![]() |
|
Biz real vəziyyəti bilməliyik. Hərbi hissələrdə “Açıq qapı” günlərində valideynlərə müraciət edirəm ki, bura bir-birimizi tərifləməyə gəlməmişik. Məqsədimiz odur ki, problemlər aşkara çıxarılsın və həll edilsin.
Report xəbər verir ki, bunu Müdafiə naziri, general-polkovnik Zakir Həsənov deyib.
O qeyd edib ki, həqiqətin üzə çıxarılması üçün Müdafiə Nazirliyi müxtəlif vasitələrdən istifadə edir: “Onlardan biri “etimad qutusu”nun olmasıdır. Yəni hər bir əsgər valideyni adını qeyd etmədən problem barədə məktub yaza bilər. Həmin məktubları Nazirliyin Baş İdarəsinin nümayəndələri götürə bilir. Biz komandirlərə inanırıq, amma real vəziyyəti də bilməliyik. İşimiz göz qabağındadır, üzüaçıq valideynlərin qarşısına çıxırıq. İşimizin nəticəsindən əminik. Real vəziyyətin ortaya çıxarılması Ali Baş Komandanın tələbidir. Azərbaycan xalqı çəkinən, qorxan xalq deyil, problem olanda üzə deyir”.
Nazir “Real tv”yə müsahibəsində media nümayəndələrinə də çağırış edib: “Hərbi hissələrdə həyata keçirilən işlər yüksək səviyyədədir. Amma tək-tük neqativ hallar da olur. Kimsə nöqsana yol verirsə, bunu bilməliyik, valideyn deməlidir, bu, bir xahişdir. “Açıq qapı” günləri 3 aydan bir keçirilir, özü də eyni hərbi hissələrə getmirik. Media nümayənədləri prosesə qoşulsunlar, nöqsan varsa, çəksinlər, amma doğru, düzgün təqdim etsinlər. Şəxsi münasibətlərə görə yalan yazmasınlar. Söhbət məndən, səndən, digərindən getmir. Söhbət Azərbaycan Ordusundan gedir, onlar həssasdılar, çünki düşmənlə üz-üzədirlər, gördüklərə işə qiymət verilməsini gözləyirlər. Ona görə həmişə deyirəm ki, müsahibə götürəndə, ilk növbədə, əsgərdən götürün. Əsas əsgərdir, əsgərsiz komandir də, general da olmaz. Xahiş edirəm ki, media nümayəndələri “Açıq qapı” günləri mən gedən hərbi hissəyə deyil, başqalarına baş çəksinlər. Kimsə fikirləşə bilər ki, nazir hara gedirsə, orada yaxşı şərait yaradılır...”
Misir və BƏƏ rəsmiləri terrorçuların nəzarətindəki Suriyanın Menbiç bölgəsinə səfər edib.
Axar.az xəbər verir ki, bu barədə MOSSAD-a yaxın mətbuat orqanı sayılan “Debka” informasiya yayıb.
Məlumata görə, ABŞ əsgərlərinin bölgədən çıxarılmasından sonra nəzarət Misir və BƏƏ-yə təhvil verilə bilər. Hətta bununla bağlı BƏƏ, Misir və Ağ Ev mütəmadi olaraq sıx təmasdadırlar.
Nəşr bir sıra digər ərəb ölkələrinin də Suriyaya İran təhdidinə qarşı ordu yeritməyə hazırlaşdığını qeyd edib.
Casusluqda şübhəli bilinərək Moskvada saxlanılan amerikalı Pol Uilanın dərhal geri qaytarılmasını tələb edirik.
Axar.az xəbər verir ki, bu sözləri ABŞ Dövlət katibi Mayk Pompeo deyib.
O qeyd edib ki, ABŞ vətəndaşının həbsinin səbəbini bilmək istəyir.
Qeyd edək ki, FTX ötən il dekabrın 28-də ABŞ vətəndaşı Pol Uilanı casusluq fəaliyyətinə görə saxlayıb.
Roma Papası Fransiskin iştirakı ilə 5 fevralda Əbu-Dabidə keçiriləcək dini ayini 120 min insan canlı izləyə biləcək.
Axar.az xəbər verir ki, bu barədə “National” nəşri yazıb.
Mərasim Əbu-Dabidəki “Zayed” stadionunda keçiriləcək. Pulsuz biletlər Ərəbistan yaramadasındakı kilsələr tərəfindən paylanılacaq. Biletlərin böyük hissəsi BƏƏ, Oman və Yəməndəki kilsələrə ayrılacaq.
Qeyd edək ki, Roma Papası Fransisk 3-5 fevral tarixlərində BƏƏ-yə səfər edəcək.
Yeni il münasibətilə çıxış edən Noveç Baş naziri Erna Solberq çıxışının böyük hissəsini ölkənin rifah sistemi və sistemin mövcudluğunu qoruyub saxlaması üçün zəruri olan əhali artımına həsr edib.
