Ukraynada 2 türkiyəli tələbinin kirayədə qaldıqları evdə meyitləti aşkarlanıb.

Axar.az xəbər verir ki, bu barədə Ukrayna mediası məlumat yayıb.

İlkin ehtimala görə, tələblər onlardan birinin sevgilis ilə yaşanan mübahisədən sonra öldürülüblər.

Prezidentin Yeni il münasibətilə Azərbaycan xalqına ünvanladığı təbrik, əslində, 2018-ci ildə görülən işlər və 2019-cu ildə qarşıda duran vəzifələrə dair qısa hesabat idi.

Bu sözləri Axar.az-a açıqlamasında millət vəkili Hikmət Babaoğlu deyib. Deputat 2018-ci ilin bir sıra mühüm məsələlərdən dolayı əlamətdar olduğunu bildirib:

“2018-ci ili xarakterizə edən əsas cəhətlər onun sabit inkişaf ili kimi yadda qalması, Azərbaycanın beynəlxalq nüfuzunun daha da artması, bir sıra problemlərin, o cümlədən Ermənistan-Azərbaycan Dağlıq Qarabağ probleminin həlli baxımından yeni münbit şərtlərin ortaya çıxmasıdır. 2015-2017-ci illərdə ölkəmizdə həyata keçirilən konstitusion və istitusional islahatlar sayəsində əldə edilən nailiyyətlər 2018-ci ilin inkişaf şərtlərini formalaşdırıb. Ötən ilin aprelində keçirilən prezident seçkiləri və onun nəticələri həyata keçirilən islahatlara xalqın dəstəyinin ifadəsi olmaqla yanaşı, həm də prezidentin siyasi kursunun davamının təminatçısıdır. Azərbaycan bu nailiyyətləri həm iqtisadi, həm də siyasi baxımdan heç də sadə olmayan beynəlxalq şərtlər daxilində əldə edib. 2018-ci ildə həyata keçirilən bir sıra beynəlxalq layihələr ölkəmiz üçün real gəlirlər gətirməyə başlayıb. Belə ki, Cənub Qaz Dəhlizi layihəsi və onun mühüm seqmenti olan TANAP tikilib başa çatdırılıb, eyni zamanda, ölkəmizin xaricdə ən böyük investisiyası hesab edilən “Star” neft emalı zavodunun açılışı olub. Bu layihələrin reallaşdırılması təkcə ölkəmiz deyil, digər tərəfdaşlarımız üçün də mühüm hadisəyə çevrilib. Azərbaycan Avropanın enerji təhlükəsizliyində mühüm alternativ kimi özünü təsdiq edib və Qərblə münasibətlərdə yeni etibarlı iqtisadi körpü rolunu oynamağa başlayıb. Türkiyə-Azərbaycan strateji müttəfiqliyinin iqtisadi müstəvidə daha da dərinləşməsi fonunda hər iki tərəfin gücü və nüfuzu daha da artıb”.

Millət vəkili bildirib ki, ötən il Azərbaycanın beynəlxalq nüfuzunun artması baxımından əhəmiyyətlidir:

“Beynəlxalq uğurlar sırasında ilk növbədə Azərbaycanın Avropa İttifaqı ilə imzaladığı Tərəfdaşlığın Prioritetləri sənədinin paraflanmasını qeyd etmək olar. Bu sənəd ölkəmizin ərazi bütövlüyü və sərhəd toxunulmazlığının bir daha Avropa İttifaqına üzv olan ölkələr tərəfindən dəstəklənməsi və qəbul edilməsi ilə əlamətdardır. İkinci mühüm nailiyyət Xəzər dənizinin hüquqi statusu ilə bağlı hüquqi konvensiyanın imzalanması sayıla bilər ki, bu da Azərbaycanın xarici siyasətini uzun illərdir məşğul edən məsələlərdən biri idi. Konvensiyanın imzalanması Xəzər hövzəsində qarşılıqlı inteqrasiyanın təmin edilməsi və mövcud resursların koordinasiyalı və səmərəli istifadə edilməsi baxımından olduqca mühümdür. Bu konvensiya Xəzər hövzəsində yeni cəlbedici iqtisadi təmərküzləşmə yaradacaq ki, bu da turizm, mədəni və humanitar sahələrdə yeni inkişaf perspektivləri formalaşdıracaq. Ən əsas məsələ isə heç şübhəsiz ki, işğalçı ölkənin küncə sıxışdırılması, erməni təxribatına qarşı uğurlu hərbi əməliyyatların keçirilməsi oldu. Bu da 2019-cu ildə problemin həllinə yeni aktiv impulslar daxil etdi. Ona görə də ən müxtəlif aspektlərdən baxanda 2018 olduqca uğurlu il kimi yadda qaldı”.

