![]() |
|
Təhsil Nazirliyində “Ümumi təhsil pilləsində təhsil alanların attestasiyasının (yekun qiymətləndirmə (attestasiya) istisna olmaqla) aparılması Qaydası”nın qəbulu ilə bağlı mətbuat konfransı keçirilib.
Axar.az xəbər verir ki, Təhsil Nazirliyinin şöbə müdiri Emin Əmrullayev məktəbdaxili qiymətləndirmə qaydalarında dəyişiklikləri zəruri edən səbəblər barədə ətraflı məlumat verib. Onun sözlərinə görə, yeni qaydalarda əsas məqsəd qiymətləndirmə zamanı imtahan yükünü aşağı salmaq və sonradan qiymətləndirmə zamanı yaranan anlaşılmazlığı aradan qaldırmaq idi:
“Yeni qaydalarda nəzərdə tutulan əsas dəyişikliklərdən biri summativ qiymətləndirmə ilə bağlıdır. Qaydalara əsasən, summativ qiymətləndirmələrin sayı azaldılıb. Məsələn, formativ qiymətləndirmə rəsmi qiymətləndirmə deyil. Summativ qiymətləndirmə isə rəsmi qiymətləndirmə hesab edilir. Son dəyişikliklərdən sonra birinci siniflər üzrə summativ qiymətləndirmə aparılmayacaq, sadəcə formativ qiymətləndirmə aparılacaq. Bu qiymətləndirməni müəllim öz istədiyi kimi apara, şagirdi stimullaşdıra bilər. İkinci və üçüncü siniflərdə Böyük Summativ Qiymətləndirmə ləğv ediləcək. Yalnız müəllim kiçik summativ qiymətləndirmə aparmaqla şagirdin səviyyəsini qiymətləndirəcək. Dördüncü sinif isə buraxılış sinfi olduğuna görə məktəb səviyyəsində bütün siniflər üzrə Böyük Summativ Qiymətləndirmə aparılacaq. Böyük Summativ Qiymətləndirmə (BSQ) təhsil səviyyələrinin sonunda, yəni IV, IX və XI siniflərdə bütün fənlərdən, V, VI, VII, VIII və X siniflərdə isə yalnız buraxılış imtahanları keçiriləcək fənlər üzrə aparılacaq. Təhsil səviyyələrinin sonlarında BSQ-lərin keçirilməsinin əsas məqsədi bütün fənlərdən təhsilalanların nailiyyətlərinin ölçülməsi, aralıq siniflərdəki BSQ-lərin əsas məqsədi isə buraxılış imtahanlarına mükəmməl hazırlığın təmin edilməsidir”.
Şöbə müdiri bildirib ki, bu dəyişiklikdən sonra birinci siniflər üçün 72 dəfə daha az qiymətləndirmə aparılacaq, ibtidai siniflər üzrə qiymətləndirmələrin sayı ümumilikdə il ərzində 288-dən 180-ə enib. “Dəyişiklikdən sonra ümumtəhsil səviyyəsində V-IX siniflər üzrə Böyük Summativ Qiymətləndirmədə hər il 25 imtahan azalır, tam orta təhsil səviyyədə isə 27 imtahan azalacaq”.
ATƏT-in fəaliyyətdə olan sədri, Slovakiyanın Xarici İşlər naziri Miroslav Layçak Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına dair müzakirələr aparmaq üçün Azərbaycana və Ermənistana səfər etməyi planlaşdırır.
Report xəbər verir ki, regiona səfər fevral ayının ortalarına planlaşdırılıb.
Xatırladaq ki, Slovakiyanın ATƏT-ə sədrlik dövründə əsas prioritetləri regionda həlli uzadılmış münaqişələrin nizamlanması və təşkilat məkanında münaqişələrin qarşısının alınmasına dəstək vermək olacaq.
Daha əvvəl bildirilirdi ki, Slovakiya ATƏT-ə sədrliyi dövründə Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında fəal iştirak etmək niyyətindədir.
“Azərbaycan Respublikasında büdcə təşkilatlarının sektor strateji planlarının hazırlanması Qaydası” təsdiq edilib.
Axar.az xəbər verir ki, bu barədə qərarı Baş nazir Novruz Məmmədov imzalayıb.
“Ortamüddətli xərclər çərçivəsinin hazırlanması Qaydası”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 24 avqust tarixli 235 nömrəli Fərmanının 2.4-cü bəndinin icrasını təmin etmək məqsədi ilə “Azərbaycan Respublikasında büdcə təşkilatlarının sektor strateji planlarının hazırlanması Qaydası” təsdiq edilib.
ABŞ öz ordusunu Suriyadan çıxarmağa başladı.
