüzar qrafikinin fəal hissəsi başa çatmışdı. Yeni il münasibətilə Böyük Teatrda qəbul olacaqdı və orada “Şelkunçik” tamaşası səhnələşdiriləcəkdi. Təbii ki, həmin gün “Şelkunçik”ə baxmaq əvəzinə burada olmalı idim”, - Peskov bildirib.

Nikol Paşinyanın Vladimir Putinlə görüşü hazırkı erməni hökuməti ilə Kreml arasında yaranmış dərin uçurumu bir daha sərgiləyib.

Axar.az xəbər verir ki, Paşinyan ermənilər üçün həyati əhəmiyyətə malik qaz probleminin həllinin dalana dirənməsini ört-basdır etməkdən ötrü səfərdən dərhal sonra Feysbuk hesabında uğursuz Moskva səfərinin yekunlarına “bəzək-düzək” verib.

“Qazla bağlı qərar qəbul edilməsə də, müzakirələr davam etdirilir”, - Paşinyan bildirib.

Paşinyan bu sözlərlə problemin həlli üçün səfər etdiyi Moskvadan əslində əliboş qayıtdığını dolayı yolla etiraf edib. Onun Moskvada aparılan danışıqlardan sonra “arzuolunan nəticələrə” və ya “ən azından, arzuolunmaz nəticələrin olmayacağına ümid etdiyini” bildirməsi heç bir nəticə əldə olunmadığının göstəricisidir.

Paşinyanın açıqlamasında açıq şəkildə Putinlə görüşün alınmamasına işarə vurur:

“Bizim münasibətlərimiz o qədər hərtərəfli və çoxşaxəlidir ki, Putinlə görüş zamanı ikitərəfli gündəmdə dayanan bütün məsələləri müzakirə edə bilmədik”.

Bu, dolayısı ilə “Putinlə görüşümüz yarımçıq qaldı” və yaxud “Ciddi məsələləri müzakirə edə bilmədik” deməkdir. Görünür, Rusiya lideri Ermənistanın qeyri-ciddi baş nazir əvəzi ilə ciddi müzakirələr aparmağı lazım bilməyib.

Paşinyanın bu görüşü “qiymətləndirmə meyarı” da diqqət çəkib. Sentyabrın 8-də Kreml səfərində Putinlə görüşdən sonra Moskva ilə münasibətləri “parlaq” adlandıran Nikol bu dəfəki böyük etinasızlıq şəraitində keçən danışıqlar fonunda ikitərəfli əlaqələri “hərtərəfli” saymaqla kifayətlənib.

Yəni artıq “parlaq” münasibətlər yoxdur, “hərtərəfli” var.

Ən maraqlısı isə Paşinyanın həbs etdiyi Köçəryana Putinin növbəti təbriki idi. Putin əliboş yola saldığı Paşinyanı İrəvanda Köçəryana Yeni il təbriki ilə “qarşıladı”.


Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 28-də Türkiyə Respublikasının Daxili İşlər naziri Süleyman Soylunun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Axar.az xəbər verir ki, görüşdə iki ölkə arasındakı münasibətlər müzakirə olunub.

 

Xəbər lenti