Deputat Sumqayıt polimer kimya sənayesi müəssisəsinin işə düşməsinin 2018-ci ildə yaddaqalan əsas iqtisadi hadisələrdən biri olduğunu vurğulayıb:

“Bu zavod Azərbaycanda qeyri-neft ixracının xüsusi çəkisinin xeyli dərəcədə artmasını təmin edib. Ölkəmizdə çoxlu sənaye məhəllələri və aqrar sənaye kompleksləri tikilib istifadəyə verilib. Üzümçülük, pambıqçılıq, baramaçılıq, şərabçılıq və tütünçülük sənayesinin inkişafı ilə bağlı olduqca böyük işlər görülüb. Görülən işlər 2019-cu ildə inkişafımız üçün yeni münbit əsaslar yaradıb. Bu da əslində yeni ildə əldə edəcəyimiz uğurlar üçün baza rolunu oynayacaq. Eyni zamanda, sosial sahədə də çox böyük işlər görülüb. Əhalinin aztəminatlı təbəqəsinin problemləri daim diqqət mərkəzində saxlanılıb, şəhid ailələrinə birdəfəlik müavinətlər verilib. Qaçqın və məcburi köçkün ailələrinə təkcə 2018-ci ildə 5800 mənzil verilib ki, bu da rekord göstərici hesab oluna bilər”.

ABŞ Senatı Örl Litzenbergerin Azərbaycana səfir təyinatını təsdiq edib.

Axar.az xəbər verir ki, bu barədə “İnterfaks” məlumat yayıb.

Məlumata görə, yeni səfir yaxın günlərdə Bakıya yola düşəcək.

Qeyd edək ki, Litzenberger Marşal Fondunun baş elmi əməkdaşı, ABŞ-ın NATO-dakı missiyasının rəhbərinin müavini, NATO-nun Əfqanıstandakı nümayəndəsinin müavini, ABŞ-ın Serbiyadakı səfirinin müavini və ABŞ-ın Qırğızıstandakı səfirinin müavini olub. O, hazırda Dövlət Departamentində hərbi-siyasi məsələlər üzrə Büroda baş müşavir vəzifəsini tutur. İ.Litsenberger fransız, rus, serb və bolqar dillərini bilir.

 

Bu il dünya iqtisadiyyatında artım tempi bir qədər zəifləyəcək.

Bu sözləri Axar.az-a açıqlamasında keçmiş maliyyə naziri, professor Fikrət Yusifov deyib. İqtisadçının sözlərinə görə, Çin iqtisadiyyatının geriləməsi qlobal iqtisadi artım templərinə mənfi təsir göstərəcək:

“Çinin neftə olan tələbatının azalması və ABŞ-da neft hasilatının artması bütövlükdə dünya bazarlarında neft qiymətlərinin azalmasına gətirib çıxaracaq. OPEK və onunla tərəfdaşlıq edən ölkələrin ötən il dekabrın əvvəllərində hasilatın 1,2 milyon barrel azalmasına dair qərarına baxmayaraq, neft ucuzlaşacaq. Çünki ABŞ neft qiymətlərinin qalxmaması istiqamətində konkret addımlar atır. Belə ki, İrandan neft idxal edən 8 ölkəyə qadağa tətbiq edilmədi. Digər tərəfdən, OPEK dekabrın əvvəlində hasilatı azaldarkən İrana bununla bağlı heç bir tövsiyə vermədi. Bu o deməkdir ki, İran azı 6 ayda da neft hasilatını azaltmayacaq. Üstəlik, ABŞ praktiki olaraq hər gün neft hasilatını artırır. Bu fonda bütövlükdə bu il neftin 1 barrelinin qiyməti 50-52 dollar ətrafında dəyişəcək. Bu isə ilk növbədə iqtisadiyyatı neftdən asılı olan ölkələrə təsirsiz ötüşməyəcək”.