Axar.az xəbər verir ki, bunu “Nyumaks” televiziyasına müsahibəsində ABŞ Dövlət katibi Mayk Pompeo deyib. Onun sözlərinə görə, ABŞ Prezidenti Donald Tramp bütün Yaxın Şərqdə stabilliyin təmin edilməsi məsələsinə sadiq qalır.
Qeyd edək ki, Tramp bundan öncə Suriyadan ABŞ ordusunun çıxarılması haqqında qərar qəbul edib. Qoşunların 100 gün ərzində Suriyadan çıxarılması nəzərdə tutulub
2019-cu ildə Ukrayna iqtisadiyyatının pozitiv ssenari üzrə inkişafı az inandırıcıdır.
Axar.az xəbər verir ki, bunu “Apostrof” saytına açıqlamasında ukraynalı ekspert Yeqor Kiyan deyib. Onun sözlərinə görə, Ukrayna iqtisadiyyatı üçün 2019-cu ildə 3 ssenari mümkündür:
“İlkin ssenariyə əsasən, keçid hökuməti əhəmiyyətli dəyişikliklərə getməyəcək, Ukrayna iqtisadiyyatının inkişafında durğunluq davam edəcək. Digər tərəfdən bu, steykholderlər tərəfindən heç bir müqavimətə səbəb olmayacaq və hökumət öz funksiyalarını icra edə biləcək.
İkinci ssenari daha neqativdir. Bu ssenariyə görə, seçkidən sonra keçid hökumətinin qərarları blok ediləcək. İqtisadiyyatda qeyri-müəyyənlik və manevr üçün zaman yoxluğu hiss ediləcək. Ukrayna BVF-dən tranş almamaq riskiylə üz-üzə qalacaq və öz borc öhdəliklərini icra etmək iqtidarında olmayacaq. Bu isə ölkənin texniki defoltuna səbəb olacaq.
Üçüncü ssenari isə daha radikal və daha az inandırıcıdır. Belə ki, prezident vəzifəsində radikal qərarlar qəbul etmək qabiliyyəti və sağ baxışları olan şəxs oturacaq. Əgər belə olsa, o zaman xarici siyasətdə Qərblə münasibətlər pisləşəcək, Qərb qonşularımızla böhranlar seriyası başlayacaq və Rusiya ilə münasibətlərdə eskalasiya yaşanacaq.
Bütün bu proseslər çərçivəsində iqtisadi siyasətdə dəyişiklik çətin olacaq”.
Komandamı özümlə gətirdim, çünki artıq Pakistan və Türkiyənin ticarət həcmini artırmasının vaxtı çatıb.
Axar.az xəbər verir ki, bunu Türkiyəyə səfər edən Pakistan Baş naziri İmran Xan bildirib.
İki ölkə arasında ticarət həcminin gözlənilən səviyyəyə gəlmədiyini vurğulayan Xan buna səbəblərdən birinin Türkiyə və Pakistan arasındakı məsafə olduğunu bildirib:
"Məncə, bu problem qarşıdakı illərdə həll ediləcək, çünki Pakistanda çox mühüm bir hadisə baş verir. Bunlardan biri də İpək Yolunun əhəmiyyətinin artmasıdır. Məqsədimiz Pakistanın daha öncə əlaqəsinin olmadığı yerlərlə də əməkdaşlıq qurmasıdır".
ABŞ Konqresi yeni ilə andiçmə mərasimi ilə başlayıb və Prezident Donald Trampı çətin duruma salacaq qanun üzərində çalışmağa start verib.
Axar.az xəbər verir ki, son 8 ildə ilk dəfə Konqresdə üstünlük əldə edən demokratların hədəfi prezidentliyə namizəd olacaq şəxslərin son 10 ilə aid vergi proqramlarının açıqlamasını zəruri edəcək qanun layihəsini hazırlamaqdır.
Azərbaycanın daxili və xarici siyasətinin bütün istiqamətləri üzrə seçilmiş dəyişməz yolun doğruluğunu və əldə edilmiş nəticələrin böyüklüyünü Prezident İlham Əliyevin xalqa təbrik nitqi məzmunlu olaraq nümayiş etdirdi.
Axar.az xəbər verir ki, bunu Trend-ə açıqlamasında siyasi ekspert Aydın Quliyev deyib.
