Rusiya və İranın Hərbi Dəniz Qüvvələri Xəzər dənizində birgə təlimlər keçirməyi planlaşdırır.

Ardını oxu...


Suriya Prezidenti Bəşər Əsədin həyat yoldaşı Əsma Əsəd Suriyanın ərazi bütövlüyü uğrunda həlak olanların ailələrini qəbul edib.

Ardını oxu...

Moskva Vaşinqtondan Rusiya vətəndaşı Dmitri Makarenkonun saxlanılmasının səbəbini açıqlamağı tələb edib.

Axar.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb.

“Vaşinqtondan Rusiya vətəndaşının hüquqlarına tam şəkildə əməl edilməsini tələb edirik. ABŞ rəsmiləri ikili konsulluq razılaşmasını pozaraq 3 gün ərzində vətəndaşımızın saxlanılması barədə məlumat verməyib. Bu, ilk dəfə deyil. ABŞ-ın beynəlxalq öhdəliklərə hörmətsizlik etməsi artıq norma halını alıb”, - məlumatda bildirilib.

Qeyd edək ki, Federal Təhqiqat Bürosunun agentləri ötən ilin dekabrın 29-da Şimali Marian adalarında Rusiya vətəndaşı Dmitri Makarenkonu saxalayaraq Florida ştatına aparıb. Makarenkonun hansı səbəbdən saxlanılması hələlik açıqlanmayıb.

 

2017-ci ildə Türkiyədən köçən vətəndaşların sayı 113 min 326 nəfərdir.

Axar.az xəbər verir ki, bu barədə məlumatı ABŞ-ın "Nyu York Tayms" qəzetinin Türkiyədən köçən vətəndaşların statistikası ilə bağlı məqaləsinə cavab olaraq Türkiyə Prezident Aparatının İnsan Resursları üzrə ofisi yayıb.

Qurum "Nyu York Tayms"ın hesabatının yanlış olduğunu və doğru olan rəqəmlərin qəzetdə göstərilənin yarısından da az olduğunu vurğulayıb.

Qeyd edək ki, ABŞ-ın "Nyu York Tayms" qəzeti 2017-ci ildə Türkiyədən köçən türklərin sayının 250 mindən çox olduğu barədə məlumat yayıb.


Ərdəbildə tanınmış azərbaycanlı milli-mədəni fəal Abbas Lisani təhlükəsizlik qüvvələri tərəfindən saxlanılıb.

Axar.az xəbər verir ki, bu barədə məlumat verən Lisaninin yaxınları onun bu gün Ərdəbildə evindən iş yerinə gedərkən həbs olunduğunu bildiriblər.

Ərdəbil İnqilab Məhkəməsi 2018-ci il dekabrın 31-də fəala SMS göndərərək Babək qalası mərasimi ilə bağlı dosyeyə görə 10 ay həbs cəzasına məhkum edildiyini bildirib.

Bundan əvvəl hökmlə bağlı dəqiq məlumat olmadığı üçün fəalın ailəsi məhkəmənin hökmləri icra edən şöbəyə müraciət edib. Onlara bildirilib ki, fəal Təbriz zindanında keçirmək şərti ilə 10 ay həbs cəzasına məhkum edilib.

Abbas Lisani qiyabi hökmlə nəticələnən məhkəmə prosesini siyasi xarakterli və qanunsuz adlandırıb. O bildirib ki, qeyri-rəsmi və qanunsuz şəkildə məhkəməyə çağırıldığına məhəl qoymadığı kimi, hökmün icra olunması mərhələsində də müqavimət göstərəcək. Ona görə ki, ETTELAAT və məhkəmə sisteminin rüsvayçı hökmünün icra tərzi, zaman və məkanı onların istəyinə uyğun olmamalıdır.

Tanınmış fəal 2018-ci il iyulun 1-də Babək qalası yürüşü ərəfəsində Ərdəbildə saxlanılaraq ETTELAAT-ın Təbriz İdarəsinin təcridxanasına, oradan isə Təbrizin Mərkəzi zindanına aparılıb.