Professor bildirib ki, dünya iqtisadiyyatına təsir edəcək ikinci faktor Çinlə ABŞ arasında yaşanan böyük rüsum müharibəsidir:

“Bu qarşıdurmanın tənzimlənməsi istiqamətində müəyyən addımlar atılsa da, ortada konkret nəticə yoxdur. Dünya iqtisadiyyatının 40 faizə yaxını bu iki gücün üzərinə düşür. Buna görə də ABŞ-Çin qarşıdurması dünya iqtisadiyyatı üçün yaxşı heç nə vəd etmir. Bu qarşıdurma davam edərsə, ümumdünya iqtisadiyyatı 0,7-1 faizə qədər geriləyə bilər”.

Sabiq nazir Kerç böhranından dolayı Rusiyaya qarşı yeni sanksiya dalğasının qaçılmaz olacağını bildirib:

“Ötən ilin sonunda ABŞ Konqresi və Avropa Parlamenti Şimal axını-2 qaz layihəsini boykot etdi. Bu layihə ilə bir ildə 55 milyard kubmetr rus qazının satışı nəzərdə tutulurdu. Bu baxımdan layihənin dayandırılması Rusiya üçün böyük itkidir. Qərb Rusiya kompromisə gedənə qədər bu sanksiyaları davam etdirəcək. Ancaq Moskvanın kompromisə gedəcəyinə dair hər hansı bir işartı yoxdur. Demək, Rusiya-Qərb qarşıdurması bir qədər də gərginləşəcək. Ona görə də Rusiya iqtisadiyyatını yaxşı heç nə gözləmir. Rusiya Azərbaycanın ən böyük ticarət tərəfdaşıdır. Rusiya iqtisadiyyatının geriləməsi bu ölkə ilə əlaqələrimizə müəyyən formada təsir edəcək. Ancaq bu təsirlər hiss ediləcək dərəcədə böyük olmayacaq”.

Əslində Donald Tramp Suriyadan çəkilməklə bəlkə də Rusiya və Türkiyəni də bataqlığa çəkməyə çalışır.

Axar.az xəbər verir ki, bu sözləri politoloq Hatəm Cabbarlı deyib. O bildirib ki, ABŞ-ın PKK-nı terrorçu təşkilat kimi tanısa da onun qolu olan PYD-yə dəstək verməsi heç bir məntiqə sığmır:

“ABŞ PKK ilə hərbi və siyasi münasibətləri kəsməklə, Türkiyə ilə münasibətləri qaydaya sala biləcəyini düşünürdü. Bu zaman isə kartları PYD-ə doğru oynamağa başladı. Türkiyə hökuməti bu vəziyyətdən narazılığını ən yüksək səviyyədə ABŞ-ın diqqətinə çatdırdı. Türkiyə hökuməti sərhədlərindən kənarda baş verən və birbaşa Türkiyənin təhlükəsizlik mühitinə təsir edən məsələlərə laqeyd qala bilməz. Bu baxımdan Türkiyə özünün və bölgənin təhlükəsizliyinə təhdidin, ölkəyə daha çox qaçqın axınının qarşısını almaq məqsədi ilə bölgə dövlətlərində hərbi əməliyyatlar keçirməyə məcburdur. Bunu zaman diqtə edir. Bölgədə sülhün və sabitliyin qorunması üçün bu vacibdir”.