Axar.az xəbər verir ki, norveçli anaların orta hesabla 1.6 uşaq dünyaya gətirdiyini bildirən baş nazir bu rəqəmin kifayət etmədiyini və ən azı 2 uşağın dünyaya gətirilməli oluğunu söyləyib.
Baş nazir Norveçin rifah sisteminin 10 il daha belə davam edəcəyini, vergi verən əhali sayının artmayacağı halda bu müddətdən sonra problemlər yaranacağını qeyd edib.
Çinlə Tayvanın birləşməsi heç bir güc və heç bir şəxs tərəfindən qarşısı alına bilməyəcək bir hadisədir.
Axar.az xəbər verir ki, bu sözləri Çin lideri Si Szinpin deyib.
Çin lideri “tək dövlət, iki sistem” anlayışının yenidən birləşmək üçün ən yaxşı yanaşma olduğunu söyləyib.
“Yenidən birləşmə həyata keçirildikdən sonra Çinin tabeliyi altında Tayvanın həyat tərzi, sosial sistemi, özəl mülkləri, dini inancları, qanuni hüquqları və mənafeyinə hörmət göstəriləcək. Hamımız bir ailəyik”, - Szinpin bildirib.
Onun sözlərinə görə, sülh yolu ilə birləşməyə səylər göstəriləcək, lakin yenə də istənilən vəziyyətə qarşı tədbirlər görüləcək.
O, Tayvanın müstəqilliyinin isə sadəcə fəlakət gətirə biləcəyini söyləyib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rusiya Federasiyasının Prezidenti Vladimir Putinə başsağlığı məktubu göndərib.
Axar.az məktubun mətnini təqdim edir:
“Hörmətli Vladimir Vladimiroviç,
Maqnitoqorskda baş vermiş faciə barədə xəbər məni dərindən kədərləndirdi.
Sizə, həlak olanların doğmalarına və yaxınlarına, bütün Rusiya xalqına Azərbaycan xalqı adından və şəxsən öz adımdan dərin hüznlə başsağlığı verir, zərərçəkənləriin tezliklə sağalmasını arzulayıram”.
Qazaxıstanın BMT-nin Təhlükəsizlik Şurasına müvəqqəti üzvlüyü başa çatıb.
Axar.az xəbər verir ki, Qazaxıstan bu müddət ərzində BMT TŞ-nin 7 ildən sonra 2018-ci ilin yanvarında Əfqanıstana səfərini təmin edib.
Bundan əlavə, beynəlxalq münaqişələrin həli, terrorizmlə mübarizə, Mərkəzi Asiya, Əfqanıstanda və Afrika qitəsində təhlükəsizliyin və sülhün təmin edilməsinə çalışıb.
Ötən ilin oktyabr ayında 120 hərbçisini Livana göndərərək BMT-nin təhlükəsizlik qüvvələrinin sayını artırıb.
Qeyd edək ki, 2016-cı ilin iyunun 28-də BMT Təhlükəsizlik Şurasının müvəqqəti üzvü seçilib.
Xarici ölkələrin yaratdığı mesajlaşma tətbiqləri siyasi, iqtisadi və mədəni baxımdan təhlükəlidir.
Axar.az xəbər verir ki, bu sözləri İran Mülki Müdafiə İdarəsinin rəhbəri Qulamrza Cəlali deyib.
"Xüsusən Teleqram şəbəkəsi İranın milli təhlükəsizliyini ciddi şəkildə təhdid edir. Biz yerli mesajlaşma tətbiqlərinin əhali arasında daha çox yayılmasına, istifadəsinə çalışmalıyıq", - general bildirib.
Bu il Cənub Qaz Dəhlizinin rəsmi açılışı olmuşdur. May ayında biz bu möhtəşəm tədbiri qeyd etmişdik. Bu, böyük tarixi nailiyyətdir.
Axar.az xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev Yeni illə bağlı xalqa müraciətində deyib. Prezident qeyd edib ki, 2018-ci ilin iyun ayında TANAP layihəsi də rəsmi olaraq açıldı və beləliklə, Cənub Qaz Dəhlizinin tam başa çatması üçün çox gözəl imkanlar yarandı:
“Bu, bizim tarixi nailiyyətimizdir və Azərbaycan xalqı bundan sonra onilliklər ərzində bu layihələrin faydasını görəcək.
Bu il Ələt Ticarət Limanının açılışını qeyd etdik. Bu da tarixi layihədir. Azərbaycan nəinki regionun, Avrasiyanın çox önəmli nəqliyyat mərkəzinə çevrilir. Şimal-Cənub, Şərq-Qərb dəhlizləri bizim ərazimizdən keçir. Çox güclü nəqliyyat infrastrukturu bizə imkan verəcək ki, tranzit imkanlarımızdan çox böyük səmərə ilə istifadə edə bilək”.