Fəal saxlandığı zaman Təbriz Məhkəməsinin 11-ci Şöbəsi onun “mərhum Həsən Dəmirçinin dəfn mərasimində çıxış etməklə sistemin əleyhinə təbliğat aparmaq”da ittiham olunduğunu elan edib.

İyul ayında keçirilən məşhur Babək qalası mərasimi ilə əlaqədar qalada və Güney Azərbaycanın müxtəlif şəhərlərində onlarla milli-mədəni fəal saxlanmışdır.

Beynəlxalq Əfv Təşkilatı avqust ayında türk, fars və ingilis dillərində Babək qalası yürüşü və Savalan dağında tutulan azərbaycanlı fəallarla bağlı bəyanat yayaraq, təcridxanalarda saxlanılan fəalların qeyd-şərtsiz azadlığa buraxılması və digər tutulan fəallara bəraət verilməsini tələb edib.

Özbəkistan Prezidenti Şövkət Mirziyayev 45 ölkə vətəndaşına 30 günlük viza sərbəstliyi verən fərman imzalayıb.

Axar.az xəbər verir ki, turizmin inkişafını təmin etmək üçün imzalanan fərman bu ilin fevralın 1-dən etibarən tətbiq ediləcək.

Siyahıda Avstriya, Avstraliya, Andorra, Argentina, Braziliya, Danimarka, Estoniya, Norveç, Polşa, Macarıstan, Serbiya, Yunanıstan və b. ölkələr yer alıb.

Bu fərmanla birgə Özbəkistanın viza güzəşti tətbiq etdiyi ölkələrin sayı 63-ə çatıb.

“Roskosmos”un sədri Dmitri Roqozinin ABŞ səfəri bir sıra siyasətçilərin mövqeyinə görə təxirə salınıb.

Axar.az xəbər verir ki, bu sözləri “Vaşinqton Post”a müsahibəsi zamanı NASA direktoru Cim Braydenştayn deyib.

Onun sözlərinə görə, senatın bir çox üzvü üçün Roqozinin dəvət edilməsi yaxşı ideya olmayıb. Buna görə də, NASA rəhbəri senatorların fikrini nəzərə alaraq səfəri təxirə salıb.

Federal Təhqiqat Bürosu (FTB) cinayətkarları yaxalamaq üçün “Amazon” şirkətinin üz tanıma texnologiyasından (“Rekoqnişın”) istifadə edir.

Axar.az xəbər verir ki, bunu FTB-nin Terrorla Mübarizə Şöbəsinin müdir müavini Kristin Halvorsen deyib. O, texnologiyanın terrorla mübarizə istintaqında effektiv nəticə verdiyini bildirib:

“Həftə boyu bütün sutkanı işləyən agentlərimiz və analitiklərimiz var, amma işçilərimizin həftələrlə gördüyü işi “Rekoqnişın” 24 saatda görə bilir”.

ABŞ Mülki Azadlıqlar Birliyi isə “Amazon”dan sözügedən texnologiyanın hüquq-mühafizə orqanlarına satışını dayandırmağı tələb edib.

Rusiya Müdafiə Nazirliyi üzərində ballistik raket fotoları olan pul və poçt markası buraxacaq.

Axar.az xəbər verir ki, Strateji Raket Qüvvələrinin 60-cı ildönümü münasibətilə istehsal ediləcək metal pulların və markanın bu il dekabrın 17-də dövriyyəyə buraxılacağı bildirilir.

Pulun üzərində ən uzunmənzilli qitələrarası ballistik "Topol-M" və "Yars" raketlərinin fotoları həkk olunacaq.

2019-cu il Kosova üçün asan keçməyəcək.

Axar.az xəbər verir ki, bunu Kosova Baş naziri Ramuş Haradinay deyib. Onun sözlərinə görə, cari ildə ölkədə növbədənkənar seçki keçirilməyəcək.

O, bu il ərzində Priştinanın Serbiya ilə dialoqu davam etdirəcəyini və eyni anda Kosova Azadlıq Ordusunun cinayətlərinin araşdırılması ilə əlaqədar Haaqa tribunalında ittihamlara cavab verəcəyini bildirib.

Xəbər lenti