Politoloq qeyd edib ki, ABŞ-ın Suriyadan çıxması bölgədə siyasi və hərbi boşluğun yaranmasına səbəb olacaq:

“Bu boşluğu önəmli dərəcədə Rusiya, İran-Rusiya əməkdaşlığı və Türkiyə doldura bilər. Amma burada xüsusi bir məsələyə diqqət yetirməliyik. Rusiya, İran və Türkiyənin bölgədəki varlığı bir tək ABŞ-ın bölgədəki boşluğunu doldurmağa yetərli deyil”.

Politoloq bildirib ki, Türkiyə-Rusiya-İran bölgədə birgə fəaliyyətini davam etdirsə də, İran və Rusiya PKK/PYD kartından Türkiyəyə qarşı hər zaman istifadə edəcək:

“Razılaşma çərçivəsində bu dəstək minimum kimi görünə bilər. Amma bu müttəfiqlik pozulduğu təqdirdə Rusiya və İran PKK/PYD kartından Türkiyəyə qarşı maksimum istifadə etməyə çalışacaq”.

Politoloqun sözlərinə görə, Rusiya-Türkiyə əməkdaşlığında çatın əmələ gəlməsi ehtimalı hər zaman var:

“Çünki bölgə o qədər qarmaşıq təhlükəsizlik mühitinə sahibdir ki, kimin-kimin yanında olması, kimin hansı ittifaqa qarşı olması da bəlli olmur. Suriya bir dəyirmandır. Bura insan əti, maliyyə vəsaiti, təhlükəsizlik mühitini yeyir. ABŞ kimi hegemon dövlətin burada xərclədiyi pulların müqabilində Suriyadakı təhlükəsizlik mühiti ABŞ-ın mövqelərini qoruyacaq səviyyəyə çatmayıbsa, ciddi iqtisadi və siyasi problemləri olan Rusiya və İranın bölgəyə xərclədiyi hər bir sent həmin ölkələrin büdcəsindən gedəcək. Unutmamalıyıq ki, hərbiyə xərclənən pullar da adətən geri qayıtmır”.

Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədov oğlu Sərdarı xarici işlər nazirinin müavini vəzifəsindən azad edib.

Axar.az xəbər verir ki, Berdiməhəmmədov oğluna Ahal vilayətinin rəhbərinin müavini vəzifəsini həvalə edib.

Qeyd edək ki, əvvəllər Türkmənistanın paytaxtı Aşqabad şəhəri Ahal vilayətinin tərkibində yer alıb. Sonradan paytaxt ayrı administrativ mərkəzə çevrilib və Ahal vilayətinin mərkəzi Annau şəhəri elan edilib.

Berdiməhəmmədovun əmriylə bu şəhər yenidən qurulmalı və ən azı Aşqabad qədər cəlbedici arxitekturaya sahib olmalıdır.

Sərdar Berdiməhəmmədov 2018-ci ilin yazından xarici işlər nazirinin müavini vəzifəsini icra edib.

Rusiyanın ən varlı şəxslərinin cəmi sərvəti 2018-ci il ərzində 5,915 mlrd. dollar azalıb.

Report-un məlumatına görə, reytinq, ümumilikdə, dünyanın ən varlı 500 adamını əhatə edir.

Rusiyadan həmin siyahıya 25 nəfər daxil edilib. Hesabat ilində öz sərvətini artırmaq yalnız 9 rus milyarderə qismət olub, qalan 16 nəfərin isə sərvəti azalıb.

Vladimir Potaninin sərvəti il ərzində 687 mln. dollar artaraq 19,6 mlrd. dollara çatıb. O, Rusiyalı milyarderlər arasında birinci yeri tutub. Siyahıda ikinci yerdə Leonid Mixelson yer alıb. Onun sərvəti ötən il ərzində 2,77 mlrd. dollar artaraq 19,4 mlrd. dollara yüksəlib. Bunadək Mixelson varlı ruslar siyahısında ardıcıl dörd ay birinci yerdə olub. Üçüncü yerdə isə il ərzində sərvətinin 146 mln. dollar azalmasına baxmayaraq, Vladimir Lisin yer alıb. Onun sərvəti ilin sonuna 17,9 mlrd. dollar dəyərləndirilib.