Onun sözlərinə görə, faktlar göstərdi ki, Azərbaycan illərdən bəri formalaşdırdığı siyasi kursunu bundan sonra da qətiyyətlə davam etdirmək niyyətindədir:
"Çünki bu kurs əvvəlcədən gözlənilən bütün müsbət nəticələrini verir və Azərbaycanın beynəlxalq mövqelərini möhkəmləndirməklə bərabər, ölkənin daxili inkişaf göstəricilərini də dinamik şəkildə yaxşılaşdırır. Prezident təbrik nitqindən istifadə edərək Azərbaycan xalqına növbəti dolğun hesabatını verdi. Xalqa aydın mesaj verildi ki, aparılan siyasətin dövlətçilik mənafelərindən kənar hər hansı hədəfləri yoxdur və cəmiyyətimizin yaşayışında və dövlətimizin beynəlxalq mövqelərində fasiləsiz gedən müsbət dəyişikliklər aparılan siyasətin səmərəsini ölçməyin daimi prinsipidir. Cənab Prezident əslində Azərbaycanın daxildə və dünya miqyasında apardığı siyasət barədə öz xalqı ilə açıq fikir mübadiləsi apardı. Azərbaycan xalqına 2018-ci il ərzində aparılmış sitasətin bütün elementlərinə kompleks şəkildə yenidən baxmaq imkanı verildi. Xalqımız bir daha əmin oldu ki, Azərbaycan siyasi, iqtisadi, diplomatik, ticarət, regional və qlobal proseslərə təsir, habelə xalqı müəyyən risklərdən məharətlə qorumaq baxımından əksər ölkələrdən daha məzmunlu və daha maraqlı bir ili arxada qoydu".
A.Quliyev bildirib ki, Azərbaycan Avropa İttifaqı, İslam dünyası və region dövlətləri ilə faydalı əməkdaşlığını daim inkişaf etdirməyə xüsusi məqsədlərdən biri kimi baxır və baxacaq: "Həqiqətən də Prezidentin dediyi kimi, "Tərəfdaşlıq prioritetləri" sənədini imzalamaqla Aİ Azərbaycanla münasibətləri inkişaf etdirmək istədiyini göstərdi. Həqiqətən də Azərbaycanın ümumdünya İslam həmrəyliyinə real töhfələri İslam Əməkdaşllq Təşkilatı tərəfindən həmişə layiqli qiymət alıb. Onu da əlavə edək ki, Ermənistandakı xunta rejiminin çökməsi əslində bu ölkənin Azərbaycana təcavüzü və işğal siyasətinin onun özünü vurmuş bumeranq effektindən başqa bir şey deyil".
Ekspert vurğulayıb ki, dövlətimizin başçısı dünyanın diqqətini Ermənistandakı müasir təlatümlərin əsl səbəbinə bir daha yönəltdi:
"Dünyaya təkrar olaraq bəyan edildi ki, Azərbaycan təcavüzkar Ermənistan barədə özünü tam doğruldan indiki siyasətini məlum hədəfə çatana qədər davam etdirəcək. Ən maraqlı nüanslardan biri odur ki, Prezident Azərbaycan diplomatiyasının 2018-ci ildə Dağlıq Qarabağ məsələsində hansı üstün və ciddi mövqelərə malik olduğunu çox dəqiq göstərdi. Onu da deyək ki, Azərbaycan xalqının məhz Dağlıq Qarabağ problemi ilə əlaqədar cənab Prezidentdən aldığı azı iki mesaj strateji önəminə görə əvəzsizdir. Əvvəla, xalqımız bir daha əmin oldu ki, Azərbaycan 2019-cu ildə münaqişənin həlli ilə bağlı mühüm dəyişikliklərə nail olmağı inamla hədəfləyib və buna doğru gedir. İkincisi isə dövlət başçısı xalqımızı və bütün dünyanı bir daha xəbərdar etdi ki, Dağlıq Qarabağ münaqişəsinin həllində əsas amil yenə də Azərbaycanın Silahlı Qüvvələri olaraq qalır".
Çin və ABŞ-ın bir-birinə tərəfdaş və ya rəqib olması onların nəyə can atmalarından asılıdır.
Axar.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Çin Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Lu Kan deyib. Onun sözlərinə görə, Çin hər zaman özünün müdafiə xarakterli hərbi strategiyasına sadiq qalıb.
Qeyd edək ki, bundan öncə ABŞ mətbuatı Müdafiə nazirinin səlahiyyətlərinin müvəqqəti icraçısı Patrik Şanaxanın qapalı iclas keçirdiyi və iclasda Pentaqonun əsas prioritetinin Çin olacağını dediyi haqqında məlumat yayıb.
Ərazi bütövlüyünün qorunması Türkiyənin İraq siyasətinin əsasını təşkil edir.
Axar.az xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan iraqlı həmkarı Bəhram Salehi ilə görüşündən sonra keçirilən media konfransında deyib.
O bildirib ki, PKK, İŞİD və FETÖ kimi terror təşkilatları hər iki ölkə üçün təhdid mənbəyidir.
Qeyd edək ki, İraq lideri Türkiyədə səfərdədir.