Daha sonra reytinqdə 17,4 mlrd. dollar sərvəti ilə Aleksey Mordaşov qərarlaşıb. Milyarder il ərzində 2,23 mlrd. dollar itirib. İlk beşliyi il ərzində sərvətini 3,45 mlrd. dollar artıraraq 16 mlrd. dollara çatdıran “Lukoyl” prezidenti Vahid Ələkbərov tamamlayıb.

Casusluqda şübhəli bilinərək Moskvada saxlanılan amerikalı Pol Uilana konsulluqla əlaqə yaratmağa icazə verilib.

Axar.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova deyib.

Qeyd edək ki, ABŞ Dövlət katibi Mayk Pompeo ötən il dekabrın 28-də casusluq fəaliyyətinə görə saxlanılan ABŞ vətəndaşı Pol Uilanın qaytarılmasını tələb etmişdi.

Ötən il Naxçıvanda keçirilən hərbi əməliyyatlara Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyev yüksək səviyyədə qiymət verib. Bir çox hallarda məxfiliyi qorumağa çalışırıq. Ona görə də Naxçıvan əməliyyatının detallarının hamısını danışmaq olmur.

Report xəbər verir ki, bunu Azərbaycanın Müdafiə naziri, general-polkovnik Zakir Həsənov deyib.

Nazirin sözlərinə görə, həmin əməliyyatlarda Əlahiddə Ümumqoşun Ordusu əsgərindən tutmuş komandanına kimi yüksək peşəkarlıq nümayiş etdirib:

“Onlar əməliyyatı elə peşəkarlıqla həyata keçirdilər ki, qarşı tərəf dərk etmirdi ki, nə baş verir? Bəlkə də axıra qədər dərk edə bilməyiblər. İndi də öz uğursuzluqlarını, məğlubiyyətlərini ört-basdır etməyə çalışırlar. Bu isə onların problemidir. Ümumiyyətlə, hərbçilər arasında söz davası aparmağın tərəfdarı deyiləm. Dəfələrlə demişəm, hərbçilər döyüş meydanında sözünü deyir. Bəzilərinin hərbi biliyi, bacarığı yoxdur və deyirlər ki, orada top atılmadı, döyüş aparılmadı... Əksinə, yüksək peşəkarlıqlı komandirlər bəzi əməliyyatları elə həyata keçirirlər ki, böyük atışmaya ehtiyac olmur”.

Z.Həsənov Azərbaycan Ordusunun uğurla yeni tarix yazdığını vurğulayıb: “Dünyada gedən döyüşləri izləyirik, müsbət və ya mənfi tərəflərini təhlil edirik. Müsbət tərəflərini ordumuzda tətbiq edirik. 2016-cı ildə də hər şeyi xırdalığına qədər təhlil etdik, hansı təhdidlərlə üzləşdik, hansı çətinliklər qarşımıza çıxdı və sair. Problemlərin aradan qaldırılması üçün planlar cızdıq, Prezident İlham Əliyevə məruzə etdik. Bu məsələlərin içində yeni avadanlıq, silah alınması məsələsi də vardı. Prezident İlham Əliyev bu məsələyə diqqətlə yanaşdı, problemlərin əksəriyyəti həll edildi”.

Rusiyalı prankerlər “Vovan” və “Leksus” Kiyev şəhərinin meri Vitali Kliçkoya baş nazir Vladimir Qroysmanın adından zəng edərək onu Yeni il münasibətilə təbrik ediblər.

Axar.az xəbər verir ki, bu barədə RİA informasiya yayıb.

Məlumata görə, əvvəlcə Kliçko prankerlərə inanaraq Qroysmana can sağlığı və uğurlar arzu edib. Lakin prankerlər Ukrayna Prezidenti Pyotr Poroşenkonun sərxoş olduğu və onu stolun altdından çıxardıqlarını bildirəndə Kliçko vəziyyətin fərqinə varıb.

Kiyev meri prankerlərə həyatın onlarsız maraqsız olacağını bildirərək, Yeni il münasibəti ilə onları təbrik edib.

Xəbər lenti